Şəkidə
“Ər və arvad” musiqili
komediyası səhnəyə qoyulub
Birinci Şəki
Beynəlxalq Teatr Festivalının növbəti
günü teatrsevərlər
Şəki Dövlət
Dram Teatrında Üzeyir
Hacıbəylinin “Ər
və arvad” musiqili komediyası əsasında səhnələşdirilmiş
eyniadlı tamaşanı
izləyiblər.
Mingəçevir Dövlət Dram Teatrının
aktyorları ilk dəfə
repertuarlarına daxil etdikləri “Ər və arvad” musiqili komediyasını oynayıblar. Mingəçevir Dövlət Dram Teatrının təqdim etdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif
Əsədov, rəssamı
Yusif İmamverdiyev, musiqi tərtibatçısı
Elnur Rəsulovdur.
Tamaşada əsas rolları
Asim Məmmədov, Hüseyn Mustafayev, Fəridə Məmmədova,
Firuz Hacıyev və başqaları ifa ediblər. Uğurla başa çatan tamaşanın sonunda kollektivə Mədəniyyət
və Turizm Nazirliyi və Şəki Şəhər
İcra Hakimiyyəti tərəfindən festivalın
diplomları təqdim
olunub.
Coşqun Mövlamov
Zaman. - 2014.-
18 sentyabr.- S. 6.