Hüquqi dövlət quruculuğu çərçivəsində əlillərin hüquqlarının müdafiəsi

 

Əlillərin problemlərinin həlli sivil hüquqi dövlət quruculuğu çərçivəsində hüquqlarının müdafiəsi məqsədi ilə Azərbaycanın, demək olar, bütün rayonlarında sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Lakin onların işi günün tələbləri səviyyəsindən geri qalır. Bu isə əlillərin sosial müdafiəsinin həyata keçirilməsi zamanı əlavə başağrısına, bura müraciət edənlərin narazılıqlarına gətirib çıxarır. Təbii ki, bu işdə sosial reabilitasiya mərkəzlərinə rəhbərlik edənlərin günahı kifayət qədərdir. Hadı Rəcəbli sosial reabilitasiya mərkəzlərinin günün tələbləri səviyyəsində öz işlərini qurmasının vacib olduğunu söyləyir. Onun sözlərinə görə, bu gün rayonlardakı bəzi sosial reabilitasiya mərkəzlərinin işi qənaətbəxş deyil. Təbii ki, belə olduğu halda, əlillərin reabilitasiyasında problemlər yaranır.

Hadı Rəcəblinin fikrincə, bunu aradan qaldırmaq üçün öz işini günün tələbləri səviyyəsində qura bilməyən sosial reabilitasiya mərkəzləri üzərində nəzarətin sərt şəkildə həyata keçirilməsinə ehtiyac var. Millət vəkili deyir ki, hər bir sosial reabilitasiya mərkəzinin əsas məqsədi dövlət tərəfindən onların qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirməli, əlillərin problemlərinin həlli zamanı mövcud qanunvericiliyə əməl etməli, qanunların aliliyinə hörmət etməlidirlər.

 

 Göndərişlərlə bağlı problem var

 

Əlillərlə bağlı digər bir problem onların müalicəyönümlü sanatoriyalara tibbi müalicə mərkəzlərində sağlamlıqlarının bərpasının təşkili ilə bağlıdır. Belə ki, əksər hallarda əlillər sanatoriyalara Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılan göndərişi (“putyovka”) ala bilmir bu zaman müxtəlif məmur özbaşınalıqları ilə qarşılaşırlar. Nəticədə onların sivil hüquqları pozulur ki, bu da hüquqi dövlət quruculuğu prosesində ən neqativ hallardan biri hesab edilə bilər. Bundan əlavə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillər üçün ayrılan göndərişdə  onlar üçün gündəlik yemək, dincəlmək müalicə almaq üçün cəmisi 12 manat ayrılıb ki, bu da olduqca azdır. Nəticədə bazar iqtisadiyyatı dövründə belə bir məbləğlə sanatoriyalarda, müalicə-bərpa mərkəzlərində əlillərin arzu edilən səviyyədə sağlamlıqlarının bərpası məsələsində müəyyən problemlər ortaya çıxır. Ekspertlərin fikrincə, əlillərin sanatoriyalarda müalicə-bərpa mərkəzlərində orta səviyyədə müalicə-bərpa xidməti ala bilməsi üçün onlar üçün çəkilən gündəlik xərclər azı 24-25 manata qədər qaldırılmalıdır. Millət vəkili Hadı Rəcəbli belə hesab edir ki, hüquqi dövlət quruculuğu prosesində əlillərin sanatoriyalarda müalicə-bərpa mərkəzlərində tam şəkildə müalicə ala bilmələri üçün, ilk növbədə, buna mane olan bürokratik əngəllər aradan qaldırılmalıdır: “Dövlət əlil vətəndaşlarının problemlərinin həllini daim diqqət mərkəzində saxlayır onların müalicə-bərpa xidmətindən istifadə edə bilmələri üçün ən yüksək səviyyədə hüquqlarının qorunması üçün lazımi tədbirlər həyata keçirir. Ona görə belə hesab edirəm ki, əlillərin daha yüksək səviyyədə müalicə bərpa xidmətindən istifadə edə bilməsi yolundakı süni əngəllər qısa müddətdə aradan qaldırılacaq”.

Əlillərin digər əsas problemlərindən biri onların ictimai yerlərdə, nəqliyyatda, müxtəlif müəssisələrdə əlillərin rahatlığının təmin edilməsinə imkan verəcək infrastrukturun təmin olunmaması ilə bağlıdır. Belə ki, dövlətimiz tərəfindən əlillərin fiziki baxımdan qüsurlu olan vətəndaşlarımızın nəqliyyatda, müxtəlif müəssisələrdə, həmçinin ictimai rəsmi dövlət obyektlərində rahat hərəkət etməsinə, girib-çıxmasına imkan verən şərait, sivil infrastruktur hələ yaradılmayıb. Halbuki bu infrastrukturun yaradılması əlillərin sivil hüquqlarının təmin edilməsi baxımından olduqca önəmlidir. Hüquqşünas Əfqan Dostiyevin fikrincə, buna səbəb müvafiq qurumların öz işlərini günün tələbləri səviyyəsində qura bilməmələri ilə bağlıdır. Əfqan Dostiyev: “Azərbaycan öz vətəndaşlarının hüquqlarının təminini nəzərdə tutan çoxsaylı tədbirlər həyata keçirməkdə davam edir. Bu müstəvidə əlillərin sivil hüquqlarının qorunması üçün hüquqi zəmin - qanunverici baza yaradılıb. Amma bəzi məmurların öz işlərinə vicdanla yanaşmamaları əlillər tərəfindən narazılıqla qarşılanır. Təbii ki, bu cür neqativ hallara qarşı mübarizə aparılır aparılacaq. Buna paralel olaraq, zənnimizcə, əlillərin hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik aktlarında cüzi boşluqlar belə demək mümkünsə, bəziişbaz”lar bundan istifadə edirlər. Amma möcud qanunvericilik aktları təkmilləşdirildikcə bu cür neqativ halların da aradan qaldırılacağı şübhə doğurmur”, -deyir.

