Əlillərin
sosial müdafiəsinin təmini hüquqi dövlət
quruculuğunun əsas vəzifələrindəndir
Bütün dünyada
olduğu kimi Azərbaycanda da əlillərin sosial müdafiəsi
və onların hüquqlarının qorunması dövlətin
daimi diqqət mərkəzindədir.
İş orasındadır
ki, hüquqi dövlət quruculuğu prosesində hər bir vətəndaşın,
xüsusilə əlillərin sosial hüquqlarının
qorunması, onların özlərini cəmiyyətin tam
hüquqlu üzvü kimi hiss etməsi vətəndaş-dövlət
münasibətlərinin əsas atributlarından biridir. Belə ki, vətəndaş
nə qədər hüquqi baxımdan özünün
dövlət tərəfindən qorunduğunu hiss etsə, o qədər
də dövlətə özünü daha bağlı hiss
edəcək və onun möhkəmləndirilməsinə
imkanı çatan qədər öz töhfəsini verməyə
çalışacaq. Bu isə sivil vətəndaş
cəmiyyətinin formalaşdırılmasında və
dövlətin əsaslarının daha da möhkəmləndirilməsində
önəmli rol oynayır. Qeyd edək ki, əlillərin,
daha dəqiq ifadə etsək fiziki və əqli qüsurlu
insanlar tarix boyu bütün ictimai formasiyaların diqqətini
cəlb edib. Müxtəlif dövrlərdə
dövlət tərəfindən bu məsələyə fərqli
prizmalardan yanaşılsada fiziki və əqli qüsurlu
insanlar cəmiyyətin daim dqqət mərkəzində olub.
Onlara cəmiyyətin böyük əksəriyyəti
qayğı ilə yanaşıb, imkan dairəsində onlara
yardım etməyə çalışıblar. XX əsrdən
başlayaraq elmi texnikanın sürətli inkişafı
özü ilə iş şəraitindən asılı
olaraq bəzi insanlar arasında əlilliyə yol açan
aimillərin meydana çıxmasına səbəb olub. Eyni zamanda yenə də elm və texnikanın sürətli
inkişafı əlilliyə gətirib çıxaran
müxtəlif xəstəliklərin yayılmasına, həmçinin
istehsalat prosesi nəticəsində əlillik
travmalarının artmasına yol açıb. Buna
paralel olaraq texnogen proseslər, havanın sürətli
çirklənməsi, zərərli istehsalat sahələri tərəfindən
havaya buraxılan zəhərli qazların həcminin
artması anadangəlmə əllillik, fiziki və əqli cəhətdən
qüsurlu uşaqların doğulmasının artması ilə
müşahidə olunmaqdadır. Bu baxımdan
günümüzdə fiziki və əqli qüsurlu insanlar,
anadangəlmə əlliliyi olanlar və müxtəlif
istehsalat prosesi zamanı əlil olanların problemləribütün
zamanlar üçün aktual olub. Burada
söhbət fiziki, əqli qüsurlu, sonradan əllil olan
insanların problemlərinin həllindən gedir. Təbii ki, bəşəriyyət durduqca, hər
zaman cəmiyyətin gündəmində bu məsələ
özünə yer alacaq. Məsələ
burasındadır ki, əlillik sonradan müəyyən
xoşagəlməz hadisələrin nəticəsi olmaqla
yanaşı, həm də doğuşdan gələn bir məqamdır.
Yəni bu mənada məsələnin həm də
tibbi tərəfi var. Daha vacib məqamlardan biri əlillərin
reabilitasiya, onların cəmiyyətə inteqrasiya məsələsidir.
Əslində bu problem də qlobal xarakter
daşıyır və fiziki və əqli qüsurlu
insanların problemlərinin həlli beynəlxalq səviyyədə
hüquqi dövlət quruculuğu üçün vacib məsəllərdən
biridir.
