Azərbaycanın tarixi paytaxtına
qovuşduğu gün:
15 Sentyabr
15 sentyabr,
1918-ci ildə Bakının
rus işğalından
və erməni terrorçularından azad
edildiyi gündür.
Həmin dövrdə
Azərbaycanda, eləcə
də, regionda yaranmış tarixi situasiya barədə “Zaman-Azərbaycan” qəzetinə
məlumat verən millət vəkili, professor Musa Qasımlı bunları dedi: “Bolşevik Rusiyası I Dünya müharibəsindən
çıxdıqdan sonra
Qafqazda yeni bir şərait yarandı. Geri çəkilən
rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Bu zaman Cənubi Qafqazda üç hakimiyyət-Müvəqqəti hökumətin orqanları,
sovetlər və milli şuralar fəaliyyət göstərirdilər.
Regionda anarxiya hökm sürürdü. Rusiya
ordu hissələri silahlarını ermənilərə
verdi. Onlar buna
qədər Anadoluda dinc türk, müsəlman əhaliyə
qarşı törətdikləri
qırğınları bu
dəfə Borçalıda,
İrəvan quberniyasında,
Cənubi Azərbaycan
və indiki Azərbaycan Respublikası
ərazisində törətdilər.
Azərbaycanlıların ordusu yox idi. Bu da
səbəbsiz deyildi.
Çünki çarizm türk
və müsəlman olduqları üçün
etibar etmədiyindən
azərbaycanlıları hərbi
xidmətə çağırmırdı.
Onlar bununla həm hərb sənətini öyrənmirdilər, həm
də əsgərliyə
çağırılmadıqları üçün vergi ödəyirdilər. Belə bir
şəraitdə Bakıda
qurulan sovet hakimiyyəti dinc türk, müsəlman əhaliyə zülm edirdi. Bolşeviklər və erməni-daşnak
dəstələri birlikdə
qırğınları törədirdilər.
Qırğınların zirvə nöqtəsi
1918-ci ilin martında Bakı şəhərində
oldu. Qırğınlar digər yerlərdə
də davam etdirildi. Azərbaycanlı,
gürcü və erməni nümayəndələrindən ibarət
olan, ziddiyyətlərin
kəskinləşdiyi Transqafqaz
Komissarlığı və
Seymi bu qırğınların qarşısını
ala bilmədi. 1918-ci il mayın 28-də Tiflisdə Orient oteldə Azərbaycanın müstəqilliyi
elan edildi. Müsəlman Şərqinin ilk Cümhuriyyəti quruldu.
Azərbaycan dövlətinin qurulması
üçün lazım
olan ilkin şərtlər; ərazi,
əhali mövcud idi. Hökumət də quruldu.
Azərbaycanın müvəqqəti paytaxtı Gəncə elan edildi. Lakin ölkənin əsas şəhəri olan Bakı düşmən əlində
idi. Azərbaycanın şəhəri azad etmək üçün kifayətə
qədər qüvvəsi
yox idi. Xarici yardıma ehtiyac duyulurdu. Bu, qardaş
Osmanlının yardımı
oldu. Osmanlı dövləti iyunun
4-də Batumda imzaladığı
müqavilə ilə
Azərbaycana yardım
etməyi üzərinə
götürdü”.
