“Vətəndaşlar
arasında əmək müqaviləsi barədə maariflənmə
işləri aparılmalıdır”
Əvvəli ötən
sayımızda
“Hər hansı qayda və üsulla zor işlətməklə,
həmçinin əmək
müqaviləsinə xitam
veriləcəyi hədə-qorxusu
ilə işçini
əmək funksiyasına
daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini
məcburi əməyə
cəlb edən təqsirkar şəxslər
qanunvericiliklə müəyyən
edilmiş qaydada məsuliyyətə cəlb
edilirlər”
Əmək müqaviləsi üzrə
işçinin əsas
vəzifələrindən biri budur ki,
sözügedən müqaviləsi
ilə müəyyən
edilmiş əmək
funksiyasını vicdanla
yerinə yetirsin, əmək intizamına və müəssisədaxili
intizam qaydalarına əməl etsin. Onu da qeyd edək ki, işçi əməyin təhlükəsizliyi
normalarına əməl
etməlidir. Həmçinin
işçi işəgötürənə
vurduğu maddi ziyana görə məsuliyyət daşıyır
və dövlət
sirrini, habelə işəgötürənin kommersiya
sirrini müəyyən
olunmuş qaydada və şərtlərlə
gizli saxlamalıdır.
İşəgötürən işçilərinin sosial-məişət şəraitinin
yaxşılaşdırılması üçün tədbirlər
görməlidir
İşəgötürən tərəf
isə işçiləri
ilə əmək müqavilələri bağlamaqla
işçilərin əmək,
maddi, sosial-məişət
şəraitinin, onların
ailəsinin rifah halının yaxşılaşdırılması
üçün müəssisənin
əsasnaməsinə (nizamnaməsinə),
kollektiv müqaviləyə
müvafiq olaraq zəruri tədbirlər görmək, işə qəbul, işdə irəli çəkilmək,
peşə hazırlığını
artırmaq, yeni ixtisasa yiyələnmək
və ixtisasını
artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən
azad edərkən cinsindən asılı olmayaraq işçilərə
eyni yanaşmaq və bərabər imkanlar yaratmaq və s. kimi vəzifə və məsuliyyəti öz üzərinə götürür.
Onu da qeyd edək
ki, işçilərin
hüquqlarını pozan,
əmək müqaviləsi
üzrə öz öhdəliklərini yerinə
yetirməyən, 15 yaşına
çatmamış şəxsləri
işə götürən,
uşaqları onların
həyatına, sağlamlığına
və ya mənəviyyatına təhlükə
törədə bilən
fəaliyyətə cəlb
edən, habelə bu Məcəllənin tələblərinə əməl
etməyən işəgötürən
qanunvericiliklə müəyyən
olunmuş qaydada müvafiq məsuliyyətə
cəlb edilir.
Əmək qanunvericiliyinin
tələblərinə əməl
olunmasına icra hakimiyyəti orqanı nəzarət etməlidir
Yazımızda istinad etdiyimiz Azərbaycan Respublikasının Əmək
Məcəlləsində qeyd
olunur ki, bu məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl
olunmasına dövlət
nəzarətini müvafiq
icra hakimiyyəti orqanı həyata keçirir: “Əmək qanunvericiliyinə əməl
olunmasına dövlət
nəzarətini həyata
keçirən orqan səlahiyyəti çərçivəsində
əmək qanunvericiliyinin
pozulmasında təqsirkar
şəxslərdən yol
verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb
etmək, onları Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsi ilə
müəyyən olunmuş
hallarda və qaydada inzibati məsuliyyətə cəlb
etmək və digər məsuliyyətə
cəlb olunması üçün müvafiq
orqanlar qarşısında
məsələ qaldırmaq
hüququna malikdir”.
Əmək Məcəlləsi
işçilərin məcburi
əməyə cəlb
olunmasını qadağa
edir
Azərbaycan Respublikasının
Əmək Məcəlləsi
işçilərin məcburi
əməyə cəlb
olunmasını qadağa
edir: “Hər hansı qayda və üsulla zor işlətməklə,
həmçinin əmək
müqaviləsinə xitam
veriləcəyi hədə-qorxusu
ilə işçini
əmək funksiyasına
daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə
cəlb edən təqsirkar şəxslər
qanunvericiliklə müəyyən
edilmiş qaydada məsuliyyətə cəlb
edilirlər”. Məlumat üçün
bildirək ki, hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar
müvafiq qanunvericilik
əsasında, habelə
qanuni qüvvəyə
minmiş məhkəmə
hökmlərinin icrası
zamanı müvafiq dövlət orqanlarının
nəzarəti altında
yerinə yetirilən işlərdə məcburi
əməyə yol verilir.
