Azad mətbuatın hüquqi dövlət quruculuğunda önəmi

 

Qərb dövlətlərinin hüquqi dövlət quruculuğu sahəsində son 50-60 ildə əldə etdiyi uğurlar demokratik inkişaf ilk növbədə azad mətbuata geniş meydan verilməsi buna paralel olaraq söz, fikir sərbəstliyinin təmin edilməsi nəticəsində mümkün olub. Bu baxımdan mətbuat, söz, fikir azadlığının təmin edilməsinin hüquqi dövlət quruculuğu prosesində təkanverici qüvvə rolunu oynadığı artıq heç kəsə sirr deyil. Bu müstəvidə hər bir dövlətin sivil inkişafı onun beynəlxalq aləmdə hüquqi, demokratik dövlət kimi tanınması ilk növbədə fikir, söz məlumat azadlığının təmin edildiyi media siyasəti yeritməsindən asılıdır. Təsadüfi deyil ki, uğurla həyata keçirilən media siyasətinin böyük bir ordunun gücünü görməyə qadir olmasını onun hüquqi dövlət quruculuğunda ən önəmli faktorlardan olmasını ABŞ-ın məşhur siyasi xadimlərindən biri olan Zbiqnev Bzejinski xüsusi vurğulayaraq: “Biz SSRİ ilə apardığımız soyuq müharibəni dövlət siyasəti səviyyəsində həyata keçirdiyimiz azad media siyasəti vasitəsilə udduq. Azad media güclü qüdrətli dövlət deməkdir”, -demişdi.

 

***

 

 Bu müstəvidə qeyd edək ki, 1791-ci ildə ABŞ Konstitusiyasına edilən əlavəyə əsasən, Konqres hüquqi dövlət quruculuğu prosesində söz mətbuat azadlığını məhdudlaşdıracaq heç bir qanun verməyəcəyi barədə qəti öhdəlik götürürdü. Bu baxımdan söz azadlığının formalaşdırılması hüquqi dövlət quruculuğu sahəsində İngiltərə Fransa da önəmli rol oynadılar. Bununla belə həmin dövrdə hüquqi dövlət quruculuğu prosesində söz azadlığının xoşagəlməz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq mətbuat üzərində senzura qoyulmuşdu. Amma cəmiyyət inkişaf etdikcə hüquqi dövlət quruculuğu sahəsində yeni uğurlara əl atıldıqca azad mətbuatın oynadığı əvəzsiz rol daha parlaq şəkildə meydana çıxmağa başladı. Bu da öz növbəsndə hüquqi dövlət quruculuğunun azad mətbuatdan asılı olmasının parlaq nümayişinə çevrildi. Məlum oldu ki, mətbuat üzərinə qoyulan bəzi məhdudiyyətlər, xüsusi ilə senzuranın varlığı hüquqi dövlət quruculuğunun uğurla davam etdirilməsi yolunda ciddi əngələ çevrilib. Bu da öz növbəsində mətbuat üzərinə qoyulan söz, fikir azadlıqlarının geniş şəkildə təmin edilməsinə mane olan senzuranın aradan qaldırılmasını qaçılmaz zərurətə çevirmişdi. Amma Qərb dövlətləri tərəfindən senzuranın ləğvi, söz, fikir mətbuat azadlığının üzərinə qoyulan qadağalar da tədricən aradan qaldırıldı. Bu da öz növbəsində hüquqi dövlət quruculuğu prosesinə daha bir təkan verərək azad mətbuatın cəmiyyətin ayrılmaz hissəsinə çevrilməsinə öz töhfəsini verdi. Necə deyərlər günümüzdə azad mətbuatın, fikiz, söz plüralizminin inkişaf etdirilməsinə imkan verən media siyasəti güclü, hüquqi dövlət quruculuğunun əsas atributlarından birinə çevrilmişdir.

 

 ***

 

 Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində azad media ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi isə ölkəmizin beynəlxalq aləmdə imicinin daha da artmasına yol açıb.

 

Təbii ki, Azərbaycanda da hüquqi dövlət quruculuğu prosesi söz, fikir azadlığı uzun bir inkişaf yolu keçmiş, azad mətbuatın formalaşdırılması üçün illərlə vaxt gərgin əmək sərf olunmuşdur. 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulanƏkinçiqəzeti Azərbaycan mətbuatının ilk qaranquşuna çevrilərək cəmiyyətin hüquqi müstəvidə maarifləndirilməsində, söz, fikir azadlığı baxımından özündən sonra ortaya çıxacaq digər mətbu orqanlar üçün bir həyat məktəbinə çevrildi.

 

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti azad mətbuatın inkişafına yeni bir təkan verdi bu çərçivədə hüquqi dövlət quruculuğu başladı. Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsindən sonra ən ağır şəraitdə belə mətbuat olduqca ehtiyatlı şəkildə olsa azadlıq ideyalarının təbliğində hüquqi dövlət quruculuğu prosesində öz tarixi missiyalarını uğurla yerinə yetirdilər.

