Kipriklərin pıçıltısıAzərbaycan dilində

 

Ərəbşünas, tərcüməçi, ərəb mühacirət ədəbiyyatının tədqiqatçılarından olan filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun tərcüməçiliyi iləKipriklərin pıçıltısıadlı kitab çapdan çıxıb.

Ərəbşünas, tərcüməçi, ərəb mühacirət ədəbiyyatının tədqiqatçılarından olan filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun tərcüməçiliyi iləKipriklərin pıçıltısıadlı kitab çapdan çıxıb. Kitabda ərəb məhcər (mühacirət) ədəbiyyatının görkəmli nümayəndəsi, livanlı ədib Mixail Nuaymənin şeir toplusu Azərbaycan dilinə bədii tərcümə olunub. Kitabın redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Gövhər Baxşəliyeva, rəssamı Adil Mirseyid, ön sözün müəllifi ədəbiyyatşünas Şəlalə Ana, rəyçiləri filologiya üzrə elmlər doktorları Vilayət Cəfərov İmamverdi Həmidovdur. Qeyd edək ki, Azərbaycanda ərəb mühacirət ədəbiyyatının tədqiqi görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın adı ilə bağlıdır. Ömrünü Azərbaycan elminin, şərqşünaslığının inkişafına həsr etmiş Aida xanım İmanquliyeva ərəb mühacirət ədəbiyyatına dair dəyərli monoqrafiyaların, 70-dən artıq elmi məqalənin müəllifidir. Kitabın redaktoru millət vəkili, professor, AMEA-nın Akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bu məqama toxunaraq yazır: “Ərəb məhcər ədəbiyyatını böyük məhəbbətlə araşdıraraq elmi ictimaiyyətə geniş oxucu kütləsinə tanıdan Aida İmanquliyevanın açdığı elmi cığırla addımlayan bugünkü gəncliyin həmin ədəbiyyatın tədqiqinə tərcüməsinə xüsusi meyl maraq göstərməsi olduqca təqdirəlayiqdir. Mahir Həmidovun M. Nuaymə irsinə müraciət etməsini təsadüfi hesab etmək olmaz. M. Həmidovun ədibin yaradıcılıq prinsiplərinə, ədəbi-nəzəri görüşlərinə yaxından bələd olması bu işdə ona böyük uğur qazandırmışdır. M. Həmidovun tərcümələri ilə tanış olduqca onun bu məsuliyyətli işin öhdəsindən bacarıqla gəldiyinin şahidi oluruq. Romantik şairi tərcümə edərkən tərcüməçi özü romantik əhval-ruhiyyəli, qanadlı söz ifadələri yerli-yerində işlədə bilmiş, nəticədə gözəl, poetik tərcümə nümunələri yaratmışdır”.

Sonda onu da qeyd edək ki, filologiya üzrə fəlsəfə doktoru M. Həmidov təkcə bədii tərcümələrlə kifayətlənməmiş, kitabın əvvəlində M.Nuaymənin şeirləri barədə oxuculara müfəssəl məlumat vermişdir. Şairin vətəni  Livanda - Biskintada bir vaxtlar yaşadığı evdə, eləcə də tez-tez xəlvətə çəkilib bir-birindən gözəl əsərlər yazdığı mağarada olmuş, onun məzarını ziyarət etmiş və yaxınları ilə söhbətləşərək həyat və yaradıcılığı ilə bağlı maraqlı məlumatlar toplamışdır. Tərcüməçinin kitabın sonunda təqdim etdiyi “Əlavələr” bölümündəki fotoşəkillər də olduqca maraqlıdır.

 

Zaman. - 2014.- 10 sentyabr.- S. 2.