Vətəndaş cəmiyyətinin formalaşmasında ədalət prinsipi

 

Etiraf etmək lazımıdır ki, Qərb demokratiyasının bugünkü səviyyəsi bəşər tarixinin ən böyük nailiyyətlərindən sayılmalıdır. Təbii ki, bu mərhələyə gəlmək üçün uzun bir mübarizə yolu keçilmiş, çoxsaylı təcrübələrdən, müxtəlif sınaqlardan, ən fərqli ideologiyaların həyata tətbiqindən sonra bugünkü model ortaya çıxmışdır. Çoxluğun rəyinin əsas alınması fərdin hüqüqlarının qanunla qorunması bu modelin əsas ana xəttini təşkil edir. Əslində bəşəriyyətin əsrlər boyunca axtardığı model elə bu idi. İdarəetmənin ən yüksək mərtəbələrində yer almış birisi ilə hər hansı imtiyazı olmayan sıravi vətəndaş arasında hər hansı hüquqi fərqin olmaması, hər ikisinin eyni dərəcədə seçib-seçilmək haqqına sahib olması bu ədalətin ən bariz görünən tərəfidir. Doğrudur, bəzi filosoflar, ideoloqlar bu mövzuda, yəni rəy bildirmə, seçmə məsələsində hər kəsin eyni haqqa sahib olmasının müəyyən mənada doğru olmadığı qənaətini önə sürürlər, bu mərhələlərdə mühüm rol oynayan birisi ilə seçib-seçilmək kimi bir dərdi olmayan insaların səsinin eyni dərəcədə həlledici olmasını o qədər düzgün çözüm yolu hesab eləmirlər, amma son nəticədə elə onların özləri bu nöqtədə bir araya gəlirlər ki, kimliyindən asılı olmayaraq insan insandır, ölkə həyatında mühüm rol oynayan bu kimi məsələlərdə birini digərindən üstün tutmaq ədalət deyil.

 

***

 

 Uca dinimiz İslam bu mövzuda ədalət axtaran, cəmiyyətdə hər kəsin haqqının qorunmasını istəyən fikir adamlarına çox parlaq mesajlar verir. Peyğəmbərimizin (s.ə.s.) həyat yoluna nəzər salanda bir mühüm cəhət nəzəri cəlb edir ki, O, bütün fəaliyyəti boyunca quldarlıq sisteminin, insanların birinin digərindən üstünlüyünü təmin edən qanunların aradan qaldırılması üçün çalışmışdır. İnsanların bir-birindən heç bir üstünlüyü yoxdur, üstünlük ancaq təqva, yəni Allah qorxusu ilə günahlardan, haramlardan uzaq durmaqladırhəqiqəti iki dodaq arasından çıxdığı gündən etibarən aktualdır qiyamətə qədər öz gücünü saxlayacağına zərrə qədər şübhə yoxdur. Əgər diqqət yetirsəniz, görərsiniz ki, Rəsulullah (s.ə.s.) cihada göndərdiyi ordunun başına kimsənin gözləmədiyi bir gənci komandan təyin edir. Yəni bu gəncin keçmişinə baxsan, bazarda satılan kölə olduğu ortaya çıxar, amma indi o öz keçmiş sahibinə komandanlıq etmək, ona əmrlər vermək səlahiyyətinə sahibdir. Peyğəmbərimizin həyatında bu cür nümunələrin sayı çoxdur. Yəni O, tədricilik prinsipi ilə insanın insan üzərində ağalığını nəzərdə tutan quldar rejimini çökdürməyə çalışmışdır. İslamın gerçək mahiyyəti əslində insanlara bir-biri üzərində imtiyaz sahibi olmağı birmənalı şəkildə rədd edir. Axirət düşüncəsi, öldükdən sonra dünyadakı yaşantısına, əməllərinə görə münasibət görmək həqiqəti dünyadakı bütün imtiyazları aradan qaldırır. Hər kəsin kimliyi Allah qatında müəyyən edildiyi kimi, hər kəsin mükafatı cəzası da Allah qatında veriləcək. Bu düşüncəni həyat prinsipi halına gətirənlər, əlbəttə, özlərini başqalarından üstün görməyəcəklər. Dində məcburiyyət yoxdurbəyanı ilə Qurani-Kərim haqlı olsan belə sənə din mövzusunda kimisə nəyəsə məcbur etmək səlahiyyəti vermir. Dinimiz ağıl azad iradə prinsipini bunun qarşılığında da məsuliyyət hissini hər zaman ön planda tutur.

