“ADEX 2014” Azərbaycanın
dünyada artan nüfuzunun göstəricisidir”
“Qafqaz regionunda ilk dəfə Azərbaycanda keçirilən “ADEX 2014” I Azərbaycan
Beynəlxalq Müdafiə
Sənayesi Sərgisində
34 dövlətdən 200 şirkət
və 22 rəsmi nümayəndə heyəti
iştirak edəcək.
Bu, o deməkdir ki, Azərbaycan
Respublikası inkişaf etmiş
və güclü dövlət kimi özünü sübut edib”. Bunu müdafiyə sənayesi nazirinin
müavini Yəhya Musayev
“ADEX 2014” I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi
münasibətilə dünən keçirdiyi
mətbuat konfransında bildirdi. Müdafiə
sənayesi sərgilərinin dünyanın ancaq
inkişaf etmiş
ölkələrində keçirildiyinə diqqət çəkən
nazirlik rəsmisi qeyd etdi ki, Azərbaycan postsovet məkanında belə sərginin keçirildiyi 4-cü ölkədir: “Postsovet məkanında müdafiə sənayesi
sərgiləri Azərbaycandan əvvəl Rusiya,
Belarusiya və Qazaxıstanda keçirilib. Amma “ADEX
2014” I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi
iştirakçı şirkətlərin sayının çoxluğu baxımından əvvəlki
sərgilərdən ciddi şəkildə
fərqlənir. Azərbaycanın və xarici
ölkələrin dövlət orqanları, biznes
dairələri və sənaye strukturları tərəfindən
“ADEX 2014” sərgisinə göstərilən böyük
maraq bu tədbirin
aktuallığını və region üçün əhəmiyyətini sübut edir. Belə ki, sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli
qrupu öz
ekspozisiyalarını nümayiş etdirəcəklər”.
Onun sözlərinə görə, Azərbaycan,
Türkiyə (37 şirkət), Polşa
(16 şirkət), İsrail (16 şirkət)
və Belarus (16 şirkət) öz irimiqiyaslı ekspozisiyaları ilə fərqlənirlər.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin
2005-ci ildə Prezident İlham
Əliyevin müvafiq sərəncamı
ilə yaradıldığını xatırladan Y. Musayev bu illər ərzində
bir çox nailiyyətlərin
əldə olunduğunu ifadə etdi: “Bütün
sənaye sahələrində müşahidə olunan iqtisadi inkişaf sayəsində Azərbaycan həm regional, həm də beynəlxalq bazarlarda mühüm
aparıcı fiqur və strateji
tərəfdaşa çevrilib. Ölkə
rəhbərliyinin təşəbbüsü ilə həyata
keçirilən layihələr regionda təhlükəsizlik
və əməkdaşlığın inkişafına
münasibət təsir göstərir. Həmçinin, Azərbaycanın
hərbi sənaye kompleksi də bir sıra irimiqyaslı lahiyələr həyata
keçirərək öz
imkanlarını əsaslı şəkildə genişləndirib.
Hazırda Azərbaycan 900 adda müxtəlif
hərbi təyinatlı məhsul, o
cümlədən bütün növ döyüş
sursatı, müxtəlif texnika və silah istehsal edir. Azərbaycan Respublikası Müdafiə Sənayesi
Nazirliyi bir çox ölkələrlə hərbi-texniki
əməkdaşlığı sürətlə genişləndirir”. Məlumat üçün bildirək ki,
“ADEX 2014” I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində
iştirakçı dövlətlərin sənaye müəssisələrinin
əldə etdiyi ən yeni
nailiyyətlərin nümayişi quru qoşunları və hərbi dəniz
qüvvələrinin silah və
texnikaları, aviasiya və aviasiya silahları, hava
hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi
təyinatlı vasitələr və əmlak, informasiya
texnologiyaları, rabitə sistemləri, ordunun
inzibati və texniki təminatı,
kosmik texnologiyaları tematik
istiqamətləri üzrə həyata keçiriləcək.
Sərgi sentyabrın 11-13 tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq.
Zaman. - 2014.-
11 sentyabr.- S. 1-2.