Ərazi bütövlüyünün
toxunulmazlığı bütün
ölkələr üçün əsas
şərtdir
Bakıda keçirilən
Şərq tərəfdaşlığı
ölkələri xarici
işlər nazirlərinin
görüşündə mövcud sərhədlərin
zorla dəyişdirilməsinin
yolverilməzliyi vurğulanıb.
Ukraynada baş verən son hadisələr və Rusiyanın bu ölkəyə qarşı
təcavüzü beynəlxalq
aləmdə tanınmış
sərhədlərin toxunulmazlığı
və təcavüzkar
ölkəyə qarşı
sərt qərarların
ələ alınması
məsələsi yenidən
gündəmə gəlib. Bu baxımdan Bakıda keçirilən Şərq
tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin
görüşündə mövcud sərhədlərin
toxunulmazlığı əsas
müzakirə obyektlərindən
biri olub. Belə ki, iclasda
çıxış edən
Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan
Füle mövcud sərhədlərin zorla,
təcavüz yolu ilə dəyişdirilməsinin
yolverilməzliyni bir daha vurğulayıb. O deyib ki, Avropa
heç vaxt sərhədlərin zorla dəyişdirilməsini qəbul
etməyəcək. Öz növbəsində
E. Məmmədyarov qeyd
edib ki, ərazi bütövlüyünün
toxunulmazlığı bütün
ölkələr üçün
əsas şərtdir
və beynəlxalq səviyyədə tanınan
sərhədlər dəyişdirilə
bilməz. O deyib
ki, bu müstəvidə
də Şərq
tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin
Bakı toplantısında
Azərbaycanın ərazi
bütövlüyünə növbəti dəfə dəstək ifadə olunub.
Yeri gəlmişkən xatırladaq
ki, NATO-ya üzv ölkələrin
dövlət və hökumət başçılarının
Uelsdə keçirilən
son toplantısında da
mövcud sərhədlərin
zorla dəyişdirilməsinin
yolverilməzliyi vurğulanıb.
Bununla bağlı sammitdə qəbul edilən qətnamədə Azərbaycanın
ərazi bütövlüyü
bir daha dəstəklənib.
Bakıda
keçirilən Şərq
Tərəfdaşlığı proqramının xarici işlər nazirlərinin
görüşü iştirakçı
ölkələrin Avropa
İttifaqı ilə
münasibətlərinin dərinləşməsinə
imkan yaradacaq. Bunu Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov
Avropa İttifaqının
Şərq Tərəfdaşlığı
proqramında iştirak
edən ölkələrin
xarici işlər nazirlərinin Bakıda keçirilən 4-cü qeyri-rəsmi
görüşünün açılışında deyib.
Nazir bildirib ki, Azərbaycan bu il çox intensiv şəkildə Avropa İttifaqı ilə inteqrasiya məsələlərini
müzakirə edib.
Aİ-nin genişlənmə və
Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle isə çıxışında bəyan
edib ki, Şərq Tərəfdaşlığına
daxil olan 6 ölkə Aİ üçün
vacib ölkələrdir:
Biz bu altı ölkənin müstəqilliyini,
ərazi bütövlüyünü
və suverenliyini dəstəkləyirik.
Ş. Füle qeyd edib ki,
toplantıda regionda baş verənlər müzakirə olunacaq: Bu görüş Avropa İttifaqını daha yaxından anlamağa, sülh və sabitlik üçün birlikdə nələr edə biləcəyimizi müəyyənləşdirməyə imkan verəcək. Avropalı komissarın fikrincə, bu görüş tərəflər arasında
həmrəyliyi və
etimadı gücləndirəcək.
Avropa Xarici Fəaliyyət Xidmətinin
baş katibinin müavini Helqa Şmidt isə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı gələcəkdə daha
da möhkəmləndirmək
istədiyini vurğulayıb:
Xüsusilə bizim üçün çox vacib olan enerji
və təhlükəsizlik
sahələrində.
E. Məmmədyarov Ş.Fülenin Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və QHT-lərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Qeyd edək ki, Ş. Füle Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanın Avropanın ən nüfuzlu təşkilatlarından biri olan Avropa Şurasına sədrlik etdiyini xatırladaraq ümid etdiyini bildirib ki, Azərbaycan sədrliklə yanaşı, öz ölkəsində həmin dəyərləri və prinsipləri daha dərin bərqərar edəcək.
Azərbaycan XİN rəhbəri
qeyd edib ki, Azərbaycan QHT-lərlə bağlı daha çox şəffaflığa
nail olmaq istəyir:
QHT-lər Ədliyyə Nazirliyində qeydiyyatdan
keçməlidirlər. Azərbaycan demokratik
və açıq cəmiyyət yaradır. İnsan
hüquqlarına gəlincə, qanunun aliliyinin pozulması mümkün
deyil. Bəzi beynəlxalq QHT-lər, təşkilatlar
Azərbaycanı bu sahədə tənqid
edirlər. Amma Azərbaycan bu ölkələr sırasında sonuncu deyil.
E. Məmmədyarov bildirib ki, ərazi bütövlüyünün toxunulmazlığı bütün ölkələr üçün əsas şərtdir və beynəlxalq səviyyədə tanınan sərhədlər dəyişdirilə bilməz.
Nazir
Şərq tərəfdaşlığı ölkələri
xarici işlər nazirlərinin Bakı görüşünün maraqlı və səmərəli
keçdiyini vurğulayıb. O, tərəflərin
enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, viza rejiminin sadələşdirilməsi prosesi və digər məsələləri
müzakirə etdiklərini deyib.
Zaman. - 2014.-
10 sentyabr.- S. 1, 3.