 

 

 

***

 

 

 

Din dövlət məsələsi əsrlərdir ki, müzakirə mövzusu olmuş, müxtəlif alimlər bu mövzuda müxtəlif fikirlər irəli sürmüşlər. Dinin hər məsələyə müdaxiləsini təmin etmək istəyənlər olduğu kimi, dini birmənalı şəkildə idarəçilikdən uzaq tutan cərəyan da mövcuddur. Amma bütün bunların ən doğru həlli yolunu tapmaq üçün, əlbəttə, yəni Allahın kitabı Qurana, bu Kitabla birlikdə bəşəriyyətə Baş Müəllim gəlmiş sevimli Peyğəmbərimizin (s.ə.s.) həyatına nəzər yetirmək lazımdır. Bu mövzuda İstər Qurandan, istərsə hədislərdən çoxlu misallar gətirmək mümkündür. Amma mövzu ilə əlaqədar alimlər dinimizin tələblərini ən qısa şəkildə belə təsnif edir bildirirlər ki, bu şərtlər hər hansı dövlətdə mövcud olmazsa, o dövlətin islam dövləti olmaq vəsfi yoxdur:

 

- Ədalət;

 

- Əmanətin layiq olanlara verilməsi;

 

- Cəmiyyətin rəyi;

 

Əslinə qalanda bu 3 təməl şərtin bənzərini bu gün biz bəzi Avropa dövlətlərində görə bilərik. Yəni əksər Avropa dövlətləri bu prinsiplərə daha yaxın olduqları üçün özünü klassik müsəlman ölkələri adlandıran dövlətlərdən dahamüsəlmandırlar”. Əgər belə olmasaydı, bütün müsəlman ölkələrindən insanlar qanunlu-qanunsuz yollarda dəstə-dəstə Qərbə axın etməzdilər. Böyük bir alimin dediyinə görə, islam dünyası adlanan ölkələr səkkiz əsrdir ki, ədaləti itirblər o itiyə sahib çxıdığı üçün Qərb bu qədər inkişaf edə bilib. Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, bir ölkənin batması üçün ən mühüm şərt odur ki, vəzifə sahib, güclü cinayət işləyir-işləsin, cəza görmür, bir kasıb, imkansız isə ən kiçik xətasında belə ən ağır cəza çəkməli olur. Bu gün ABŞ, İngiltərə, yaxud da Almaniyə ona görə güclü dövlət ola biliblər ki, elektrik sayğacını yoxlayan mantyor borcunu gecikdirdiyi üçün ölkə rəhbərini məhkəmə verib haqqını qat-qat artığı ilə ala bilir. Bu xüsus, yəni ədalət mövzusu Rəsulullahın (s.ə.s.) həyatında ən parlaq şəkildə öz əksini tapıb. Sevimli səhabələri bir nəfərin cəzadan azad ediləmsi üçün Ondan xahişə gəlirlər, buyurur ki, “Qızım Fatma da olsa, layiq olduğu cəzanı çəkərdi.” O dövrdə cariyələri (döyüş sonrasında qarşı tərəfdən əsir götürülmüş qeyri-müsəlman qadın) evdə kilə kimi işlətmək geniş yayılmışdı qızı Fatma yanına gəlib kirkirə fırlamaqdan parça-parça olmuş əlini göstərib ev işlərində kömək üçün bir cariyə istədi. Rəsulullah sevgili qızının bu xahişini qəbul eləmədi onu əliboş halda geri döndərdi. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, bütün tətbiqatlarında Peyğəmbərimiz evində əsir ya kölə işlətməyi mərhələ-mərhələ çətinləşdirmək yolunu tutmuşdu. İsrarla buyururdu ki, kölələrinizə yediyinizdən yedirin, geydiyinizdən geydirin, haqlarını tapdalamayın, zalım olmayın, acı söz deyib qəlbini qırmayın. Bir mühüm məqamı hər zaman göz önündə tutmaq lazımdır ki, İslamın davası cahillə deyil, cəhalətlədir. Təsəvvür edin ki, Rəsulullahın zamanında əsir düşən kafirlərin əksəri sonradan azadlığa qovuşsalar da getməyi deyil, müsəlman olub Onun ətrafında qalmağı, Onun qurduğu yeni dünyada yer almağı şərəf bilmişlər. Rəsulullah (s.ə.s.) hər zaman ədaləti təbliğ ən gözəl şəkildə təmsil etmişdir. Çünki ədalət islamın onurğasıdır, təməl sütunudur. Ədalətin olmadığı yerdə zülm var, zülmün olduğu yerdə İslam olmaz. Qurani-Kərimin yüzlərlə ayəsində bizə ədalətli olmaq əmr edilir. Ədalət anlayışı həm İslam məntiqində o qədər geniş anlayışdır ki, həyatın hər sahəsinə nüfuz edir. Allah-Təalanın öz bəndələrinəYanıma qul haqqı ilə gəlməyinxəbərdarlığı bu məsələnin Allah qatında qədər həssas mühüm mövzu olduğunu bir daha ortaya qoyur. Hələ üstəlik onu da unutmayaq ki, Allah-Təalanın (c.c.) Əsmai-Hüsnasından (Gözlə Adları) biri Adildir, yəni hər işdə, hər mövzuda, hər əməlində haqlı olan, doğru olan. Bizə o da bildirilir ki, insanda Allah-Təalanın bir çox Adları təcəlla edə bilər ki, onlardan biri məhz ədalətdir. Yəni bu mövzu əslində məcburiyyətdir, Allah qatında dəyərli olmaq üçün ilkin şərt ədalətli olmaqdır, Allaha qarşı ədalətli, insanlara qarşı ədalətli, özünə qarşı ədalətli, digər məxluqata qarşı ədalətli. İslamın yetişdirmək istədiyi insan obrazı məhz bu prinsipləri özündə ehtiva eləməlidir.

 

Ardı növbəti sayımızda...

 

Azərbaycan

 

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə

 

ni hazırladı:

 

Əli Çərkəzoğlu 

Zaman.-2014.-23 oktyabr.-S.13.