Azad mətbuatın hüquqi
dövlət quruculuğunda önəmi
Əvvəli ötən sayımızda...
Azərbaycanda mətbuat, söz, fikir azadlıqlarının,
media siyasətinin dövlətimizin
prioriteti səviyyəsinə
qaldırılmasının və hüquqi dövlət quruculuğunun
daha bir nümayişi o dövrdə
Heydər Əliyev tərəfindən qəzet
və jurnalların “Azərbaycan” nəşriyyatına
olan borclarının dondurulması və ləğvi ilə bağlı imzaladığı
sərəncam oldu. Bununla bağlı
Heydər Əliyev demişdi ki, bizim ümumi məqsədimiz mətbuata
daha çox azadlıq verməkdən,
söz azadlığını
daha geniş təmin etməkdən, Azərbaycanda demokratiyanı
bütün sahələr
üzrə inkişaf
etdirməkdən ibarətdir.
Azərbaycanda hüquqi dövlət
quruculuğu prosesinin uğurla davam etdirilməsi və bu çərçivədə
də ölkəmizdə
sivil medianın, azad sözün, milli mətbuatın daha da inkişaf
etdirilməsi sahəsindəki
xidmətlərinə görə
Heydər Əliyev
2002-ci ildə “Jurnalistlərin
dostu” mükafatına
layiq görüldü.
Sonrakı illərdə də azad mətbuat hüquqi dövlətin quruculuğunda prioritet sahə olaraq qalmaqda davam etdi. Hüquqi dövlət quruculuğu
müstəvisində söz,
fikir azadlıqlarının,
müstəqil mətbuatın
inkişaf etdirilməsinə
dövlət səviyyəsində
göstərilən qayğı,
yeni media siyasəti ölkəmizin MDB-nin ən demokratik dövlətlərindən birinə
çevrilməsinə yol
açdı. Bununla belə
hadisələrin gedişi
göstərdi ki, hüquqi dövlət quruculuğu prosesi zamanı mətbuat, söz azadlığı,
fikir plüralizminin inkişaf etdirilməsinə
baxmayaraq, müəyyən
neqativ halları tam şəkildə aradan qaldırmaq olmur. Bu da öz növbəsində mətbuatın
özünü-tənzimləmə mexanizminin formalaşdırılması
və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsi
üçün elektron
KİV sahəsində dövlətin
tənzimləyici funksiyasın
həyata keçirməsini
zərurət kimi ortaya çıxardı.
Məsələ ilə bağlı
bir qrup jurnalistin Prezident Heydər Əliyevlə görüşündən və
problemi onunla müzakirəsindən sonra,
2003-cü ildə mətbuatda
özünütənzimləmə mexanizmini həyata keçirən Mətbuat Şurası yaradıldı.
Bununla da müstəqil KİV-lərin fəaliyyətinin
genişləndirilməsi təmin
edildi. Bu da öz növəsində
mətbuatın hüquqi
dövlət quruculuğu
prosesinə öz töhfəsini verməsi və xalqla dövlət arasında mətbuatın birləşdirici
funksiyasını uğurla
yerinə yetirməsi ilə müşahidə olunmaqdadır.
***
Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində
həyata keçirilən
tədbirlər və
bu müstəvidə
mətbuatın oynadığı
böyük rol, həmçinin söz, fikir azadlıqlarının
inkişaf etdirilməsi
və media siyasətinin
dövlətin prioritet
sahəsi olaraq qalması Heydər Əliyevin vəfatından
sonra da davam etdirildi. Belə ki,
Heydər Əliyevin vəfat etməsindən sonra Azərbaycanı idarə etməyə başlayan İlham Əliyev ilk günlərdən
demokratik və hüquqi dövlət quruculuğunun ən önəmli vasitəsi olan azad mətbuatın
inkişafına yönəlmiş
media siyasətini davam
etdirdi. 2005-ci ildən başlayaraq hüquqi dövlət quruculuğunun yeni zirvələrə daşınmasına
xidmət edən
KİV-lərin maddi-texniki
bazasının möhkəmləndirilməsi,
jurnalistlərin əməyinin
qiymətləndirilməsi istiqamətində
müəyyən tədbirlər
həyata keçirilməyə
başlandı. Bu baxımdan
Prezident İlham Əliyev tərəfindən
imzalanan sərəncamla
Azərbaycan Respublikası
Prezidentinin yanında Kütləvi İnformasiya
Vasitələrinin inkişafına
Dövlət Dəstəyi
Fondunun yaradılması
mətbuata dövlət
dəstəyinin və
qayğısının növbəti
nümayişinə çevrilərək
ölkəmizdə hüquqi
dövlət quruculuğunun
aynası olan jurnalistikanın inkişafına
yeni bir təkan verərərək
sivil və demokratik dövlət quruculuğunda təsiredici
gücə çevrildi.
