“Azərbaycanda
hərbi sənaye çox inkişaf
edib”
“Bizim iştirak etdiyimiz bir çox
sərgidən daha mükəmməldir. Azərbaycan Prezidenti İlham Əliyevin də sərgini ziyarət etməsi bizi məmnun etdi. Biz Azərbaycanı güclü
görmək istəyirik”.
Milli silahlarımız
ilə tanış
olduqlarını bildirən
Səlcuq Yaşar müdafiə sənayesi sahəsində Azərbaycanla
hər cür əməkdaşlığa hazır
olduqlarını ifadə
etdi: “2003-cü ildən
etibarən Azərbaycana
gəlirəm. Bu illər ərzində Azərbaycanda bir çox sahələr ilə yanaşı hərbi sənaye də çox inkişaf edib. Azərbaycan müəssisələri ilə
əməkdaşlığa maraqlıyıq”.
Artıq üçüncü gündür
ki, Qafqaz regionunda ilk dəfə ölkəmizdə keçirilən
“ADEX 2014” I Azərbaycan Beynəlxalq
Müdafiə Sənayesi
Sərgisi davam edir. 34 dövlətdən
200 şirkət və
22 rəsmi nümayəndə
heyətin iştirak etdiyi sərgiyə vətəndaşların da
marağı böyükdür.
Sərgidə həm ziyarətçilərin,
həm də xarici şirkətlərin
ən çox diqqətini çəkən
isə milli silahlarımızdır.
“Azərbaycan şirkətləri ilə
bir çox sahələrdə əməkdaşlıq
edirik”
Tədbir ilə bağlı fikirlərini
“Zaman-Azərbaycan” qəzeti
ilə bölüşən
“Roketsan” şirkətinin
müdiri Səlcuq Yaşar bildirdi ki, “ADEX 2014” I Azərbaycan
Beynəlxalq Müdafiə
Sənayesi Sərgisinin
ilk dəfə keçirilməsinə
baxmayaraq, yaxşı
təşkil olunub: “Bizim iştirak etdiyimiz bir çox
sərgidən daha mükəmməldir. Azərbaycan Prezidenti
İlham Əliyevin də sərgini ziyarət etməsi bizi məmnun etdi. Biz Azərbaycanı
güclü görmək
istəyirik”. Milli
silahlarımız ilə
tanış olduqlarını bildirən
Səlcuq Yaşar müdafiə sənayesi sahəsində Azərbaycanla
hər cür əməkdaşlığa hazır
olduqlarını ifadə
etdi: “2003-cü ildən
etibarən Azərbaycana
gəlirəm. Bu illər ərzində Azərbaycanda bir çox sahələr ilə yanaşı hərbi sənaye də çox inkişaf edib. Azərbaycan müəssisələri ilə
əməkdaşlığa maraqlıyıq”.
Sərgidə böyük stendlə iştirak edən şirkətlərdən biri
də “Havelsan” idi. “Havelsan”nın nümayəndəsi Alparslan
Kuloğlu bizimlə söhbətində “ADEX 2014” I Azərbaycan
Beynəlxalq Müdafiə
Sənayesi Sərgisinin
önəmindən danışdı:
“Azərbaycan bizim üçün çox önəmli ölkədir.
Sərgidə iştirak edən
ölkələrin və
şirkətlərin çoxluğu
bizə şərait yaradır ki, onlarla əməkdaşlığımızı
genişləndirək”. Əsasən hərbi texnologiyalar üçün
simuliyator sistemləri
hazırladıqlarını ifadə edən A. Kuloğlu bir çox ölkələrlə
yanaşı Azərbaycanla
da sıx əməkdaşlıq etdiklərini
bildirdi: “Azərbaycan şirkətləri ilə
bir çox sahələrdə əməkdaşlıq
edirik. Sizin şirkətlərdən biri
ilə önəmli sahələrdən biri kiber təhlükəsizliyinin
təmin edilməsi istiqamətində iş aparırıq”.
“Azərbaycan istehsalı olan silahlar tamamilə millidir”
Sərgidə ölkəmizin
nümayiş etdirdiyi
silahlarla bağlı Azərbaycan Respublikası
Müdafiə Sənayesi
Nazirliyinin Elmi-tətqiqat
İnstitutunun müdiri
Novruz Abdullayevdən ətraflı məlumat aldıq: “Müdafiə Sənayesi Nazirliyi 900 adda silah və
sursat istehsal edir. Burada nümayiş olunan
silahlar isə onların bir qismidir. Sevindirici haldır ki,
artıq Müdafiə
Sənayesi Nazirliyi ordumuzu bütün növ silah-sursat ilə təmin etmək iqtidarındadır”.
Müdafiə Sənayesi
Nazirliyinin hərbi aviasiya sahəsində də ciddi uğurlarının
olduğunu dilə gətirən N. Abdullayev bunları əlavə etdi: “Bizim hazırladıqlarımız
aviasiya bombaları parametrlərinə görə,
dünyanın aparıcı
ölkələrinə məxsus
silahlardan heç də geri qalmır”.
Müsahibimizin sözlərinə
görə, Azərbaycan
istehsalı olun silahlar tamamilə millidir: “Dünya təcrübəsi göstərir
ki, hansısa silahın detallarından birini xaricdə hazırladan dövlətlər,
tərəfdaş ölkə
ilə hansısa fikir ayrılıqları yaşadıqları təqdirdə,
müəyyən problem yaşayırlar.
Buna görə də, bizim əsas hədəflərimizdən
biri budur ki, istehsal etdiyimiz
bütün avadanlıqlar
tamamilə milli olsun”.
“Mübariz” snayper tüfəngimizi görəndə iftixar hissi keçirdim”
“Mübariz”, “Yalquzaq”, “Yırtıcı”,
“İstiqlal” və digər silahlarımızla
daha yaxından maraqlana vətəndaşlarımızdan
biri də İlkin Əmirov idi. Azərbaycan stendində nümayiş olunan stendləri görüb çox sevindiyini dilə gətirən İ. Əmirov
fikirlərini “Zaman-Azərbaycan”
ilə bölüşdü:
“Vətənimizin inkişafını,
gücləndiyini görmək
biz vətəndaşlar üçün
çox qürur vericidir. Milli qəhrəmanımız Mübariz
İbrahimov adına
“Mübariz” snayper tüfəngimizi görəndə
isə sözün əsl mənasında iftixar hissi keçirdim.
Bütün bunlar Prezidentimiz
İlham Əliyevin ordu quruculuğu siyasətinin doğruluğunun
və uğurla həyata keçirildiyinin
göstəricisidir”.
“Vətənimizi
qorumaq üçün
artıq milli silahlarımız var”
“ADEX 2014” I Azərbaycan
Beynəlxalq Müdafiə Sənayesi Sərgisi ilə
bağlı fikirlərini bizimlə bölüşən vətəndaşlardan
biri də Sənan Şabanzadə idi: “Mən bu sərgiyə
əsasən milli silahlarımıza baxmaq üçün gəlmişəm.
Gördüklərim isə məni çox
sevindirdi. Vətənimizi qorumaq
üçün artıq milli
silahlarımız var. İnanıram ki, işğal olunan torpaqlarımız da
milli silahlarımız ilə daha tez azad
olunacaq”.
ELVIN ƏLIYEV
Zaman. - 2014.- 13 sentyabr.- S. 9.