Vətəndaş
cəmiyyətinin formalaşmasında ailə hüququnun
rolu
Cəmiyyətimizdə tez-tez müzakirə
olunan mövzulardan biri də ər
və arvadın qarşılıqlı hüququ
məsələləridir. Təəssüf ki, cəmiyyətimizdə
bu mövzuya münasibət birmənalı
deyil. Yəni ifrata varanlar, qadınları az
qala hüquqsuz vəziyyətdə görmək
istəyənlər var. Halbuki,
bu yanaşma tərzi heç bir məntiqə, heç bir reallığa sığmır.
Hətta
ailədə bir
problem yarananda, boşanma
məqamında belə
- tutaq ki, daşınmaz əmlakın
bölüşdürülməsi məsələsində xanımları
borclu çıxarmaq
istəyənlər var.
Bəs qanuni nöqteyi-nəzərdən
bu məsələyə
necə yanaşmaq olar? Qanun bu mövzuda
nə deyir? Mövzu ilə bağlı Bakı Hüquq Mərkəzinin (BHM) hüquq
məsləhətçisi, vəkil Aqil Layıcovun mövqeyini və izahını oxucularımıza təqdim
edirik. Vəkil Aqil Layıcovun
sözlərinə görə,
ailə münasibətlərində
ər və arvadın hüquq və vəzifələri
özünü əmlak
və qeyri-əmlak sferasında büruzə verir. Bu münasibətləri
tənzimləyən qaydalar
isə ölkələrin
inkişaf səviyyəsinə,
sosial ehtiyaca görə fərqlənir.
Belə ki, sivil ölkələrdə
ailə münasibətləri
spesifik qanınvericiliklərlə,
yəni ailə-nikah qanunvericiliyi ilə tənzimlənir. Daha
az inkişaf
etmiş cəmiyyətlərdə
isə bu münasibətlər icma qaydaları, adət-ənənə
ilə tənzimlənir
və əksər hallarda bu qaydalar
kodeksləşdirilməmiş halda olur. Bu isə gələcəkdə
ailə münasibətlərinin
məhkəmə müstəvisində
deyil, icma ağsaqqalları tərəfindən
həllinə rəvac
verir: “Ailə münasibətlərinin tarixi
inkişaf mərhələsinə
baxdıqda bu münasibətlərin ən
klassik nümunəsi məhz Roma hüququ üçün xarakterikdir.
Roma hüququnda ailə münasibətlərini
tənzimləyən normalar
olsa da, ancaq uzun müddət
ərzində ailə
rəisi (”pater familias”) məhz ata sayılırdı.
O öz himayəsində
olanlar üzərində
sərhədsiz hakimiyyətə
malik idi. Bu hakimiyyət “patria potestas” (atanın gücü) adlanırdı.
Klassik
Roma sisteminin ilkin çağlarında ailədə
hüquq sahibi olan ailə rəisinin uşaqlarını
və xanımını
baxmaqda öhdəliyinin
olmaması görünürdü.
Ancaq atanın ailə üzərində hakimiyyəti
özünü ataya verilən mütləq hüquq şəklində
göstərirdi. Hətta belə
demək kobud alınsa da, ailə rəisi olan atalar ailənin
digər şəxsləri
üzərində mülkiyyət
haqqına sahib idilər.
Ailədə əldə edilən
bütün əmlak və qeyri-əmlak hüquqları birmənalı
şəkildə ərə
aid idi.
Lakin sonralar klassik Roma hüququnda dəyişiklik
edilməyə başlandı. Bu isə tədricən ailə xanımının
da hüquqlarının
yaranması və eyni zamanda ər-arvadın
bir-birilərinə qarşı
və həmçinin
övladlarına qarşı
hüquq və vəzifələrinin əmələ
gəlməsi ilə nəticələndi. Bu gün hüquq, ailə hüquq sistemimizin tərkibinə daxil olan aliment institutu məhz Roma ailə hüquq münasibətlərində baş
verən dəyişiklik
nəticəsində əmələ
gəlmişdir. Ailədə
ehtiyac içində olan şəxslərin baxılması üçün
aliment öhdəliyi ilk dəfə
olaraq məcburi hala imperator Antoninus Pius
(138-161-ci illər) tərəfindən
verilən əmr ilə ortaya çıxıb. İmperatorun
əmri ilə aliment öhdəlikləri valideynlərin
üzərinə qanunla
məcburi vəzifə
kimi qoyulub. Elə bu dövrdən sonra demək olar ki, ailə-hüquq
münasibətlərində davamlı tərəqqi nəticəsində qadın
və kişilərin
ailədə bərabər
hüquq və vəzifələri əmələ
gəlmişdir.
