Ramiz Mehdiyev
tarixi həqiqətləri “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”
kitabında topladı
Azərbaycanın siyasi xadimi, Prezident Administrasiyasının rəhbəri,
Azərbaycan Fəlsəfə
və Sosial-Siyasi Elmlər Assosiassiyasının
prezidenti, AMEA-nın həqiqi üzvü, AR-nın Həqiqi Dövlət Müşaviri,
akademik Ramiz Mehdiyevin yeni kitabı işıq üzü görüb.
Dünən təqdimatı
keçirilən “Dağlıq
Qarabağ: məxəzlərdən
oxunmuş tarix” adlı kitabda bir çox tarixi həqiqətlər öz əksini tapıb. Rus dilində çap
olunan kitabda Azərbaycan-Ermənistan münasibətləri,
Dağlıq Qarabağ
regionunun tarixi və iki ölkə
arasında baş verən münaqişənin
tarixi kökləri araşdırılıb. Müəllif ilk növbədə bir neçə xarici dillərdə, eyni zamanda erməni dilində nəşr olunmuş mənbələrdəki
faktlara istinad edərək Dağlıq
Qarabağın ən
qədim dövrlərdən
Azərbaycanın tərkib
hissəsi olduğu və burada Azərbaycan xalqının
yaşadığı barədə
tarixi həqiqəti rusdilli oxuculara çatdırır. Akademik
R. Mehdiyev ermənilərin
Şimali Azərbaycana
1828-ci ildən etibarən
köçürülmə siyasəti nəticəsində
gətirildiklərini sübut
etməklə yanaşı,
ən qədim tarixi keçmişə qayıdaraq Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis
və bir sıra elmi mənbələrdən bəhrələnərək
ermənilərin Asiya
qitəsinin də yerli əhalisi olmadığını, onların
Kiçik Asiyaya kimmer tayfalarının təzyiqi ilə Balkan yarımadasından köçüb
gəldiyini açıqlayır.
Kitabda erməni etnosu və onun dili,
əlifbası ayrı-ayrı
dövrlərdə yunan,
Suriya, İran mənşəli etnosların
təsiri ilə və onların qarışığından yarandığı
qeyd olunub.
Təqdimat mərasimində
çıxış edən tarix elmləri
doktoru, professor, AMEA A.
Bakıxanov adına Tarix İnstitutunun
direktoru, BDU-nun Qədim
dünya və orta əsrlər
tarixi kafedrasının müdiri,
Milli Məclisin deputatı Yaqub
Mahmudov kitabı tarix elminin mühüm bir nailiyyəti kimi dəyərləndirdi:
“Bu kitab həqiqətən
də bizim
tarixşünaslığımız adına böyük
qələbədir. Ona görə ki, müstəqillik dövründə tariximiz yeni inkişaf yoluna
çıxıb. Bu dövr
bizim tarixi
saxtakarlıqdan, yalan məlumatlardan təmizlənmə
və doğruları dünyaya
çatdırma kimi dəyərləndirilir.
Qeyd etmək istəyirəm ki, bu yolun
təməli ulu öndər Heydər
Əliyevin dəstəyi ilə qoyulub.
“Kitabi-Dədə Qorqud”un
1300 illiyinin keçirilməsi ilə biz sübut etdik ki, biz
min illər bundan əvvəl
formalaşmış bir xalqıq və bizim qəhrəmanlıq eposumuz
var. Bu baxımdan hesab edirəm ki, həmkarımız
Ramiz Mehdiyevin
sözügedən kitabı bizim Azərbaycan
torpaqlarının ən qədim sakinləri olduğumuzu
sübut edir.
“Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix”
kitabının məhz Moskvada çap olunması xüsusilə sevindirici haldır. Çünki
Rusiya erməni lobbisinin
ən güclü olduğu
ölkələrdən biridir. Buna görə də, bizim
tarixi nailiyyətimizi rusdilli
xalqların bilməsi vacibdir”.
XƏYALƏ
SADIQOVA
Zaman. - 2014.- 11 sentyabr.- S. 3.