Mingəçevirdə
təhsil işçilərinin sentyabr
konfransı olub
Mingəçevir şəhərində təhsil
işçilərinin ənənəvi
sentyabr konfransı keçirilib. Əvvəlcə ulu öndər
Heydər Əliyevin adını daşıyan
sarayın foyesində
təşkil edilmiş
məktəblilərin əl
işlərindən ibarət
sərgiyə, texniki yaradıcılıq nümunələrinə,
təhsil, idman və ədəbiyyat sahəsində qazanılmış
uğurlardan bəhs edən sənədlərə
baxış olub.
Mingəçevir təhsilinin müvəffəqiyyətlərindən
bəhs edən videoçarx nümayiş
etdirilib. Məktəblilər konfrans iştirakçılarını
salamlayıblar. Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri
Sahib Məmmədov 2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə
məruzə edib.
Sahib Məmmədov
məlumat verib ki,
ötən dərs ilində şəhər məktəbləri
üzrə 631 sinif komplektində 12 min 635 nəfər şagird
təhsil alıb. Məktəbdən kənar müəssisələr
üzrə 103 qrupda 1300 yeniyetmə idman və yaradıcılıq dərnəklərinə
cəlb edilib. Bu
şagirdlərin təlim tərbiyyəsi ilə 1689 müəllim
və tərbiyəçi məşğul olub.
Tədris prossesində əsas diqqət yeni təlim texnologiyalarının və təlim
üsullarının tətbiqinə fənn
kurukulumlarının tələblərinə uyğun
müəllim kadrlarının hazırlanmasına, şagirdlərin
fiziki və intellektual
inkişafına, sağlam həyat tərzinə
və sivil dəyərlərə əsaslanan
vətəndaş təfəkkürünün
formalaşmasına yönəldilib. Uğurlar
daha çox ali məktəblərə qəbul
imtahanlarında özünü göstərib.
438 nəfər mingəçevirli məzun tələbə
adını qazanıb. Onlardan 77 nəfəri
500-dən yuxarı bal toplayıb. Bu göstərici əvvəlki illərlə
müqayisədə xeyli dərəcədə
yüksəkdir. Təhsil Şöbəsinin müdiri
qeyd edib ki, mingəçevirli şagirdlər respublika fənn olimpiadalarında və digər
yarışlarda uğurlu nəticələr
əldə ediblər. Konfransda Mingəçevir
Şəhər İcra Hakimiyyətinin
başçısı Niyazi Bayramov növbəti dərs ilinin
başlanması münasibəti ilə pedoqoji
ictimayyəti təbrik edib, onlara uğurlar
arzulayıb. Bildirib ki,
Prezident İlaham
Əliyevin qayğısı ilə Mingəçevirdə də
məktəblilərin maddi-texniki
bazaları möhkəmləndirilir: “Təhsil ocaqları əsaslı
şəkildə yenidən qurulur. Belə
ki,10 saylı məktəbin əsaslı təmiri başa çatdırılaraq müasir
avadanlıqlarla təmin olunub. 4 saylı məktəbdə
isə yenidənqurma işləri davam etdirilir. Daha 3 təhsil
ocağının isə təmirinə başlanılıb”.
Konfransda Təhsil Nazirliyinin
nümayəndəsi Aydın Əhmədov
çıxış edərək həyata keçirilən struktur islahatların əhəmiyyətindən
danışıb. Konfransda
çıxış edən valideyn Vidadi Cabbarov bu il iki
övladının ali məktəbə qəbul
olunmasının sevincini
yaşadığını bildirib. Onun övladları 600-dən yuxarı bal toplayaraq Tibb Univeristetinə qəbul olublar.
Bu sevinci onlara bəxş edən müəllimlərə,
Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar
Elmlər Təmayüllü liseyin bütün pedoqoji
kollektivinə öz minnətdarlığını
bildirib. Sonda bir qrup qabaqcıl müəllimə
və yüksək balla ali
məktəblərə qəbul olunmuş
gəncə fəxri fərman və qiymətli hədiyyələr
təqdim edilib.
Esmira Hidayətova
Zaman. - 2014.-
10 sentyabr.- S. 6.