Bu gün sivil ölkələrin
yol infrastrukturları qurularkən əlillər də birmənalı
olaraq nəzərə alınır. Onların rahat hərəkəti
üçün ictimai nəqliyyatlarda xüsusi vasitələr
nəzərdə tutulur. Azərbaycana
xaricdən gətirilən ictimai nəqliyyatların içərisində
əlillərin düşüb-çıxması
üçün şərait qurulub. Amma
reallıq ondan ibarətdir ki, avtobus sürücüləri həmin
avadanlığı ümumiyyətlə istifadəyə
vermir. Səbəb isə birdir: əlillərin avtobusa
düşüb-çıxması plan verən və vaxtla
işləyən sürücülər üçün vaxt
itkisidir. Bu və bu kimi digər nümunələrdən
çıxış edərək söyləmək
mümkündür ki, bu gün cəmiyyətdə əlillərə
qarşı biganəlik var. Dünyada əlil, həmçinin
əqli və fiziki cəhtədən qüsurlu insanların
sayı barədə müxtəlif rəqəmlər
mövcuddur. BMT-nin verdiyi məlumata
əsasən hazırda Yer kürəsində təxminən
350-400 milyon nəfərə yaxın fiziki və əqli
qüsurlu insanlar, o cümlədən sonrlar müxtəlif
hadisələr nəticəsində zədələnərək
əlil olan insanlar var. İnkişaf etmiş dövlətlər
əlillərin, həmçinin fiziki və əqli qüsurlu
insanların sosial müdafiəsi və onların
hüquqlarının qorunması üçün hər il
milyardlarla dollar vəsait ayırırlar. Məsələn,
ABŞ bu məqsədlə hər il 1 milyard dolara yaxın. Almaniya və Fransa 550-600 milyon avro ayırırlar.
Buna paralael olaraq müxtəlif ictimai təşklityalar
və xeyriyyə fondları tərəfindən də əlillərin,
fiziki və əqli qüsurlu insanların müalicəsi,
istirahətlərinin təşkili, işlə təmini və
onların cəmiyyətə inteqarasiyası üçün
böyük həcmdə vəsaitlər xərclənir.
Bu məsələ Azərbaycanda da diqqət mərkəzindədir.
Əlillərin sosial müdafiə,
hüquqlarının qorunması və cəmiyyətə
inteqrasiyası önəmli vəzifələrdən birirdir.
***
Məsələyə
münasibət bildirən hüquqşünas Əfqan
Dostiyevin sözlərinə görə, əlillərin və
fiziki və əqli qüsurlu insanların
hüquqlarının qorunması hər bir dövlətin
qarşısında duran əsas vəzifələrdən
biridir.
Əfqan Dostiyev: “Azərbaycanda əlillərin sayı
ümumi əhalinin 5 faizindən artıq deyil. Son illərdə
onların sağlamlıqlarını bərpasına yönələn
müxtəlif səviyyəli reabilitasiya tədbirləri həyata
keçirilib, onların bir qisminin xaricdə, digər qisminin
isə respublikamızda müalicəsi üçün
xüsusi proqramlar həyata keçirilib və keçirilməkdədir”,
- deyir.
Onun sözlərinə
görə, hazırda müvafiq dövlət qurumları
fiziki qüsurlu şəxslərin hüquqlarının
qorunması sahəsində də müxtəlif tədbirlər
həyata keçirir.
***
Qeyd etdiyimiz kimi dünya
ölkələrinin əksəriyyətində əlillərin
sayı ölkə əhalisinə nisbətdə 10-15 faiz təşkil
etdiyi halda Azərbaycanda bu göstərici 5 faizdən artıq
deyil. Bu statistikanın Azərbaycan üçün o qədər
də təhlükəli olmadığı aydındır,
ancaq onların saylarının ildən ilə artması təbii
ki narahatlıq doğurur. Əlillərin,
fiziki və əqli qüsurlu insanların hazırda ən
vacib problemlərindən biri təhsillə
bağlıdır. Azərbaycanda rəsmi
qeydiyyatda olan 60 mindən yuxarı əlil uşaqların
yalnız 7 min nəfərə yaxını təhsillə əhatə
olunub. Bundan başqa, əlil
uşaqların sayı ilə müqayisədə təhsilə
cəlb olunanların sayı çox azdır. Bunu bir neçə mühüm səbəbi var. Ekspertlərin fikrincə, “Təhsil
haqqında” qanunda fiziki sağlamlığı məhdud olan məktəbyaşlı
əlillərin təhsilə cəlb edilməsi ilə
bağlı xeyli qüsurlar var. Bu müstəvidə də
ölkə üzrə əlil uşaqların sayı ilə
təhsilə cəlb olunan fiziki qüsurlu uşaqların
sayının əhəmiyyətli şəkildə
aşağı olmasının obyektiv və subyektiv səbəbləri
var. Ancaq bizi narahat edən məsələ bu səbəblərin
aradan qaldırılması üçün ciddi tədbirlərin
görülməməsi və ya bu istiqamətdə az
çalışmalardır. Bu sahədəki
qanunvericilik aktlarında beynəlxalq konvensiyalara uyğun
çox ciddi addımlar atılmalıdır.
