Hüquqi dövlət quruculuğu prosesində notariat sisteminin yeri
Notariat sistemi hüquqi dövlət quruculuğunda önəmli
yerə sahibdir.
Fəaliyyəti geniş olan bu sistemin
tarixi lap qədim dövrlərə gedib çıxır. Belə ki, araşdırmalar nəticəsində
notariat hərəkətlərinin
yaranması ilə yazılı sübutların
meydana gəlməsinin
eyni vaxta təsadüf etdiyi məlum olub. Notariatın vətəni Roma hesab olunur. Burada mirzələr adlandırılan
xüsusi vəzifəli
şəxslərin institutu
olub. Hansı ki, onlara ictimai-hüquqi
səciyyəli yazılı
sərəncamların rəsmiləşdirilməsi,
məhkəmə jurnallarının,
müxtəlif bildirişlərin
və xahişlərin
aparılması səlahiyyətləri
verilirdi. Həmin dövrdə mirzələr
həm dövlətin
tabeliyində olur, həm də fərdi şəxslərin
təminatı altında
fəaliyyət göstərirdilər.
Romada yaranıb inkişaf edən mülki dövriyyə müasir notariatın təməli hesab edilən tabelionların yaranmasına
şərait yaradır.
Tabelionlar azad fəaliyyət
göstərən adamlar
idi və müəyyən məbləğ
qarşılığında istənilən şəxs
üçün hüquqi
aktların və məhkəmə sənədlərinin
tərtib etməklə
məşğul olurdular.
Daha sonralar isə notariat sistemi İtaliya və Fransada inkişaf edərək bütün Avropaya yayılıb.
***
İndiki Azərbaycan ərazisində
yaranmış qədim
Manna dövlətində də
notariat hərəkəti
sayılan vəsiyətnamə
olunub. Lakin onu da qeyd etmək lazımdır ki, bu vəsiyətnamə heç də həmişə yazılı
formada tərtib olunmayıb. Vəsiyyət edənin şahidlərin yanında etdiyi şifahi bəyanatlar da nəzərə alınırdı. Şahidlərin yanında edilən şifahi vəsiyyət zamanı şahidlər bir növ notariat
xidməti göstərən
şəxsə çevrilirdilər
və vəsiyyət edənin ölümündən
sonra zərurət yarandıqda vəsiyyət
edənin sözlərini
təkrar etmək üçün çağrılırdılar.
3-cü əsrdə Azərbaycanda feodalizm münasibətlərinin yaranmasından
sonra notariat hərəkətlərini mirzələr
həyata keçirməyə
başlayırlar. 6-cı
əsr Sasanilərin hakimiyyəti dövründə
“Matikan” adlanan sənədlər toplusu tərtib edilir ki, bu, ölkənin
hüquqi abidələrindən
hesab olunur. Sözügedən sənədlər toplusu həm də Sasani Qanunnaməsi adlanır.
Burada dövlətin bir sıra hüquqi funksiyaları ilə yanaşı vərəsəlik
məsələləri də
öz əksini tapır. Qanunnaməyə
əsasən həm kişi, həm
də qadın vəsiyyət edə bilərdi. Həmin dövrdə vəsiyyətnamə
vəsiyyət edənin
mirzəyə və ya digər məmura
şahidlərin yanında
diqtə etdiyi, hökmən yazılı
şəkildə tərtib
edilən bir sənəd idi. Qeyd edək ki, Sasani
Qanunnaməsi qəbul
edilənədək həm
şifahi, həm də yazılı vəsiyyətnamə hüquqi
mahiyyət daşıyırdısa,
620-ci ildən etibarən
yalnız yazılı
vəsiyyətnamə etibarlı
sayılmağa başlanır.
Eyni zamanda “Matikan”da müasir dövrün bir qədər yeni notariat hərəkəti
sayılan nikah müqaviləsinin bağlanması
da nəzərdə tutulurdu. Ölkədə məhkəmə işlərinə kahinlər
nəzarət etsə
də, notariat hərəkətlərini mirzələr
aparırdılar.
Daha sonra Azərbaycana ərəblərin
gəlməsi və ölkənin Ərəb xilafətinin tərkibinə
daxil edilməsindən
sonra şəriət
hüququ Azərbaycanın
hüquq sistemində mühüm rol oynamağa başlayır. Burada borc alıb-vermə, mülki və hüquqi əqdlər, qanun üzrə vərəsəlik, vəsiyyət
üzrə vərəsəlik
və s. kimi hüquqi tənzimləmələr
yer alıb.
Hal-hazırda qüvvədə
olan “Notariat haqqında” Azərbaycan Respublikasının 26 noyabr
1999-cu il tarixli Qanununun 30-cu maddəsinə
əsasən dövlət
notariusları və notariat hərəkətləri
aparan digər vəzifəli şəxslər
notariat hərəkətlərinin
aparılmasına görə
dövlət rüsumu
aldığlari kimi, həmin dövrdə qazılar da belə hərəkətlərin
aparılmasına görə
əhalidən haqq alırdılar. Notariat hərəkətlərinin bir növü olan borc müqaviləsi
məbləğindən asılı
olmayaraq mütəxəssis,
yəni katib tərəfindən, şahidlərin
iştirakı ilə
yazılı surətdə
tərtib edilirdi.