 

Bu baxımdan Azərbaycan müstəqilliyini əldə etdikdən sonra hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz növbəsində fikir, söz məlumat azadlığının inkişaf etdirilməsini qarşısıalınmaz zərurət kimi ortaya çıxdı. Çünki həmin dövrdə Ermənistan yaranmış vəziyyətdən xaricdəki çoxsaylı havadarlarının dəstəyindən istifadə edərək Azərbaycanı faktiki olaraq informasiya blokadasına almışdı. Belə bir vəziyyətdə Azərbaycanda söz məlumat azadlığının inkişaf etdirilməsi, düşmənin informasiya blokadasını yarmağa qadir mətbuatın yaradılması hüquqi dövlət quruculuğunda önəmli rol oynayacaq sivil media siyasətinin həyata keçirilməsinə ciddi ehtiyac duyulurdu. Belə bir media siyasətinin əsası isə 1993-cü ildə dünyanın görkəmli siyasətçilərindən dövlət xadimlərindən biri olan Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra qoyuldu. Həmin dövrdə fikir, söz məlumat azadlığının təmin edilməsinə yönələn media siyasətinin güclü, hüquqi demokratik dövlət quruculuğu üçün önəmli rol oynadığını xüsusi vurğulayan Heydər Əliyev demişdi: “Sivil dövlət quruculuğuna yol azad mətbuatın inkişaf etdirilməsindən keçir”.

 

 ***

 

 Bu müstəvidə qısa müddətdə dövlət səviyyəsində söz, fikir azadlığının, müstəqil mətbuatın inkişaf etdirilməsinə  hüquqi dövlət quruculuğuna xidmət edən media siyasəti uğurla həyata keçirilməyə başladı. Azərbaycanda müstəqil mətbuatın inkişaf etdirilməsi, söz fikir azadlıqlarının təmin edilməsi məsələsinin dövlətimizin prioritet siyasətinə çevrildiyini 1998-ci il avqust ayının 6-da Heydər Əliyev tərəfindən imzalananAzərbaycan Respublikasında söz, fikir məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqındafərman da sübut etdi.

 

Fərmanda, dünyanın demokratik ölkələrində artıq təcrübədə özünü təsdiqləmiş sınaqdan keçmiş media azadlığı, siyasi plüralizm prinsipi jurnalist fəaliyyətinin demokratik tənzimlənməsi məsələləri öz əksini tapmışdı. Bu çərçivədə senzuranın ləğvi Azərbaycanda azad mətbuatın inkişafına yeni təkan verərək sivil, demokratik, hüquqi dövlət quruculuğu prosesində onların daha geniş şəkildə iştirak etməsinə yol açdı.

 

Azərbaycanda hüquqi dövlət quruculuğuna, azad mətbuatın inkişafına xidmət edən senzuranın ləğv edilməsi xarici ölkələrdə geniş əks-sədaya səbəb olmuşdu. Heydər Əliyevin senzuranın ləğv edilməsi ilə bağlı imzaladığı fərmanı yüksək qiymətləndirənNyu-York Taymsqəzeti 1998-ci il avqust saylarından birində yazmışdı ki, Azərbaycanda sivvil demokratik dövlət quruculuğna yönələn addımlar bu müstəvidə senzuranın ləğv edilməsi ilə bağlı Prezident Heydər Əliyev tərəfindən simzalanan fərman, təqdirə layiqdir. Qəzet yazırdı ki, bu, hüquqi dövlət quruculuğunun davam etdiriləcəyini söz, fikir azadlıqlarının təmin edilməsinin, yeni media siyasətinin dövlətin prioritet sahələrindən birinə çevrildiyini göstərir.

 

Heydər Əliyev özü isə məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında hüquqi dövlət quruculuğu prosesində azad mətbuatın xüsusi önəm daşıdığına diqqəti cəlb edərək: “Biz senzuranı ləğv etdik. Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata yeni imkanlar yaratdıq və bununla da sivil insan hüquqlarını təmin edəcək demokratik inkişafa əsas yaratdıq”,-demişdi.

 

Həqiqətən də, Azərbaycanda senzuranın ləğvi sözün həqiqi mənasında azad, müstəqil mətbuatın formalaşmasında bu da öz növbəsində hüquqi dövlət quruculuğu prosesində həlledici rol oynadı. Bu müstəvidə də senzuranın ləğvindən sonra Azərbaycanda xeyli sayda yeni müstəqil mətbu orqanların və informasiya agentliklərinin, müstəqil elektron KİV-lərin, jurnalist təşkilatlarının azad fəaliyyətə başlaması ölkəmizin beynəlxalq imicinin daha da möhkəmlənməsinə, sivil hüquqi dövlətin möhkəm əsaslar üzərində qoyulmasına gətirib çıxardı.

 

Ardı növbəti sayımızda...

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Əziz Mustafa 

 

Zaman.-2014.-28 oktyabr.-S.13.