İngiltərədə 1882-ci ilə qədər ər-arvadın mülkiyyəti
ümumi hüquqa görə ərə məxsus idi. Hətta
nikaha daxil olana qədər arvada məxsus
olan əmlak da kişinin mülkiyyəti sayılırdı.
İngiltərə parlamenti həmin
ildə ərli qadının mülkiyyətinə
dair qanun qəbul etdi. Bu qanunla ərli
qadınlara həmin mülkiyyətə dair müqavilə bağlamaq və onu vəsiyyət
etmək hüququ verildi.
Almaniyada XIX əsrdə nikah müqaviləsi ər-arvadın
əmlak münasibətlərini
tənzimləmək məqsədilə
tətbiq olunurdu. Əgər tərəflər
nikah müqaviləsi ilə başqa rejim müəyyən etməzdilərsə, onda
istifadə və idarəetmə və yaxud ər-arvadın əmlakının birləşdirilməsi
sistemi qanuni sistem kimi müəyyən
olunurdu. Bu sistem onunla səciyyələnirdi
ki, əmlaka ər-arvadın hər birinin mülkiyyət hüququ saxlanılır;
ər ailə əmlakına vahid idarəçiliyi və istifadəni həyata keçirir; arvad öz əmlakı barədə müstəqilliyini
saxlayırdı”.
Əmlak münasibətləri
Vəkil Aqil Layıcov deyir ki, əmlak münasibətləri zamanı ər-arvadın hüquq və vəzifələri, əmlak rejimlər aşağıdakı kimidir: “Ailə Məcəlləsi ər-arvadın əmlakının iki rejimini müəyyən edir:
1. Ər-arvadın əmlakının qanuni rejimi;
2. Ər-arvadın mülkiyyətinin müqavilə rejimi.
Ər-arvadın əmlakının qanuni rejimində nikah müddətində qazanılan ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı münasibətlər, habelə ər-arvadın ümumi əmlakının bölünməsi Ailə Məcəlləsinin VII fəslində göstərilmiş qaydalar əsasında həyata keçirilir.
Ər-arvadın
mülkiyyətinin müqavilə rejimi isə
o deməkdir ki, ər-arvadın
əmlak münasibətləri istər nikah
dövründə, istərsə də nikah
pozulduqda onlar
arasında bağlanan sazişlə müəyyənləşir
və bu sazişlə
razılaşdırılmış şərtlər qanuni rejimin şərtlərindən
fərqli ola bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Ərlə arvad arasında əmlak münasibətləri
Azərbaycan Respublikası Mülki Məcəlləsi
ilə yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsi
ilə də tənzimlənir. Həmin məcəllənin
32.1-ci maddəsində nəzərdə tutulmuşdur
ki, nikah müddətində
ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti
sayılır.
Ər-arvadın
mülkiyyətinin müqavilə rejimi isə
o deməkdir ki, ər-arvadın
əmlak münasibətləri istər nikah
dövründə, istərsə də nikah
pozulduqda onlar
arasında bağlanan sazişlə müəyyənləşir
və bu sazişlə
razılaşdırılmış şərtlər qanuni rejimin şərtlərindən
fərqli ola bilər.
Göründüyü
kimi, ölkəmizdə nikah
müqavilələrinin bağlanması üçün
real imkanlar yeni Ailə Məcəlləsi qəbul olunduqdan sonra yaranıb.
Nikah müqaviləsi və onun məzmunu, bu müqavilənin bağlanması, dəyişdirilməsi, pozulması, etibarsız hesab edilməsi qaydası və əsasları Ailə Məcəlləsinin 38-40-cı maddələrində nəzərdə tutulmuşdur.
Ardı növbəti sayımızda...
Zaman. - 2014.-
12 sentyabr.- S. 13.