Qanununşah olması” üçün qanunlarımıza riayət etməliyik”

 

Hazırda boşanmaların sayı ölkəmizdə Avropayainteqrasiyailə bağlı olaraq artır çox təəssüf ki, bu adi bir hala çevrilib. Aliment, uşağın himayəsi, uşaqla ünsiyyət, əmlak tələbi s. kimi iddialar üstünlük təşkil edir. Əvvəllər boşanan şəxslərə (istər kişi olsun, istər qadın) pis baxırdılarsa, indi bu hal adiləşib. Bu səbəbdən boşanmaların sayı günü-gündən artır. Bəzi kənd yerlərində deyirlər ki, qız özü çıxıb gedibsə, ona əmlak düşmür. Bu, yalnış bir fikirdir. Boşanmalardan sonra alimentin verilməsi, artırılması, uşağın kimi yanında qalması, əmlakın götürülməsi s. bu kimi hallarla bağlı müraciətlər getdikcə artır. Vətəndaşların hüquqlarını bilməməsi onların hüquqlarının tapdanılması ilə nəticələnmir. İnsanların məhkəmələrə qarşı müsbət inamının nəticəsidir ki, məhkəmələrimizdə işlərin sayı təxminən 2000-dən 2500-ə qədər artıb. Belə ki, hüquqlarını bilməyən şəxslər məhkəmələrə hər hansı hüquq pozuntuları ilə bağlı müraciət edirlər onların pozulmuş hüquqları bərpa edilir. Əlbəttə, vətəndaşlar bununla bağlı hüquq məsləhətxanalarına, vəkillərə, peşəkar hüquqşünaslara müraciət etməklə hüquqlarını bərpa edirlər. Belə deyək, qanunun şah olması üçün qanunlarımıza riayət etməliyik. Hər bir vətəndaş qanunlara riayət etsə, təbii ki, qanun şah olacaq

 

Hazırda Şəkidə vətəndaşlar ən çox boşanmalar boşanmalardan sonrakı digər tələblərlə əlaqədar olaraq vəkillərə müraciət edirlər”. Şəki Hüquq Məsləhətxanasının vəkili Dəyanət Mustafayev qəzetimizə müsahibəsində belə dedi. Onun sözlərinə görə, evdən istifadə hüququ, vərəsəliklə bağlı müraciətlər daha çox olur: “Hazırda boşanmaların sayı ölkəmizdə Avropayainteqrasiyailə bağlı olaraq artır çox təəssüf ki, bu adi bir hala çevrilib. Aliment, uşağın himayəsi, uşaqla ünsiyyət, əmlak tələbi s. kimi iddialar üstünlük təşkil edir. Əvvəllər boşanan şəxslərə (istər kişi olsun, istər qadın) pis baxırdılarsa, indi bu hal adiləşib. Bu səbəbdən boşanmaların sayı günü-gündən artır. Bəzi kənd yerlərində deyirlər ki, qız özü çıxıb gedibsə, ona əmlak düşmür. Bu, yalnış bir fikirdir. Boşanmalardan sonra alimentin verilməsi, artırılması, uşağın kimi yanında qalması, əmlakın götürülməsi s. bu kimi hallarla bağlı müraciətlər getdikcə artır”.

 

D. Mustafayev son illərdə vətəndaşların məhkəmələrə inamının artdığını düşünür: “Vətəndaşların hüquqlarını bilməməsi onların hüquqlarının tapdanılması ilə nəticələnmir. İnsanların məhkəmələrə qarşı müsbət inamının nəticəsidir ki, məhkəmələrimizdə işlərin sayı təxminən 2000-dən 2500-ə qədər artıb. Belə ki, hüquqlarını bilməyən şəxslər məhkəmələrə hər hansı hüquq pozuntuları ilə bağlı müraciət edirlər onların pozulmuş hüquqları bərpa edilir”.

 

Bəs hüquqlarını bilən insanlar onu müdafiə etməyə dərəcədə nail olurlar, bacarırlar?”, -sualımıza müsahibimiz belə cavab verdi: “Əlbəttə, vətəndaşlar bununla bağlı hüquq məsləhətxanalarına, vəkillərə, peşəkar hüquqşünaslara müraciət etməklə hüquqlarını bərpa edirlər. Belə deyək, qanunun şah olması üçün qanunlarımıza riayət etməliyik. Hər bir vətəndaş qanunlara riayət etsə, təbii ki, qanun şah olacaq”.

 

 Demoqoq adlanan şəxslər hüquqlarını bilməyən şəxslərdir

 

- Rayon yerlərində öz hüququnu tələb edən insanlara niyədemoqoqdeyirlər?

 

- “Demoqoqkeçmiş SSRİ dövründən qalan bir anlayışdır. Demoqoqlar hal-hazırda da var. Bunlar əsasən yaşlı təbəqənin nümayəndələridir. Hazırki nəslin nümayəndələri, cavanlar məhkəmələrə yalnız öz hüquqlarını bərpa etmək üçün müraciət edirlər. Mən deyərdim ki, həmin demoqoq adlanan şəxslər hüquqlarını bilməyən şəxslərdir. Qanunlarımızın dili çox qəlizdir. Bəzən anlamaq üçün bəzi maddələri bir neçə dəfə oxumalı olursan. Bu məsələ ilə bağlı bir çox problemlər ortaya çıxır. Elə buna görədir ki, hüquqşünas 4 il qanunların dilini öyrənir. Vətəndaşlar həmin qanunu qədər oxusalar da onu praktikada tətbiq etmədikcə öyrənə bilməyəcəklər.

