Ailə münasibətlərinin hüquqi tənzimlənməsi

           

Ailə münasibətlərində ər-arvadın əmlak xarakterli hüquq vəzifələrini müəyyən edən saziş digər şəxslərin hüquq azadlıqlarına toxunmamalı, ələlxüsus bu müqavilədə uşağın mənafeyinə xələl gətirəcək hər hansı bir maddə olmamlıdır.

Əks halda həmin maddə mübahisələndirilib etibarsız hala gətirilə bilər. Azərbaycan Respublikası Mülki Qanunvericiliyində müqavilə azadlığı prinsipi dövlət ictimai təhlükəsizliyin digər şəxslərin müdafiəsi üçün məhdudlaşdırıla bilir. Məhz bu konteksdən ailə münasibətləri çərçivəsində bağlanan saziş digər şəxslərin uşaqların haqlı mənafeləri üçün məhdudlaşdırıla bilər. Bundan əlavə, valideynlər uşaqların maddi təminatını təmin etməyə borcludurlar.

Nikah müqaviləsi mülki müqavilənin bir növü kimi təzahür edir. Bu müqavilə bağlanarkən sazişin qanuniliyinə xələl gətirə biləcək amillər - tərəflərin fəaliyyət qabiliyyətsizliyi, onların azad iradə ifadəsini məhdudlaşdıran hallar, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar yoxlanılmalı nikah müqaviləsinin bağlanma qaydasına ciddi riayət olunmalıdır. Nikah müqaviləsinin mülki qanunvericilikdə təsbit olunmuş əsaslar qaydalar üzrə bağlanması ilə yanaşı, onun dəyişdirilməsi xitamı məsələləri Mülki Məcəllədə müəyyən edilmiş qaydalara uyğun şəkildə həll olunur. Bununla belə nikah müqaviləsi Ailə Məcəlləsində öz əksini tapmış mülki müqavilələrdən fərqli olan müəyyən spesifik əlamətlərə malikdir. Bu müqavilənin səciyyəvi xüsusiyyəti onun subyekt tərkibi, bağlanma tarixi, müqavilənin predmeti məzmunu ilə bağlıdır.

Bu məqamda xüsusilə qeyd etmək lazımdır ki, ailə münasibətlərində ər-arvadın əmlak xarakterli hüquq vəzifələrini müəyyən edən saziş digər şəxslərin hüquq azadlıqlarına toxunmamalı, ələlxüsus bu müqavilədə uşağın mənafeyinə xələl gətirəcək hər hansı bir maddə olmamlıdır. Əks halda həmin maddə mübahisələndirilib etibarsız hala gətirilə bilər. Azərbaycan Respublikası Mülki Qanunvericiliyində müqavilə azadlığı prinsipi dövlət ictimai təhlükəsizliyin digər şəxslərin müdafiəsi üçün məhdudlaşdırıla bilir. Məhz bu konteksdən ailə münasibətləri çərçivəsində bağlanan saziş digər şəxslərin uşaqların haqlı mənafeləri üçün məhdudlaşdırıla bilər.

Bundan əlavə, valideynlər uşaqların maddi təminatını təmin etməyə borcludurlar. Ər-arvadın bu öhdəliyi beynəlxalq daxili qanunvericiliklə uşaqların mənafelərinin üstün mühafizəsindən irəli gəlir. Bu vəzifələrin həyata keçirilməməsi dövlət tərəfindən uşağın hüquqlarının müdafiəsininin inhisara alınması ilə nəticələnə bilər. Bu zaman isə valideynlər üzərinə qarşılıqlı olaraq öhdəliklərinin yerinə yetirilməsi vəzifəsi məcburən qoyula bilər. Həmçinin qeyd olunmalıdır ki, darda olan ər-arvad qarşı tərəfdən maddi yardım almağa hüququ vardır. Bu hüquqlar nikah münasibətlərinə xitam verildikdən sonra da səciyyəvi xüsusiyyətlərinə görə saxlanıla bilər”.

 

Qeyri-əmlak münasibətləri

 

Bildiyimiz kimi, ailə könüllülük sevgi əsasında yaranan ittifaqdır. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan əmək qabiliyyəti olmayan üzvlərinin hüquq mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

 

Ailə münasibətlərinin qanuni tənzimetmə mexanizminin əsas vəzifələri isə aşağıdakılardır:

 

- ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;

 

- ailə münasibətlərinin qadın kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu hörmət hissləri əsasında qurulması;

 

- ailədə uşaqların ictimai tərbiyə ilə əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi;

 

- ana uşaqların mənafeyinin hərtərəfli müdafiəsi hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi;

 

- ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;

 

-  uşaqlarda ailə cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.

 

Yuxarıda qeyd olunan prinsipləri təfsir etməli olsaq, bu bir məqaləyə yerləşəcək qədər qısa mövzu deyil. Məhz buna görə ər-arvadın ailə daxili qarşılıqlı öhdəliklərinə geniş şəkildə nəzərə yetirmədən bu günümüz üçün aktual olan ailə münasibətlərinin xitamına səbəb olan ailənin qeyri-maddi öhdəlik - hüquq sferasına daxil olan bəzi prinsiplərə toxunmaqda fayda vardır. Vəkil kimi müşahidələrimdə praktikamda daha çox ailə münasibətlərinə xitam məhz ər-arvadın qeyri-maddi öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən baş verməsi halı ilə rastlaşıram. Bəlkə maddi öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar dağılan ailələr sayılacaq qədər azdır. Daha çox ailələr ər-arvad diqqətsizliyi, sevgi qayğının olmaması, cinsi ehtiyacların qarşılanmaması, valideynlik hüquqlarının həyata keçirilməməsi, uşaqlara ailəyə biganə qalması, ər-arvadın zərərli vərdişlərininn olması, ailə daxili xoşbəxliyin olmaması, qeyri-etik davranışlar, ünsiyyətin çətin olması, dünya görüşləri arasındakı fərqlilik, şiddətə məruz qalma, hədsiz qısqanclıq, dedi-qodu, ər-arvadın valideynlərinin ailə məsələlərinə mütəmadi müdaxiləsi, sosial-mədəni sahədə olan fəqrliliklər, tərəflərin bir-birinin azadlığına müdaxiləsi sair kimi faktorlar səbəbindən dağılır.

Dövlət şəxslərin ailə qurmasını öz islahatları ilə təşviq etməli, ər-arvadın ailə münasibətləri çərçivəsində hüquq vəzifələrinin həyata keçirməsinə nəzarət etməli, zərurət olduqda isə yardım hüquqlara məhdudlardılma yönündə adekvat proporsional müdaxilə etməlidir. Dövlətin bu ali hüquq vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasından irəli gəlir. Belə ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədir (17-ci maddə). Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən ailə ehtiyaclarını qarşılamaq öncə ailə üzvlərinin borcudur. Əgər ailə üzvləri maddi öhdəliklərini yerinə yetirmək iqtidarında deyilsə, dövlət öz sosial yardımı ilə ailəyə yardım edir”.

Yuxarıda qeyd etdiyimiz kimi, ailələrin davamlılığına mənfi təsir edən halların əksəriyyəti qeyri-maddi faktorlarla əlaqəlidir. Bu isə özünü ər-arvadın qeyri-maddi öhdəliklərinin yerinə yetirməməsində qarşı tərəfi bu hüquqdan məhrum etməsində göstərir.

 

Əvvəli ötən sayımızda...

 

Nicat  İntiqam 

 

Zaman. - 2014.- 13 sentyabr.- S. 13.