“Azərbaycanlı
gənclər Çanakkalaya
çarizm orqanlarından
xəlvəti olaraq getmişdilər”
M. Qasımlı söylədi ki, Osmanlının hərb naziri Ənvər Paşa ögey qardaşı Nuru Paşanı Azərbaycana
göndəriləcək ordunun
komandanı təyin etdi. Onun sözlərinə
görə, Bakı azad edildikdən sonra problemin çıxmaması və
yerli əhali ilə ordu cərgələrini
doldurmaq məqsədilə
həmin ordu Qafqaz İslam Ordusu
adlandırıldı. Müsahibimiz
qeyd etdi ki, türk ordusunun
Qafqaz hərəkatının hüquqi-siyasi təməllərini
Batum müqaviləsi təşkil edirdi: “Müqavilənin 4-cü maddəsinə
görə, əgər
Azərbaycan daxili qayda-qanunu və təhlükəsizliyi təmin
etmək üçün
müraciət edərdisə,
Osmanlı dövləti
bu yardımı göstərməli idi. Azərbaycan tərəfi belə bir yardım üçün müraciət
etmişdi”. Türk
ordusunu Azərbaycana gətirən səbəblər
haqqında da danışan müsahibimiz
bildirdi ki, türk ordusunun buralara gətirən mənəvi əsaslar var idi: “Osmanlı
dövləti dünya
türklüyünün və
islamın mərkəzi
idi. Dünya türkləri və
müsəlmanları Osmanlı
dövlətinə nicat
gözü olaraq baxırdılar. Onunla dil,
din, mədəniyyət və
mənəviyyat baxımından
bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin
soyqırımına uğramışdılar.
Özü nə qədər
ağır vəziyyətdə
olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Buna qədər çoxlu
azərbaycanlı gənclər
Çanaqqala savaşında
türk qardaşlarına
yardım etmək üçün çarizm
orqanlarından xəlvəti
olaraq getmişdilər.
Bu hərəkatın hərbi-strateji, iqtisadi səbəbləri də var idi. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə
təkcə Azərbaycana
və Cənubi Qafqaza deyil, Xəzərə nəzarət
qazanırdı. Xəzər
üzərində nəzarət
isə Şimali Qafqaza nəzarət,Orta Asiyaya, oradan da Hindistana
gedən yola çıxmaq idi. Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan qızıl köprü idi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi”.
“Almaniya
Qafqaz İslam Ordusunu dayandıra bilmədi”
Müsahibimizin sözlərinə
görə, Qafqaz İslam Ordusunun hücumlarına tab gətirə
bilməyən Bakıdakı
sovet hakimiyyəti böhrana düşərək
iyulun 31-də istefaya getdi: “Onun yerində
qurulan Sentrokaspi diktaturası general Denstervil
başda olmaqla ingilis qüvvələrini
Bakıya dəvət
etdi. Bolşevik Rusiyası da
müəyyən addımlar
atdı. Qafqaz İslam Ordusunun Bakıya yürüşünün
qarşısını almaq
üçün Osmanlının
müttəfiqi Almaniya
bolşevik Rusiyası
ilə avqustun 27-də
bir müqavilə imzalayaraq Bakı neftindən pay alacağı
üçün Osmanlı
qoşunlarının Kür
çayını keçməməsi
üçün öhdəlik
götürdü. Bakı məsələsində
Almaniya Osmanlının
müttəfiqi deyildi.
Lakin, bu, Qafqaz İslam
Ordusunu dayandıra bilmədi. Osmanlı
rəhbərliyi Bakının
necə olursa-olsun azad edilməsi əmrini verdi.
Ağır döyüşlər nəticəsində işğal
altında olan şəhər, qəsəbə
və kəndlər azad edildi. Bakı şəhəri mühasirəyə
alındı. Ətraf yerlərdən
gələn ərzaq təchizatı dayandığından
şəhərdə ağır
vəziyyət yarandı.
Bakıya gələrkən ermənilərə arxalanan
general Denstervil onların
qorxaqlıqlarını görüb
şəhəri əldə
saxlamağın mümkün
olmadığını anladı.
Türk topçuları şəhəri
elə dəqiqliklə
atəşə tuturdular
ki, tarixi-memarlıq binaları dağıdılmadı.
Şəhər zərər görmədi”.
M. Qasımlı qeyd etdi ki, İngilislər
və Sentrokaspi diktaturası türk hücumları qarşısında
şəhəri qoyub
qaçdılar. Bakı sentyabrın
15-də azad edildi.
Azərbaycan hökuməti sentyabrın
17-də Gəncədən Bakıya köçdü.
Sentyabrın 18-də Nuru
Paşa bütün soyuq və odlu
silahların təhvil
verilməsi haqqında
əmr verdi.
