Azərbaycanda
sənayenin inkişafında yeni mərhələnin
başlanğıcı
20 sentyabr tarixi neft sənayemizdə
yeni dövrün başlanğıcı hesab olunur. 20 il əvvəl
imzalanan bu müqavilədən əldə olunan siyasi mənfəət
gələcəkdə əldə olunacaq real iqtisadi gəlirlərdən
qat-qat çox oldu. Mübağiləsiz demək
olar ki, bu müqavilə Azərbaycanı Rusiyanın
caynağından xilas edərək müstəqilliyinin
qarantına çevrildi. Heydər
Əliyev Azərbaycan üçün heç nə etməsəydi
belə “Əsrin Müqaviləsi” onun tarixdə qalması
üçün kifayət edərdi.
Müstəqillik əldə
etdikdən sonra Azərbaycanın qarşısında öz həllini
gözləyən çoxsaylı iqtisadi problemlər
dayanıb. İqtisadi islahatlar dövrünün ilk mərhələsi
1991-1995-ci illəri əhatə edib və o dövrdə ciddi
iqtisadi islahatlara nail olmaq mümkün olmayıb. Ermənistanla aparılan müharibə və ölkə
daxilində gedən siyasi mübarizə iqtisadi islahatları həyata
keçirməyə imkan verməyib. Bu illər
ərzində həyata keçirilən islahatlar ölkədə
hökm sürən xaos nəticəsində bir çox
hallarda uğursuzluğa düçar olub. Ümumi mülkiyyətdən kortəbii şəkildə
və tez-tələsik imtina etmək müsbət nəticə
verməyib. Bir çox hallarda dövlət
mülkiyyətində olan müəssisələrin əmlakının
oğurlanmasına gətirib çıxarıb. Həmin dövrdə neft və qaz hasilatının
artırılması ölkəmizin
qarşılaşdığı iqtisadi və sosial çətinliklərin
aradan qaldırılmasında əsas vasitələrdən
biri hesab olunurdu. Belə bir şəraitdə
maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin
və investorların neft sənayesinə cəlb
olunmasını zərurətə çevirmişdi.
1994-cü il sentyabrın 20-də Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin gərgin əməyi sayəsində
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən
“Azəri”, “Çıraq” və “Günəşli”
yataqlarının dərinlikdə yerləşən hissələrinin
birgə işlənməsi və neft hasilatının pay
bölgüsü haqqında Azərbaycan Dövlət Neft
Şirkəti (ARDNŞ) ilə dünyanın 8 ölkəsinin
(ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç,
Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur
neft şirkəti (“Amoko”, BP, “MakDermott”, “Yunokal”, “LUKoyl”,
“Statoyl”, “Ekson”, TPAO, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta”)
arasında saziş imzalandı. Sonrakı illərdə Azərbaycanda
neft-qaz sahəsində çoxlu əlamətdar hadisələrin
olmasına, müxtəlif yataqlar və perspektiv strukturlar
üzrə onlarla sazişin imzalanmasına, yeni terminalların
inşasına, Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum kimi boru kəmərlərinin işə
salınmasına baxmayaraq, “Əsrin müqaviləsi” haqlı
olaraq ölkənin iqtisadi siyasətinin əsasını təşkil
edir. Belə ki, bu sənəd respublikanın
bütün iqtisadiyyatının inkişafına təkan
verib. “Əsrin müqaviləsi” hesabına
Azərbaycan ölkə xaricində müxtəlif sahələrə
sərmayələr yatıran investora çevrilib. Neft gəlirləri Gürcüstan, Türkiyə və
digər ölkələrdə iri layihələrin həyata
keçirilməsinə imkanlar açıb. Azərbaycan
“Azəri-Çıraq-Günəşli”nin
işlənməsi üzrə saziş sayəsində təkcə
öz enerji təhlükəsizliyini deyil, həm də
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
iştirak edib.
Milli dövlətçiliyimizin
bünövrə daşı - “Əsrin Müqaviləsi”
20 sentyabr tarixi neft sənayemizdə
yeni dövrün başlanğıcı hesab olunur. 20 il əvvəl
imzalanan bu müqavilədən əldə olunan siyasi mənfəət
gələcəkdə əldə olunacaq real iqtisadi gəlirlərdən
qat-qat çox oldu. Mübağiləsiz demək
olar ki, bu müqavilə Azərbaycanı Rusiyanın
caynağından xilas edərək müstəqilliyinin
qarantına çevrildi. Heydər
Əliyev Azərbaycan üçün heç nə etməsəydi
belə “Əsrin Müqaviləsi” onun tarixdə qalması
üçün kifayət edərdi. Sovetlər
Birliyinin tərkibində yaşadığımız illərdə
Azərbaycan Birliyin ən gəlirli ölkəsi hesab olunurdu.
