“Vətəndaşlar arasında əmək müqaviləsi barədə maariflənmə işləri aparılmalıdır”

 

Hər bir işçi ilə işəgötürən arasında əmək münasibətləri əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Belə münasibətlər işçinin həyatını gələcəyini təmin edir. Gəlin, əmək müqaviləsinin üstünlüklərini müqavilə ilə müqaviləsiz çalışan iki işçininin timsalında göstərək. İlk fərq ondan ibarətdir ki, əmək müqaviləsi ilə çalışan işçi əmək stajına müvafiq olaraq gələcəkdə pensiya təminat hüququ əldə edəcəkdir. Müqaviləsiz çalışan şəxs isə bu hüquqdan məhrum olur illərlə çəkdiyi əziyyətin bəhrəsinin müvafiq yaş həddinə çatdıqdan sonra görmür. İkinci fərq odur ki, əmək müqaviləsi ilə çalışan işçi sığortalıdır”.

Bu yaxınlarda əsgər yoldaşım Qabil Musayev ilə görüşdüm. O rayonda yaşayır. Aqlay ustasıdır. İş olanda Bakıya da gəlir. Hər gələndə mütləq vaxt tapıb görüşürük. Qabil ilə söhbətimizə əsgərlik illərinin xatirələri ilə körpü salırıq. Əsgər yoldaşımla sonuncu görüşümdə öyrəndim ki, icraçısı onların əmək haqqının hamsını verməyib. Hərəsinin əmək haqqından az, çox 100 manat kəsib. İşçilər vaxt həmin icraçısına zəng vurur, açıq-aşkar deyir ki, vermirəm. Pul yoxdur. Mən dostuma bunun qanun pozuntusu olmasını xatırladıb, onun digər yoldaşlarının əmək haqqlarının məhkəmə yolu ilə olsa almağının vacibliyini bildirdim. Daha sonra öyrəndim ki, onun digər yoldaşlarının işəgötürən tərəf ilə əmək müqaviləsi yoxdur. Səbəbini soruşduqda dostum bildirdi ki, əmək müqaviləsi işçilərə, işəgötürənlərə sərf etmir. Bu isə onu deməyə əsas verir ki, işçilərin əksəriyyətinin əmək müqaviləsi haqqında kifayət qədər məlumatı yoxdur. Hesab edirik ki, vətəndaşlar arasında əmək müqaviləsi haqqında ciddi maariflənmə işlərinin aparılmasına ehtiyac var.

 

Əmək müqaviləsi ilə çalışan işçi sığortalıdır

 

Mövzumuzla bağlı suallarımızı cavablandıran Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assossiayasından (AYNHA) bildirdilər ki, əmək münasibətləri həyatımızın ayrılmaz ən önəmli hissəsindən biridir: “Hər bir işçi ilə işəgötürən arasında əmək münasibətləri əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Belə münasibətlər işçinin həyatını gələcəyini təmin edir. Gəlin, əmək müqaviləsinin üstünlüklərini müqavilə ilə müqaviləsiz çalışan iki işçininin timsalında göstərək. İlk fərq ondan ibarətdir ki, əmək müqaviləsi ilə çalışan işçi əmək stajına müvafiq olaraq gələcəkdə pensiya təminat hüququ əldə edəcəkdir. Müqaviləsiz çalışan şəxs isə bu hüquqdan məhrum olur illərlə çəkdiyi əziyyətin bəhrəsinin müvafiq yaş həddinə çatdıqdan sonra görmür. İkinci fərq odur ki, əmək müqaviləsi ilə çalışan işçi sığortalıdır. Belə ki, əgər saatları ərzində işçinin başına bədbəxt hadisə gələrsə, eləcə işəgötürənin təqsirli hərəkətləri nəticəsində işçiyə maddi ya mənəvi ziyan dəyərsə, işəgötürən qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyır işçiyə dəymiş zərərin əvəzini tam şəkildə ödəmək işəgötürənin vəzifəsidir. Eyni zamanda işçi vəfat edərsə, onun ailəsinə müvafiq qaydada kompensasiya ödənilir. Bunlar hamısı yalnız əmək müqaviləsi bağlandığı zaman mümkündür”.