Əlil uşaqların təhsillə
bağlı problemlərinin aradan qaldırılması cəmiyyətimiz
və sivil, hüquqi dövlət quruculuğu
üçün xüsusi önəm daşıyır. Belə ki, hər
bir cəmiyyətdə uşaqlar millətin gələcəyi
hesab edilirlər və bu çərçivədə də
gənc nəslə qayğı, onların problemlərinin
hüquqi səviyyədə həlli dövlətin prioritet vəzifələrindəndir.
Təbii ki, əlil, əqli və fiziki cəhətdən
qüsurlu uşaqlara daha çox diqqət
artırılması onların cəmiyyətə
inteqrasiyası böyük zəhmət və uzunmüddətli
iş tələb edir. Bu isə heç də
asan məsələ deyil. Ona görə də dövlətlə
yanaşı ictimaşi təşkilatların, xeyriyyə
fondlarının bu məsələdə fəallığı,
dövlətlə yanaşı onlar tərəfindən
keçirilən müxtəlif səviyyəli tədbirlər
əlil, əqli və fiziki cəhtədən
qüsurluluların cəmiyyətə intreqrasiyasında,
onların özlərini cəmiyyətin tam, bərabərhüquqlu
üzvü kimi hiss etməsində böyük əhəmiyyətə
malikdir.
Bütün dünyada
olduğu kimi Azərbaycanda da əlillərin sosial müdafiəsi
və onların hüquqlarının qorunması dövlətin
daimi diqqət mərkəzindədir. İş
orasındadır ki, hüquqi dövlət quruculuğu
prosesində hər bir vətəndaşın, xüsusilə
əlillərin sosial hüquqlarının qorunması,
onların özlərini cəmiyyətin tam hüquqlu
üzvü kimi hiss etməsi vətəndaş-dövlət
münasibətlərinin əsas atributlarından biridir. Belə ki, vətəndaş nə qədər
hüquqi baxımdan özünün dövlət tərəfindən
qorunduğunu hiss etsə, o qədər də dövlətə
özünü daha bağlı hiss edəcək və onun
möhkəmləndirilməsinə imkanı çatan qədər
öz töhfəsini verməyə çalışacaq.
Bu isə sivil vətəndaş cəmiyyətinin
formalaşdırılmasında və dövlətin əsaslarının
daha da möhkəmləndirilməsində önəmli rol
oynayır. Qeyd edək ki, əlillərin,
daha dəqiq ifadə etsək fiziki və əqli qüsurlu
insanlar tarix boyu bütün ictimai formasiyaların diqqətini
cəlb edib. Müxtəlif dövrlərdə
dövlət tərəfindən bu məsələyə fərqli
prizmalardan yanaşılsada fiziki və əqli qüsurlu
insanlar cəmiyyətin daim dqqət mərkəzində olub.
