“Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və
dəstəkləyir”
Fransanın Azərbaycandakı səfiri
Paskal Mönye Fransa parlamentinin bir qrup üzvünün
rəsmi Bakının
icazəsi olmadan Azərbaycanın işğal
olunmuş ərazilərinə
səfər etməsinə
münasibət bildirib. Səfir
bildirib ki, senatorların işğal
olunmuş torpaqlara səfəri və səsləndirdikləri fikirlər
Fransanın mövqeyini
əks etdirmir: “Fransa demokratik dövlətdir. Onların hər hansı
çıxışı və
hərəkəti Fransanın
mövqeyi deyil. Bu, onların şəxsi
işi və təşəbbüsüdür. Fransa dövlət olaraq buna görə məsuliyyət daşımır.
Əvvəllər də dəfələrlə
demişəm və bir daha qeyd
edirəm ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü
tanıyır və dəstəkləyir”.
Fransalı diplomat
Azərbaycan Prezidentinin Serj
Sarqsyanla Parisdə planlaşdırılan
görüşündən də danışıb: “Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli
yolları və sülh prosesində mövcud problemlər müzakirə olunacaq. Hesab edirəm ki, sülhün qorunub saxlanılması üçün
bu görüşün
əhəmiyyəti böyükdür. Fransa ilə Azərbaycan arasında ölkələr,
dinlər və mədəniyyətlərarası
dialoqu artıq qurmuşuq.
Gələcəkdə bu dialoqu
yüksəltməyə çalışmaq lazımdır.
Hazırda Fransa ilə Azərbaycan
arasındakı münasibətlərin səviyyəsini
yüksək qiymətləndirirəm”.
Zaman. - 2014.-
10 sentyabr.- S. 3.