Vətəndaş cəmiyyətinin formalaşmasında həmkarlar ittifaqlarının rolu (3)

 

 Bu işçinin mübahisəni həll etməsində daha asan yolla öz hüquqlarını realizə etməsi anlamına gəlir. İşçi hüququnun pozulduğunu bildiyi ya bilməli olduğu gündən etibarən üç ay müddətində fərdi əmək mübahisələrinə baxan komissiyaya ərizə ilə müraciət edə bilər. Əgər mübahisə predmeti pul tələbi olarsa bu halda yuxarıda qeyd edilən orqana müraciət müddəti bir il müddətində müəyyənləşdirilib. Bütün bunlara baxmayaraq, qanunvericilikdə müddətin üzrlü səbəblərdən buraxılmasına yol verilməsi halları təsbit edilib. Bu hallara işçinin özünün xəstələnməsi, yaxın qohumunun ölməsi, işçinin ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması s. kimi hallar aid edilir. Bu hallarda işlərə ödənişsiz əsaslarla ərizə verildiyi gündən 10 gün müddətində baxılır heç bir rüsumun ödənilməsi işçidən tələb edə bilməz”.

 

Əvvəli ötən sayımızda...

 

Həmkarlar ittifaqlarının büdcəsinin formalaşdırılması xərclənməsi qaydaları onların nizamnamələri ilə müəyyən edilir. Həmkarlar ittifaqları kollektiv mülkiyyət hüququ əsasında əmlaka, maliyyə vəsaitinə, eləcə valyuta vəsaitinə nizamnamələrində nəzərdə tutulmuş fəaliyyətinin maddi təminatı üçün zəruri olan digər əmlaka malik ola bilərlər. Həmkarlar ittifaqlarının əmlakının onların razılığı olmadan alınmasına yol verilmir. Həmkarlar ittifaqı təşkilatı öz fəaliyyətinə xitam verdikdə əmlakının taleyi müvafiq həmkarlar ittifaqının nizamnaməsində nəzərdə tutulan qaydada həll edilir.

 

Məlumat üçün bildirək ki, “Həmkarlar ittifaqları haqqındaAzərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmətdə olan şəxslərə həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir.

 

 Həmkarlar ittifaqının yaradılması barədə dövlətin hər hansı bir tələbi yoxdur

 

Mövzumuzla bağlı suallarımızı cavab olaraq Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasından (AYNHA) bildirdilər ki, həmkarlar ittifaqının yaradılması barədə dövlətin hər hansı bir tələbi yoxdur. AYNHA-dan hərbi xidmətdə olan şəxslərə iəmkarlar ittifaqlarında birləşməyə icazə verilməməsinə aydınlıq gətirildi: “Nəzəri olaraq dövlətin müdafiə mexanizmi olan hərbi birləşmələr bilavasitə onun tabeliyindədir. Buradakı qadağanın səbəbi onun formalaşma əsasının həmkarlar ittifaqlarından fərqli olaraq siyasi olmasıdır”. Həmkarlar ittifaqları işçilərin hüquqlarını artırır, mənafeələrini qoruyur, bu analoji olaraq işəgötürənlərin vəzifələrini artırır.

 

Buna görə deyə bilərik ki, həmkarlar ittifaqları işçilərin mənafelərini müdafiə edən bir qurumdur. Lakin başqa bir aspektdən həmkarlar ittifaqının müəssisədə olması işçilərlə işəgötürənlər arasında vasitəçi qurumun olması deməkdir. Bu isə bir növ işəgötürənlərin vəzifələrini yüngülləşdirir asanlaşdırır. Hər hansı bir mübahisənin həllində həmkarlar məhkəməyə qədər instansiya kimi çıxış edir bununla hər iki tərəfin işini asanlaşdırır,- deyə, AYNHA-dan bildirdilər.

 

 İnsanların hüquqi maarifləməsi zəruridir

 

Müəssisələrdə yaranan hər hansı fərdi əmək mübahisəsinin həll edilməsini asanlaşdırmaq məqsədilə qanunvericilikdə məhkəməyə qədər həllinin müvafiq qaydalarının müəyyən olunduğunu xatırladan AYNHA əlavə etdi ki, əgər işçi ilə işəgötürən arasında mübahisə danışıqlar yolu ilə həll edilməzsə, bu halda işçi məhkəməyə müraciət hüququ saxlanılmaqla həmkarlar ittifaqı komitələri nəzdində yaradılmış əmək mübahisləri komissiyalarına müraciət edə bilər: “Bu işçinin mübahisəni həll etməsində daha asan yolla öz hüquqlarını realizə etməsi anlamına gəlir. İşçi hüququnun pozulduğunu bildiyi ya bilməli olduğu gündən etibarən üç ay müddətində fərdi əmək mübahisələrinə baxan komissiyaya ərizə ilə müraciət edə bilər. Əgər mübahisə predmeti pul tələbi olarsa bu halda yuxarıda qeyd edilən orqana müraciət müddəti bir il müddətində müəyyənləşdirilib. Bütün bunlara baxmayaraq, qanunvericilikdə müddətin üzrlü səbəblərdən buraxılmasına yol verilməsi halları təsbit edilib. Bu hallara işçinin özünün xəstələnməsi, yaxın qohumunun ölməsi, işçinin ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması s. kimi hallar aid edilir. Bu hallarda işlərə ödənişsiz əsaslarla ərizə verildiyi gündən 10 gün müddətində baxılır heç bir rüsumun ödənilməsi işçidən tələb edə bilməz. Ümumilikdə işdən çıxarma ilə əlaqədar mübahisələr istisna olmaqla, fərdi əmək mübahisələrinə bir qayda olaraq işçinin vaxtından kənar baxılmalıdır. Həmin mübahisəyə işçinin əsas ya əlavə vaxtı ərzində baxıldıqda orta əmək haqqı saxlanılmalıdır”. AYNHA həmkarlar ittifaqlarının işini hal-hazırda kafi qiymətləndirmək olar: “Bunun səbəbi vətəndaşların öz hüquqlarından kifayət qədər məlumatlı olmamasıdır. Bunu aradan qaldırmaq üçün cəmiyyətdə   yerlərində insanların hüquqi maarifləməsi zəruridir”.