Lakin Ermənistanda və Gürcüstanda
yaşayış səviyyəsi bir çox hallarda Azərbaycandan
yüksək olub. Neft gəlirlərimizdən ermənilərə
və gürcülərə bizdən çox pay
düşürdü. Talan o qədər tələm-tələsik
həyata keçirilirdi ki, Bakı və Abşeron
yarımadası mazut gölməçələrindən
keçilməz olmuşdu. Xəzərə
axıdılan tullantıları onillər keçsə belə
təmizləmək mümkün olmayacaq. 50 il ərzində “yediklərindən” gözləri
doymadı. Sovetlər Birliyinin
dağılmasından dərhal sonra torpaqlarımızı
işğal etdilər, vətəndaşlarımızı
yurd-yuvalarından didərgin saldılar. Dövlət
çevrilişlərinin ardı-arası kəsilmədi.
Neftə görə başımıza
açmadıqları oyun qalmadı. Bu
gün də neftimizə şərik olanlar çoxdur. Ancaq bu Sovetlər Birliyində olduğu kimi deyil.
Azərbaycanın bir manatı belə
olmadığı zamanlarda BP neft sənayemizə milyardlarla sərmayə
yatırıb. İndi pay bölgüsündə diqtə
edən tərəf bizik. Yuxarıda qeyd etdiyim
kimi, neft müstəqilliyimizin qarantı oldu. Neftimiz olduğu üçün qonşu Ermənistan
və Gürcüstan kimi “bir tikə çörəyə”
görə başqalarına “əl açmadıq”. Müqavilə çərçivəsində
milyardlarla gəlir əldə etmişik. Ancaq bu
müqavilə 20 il ərzində bizi “şimal” və “cənub”dan
gələn təhlükələrdən qoruyub ki, bu da əldə
etdiyimiz iqtisadi mənfəətdən çox-çox əhəmiyyətlidir.
Son on ildə sənayenin
inkişafında böyük uğurlar qazanılıb
Əsasən yanacaq və
energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti,
yüngül və digər sənaye sahələrini
özündə birləşdirən bu vacib sahə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin gərgin əməyi
sayəsində ötən əsrin 70-80-ci illərindən
başlayaraq inkişaf edib. Qeyd etdiyimiz kimi
“Əsrin Müqaviləsi”ndən sonra Azərbaycanda sənaye
sektoru yenidən ölkə iqtisadiyyatının inkişaf
etmiş aparıcı sahələrindən birinə
çevrildi. Ölkə iqtisadiyyatında
aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində
1995-2014-cü illərdə sənaye sahəsində əhəmiyyətli
nəticələr əldə olunub. Təkcə son on ildə
Azərbaycan iqtisadiyyatının bütün sahələrində
olduğu kimi, sənayenin inkişafında da böyük
uğurlar qazanılıb, sənaye məhsulları
istehsalının həcmi 2,7 dəfə
artıb. Bu müddət ərzində rəqabət qabiliyyətli
müasir sənaye sahələrinin yaradılması, sənayenin
infrastruktur təminatının
yaxşılaşdırılması sahəsində
çoxsaylı layihələr icra edilıb, yeni iş yerləri
açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə
qədəm qoyub. Hazırkı mərhələdə
müasir çağırışlar və yeni təşəbbüslər
nəzərə alınmaqla sənayenin modernləşdirilməsi
və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi
ilə bir sıra tədbirlərin həyata keçirilməsi,
o cümlədən mövcud təbii və iqtisadi
resursların təsərrüfat dövriyyəsinə cəlb
edilməsi, ənənəvi sənaye sahələri ilə
yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye
parklarının yaradılması, regionlarda sənaye
potensialının gücləndirilməsi, sənayenin
innovasiyalar əsasında inkişafını təmin edəcək
imkanların formalaşdırılması zəruridir. Məhz
bütün bunları nəzərə alaraq ölkə
iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək,
Azərbaycanın güclü sənaye mərkəzinə
çevrilməsi üçün mövcud potensialdan daha səmərəli
istifadə etmək məqsədi ilə Prezident İlham
Əliyev 2014-cü ilin yanvar ayının 10-da “Sənaye ili” elan edilməsi
haqqında sərəncam imzalayıb. Eyni zamanda
“Azərbaycan Respublikasında sənayenin inkişafına dair
2015-2020-ci illər üçün Dövlət Proqramı”
hazırlanıb.
Sənaye sektorunda
mövcud vəziyyət...