Bakı şəhərinin
komendantı Cəmil Cahid isə beş maddədən
ibarət əmr verərək milliyyətindən
asılı olmayaraq bütün sakinlərin həyatının və əmlakının türk
komandalığı tərəfindən
qorunduğunu bildirdi. Şəhərdə qayda-qanun yaradıldı.
Dükan-bazar işləməyə başladı”.
“15 sentyabr Azərbaycan tarixi paytaxtına qovuşdu”
Musahibimiz Bakının
azad edilməsinin böyük tarixi əhəmiyyəti olduğunu
vurğuladı: “Qardaşlığımız
sayəsində Azərbaycan
təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə
qovuşdu. Bu, bir qardaşlıq yardımı idi. Şəhərin azad edilməsi
ilə “başla bədən birləşdi”.
Hələ I Pyotr dövründən dövriyyəyə
salınmış “Bakı
və Azərbaycan”nın sanki ayrı-ayrı məfhumlar
və mədəniyyət
olmasının üstündən
xətt çəkildi.
Sonrakı illərdə
sovet hakimiyyəti Bakını qoparmaq istəsə də, məqsədinə nail ola bilmədi”. M. Qasımlı qeyd etdi ki, Bakının
azad edilməsi azərbaycanlıların milli
ruhunu yüksəltdi:
“Azərbaycanlılar çarizm
tərəfindən işğal
edildikdən sonrakı
bütün dövrdə
ilk dəfə olaraq Bakı küçələrində başlarını
dik tutaraq, özlərinə güvənərək
gəzməyə başladılar”.
“AXC-nin müstəqilliyinə
Nuru Paşa qədər töhfə verən ikinci bir şəxs olmayıb”
Mövzumuzla
bağlı suallarımızı cavablandıran millət vəkili
Fazil Mustafa bildirdi ki, 15 sentyabr əslində Azərbaycanın xilas günüdür: “15
sentyabrda Bakı düşməndən təmizlənməklə
bütövlükdə Azərbaycan xilas oldu. Qafqaz İslam
Ordusunun sıralarında azərbaycanlılar
ilə türklər çiyin-çiyinə tarixi
torpaqları uğrunda böyük
şücaət göstəriblər”. F. Mustafanın sözlərinə
görə, Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) qurulmasına görə, Qafqaz İslam Ordusuna borcluyuq: “1918-ci ildə Azərbaycanın müstəqilliyinə
Nuru Paşa qədər
töhfə verən ikinci bir
şəxs olmayıb”. AXC-nin banilərindən olan Məmməd
Əmin Rəsulzadənin “Nuru
Paşanın gəlişi ilə sanki
göydən bir mələk düşdü” ifadəsini xatırladan millət
vəkili Qafqaz İslam
Ordusunu ilə xalqın ruhunun
özünə gəldiyini ifadə etdi:
“Nuru Paşa onunla gələn türk
zabitlərini azərbaycanlılara təlim keçməyə,
əsgər hazırlığına səfərbər etmişdi. O dövrdə Osmanlının özünün çətin vəziyyətdə
olmasına baxmayaraq, Azərbaycanın
köməyinə say-seçmə zabitlərini göndərdi.
Bakı işğaldan azad
olunduqdan sonra Albay Cahidin
komandanlığı altında bütün
Qarabağda erməni qiyamı
yatırıldı və Azərbaycan tarixində ilk dəfə olaraq 1918-ci
ilin oktyabrın əvvəllərində Şuşada hərbi parad
keçirildi”. Nuru
Paşanın Azərbaycan üçün
xidmətlərinin əvəzini heç
nə ilə ödəməyin mümkün
olmadığını qeyd edən F. Mustafa qeyd etdi
ki, Azərbaycan xalqı onun
timsalında Qafqaz İslam
Ordusunu iftixar hissləri
ilə yad edir.
ELVİN
ƏLİYEV
Zaman. - 2014.-
13 sentyabr.- S. 11.