İşçilərini
icbari tibbi müayinələrdən keçirmək
işəgötürənin vəzifələrindəndir
Ağır, zərərli və təhlükəli istehsalatlarda
işçilərlə əmək
müqaviləsi bağlanılarkən
onların hökmən
ilkin tibbi müayinədən, sonralar
isə vaxtaşırı
icbari tibbi müayinələrdən keçməsi
işəgötürənin hesabına təmin edilməlidir. Bu da
əmək məcəlləsinə
görə, işə
götürənin əsas
vəzifələrindən biridir. Qeyd edək ki, işçilər icbari tibbi müayinələrdən
keçməkdən boyun
qaçırdıqda və
ya keçirilmiş müayinələrin nəticələrinə
əsasən həkim
komissiyalarının verdikləri
tövsiyələri yerinə
yetirmədikdə, işəgötürən
bu Məcəllənin
62-ci maddəsində nəzərdə
tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə
cəlb edə bilər.
Əmək müqaviləsinə xitam
əmək müqaviləsinə
xitam verilərkən işçilərin təminatları
da qeyd olunub.
Belə ki, işçilərin sayı
azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək
müqaviləsini ləğv
etməzdən azı
iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir:
“Xəbərdarlıq müddəti
ərzində hər iş həftəsində
əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi
ilə işçi azı bir iş
günü əmək
funksiyasının icrasından
azad edilir. Əmək müqaviləsi
bu Məcəllənin
70-ci maddəsinin “a” və
“b” bəndləri (müəssisə
ləğv edildikdə,
işçilərin sayı
və ya ştatları ixtisar edildikdə) ilə ləğv edilərkən
işçilərə orta
əmək haqqından
az olmamaqla
işdənçıxarma müavinəti, işdən
çıxarıldığı gündən yeni işə düzələn
günədək ikinci
və üçüncü
aylar üçün
orta əmək haqqı ödənilir. Əmək müqaviləsinə
bu Məcəllənin
68-ci maddəsinin ikinci
hissəsinin “c” (əmək
şəraitinin şərtlərinin
dəyişdirilməsi), 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri (işçi
hərbi və ya alternativ xidmətə
çağırıldıqda, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə,
əmək qabiliyyətinin
fasiləsiz olaraq altı aydan çox müddətə
tam itirilməsi ilə
əlaqədar işçi
əmək funksiyasını
yerinə yetirə bilmədikdə) ilə xitam verildikdə, işəgötürən işçiyə
orta aylıq əmək haqqının
azı iki misli miqdarında müavinət ödəyir.
İşçinin vəfatı ilə
əlaqədar əmək
müqaviləsinə xitam
verildikdə isə vəfat edənin vərəsələrinə orta
aylıq əmək haqqının azı üç misli miqdarında müavinət
ödənilir. Əmək müqaviləsinə
bu Məcəllənin
68-ci maddəsinin ikinci
hissəsinin “ç” bəndi
ilə xitam verildikdə, işəgötürən
işçiyə orta
aylıq əmək haqqının azı üç misli miqdarında müavinət
ödəyir”. Onu
da qeyd edək
ki, qanunvericiliklə müəyyən edilmiş
qaydada müəssisənin
ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət
növündən və
təşkilati-hüquqi formasından
asılı olmayaraq müəssisədə iş
yeri və vəzifəsi saxlanılır.
Müddətli həqiqi hərbi
xidmətə çağırılanadək
müvafiq müəssisədə
işləmiş şəxslər,
hərbi xidmətdən
buraxıldıqdan ən
geci 60 təqvim günü keçənədək
həmin müəssisədə
əvvəlki və ya buna bərabər
vəzifəyə (peşəyə)
qayıtmaq hüququna
malikdirlər.
Elvin Əliyev
Zaman. - 2014.-
9 sentyabr.- S. 13.