AMEA-da Məhəmmədhüseyn Şəhriyar anılıb

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Seyid Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunanSöz mülkünün Şəhriyarıadlı tədbir keçirilib. Tədbirdə çıxış edən AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru Gövhər Baxşəliyeva bildirib ki, bugünkü tədbirin təşkilatçıları AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi Xəzər Universitetidir.

O, daha sonra Məhəmmədhüseyn Şəhriyarın həyat yaradıcılığından söz açıb: “Şəhriyarın poeziyası dövrün ictimai, siyasi, fəlsəfi ədəbi görüşlərinin canlı aynasıdır. Onun ölməz irsi nəinki Şərq, ümumən dünya mədəniyyəti ədəbiyyatı xəzinəsinin nadir incisidir. Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş şair geniş kütlələrin sonsuz məhəbbətini qazanıb. Onun şeirləri bir çox dillərə tərcümə olunaraq, insanların ruhunu oxşayıb”.

G.Baxşəliyeva insanpərvərlik, vətənpərvərlik xəlqiliyin Şəhriyar yaradıcılığının ana xəttini təşkil etdiyini qeyd edib.

Daha sonra çıxış edən akademik İsa Həbibbəyli Şəhriyarın yaradıcılığından bəhs edib. O bildirib ki, Şəhriyar yaradıcılığı türk-müsəlman ədəbiyyatının nadir xəzinəsinə böyük töhfələr vermiş zəngin ədəbiyyat sırasındadır: “Onun adı bütün dünyada tanınmış Şərq mütəfəkkirləri ilə birlikdə çəkilir”.

Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı Şəhriyar şeirinin əsasını təşkil  edən ənənəvilikdən, şairin yaradıcılığındakı novator cəhətlərdən söz açıb.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib Şəhriyarın xatirəsinə həsr olunan bu tədbirin iki ölkə arasında münasibətlərin nümunəsi olduğunu qeyd edib.

Sonda Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş film nümayiş olunub.

Qeyd edək ki, xatirə günündə İraqın, Qırğızıstanın və Tacikistanın səfirləri, Azərbaycan alimləri ilə yanaşı, iranlı şəhriyarşünaslar da iştirak edib.

 

Zaman. - 2014.- 18 sentyabr.- S. 2.