 

 Həmkarlar ittifaqları ilk dəfə Böyük Britaniyada qurulub

 

Məlumat üçün bildirək ki, həmkarlar ittifaqları ilk dəfə XVIII əsrin ikinci yarısında Böyük Britaniyada öz peşə maraqlarını müdafiə etmək sosial statusunu qorumaq üçün birləşmiş yüksək ixtisaslı fəhlələrin lokal assosiasiyası kimi meydana gəlib. Sonralar bu qurum XlX əsr ərzində Avropanın inkişaf etmiş ölkələrində Amerikada yaranıb.

 

 XlX əsrin sonunda istehsalat sahələri həmkarlar ittifaqları, Milli həmkarlar ittifaqları mərkəzləri formalaşıb. Bunlardan ən qədimi 1868-ci ildə formalaşmış Britaniya tred-yunionçılarının konqresidir. Daha sonra həmkarlar ittifaqlarının sosial bazası getdikcə genişləməyə başlayıb. Belə ki, natamam ixtisaslı qeyri ixtisaslı işçiləri birləşdirən təşkilatlar meydana gəldikcə həmkarlar ittifaqları istehsal sahələrində yaranır, öz sıralarına fıziki əmək adamlarını cəllə edirlər.

 

XIX əsrin əvvələrində həmkarlar ittifaqlarının beynəlxalq federasiyaları yaranmağa başlayır. 1905-ci ildə Rusiyadan sonra Bakıda da ilk həmkarlar təşkilatı meydana gəlib. Həmin ilin noyabrında mətbəə işçilərinin həmkarlar ittifaqının əsası qoyulub. 1905-ci ildə mühəndis texniklərin, həkimlərin, müəllimlərin vəkillərin siyasi həmkarlar ittifaqları yaranıb. 1906-ci il martın 4-də həmkarlar ittifaqları haqqında xüsusi qanun - “Ticarət sənaye müəssisələrində şəxslər ya bu müəssisələrin sahibləri üçün təsis edilmiş həmkarlar cəmiyyətləri haqqında müvəqqəti qaydaqəbul edilib. Bu qanun ilə həmkarlar ittifaqları cəmiyyətlərə, onların nizamnamələri müəssisə rəhbərliyi tərəfındən qeydiyyata alınmaq şərtilə leqal fəaliyyat qöstərmək hüququ verildi.

 

 Azərbaycan müstəqillik qazandıqdan sonra həmkarlar ittifaqları işində xeyli dəyişiklik baş verib

 

Azərbaycanda sovetlər dövründə həmkarlar ittifaqlarının yaradılmasına 1920-ci ilin mayında başlandı. 1920-ci iyunun 5-də həmkarlar ittifaqları təşkilatı cəhətdən yenidən qurulması nəticəsində 24 həmkarlar ittifaqları yaradıldı.  Azərbaycan  Həmkarlar İttifaqları Ümümrusiya Həmkarlar İttifaqları Mərkəzi Şurasının (ÜRHİMŞ) müəyyən etdiyi sxemə uyğun olaraq istehsalat prinsipi üzrə yaradılırdı. 1920-ci il iyunun 30-da keçirilən Həmkarlar İttifaqlarının birinci Ümumi Bakı konfransında onların vahid təşkilat şəklində birləşməsi prosesi başa çatdı. Konfrasda vahid respublika mərkəzi həmkarlar ittifaqları orqanı olan Azərbaycan Həmkarlar İttifaqları Şurası - AHİŞ yaradıldı. 1920-ci ilin avqust-sentyabr aylarında AHİŞ-ın birinci qurultayı keçirildi.

 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ictimai həyatın bütün sahələrində olduğu kimi həmkarlar ittifaqlarının işində xeyli dəyişiklik baş verib. Onların fəaliyyətində demokratik aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başlayıb. 5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqlarının birinci qurultayında Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Konfedarativ tipli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) verib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Elvin Əliyev

Zaman.-2014.-18 oktyabr.-S.13.