 

 Hər bir vəkil öz praktikasına uyğun cavab verir

 

- Bəzi qanunlar var ki, tutaq ki, vəkillər onu başqa-başqa mənaya yozurlar. Bu halda Ali Məhkəmə şərh verir. Siz bu cür problemlərlə üzləşirsinizmi?

 

- Belə hallar qanunun boşluqları səbəbi ilə yaranan hallardır. Ən çox vəkillərin götürə biləcəyi nüans məhkəmə praktikasının nəzərə alınmasıdır. Belə hallar vəkillərin yalnış, müxtəlif fikirlərindən irəli gəlmir. Məhkəmələrin müxtəlif yöndə verdiyi qərarlardan irəli gələ bilər. Bir məhkəmə bir çür düşünə bilər, digər məhkəmə isə başqa çür düşünə bilər. Ona görə hər bir vəkil öz praktikasına uyğun cavab verir. Misal üçün, belə bir nüansa toxunaq: evdən kompensasiya ilə çıxarılma. Ali Məhkəmənin, Konstitusiya məhkəməsinin bununla bağlı şərhi var: bu, evin yarısı yaxud da müəyyən hissəsinin verilməsi deyil, həmin çıxarılan şəxsin müəyyən müddətə başqa yerdə eyni şəraitdə yaşamasıdır. Məsələn, Şəki şəhərində evin kirayə haqqı 100-150 manatdır. Praktikada 3-4 il kirayə haqqı ilə götürülür. Yəni 100 manatlıq ev götürsək, 3 illik kirayə haqqı ilə 3600 manat kompensasiya ilə çıxarılmaq mümkündür. Ama məhkəmələr buna müxtəlif yöndən yanaşırlar. Konstitusiya Məhkəməsinin həmin şərhində konkret məbləğ müddət göstərilmir. Bu, qanunun boşluğudur. Elə məhkəmələr var ki, 3 illik kirayə haqqı nəzərdə tutur, eləsi var 2 illik.

 

 “100 faiz haqlı olduğun halda aciz qalırsan

 

- Vətəndaşların müraciətləri qarşısında vəkillər hansı hallarda aciz qalırlar?

 

- Belə problemlər əlbəttə olur. Məsələn, mən praktikada qarşıma çıxan bir halı deyim. Vərəsə yetkinlik yaşına çatmayan bir uşaqdır. Qadın boşandığına görə vərəsə ola bilməz, yetkinlik yaşına çatmayanın vərəsəlik işləri onun anası tərəfindən aparılır. Köhnə evlərin qeydiyyat sənədinin - kupçasının, çıxarışının olmaması həmin evin vərəsəlik şəklində uşağa keçməsinin qarşısını alır. Belə olanda nəinki biz, hətta məhkəmə aciz qalır. Evin rəsmi sahibi dünyasını dəyişib, evin hec bir sənədi yoxdur, ortada vərəsə var. Vərəsə bu gün o evə sahib ola bilmir. Səbəb sənədin olmamasıdır. Bu kimi hallarda 100 faiz haqlı olduğun halda aciz qalırsan. Vətəndaş hüquqpozmalarına ən çox hansı sahələrdə yol verilməsinə gəlincə, zənnimcə, qanunun boşluq olan hissələri ilə bağlı bu hallara daha çox rast gəlinir.

 

Məhkəmələrdə kadrların çatışmaması qərarların vaxında verilməsinə problem yaradır

 

- Hüquqların müdafiəsi, süründürməçiliyin aradan qaldırılması məsələsində vəziyyət ildən ilə yaxşılaşır, yoxsa pisləşir?

 

- Süründürməcilik adətən məhkəmələrdə olurdu. Vətəndaş məhkəmə qərarlarını vaxtında ala bilmir, bu da dediyim kimi, əslində normaldır. Çünki vətəndaşların məhkəmələrə olan inamının daha da artması daha çox müraciətlərin olması həmcinin məhkəmədə kadrların (katib, köməkci) çatışmaması qərarların vaxında verilməsinə problem yaradır. Əslində 3-10 gün ərzində verilməli olan qərarın gecikməsi ilə nəticələnir. Bu da süründürməcilik kimi deyil, həmin qərarların başdansovdu şəkildə verilməməsi üçün baş verən bir hal kimi qəbul edilməlidir. Süründürməcilik olduğu təqdirdə, bununla Məhkəmə Hüquq Şurası məşğul olur. Məhkəmə Hüquq Şurası bu tip işlərlə artıq müvafiq araşdırmalar aparır onların qarşısını alır, bu sahədə işlər ildən ilə yaxşılaşır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Coşqun Mövlamov  

Zaman.-2014.-22 oktyabr.-S.13.