Bu da KİV-lərin
maddi-texniki bazasının
möhkəmləndirilməsinə, jurnalist peşəkarlığının
artırılmasına, onların
əməklərinin qiymətləndirilməsinə
və buna paralel olaraq onların hüquqi dövlət quruculuğu prosesində daha yaxından iştirak etməsinə yol açıb. Azərbaycanda
hüquqi dövlət
quruculuğunda mətbuatın
oynadığı əvəzsiz
rola dövlət tərəfindən verilən
yüksək qiymətindaha
bir nümayişi isə Azərbaycan mətbuatının yubleyinin
hər il
yüksək səviyyədə
keçirilməsi ilə
əlaqədardır. Belə
ki, dövlət tərəfindən fikir, söz azadlıqlarının
təmini və media siyasəti sahəsində
həyata keçirilən
uğurlu tədbirlərdən
biri də Azərbaycan mətbuatının
illik yubleyləri ilə əlaqədar
KİV-lərin mükafatlandırılması,
jurnalistlərin Prezident
təqaüdünə, dövlət
mükafatı və fəxri adlara layiq görülməsidir.
Yeri gəlmişkən onu da qeyd edək
ki, ötən ilin iyul ayında
keçirilən Azərbaycan
jurnalistlərinin VI qurultayının
iştirakçılarına ünvanladığı təbrik
məktubunda İlham Əliyev media siyasətinin
dövlətin aparıcı
sahələrindən biri
olaraq qalmaqda davam edəcəyini, gələcəkdə də
milli mətbuatımızın
inkişafı üçün
kompleks tədbirlərin
həyata keçiriləcəyini
bildirib.
Bu müstəvidə də dövlət tərəfindən
evsiz jurnalistlər üçün yaşayış
binasının tikilməsi
və 22 iyul Milli Mətbuat Günündə onlara mənzillərin paylanması
ilə Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində
dünyada bir ilkə imza ataraq, media siyasətinin dövlətimizin ayrılmaz
atributlarından birinə
çevrildiyini, ölkəmizin
demokratik dəyərlərə
sadiq olduğunu bir daha təsdiq
etmiş oldu. Amma bu da son deyil.
Belə ki, hüquqi dövlət quruculuğu ilə bağlı həyata keçirilən tədbirlərə
uyğun olaraq mediaya dövlət qayğısını diqqət
mərkəzində saxlayan
Prezident İlham Əliyev ötən il “Azərbaycan mətbuat işçilərinin
sosial müdafiəsinin
gücləndirilməsinə dair əlavə tədbirlər haqqında”
daha bir sərəncam imzaladı . Sərəncama əsasən, mənzilə
ehtiyacı olan jurnalistlər üçün
daha bir yaşayış binası
tikilir. Ölkənin
iqtisadi qüdrətinin
artmasından irəli
gələn belə addımlar bir daha təsdiqləyir ki, bütün sahələrin kompleks şəkildə inkişafı,
tərəqqisi dövlətin
həyata keçirdiyi
siyasətin əsasını
təşkil edir, ən əsası hansı sahədə çalışmasından asılı
olmayaraq hər kəs hüquqi dövlət quruculuğu ilə bağlı ölkəmizin sürətli
sivil inkişafını
özünün gündəlik
həyatında hiss edir.
***
Azərbaycanın
dünyanın sivil və hüquqi dövlətinə
çevrilməsi yönündə dövlət tərəfindən
həyata keçirilən uğurlu islahatalar qeyd etdiyimiz kimi cəmiyyətin
aparıcı sahələrindən və sivil inkişafın
aynası olan azad mətbuatın dövlətçiliyimizin
möhkəmləndirilməsində oynadığı rolun
daha da artmasına gətirib çıxarıb. Bütün bunlar isə
Azərbaycanda hüquqi, sivil
dövlət quruculuğuna, azad mətbuatın inkişaf
etdirilməsinə xidmət edən media
siyasətinin gələcəkdə də uğurla
həyata keçiriləcəyini göstərir. Azərbaycanda hüquqi dövlət
quruculuğu prosesi
çərçivəsində dövlət səviyyəsində
söz, mətbuat
azadlığının inkişafına mane
olan əngəllərin aradan
qaldırılması, Kütləvi İnformasiya
Vasitələrinin inkişaf etmiş ölkələrin səviyyəsinə
çatdırılması yönündə həyata keçirilən tədbirlər ölkəmizin
informasiya blokadasından xilas
edilməsində, onun dünyada
hüquqi dövlət kimi
özünü tanıtmasında, sübut etməsində böyük
rol oynadı. Bütün
bunlar isə Azərbaycanda hüquqi
dövlət quruculuğunun yeni inkişaf mərhələsinə
daxil olduğunu, söz, fikir azadlıqlarının
təmin edildiyini bir daha sübut etməkdədir.
Zaman.-2014.-29 oktyabr.-S.12.