Onlara cəmiyyətin böyük əksəriyyəti
qayğı ilə yanaşıb, imkan dairəsində onlara
yardım etməyə çalışıblar. XX əsrdən
başlayaraq elmi texnikanın sürətli inkişafı
özü ilə iş şəraitindən asılı
olaraq bəzi insanlar arasında əlilliyə yol açan
aimillərin meydana çıxmasına səbəb olub. Eyni zamanda yenə də elm və texnikanın sürətli
inkişafı əlilliyə gətirib çıxaran
müxtəlif xəstəliklərin yayılmasına, həmçinin
istehsalat prosesi nəticəsində əlillik
travmalarının artmasına yol açıb. Buna
paralel olaraq texnogen proseslər, havanın sürətli
çirklənməsi, zərərli istehsalat sahələri tərəfindən
havaya buraxılan zəhərli qazların həcminin
artması anadangəlmə əllillik, fiziki və əqli cəhətdən
qüsurlu uşaqların doğulmasının artması ilə
müşahidə olunmaqdadır. Bu baxımdan
günümüzdə fiziki və əqli qüsurlu insanlar,
anadangəlmə əlliliyi olanlar və müxtəlif
istehsalat prosesi zamanı əlil olanların problemləribütün
zamanlar üçün aktual olub. Burada
söhbət fiziki, əqli qüsurlu, sonradan əllil olan
insanların problemlərinin həllindən gedir. Təbii ki, bəşəriyyət durduqca, hər
zaman cəmiyyətin gündəmində bu məsələ
özünə yer alacaq. Məsələ
burasındadır ki, əlillik sonradan müəyyən
xoşagəlməz hadisələrin nəticəsi olmaqla
yanaşı, həm də doğuşdan gələn bir məqamdır.
Yəni bu mənada məsələnin həm də
tibbi tərəfi var. Daha vacib məqamlardan biri əlillərin
reabilitasiya, onların cəmiyyətə inteqrasiya məsələsidir.
Əslində bu problem də qlobal xarakter
daşıyır və fiziki və əqli qüsurlu
insanların problemlərinin həlli beynəlxalq səviyyədə
hüquqi dövlət quruculuğu üçün vacib məsəllərdən
biridir.
Bu gün sivil ölkələrin
yol infrastrukturları qurularkən əlillər də birmənalı
olaraq nəzərə alınır. Onların rahat hərəkəti
üçün ictimai nəqliyyatlarda xüsusi vasitələr
nəzərdə tutulur. Azərbaycana
xaricdən gətirilən ictimai nəqliyyatların içərisində
əlillərin düşüb-çıxması
üçün şərait qurulub. Amma
reallıq ondan ibarətdir ki, avtobus sürücüləri həmin
avadanlığı ümumiyyətlə istifadəyə
vermir. Səbəb isə birdir: əlillərin avtobusa
düşüb-çıxması plan verən və vaxtla
işləyən sürücülər üçün vaxt
itkisidir. Bu və bu kimi digər nümunələrdən
çıxış edərək söyləmək
mümkündür ki, bu gün cəmiyyətdə əlillərə
qarşı biganəlik var. Dünyada əlil, həmçinin
əqli və fiziki cəhtədən qüsurlu insanların
sayı barədə müxtəlif rəqəmlər
mövcuddur. BMT-nin verdiyi məlumata
əsasən hazırda Yer kürəsində təxminən
350-400 milyon nəfərə yaxın fiziki və əqli
qüsurlu insanlar, o cümlədən sonrlar müxtəlif
hadisələr nəticəsində zədələnərək
əlil olan insanlar var. İnkişaf etmiş dövlətlər
əlillərin, həmçinin fiziki və əqli qüsurlu
insanların sosial müdafiəsi və onların
hüquqlarının qorunması üçün hər il
milyardlarla dollar vəsait ayırırlar. Məsələn,
ABŞ bu məqsədlə hər il 1 milyard dolara yaxın. Almaniya və Fransa 550-600 milyon avro ayırırlar.
Buna paralael olaraq müxtəlif ictimai təşklityalar
və xeyriyyə fondları tərəfindən də əlillərin,
fiziki və əqli qüsurlu insanların müalicəsi,
istirahətlərinin təşkili, işlə təmini və
onların cəmiyyətə inteqarasiyası üçün
böyük həcmdə vəsaitlər xərclənir.
Bu məsələ Azərbaycanda da diqqət mərkəzindədir.
Əlillərin sosial müdafiə,
hüquqlarının qorunması və cəmiyyətə
inteqrasiyası önəmli vəzifələrdən birirdir.