 

Əmək müqaviləsiz işləyən işçini işəgötürən istədiyi vaxt işdən uzaqlaşdıra bilər

 

AYNHA-dan onu da əlavə etdilər ki, əmək müqaviləsi ilə işləyən işçinin məzuniyyət hüququ əmək müqaviləsinə əsasən öz təsbitini yazılı şəkildə adı çəkilən müqavilədə tapır. Bu da gələcəkdə işəgötürən tərəfindən, işçinin məzuniyyət hüququndan məhrum edildiyi ya məzuniyyətin verilməsinin gecikdirildiyi hallarda işçinin əmək qanunvericiliyinə müvafiq olaraq kompensasiya tələb etmək hüququnu realizə etməsi anlamına gəlir: “Digər tərəfdən, əmək müqaviləsi ilə işləyən işçinin əmək müqaviləsinə xitam verilməsi əsasları da fərqlənir. Belə ki müqaviləsiz işləyən işçi ilə işəgötürən istədiyi vaxt münasibətləri ləğv edə bilər. Lakin müqavilə ilə işləyən işçinin əmək münasibətlərinə xitam verilməsi əsasları yanlız qanunvericiliyə müvafiq qaydada ola bilər. Bütün bunlara yanaşı, əmək müqaviləsiz işləyən işçiyə işəgötürən tərəfindən digər neqativ təsirlər göstərilə, onun əmək funskiyasına daxil olmayan işlərə cəlb edilməsi işəgötürən tərəfindən tələb edilə bilər. Eyni zamanda istirahət günlərində ya bayram günlərində işçinin əvəzi ödənilmədən işlədilməsi hallarına da rast gəlmək münkündür ki, bütün bunlar əmək qanunvericiliyinə müvafiq olaraq hüquqazidd hərəkətlərdir”.

 

  Əmək müqaviləsindən boyun qaçırmaqda məqsəd vergidən yayınmaqdır

 

AYNHA-dan sonda onu da vurğuladılar ki, yuxarıda sadaladığımız mənfi hallarla rastlaşmamaq üçün vətəndaşlar əmək münasibətlərinə daxil olarkən mütləq şəkildə yazılı əmək müqaviləsinin bağlanmasını tələb etməlidirlər: “Əfsuslar olsun ki, vətəndaşlarımız (həm işçilər, həm işəgötürənlər) əmək müqaviləsini bağlamaqdan boyun qaçırırlar. Bunun başlıca səbəbi vergidən yayınmaqdır. Lakin bir məqamı yaddan çıxarmaq olmaz ki, yığılan vergilər dövlətimizin büdcəsinə gedir, həmin pullar isə gələcəkdə dövlətin sosial, siyasi, hərbi digər ehtiyaclarına biz - vətəndaşların ehtiyaclarına xərclənir. Dövlət bizim ödənişlərlə zənginləşir inkişaf edir. Bir vətəndaş kimi bunu unutmaq olmaz. Üzərimizə düşən öhdəlikləri düzgün vaxtında yerinə yetirmək lazımdır. Son zamanlar dövlətin apardığı siyasət nəticəsində bir çox yerlərdə, KİV- əmək müqaviləsinin bağlanmasının zəruri olduğu vətəndaşlarımıza çatdırılır. Hal-hazırki vəziyyəti kafi olaraq qiymətləndirmək olar. Lakin əldə olunan nəticələrlə kifayətlənmək olmaz vətəndaşların bu sahədə maarifləndirilməsini davam etdirmək lazımdır. Bu həm dövlətə, cəmiyyətə, həmçinin ayrı-ayrı fərdlərə xeyirlidir. Unutmaq olmaz ki, Dövlət vətəndaşlara xidmət edir, vətəndaşların isə dövlətin onların üzərinə qoyduğu vəzifələri yerinə yetirməsi onların özünə xidmətidir”.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət yeri seçmək hüququ vardır. Ölkəmizdə vətəndaşların əmək fəaliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Əmək müqaviləsi üzrə işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü yeri seçərək əmək müqaviləsi bağlamaq,  əmək müqaviləsinin şərtlərini dəyişdirmək ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək, vaxtında ya vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq, həyatının, sağlamlığının əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək,  qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq, vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq ya onun verilməsini tələb etmək hüquqları vardır.

 

Ardı növbəti sayımızda

 

Elvin Əliyev 

 

Zaman. - 2014.- 6 sentyabr.- S. 13.