 

 Əlillərin fiziki baxımdan qüsurluların məşğulluq məsələsi diqqət mərkəzindədir

 

Əlillərin fiziki baxımdan qüsurluların işlə təmin edilməsi, təbii ki, müvafiq qurumların qarşısında duran ən önəmli vəzifələrdən biridir. Bununla bağlı dövlətimiz tərəfindən müxtəlif səviyyəli tədbirlər həyata keçirilməkdədir. Bu müstəvidə əlillərin fiziki baxımdan qüsurluların işlə təmin edilməsinə imkan verən müvafiq qanunverici baza yaradılıb. Bu bazada işləmək imkanı olan əlillərin, ilk növbədə, işlə təmin edilməsi qanunvericilik aktlarında öz əksini tapıb. Son illərdə işləmək imkanı olan əlillərin bəzilərinin işlə təmini mümkün olub hazırda bu sahədə işlər davam etdirilir. Bununla belə, yenə bəzi hallarda əlillərin işlə təmin edilməsi zamanı neqativ hallarla üzləşilir. Bununla bağlı məsələyə diqqəti cəlb edən Hadı Rəcəbli deyir ki, çox zaman işləmək arzusunda olan əlilliyi olan gənclər işsiz qalırlar: “Lakin belə gənclərə yaxşı olar ki, cəmiyyət, mərhəmət hüquqlu insanlar kömək etsinlər. Bəzi hallarda isə elə əlillər olur ki, onların işləməsi mümkün deyil. Məsələn, gözü görməyən insan gələrək hansısa müəssisədə gözətçi işləmək istəyir. Təbii ki, bu, mümkün deyil. Lakin buna baxmayaraq bu işlərdə, əlillərin məşğulluq məsələsində bir təsnifatlaşma, xüsusi normativlər olmalıdır”.

H.Rəcəbli onu da qeyd edib ki, zaman-zaman həyata keçən reallıqlar, proseslər, ictimai birliklərin təşəbbüsləri, maliyyə imkanları qanunlarımızda bir sıra əlavələr dəyişikliklər etməyə zəmin yaradır”. Millət vəkili həmçinin belə hesab edir ki, əlilliyin müavinətinin artırılması, əlilliyin dəqiq uçotunun aparılması vacibdir.

 

 Əlillərin mənzil və digər problemləri həll edilir

 

Hüquqi dövlət quruculuğu prosesində əlillərin digər bir problemi - onların mənzillə təmin edilməsi də öz həllini tapmaqdadır. Bununla bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində yüzlərlə əlil yeni mənzillərə köçüb. Son illərdə bir sıra rayonlarda yeni fərdi və çoxmənzilli yaşayış binaları istifadəyə verilib və mənzillə təmin olunan şəhid və əlil ailələrinin sayı ötüb. Bu müstəvidə də Ağcabədi, Göygöl, Samux, Qəbələ, YevlaxQuba rayonlarında hər biri 4 mərtəbəli, 36 mənzilli, Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli, 81 mənzilli, Sumqayıt şəhərində isə 12 mərtəbəli, 112 mənzilli yaşayış binaları inşa edilib. Yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, eyni zamanda müxtəlif bölgələrdə 10 ədəd fərdi evin tikintisinə başlanılacaq.

Buna paralel olaraq, ölkəmizdə əlillərin minik avtomobilləri ilə təminatı da davam etdirilir. Bu vaxtadək təxminən 5000-ə yaxın Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri verilib.

Azərbaycan hökuməti eyni zamanda ölkəmizin sosial inkişaf strategiyasına əsasən, pensiyaların baza hissəsinin mütəmadi olaraq artırmaqdadır. Bu hüquqi dövlət quruculuğu prosesi çərçivəsində dövlət tərəfindən həyata keçirilən sosial siyasətin əsas tərəflərindən biridirbununla bağlı işlər gələcəkdə də davam etdiriləcək.

 

 Xarici təcrübə öyrənilir

 

Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin bərpası və bu işin yüksək səviyyədə təşkili üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları mütəmadi olaraq xarici təcrübəni öyrənir və ölkə daxilində tətbiqi üçün tədbirlər həyata keçirirlər. Bunu bir neçə gün bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşlarından ibarət nümayəndə heyətinin Litva Respublikasına səfəri də sübut etdi. Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi üzrə səfərdə məqsəd bu ölkənin tibbi-sosial reabilitasiya sistemi, əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi aparmaq idi. Nümayəndə heyəti Litvanın aidiyyəti dövlət qurumlarının məsul şəxsləri ilə görüşlər keçirərək əlilliyi olan şəxslərə dair qanunvericilik bazaları, bərpa-müalicə və reabilitasiya sisteminin təkmilləşdirilməsi, reabilitasiyanın tibbi modelindən sosial modelinə keçid prosesi ilə bağlı məlumat mübadiləsi apardı. Bu isə gələcəkdə əlilliyi olan şəxslərin peşə reabilitasiyası və əmək qabiliyyətinin bərpası, psixososial reabilitasiya, uşaqların tibbi bərpasını daha yüksək səviyyədə təmin etməyə imkan verəcək. Bu isə hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi istiqamətində atılan daha bir addım olacaq.

 

 

Əziz Mustafa  

 

Zaman. - 2014.- 18 sentyabr.- S. 13.