Son illərdə
kassa aparatlarının, mikrokalkulyatorların, telefon
aparatlarının, məişət elektrik cihazlarının,
plastik qapı və pəncərə bloklarının, neftin
nəqli üçün xüsusi boruların və digər
məhsulların istehsalı mənimsənilib. Əvvəllər
xarici ölkələrdən idxal olunan bir çox malların
müəyyən qisminin artıq Azərbaycanda istehsal
olunmağa başlanması daxili bazarımızın zənginləşməsinə,
idxaldan asılılığımızın demək olar ki,
aradan qalxmasına imkan yaradıb. Bütün
bunlar sənayedə işgüzar fəallığın
artmasına, kiçik sahibkarlığın inkişafına
güclü təkan verib. Ölkə rəhbərliyi tarafindən
həyata keçirilən “açıq qapı” siyasətinin
nəticəsidir ki, xarici və müştərək müəssisələrinin
sayı 3 dəfə artıb. Hazırda sənaye səhəsində
63 dövləti təmsil edən 200-ə yaxın xarici
investisiyalı müəssisə fəaliyyət göstərir,
minlərlə yeni iş yerləri açılıb. Yeni formalaşan təsərrüfat strukturlarının
nəzərə çarpacaq dərəcədə
artması, kiçik sahibkarlığın genişlənməsi
və dinamik inkişafı, fiziki şəxslərin
sahibkarlıqla məşğul olması qeyri-dövlət
sektorunun rolunun getdikcə artması ilə müşayiət
olunur.
Dövlət Statistika Komitəsindən açıqlanan son məlumata görə, 2014-cü ilin yanvar-iyul aylarında ölkədə sənaye müəssisələri tərəfindən 19 milyard 845 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ümumi daxili məhsulun (ÜDM) 45,5%-ni təşkil edib.
Sumqayıt
Texnologiyalar Parkı - Regionda analoqu olmayan sənaye müəssisəsi
Ölkədə sənaye
sektorunun inkişafı ilə bağlı həyata
keçirilən çoxsaylı fəaliyyətlərdən
biri də Sumqayıt Texnologiyalar Parkının
qurulmasıdır. Sumqayıt Texnologiyalar Parkının
birinci mərhələsi 22 dekabr 2009-cu ildə Preziden
İlham Əliyev tərəfindən işə
salınıb. Parkın ərazisi 45
hektardır. Parkdakı zavod
korpuslarının ərazisi isə 140 min kvadratmetrdir. Postsovet məkanında bənzəri olmayan bu
texnoparkın istismara verilməsi ölkəmizdə
elektroenergetikanın inkişafına, onun mövcud
potensialının daha da möhkəmləndirilməsinə,
enerji müəssisələrinin yenidən qurulmasına və
müasirləşdirilməsinə geniş imkanlar
açır. Bu möhtəşəm
iqtisadi kompleksin işə düşməsi ilə
respublikamızın energetika qurğuları yerli texniki
avadanlıq və məhsullarla təchiz olunur. Bölgələrdəki təbii ehtiyatlardan istifadə
etməklə ucuz və keyfiyyətli məhsul istehsalı
qaydaya salınır. Daşıma xərclərinin
və müddətinin azalması hesabına nəzərdə
tutulan layihələr daha qısa müddətdə
reallaşır və məhsulların maya dəyəri
aşağı düşür. 110
kilovolta qədər gərginlik kabelləri istehsal edəcək
zavod MDB məkanında ən qabaqcıl texnologiyalara əsaslanan
yeganə müəssisədir. Bu zavodda ildə
30 min ton alüminium və bir o qədər mis kabel
istehsalı mümkündür. İstehsal
edilən kabellər alüminium, polad və qurğuşun
zirehlidir. Bundan başqa, burada beynəlxalq
bazara ixrac edilmək üçün məhsullar da
hazırlanacaq. 132 və 154 kV gərginliyə
davamlı həmin kabellərin ixracı ilə bağlı
artıq müəssisəyə xarici ölkələrdən
sifarişlər daxil olub. 500 kV qədər
gərginlik kabelləri istehsal edəcək zavodun MDB məkanında
analoqu demək olar ki yoxdur. Hazırda
dünyada cəmi 7 belə müəssisə fəaliyyət
göstərir.
Yazı Azərbaycan Mətbuat Şurası və
SOCAR-AQS-nin “Əsrin Müqaviləsi - Ölkəmizin
Davamlı Sənaye İnkişafının Təməli”
mövzusundakı müsabiqəyə təqdim olunur.
Allahverdi Cəfərov
Zaman. - 2014.-
9 sentyabr.- S. 8.