***
Məsələyə münasibət bildirən hüquqşünas Əfqan Dostiyevin sözlərinə görə, əlillərin və fiziki və əqli qüsurlu insanların hüquqlarının qorunması hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Əfqan Dostiyev: “Azərbaycanda əlillərin sayı ümumi əhalinin 5 faizindən artıq deyil. Son illərdə onların sağlamlıqlarını bərpasına yönələn müxtəlif səviyyəli reabilitasiya tədbirləri həyata keçirilib, onların bir qisminin xaricdə, digər qisminin isə respublikamızda müalicəsi üçün xüsusi proqramlar həyata keçirilib və keçirilməkdədir”, - deyir.
Onun sözlərinə görə, hazırda müvafiq dövlət qurumları fiziki qüsurlu şəxslərin hüquqlarının qorunması sahəsində də müxtəlif tədbirlər həyata keçirir.
***
Qeyd etdiyimiz kimi dünya
ölkələrinin əksəriyyətində əlillərin
sayı ölkə əhalisinə nisbətdə 10-15 faiz təşkil
etdiyi halda Azərbaycanda bu göstərici 5 faizdən artıq
deyil. Bu statistikanın Azərbaycan
üçün o qədər də təhlükəli
olmadığı aydındır, ancaq onların
saylarının ildən ilə artması təbii ki
narahatlıq doğurur. Əlillərin, fiziki və əqli
qüsurlu insanların hazırda ən vacib problemlərindən
biri təhsillə bağlıdır. Azərbaycanda rəsmi
qeydiyyatda olan 60 mindən yuxarı əlil uşaqların
yalnız 7 min nəfərə yaxını təhsillə əhatə
olunub. Bundan başqa, əlil uşaqların sayı ilə
müqayisədə təhsilə cəlb olunanların
sayı çox azdır. Bunu bir neçə mühüm səbəbi
var. Ekspertlərin fikrincə, “Təhsil
haqqında” qanunda fiziki sağlamlığı məhdud olan məktəbyaşlı
əlillərin təhsilə cəlb edilməsi ilə
bağlı xeyli qüsurlar var. Bu müstəvidə də
ölkə üzrə əlil uşaqların sayı ilə
təhsilə cəlb olunan fiziki qüsurlu uşaqların
sayının əhəmiyyətli şəkildə
aşağı olmasının obyektiv və subyektiv səbəbləri
var. Ancaq bizi narahat edən məsələ bu səbəblərin
aradan qaldırılması üçün ciddi tədbirlərin
görülməməsi və ya bu istiqamətdə az
çalışmalardır. Bu sahədəki qanunvericilik
aktlarında beynəlxalq konvensiyalara uyğun çox ciddi
addımlar atılmalıdır.
Əlil uşaqların təhsillə bağlı problemlərinin aradan qaldırılması cəmiyyətimiz və sivil, hüquqi dövlət quruculuğu üçün xüsusi önəm daşıyır. Belə ki, hər bir cəmiyyətdə uşaqlar millətin gələcəyi hesab edilirlər və bu çərçivədə də gənc nəslə qayğı, onların problemlərinin hüquqi səviyyədə həlli dövlətin prioritet vəzifələrindəndir. Təbii ki, əlil, əqli və fiziki cəhətdən qüsurlu uşaqlara daha çox diqqət artırılması onların cəmiyyətə inteqrasiyası böyük zəhmət və uzunmüddətli iş tələb edir. Bu isə heç də asan məsələ deyil. Ona görə də dövlətlə yanaşı ictimaşi təşkilatların, xeyriyyə fondlarının bu məsələdə fəallığı, dövlətlə yanaşı onlar tərəfindən keçirilən müxtəlif səviyyəli tədbirlər əlil, əqli və fiziki cəhtədən qüsurluluların cəmiyyətə intreqrasiyasında, onların özlərini cəmiyyətin tam, bərabərhüquqlu üzvü kimi hiss etməsində böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:
Əziz Mustafa
Zaman. - 2014.-
16 sentyabr.- S. 13.