Şəriət qaydalarına görə
verilmiş borcun məbləği üçün
faiz alınması qəti qadağan idi. Yalnız bu şərtə
əməl olunduqda qazı borc müqaviləsi tərtib edirdi. Qazı eyni zamanda, notariat hərəkətlərinin
qanunauyğun olmasına
görə məsuliyyət
daşıyırdı. Bunun üçün də o, sözügedən vəzifəyə
şəriət qanunlarını
yaxşı biləni
təyin edirdilər.
Onun səlahiyyətlərinə qanunsuz
mülki-hüquqi əqdlərin
və müqavilələrin
qarşısını almaq
da daxil idi.
***
XVIII əsrdən başlayaraq
Azərbaycanda yeni notariat hərəkəti,
veksellər təsdiq olunurdu. Bu dövrdə də mülki-hüquqi müqavilələr və
vərəsəlik məsələləri
şəriət normaları
ilə tənzimlənirdi.
1814-cü ildə Qafqaz üzrə Baş Müdirin göstərişi əsasında
müvəqqəti dairə
məhkəmələri təsis
edilir. Onlar məhkəmə, inzibati və polis işləri ilə yanaşı notariat funksiyalarını da yerinə yetirirdilər.
Lakin məhkəmə islahatından
sonra Rusiya və onun əyalətlərində
notariat sistemi yenidən qurulmağa başlanıldı. 1866-cı
ildə notariat haqqında Əsasnamə qəbul edildi və bu əsasnaməyə
müvafiq olaraq notarisu vəzifəsi təsis edilməsi nəzərdə tutulurdu.
Notariuslar dairə məhkəmələrində
qulluqda idilər və vəzifəyə məhkəmə palatasının
böyük sədri tərəfindən təyin
edilirdilər.
Təxminən bir ildən sonra, yəni 1867-ci il dekabrın 9-da “Qafqaz vilayətində 20 noyabr 1864-cü il tarixli məhkəmə əsasnamələrinin tətbiq edilməsi barədə” qanun qəbul olundu. Həmin qanuna əsasən Bakı dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Bakı quberniyasının özəl notariuslarının kontorları açıldı. Bir qədər sonra isə Qafqaz Canişininin 12 fevral 1868-ci il tarixli yazılı göstərişinə əsasən Yelizavetpol dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Yelizavetpol quberniyasının özəl notariuslarının kontorları yaradıldı. Belə bir addımın atılması Yelizavetpol (Gəncə) quberniyasının yaradılması ilə əlaqədar idi. Daha sonralar isə Azərbaycanın müxtəlif bölgələrində notariat kontorları açıldı.
***
1920-ci
ildə ölkədə baş verən aprel inqilabından
sonra Azərbaycanda notariatın hüquqi statusu köklü
şəkildə dəyişir. 5 may 1920-ci ildə Azərbaycan İnqilab
Komitəsi (AİK) torpaq haqqında dekret verir ki,
burada torpaq üzərində
xüsusi mülkiyyətin ləğvi nəzərdə
tutulurdu. 1920-ci il
mayın 13-də AİK məhkəmə
palatasının, Bakı və Gəncə dairə məhkəmələrinin
ləğv edilməsi haqqında dekret
imzalanır. Dekretdə o vaxta kimi notariat
institutunu nizamlayan 14 aprel 1866-cı il “Notariat sahəsi haqqında” Əsasnamənin ləğv
edilməsi göstərilməsə də, həmin Əsasnamə
faktiki olaraq qüvvədən
düşmüş hesab
olunur. 1973-cü il
dekabrın 27-də ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə Dövlət notariatı
haqqında Azərbaycan SSR Qanunu qəbul
edilir. Ölkəmiz müstəqillik əldə
etdikdən sonra mərhum prezident
Heydər Əliyevin təşəbbüsü ilə 26 noyabr 1999-cu ildə Notariat
haqqında Azərbaycan Respublikasının Qanunu
qəbul edilir. Bu daha əvvəllər qəbul edilmiş
qanunlardan fərqli olaraq
daha demokratik bir qanun hesab
olunur. Qeyd edək ki, hazırda notariat hərəkətlərinin
aparılması məhz bu qanuna
əsasən aparılır və nizamam
salınır. Onu da vurğulamaq lazımdır ki,
indiyə qədər bu qanunda
müəyyən dəyişikliklər olunub.
Siyasi irsin
davamçısı İlham Əliyevin təşəbbüsü
ilə edilmiş son dəyişiklik
bu mənada xüsusi əhəmiyyətlidir.
Son dəyişikliyə
görə “Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş hallarda və qaydada notariat hərəkətləri ilə
bağlı məlumatlar notarius tərəfindən
maliyyə monitorinqi orqanına verilməlidir.
Bunu da dövlətin notariuslara böyük etimad və inamının göstəricisi kimi qiymətləndirmək mümkündür.
Zaman.-2014.-30 oktyabr.-S.13.