“Mütəxəssislər yetişdiririk ki, öz milli sənayemizin texnologiyasını yaradaq

 

Bakıda I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda konfrans keçirilib.

Müdafiə sənayesi naziri Yavər Camalov konfransda çıxışında qeyd edib ki, hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyanın 34 hərbi-sənaye kompleksi ilə əməkdaşlıq qurmağa nail olub. Y. Camalov deyib ki, Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyon soydaşımız qaçqın məcburi köçkün durumuna düşüb. Onun sözlərinə görə, bu səbəbdən müdafiə sənayesi müəssisələri yenidən qurulub, müdafiə təyinatlı məmulatların yaradılması üçün cari perspektiv planlar hazırlanıb, 1700-dən çox cihaz tərtibatlar alınaraq quraşdırılıb. Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət göstərdiyi müddətdə 51 istehsal sahəsi yaradılıb: “Bu gün atıcı artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar istehsal olunur. İxrac əməliyyatlarının çəkisi durmadan artır. Bu gün sərgidə Azərbaycan istehsalı olan 168 adda müdafiə təyinatlı məhsul nümayiş etdirilir”.

 

 Rusiya həqiqətən Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər

 

Konfransda çıxış edən Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Riçard Fonten (Richard Fontaine) ABŞ-ın Avropa ölkələrinin Rusiyadan enerji asılılığını azaltmaq istədiyini qeyd edib. R. Fonten Azərbaycanla Qərbin əməkdaşlığında enerji təhlükəsizliyi məsələsinin əsas yer tutduğunu da vurğulayıb: “Təhlükəsizlik sahəsində əməkdaşlığımız inkişaf edir. Bizi narahat edən məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışırıq. Bəziləri deyir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər. Bu, həqiqətən belədir”.

ABŞ Avropanın Azərbaycana müasir silah-sursat satışı sahəsində qadağanı ləğv etməməsi haqda sualı cavablandıran R. Fonten bu suala konkret cavabının olmadığını söyləyib: “Mənim rolum təhlükəsizlik dinamikasının ümumi görünüşünü göstərməkdir. Müdafiə sənayesi məhsullarının ixracatı ABŞ üçün çox mühüm, xüsusi məsələdir. Mən buna konkret cavab verə bilmərəm”.

 

Satın alarkən texnologiya tam verilmir

 

Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev isə münaqişə səbəb göstərilərək Azərbaycana silah satışına embarqolar qoyulduğunu bildirib: “Ona görə biz müdafiə sənayemizi inkişaf etdiririk bir sıra dövlətlərlə hərbi əməkdaşlıq sahəsində əlaqələr yaratmışıq. Müdafiə sənayemizi qısa müddətdə yaratmaq üçün 30-dan çox dövlətlə əməkdaşlıq qurduq, müasir texnologiyalar əldə etdik. Bu, bir günün işi deyil. Uzunmüddətli əlaqələr qururuq. Mənfi cəhət odur ki, satın alarkən texnologiya tam verilmir, əsas məqamlar satıcıların özündə qalır. Bu, heç kəsə gizli deyil, bir tərəfdən asılılıq yaradır. Ona görə elmi-tədqiqat işləri aparır, mütəxəssislər yetişdiririk ki, öz mili sənayemizin texnologiyasını yaradaq sənayemizi texnologiyalarla mümkün qədər özümüz təmin edə bilək”.

Y. Musayev bir sıra dövlətlərlə hərbi-texniki əməkdaşlıq sahəsində komissiyalar yaradıldığını vurğulayıb: “Türkiyə digər dövlətlərlə belə komissiyalar yaratmışıq. Hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə çalışırıq, sərgilərin keçirilməsində məqsəd budur. ADEX-2014 kimi sərgiləri ancaq inkişaf etmiş dövlətlər keçirə bilir”.

 

Azərbaycanın yanında olacağıq

 

Biz Türkiyənin müdafiə sənayesi sahəsində müstəqilliyini çox zəruri sayırıq. Azərbaycanın da bu sahədə uğurları bizi sevindirir. Biz Azərbaycanın müdafiə sənayesinin inkişafını dəstəkləyirik, Azərbaycanın yanında olacağıq”. Bunu konfransda çıxışı zamanı Türkiyənin MKEK (MakinaKimya Endüstrisi Kurumu) şirkətinin baş direktoru İzzət Artunc deyib. İ. Artunc bildirib ki, müdafiə sənayesinin inkişafında əsas məsələ siyasi iradə, maliyyə gücü ilə bağlıdır və Azərbaycan bütün bunlara malikdir: “Belə çətin vəziyyətdə Azərbaycanın belə güclü müdafiə sənayesi yaratması böyük uğurdur. Heydər Əliyevin dediyi kimi, biz iki dövlət, bir millətik”.

 

Zaman. - 2014.- 13 sentyabr.- S. 3.