Mingəçevir Dram Teatrı festivaldan uğurla qayıdıb

 

Teatrın kollektivinə tamaşadan sonra Mədəniyyət Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin xüsusi diplomları təqdim edilib

 

Sentyabrın 10-dan 19-dək Şəkidə Mədəniyyət Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi I Şəki Beynəlxalq Teatr Festivalı keçirildi. Azərbaycan teatrı 2009-2019-cu illərdəDövlət Proqramına əsasən keçirilən festivalda respublikamızdan 12 sənət ocagı 12 tamaşa ilə çıxış etdi. Festivalda həmçinin Kalmıkiya Milli Dram Teatrının (Rusiya Federasiyası) Q. Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq Gənclər Teatrının kollektivləri iştirak edirdilər. Tamaşalar Şəki Dövlət Dram Teatrında şəhərdəki amfiteatrda (yay teatrı) nümayiş olundu. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev festivalın açılış mərasimində çıxış edərkən dedi: “Səkkiz il ərzində dövlət teatrlarında 750-dən artıq yeni tamaşa qoyulmuş ya bərpa olunmuşdur. Bu, böyük rəqəmdir. Teatrlarımız 20-dən çox ölkədə qastrol səfərlərində olmuş, festivallarda iştirak etmişlər. Milli teatrımız səhnə fədailərinin zəhməti sayəsində XXI  əsrdə fəaliyyətini davam etdirir. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət qaygısı, Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın mədəniyyətimizə göstərdiyi xidmət ölçüyəgəlməzdir”.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətin fikirləri maraq dogurdu: “Şükürlər olsun ki, Azərbaycanda teatr baxımından əyalət anlayışı yoxdur. Məncə, bizim region teatrlarımızın səviyyəsi kifayət qədər yüksəkdir”.

Təbii ki, hörmətli teatr xadiminin bu yüksək qiymətindən Mingəçevir Dövlət Dram Teatrının yaradıcı heyətinə pay düşür. I Şəki Beynəlxalq Teatr Festivalında iştirak edən mingəçevirli sənətçilər özlərinin 46-cı teatr mövsümünün yeni tamaşası ilə - Üzeyir HacıbəylininƏr arvadmusiqili komediyası ilə festivalda təmsil olundular. Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov öz fikirlərini tamaşa öncəsi bizimlə bölüşdü: “Kollektivimizdə nəsillərin bir-birini əvəzləməsi prosesi gedir. Yaşlı nəslin zəngin təcrübəsi, səhnə davranışları gənclər üçün örnək mənbəyidir. Biz hər iki nəslin birliyindən maraqlı, baxımlı tamaşalarla sənətsevərlərin ürəyinə yol tapa bilən bir kollektiv yaratmışıq. Hesab edirəm ki, yeni mövsüm üçün nəzərdə tutulmuşƏr arvadmusiqili komediyası beynəlxalq festivaldan ugurla çıxacaq”.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrı ilk dəfə olaraq musiqili komediya janrına müraciət edir. Xalq artisti Vaqif Əsədovun quruluş verdiyi tamaşada teatrın gəncləri yer alıblar. Dahi Üzeyir bəyin ilk musiqili komediyası olanƏr arvadsadə süjet xəttinə malikdir. Pullu Mərcan bəy yeni eşq sevdasına düşür. Nazlı-qəmzəli, bir az da ərköyün olan Minnət xanımı boşamaq istəyir. Lakin bu zaman onun məqsədini duyan Minnət xanım ev qulluqçusu Gülpərini işə qoşur. Özünün əvəzinə, onu Kərbəlayi Qubadla ilk görüşə sövq edir. Özü isə yazdıgı məktubla əri Mərcan bəyi görüşə çagırır. Guya onun dərdindən dəli-divanə olan bir başqasıdır. Komediyanın sonlugunda hər şey aydın olur. İstər Mərcan bəy Minnət xanım, istərsə Kərbəlayi Qubadla Gülpəri cütlüyü komik dillə ifşa edilir.

Musiqili komediyanın ifaçıları gənclər olsalar da, çox uğurlu bir tamaşa alınıb. Asim Məmmədovun Kərbəlayi Qubadı təbii çalarları ilə seçilir. Hüseyn Mustafayev teatrın yeni tapıntısıdır. Onun ifasında Mərcan bəyin daxili aləmi qüsursuz, inandırıcı boyalarla açılır. Kərbəlayi Qubadı Mərcan bəyi açıqgözlüyü, diribaşlıgı çevikliyi ilə tamaşaçılara tanıtdıran Minnət xanım rolunu Fəridə Məmmədova oynayır. Fəridə bu rolun öhdəsindən məharətlə gəlir, tamaşaçıların sevimlisinə çevrilir. Afət Əliyevanın (Gülpəri), Firuz Hacıyevin (Şəfi) Ruhəngiz Adullayevanın (Kərbəlayi Qubadın arvadı) ifaları da özünəməxsuslugu ilə seçilir. Onlar da tamaşaçı rəgbəti qazanırlar. Mərcan bəyin dosları rollarının ifaçıları olan Eyvaz Əliyevin, Ceyhun Əhmədovun, Amil Fərzalıyevin Paşa Salmanovun tamaşa boyu etdikləri rəqslər, bu rəqslərin qüvvəsi ilə komediya qəhrəmanlarına təsir göstərmələri yadda qalır. Onların oyun tərzi tamaşaçıların ürəyinə yol tapır. Vüsal Mehrəliyevin quruluş verdiyi rəqslər, eləcə Elnur Rəsulovun musiqi tərtibatı bu günümüzlə səsləşdiyindəndir ki, tamaşaçıların ardı-arası kəsilməyən alqışları tamaşa boyu davam edir. Mingəçevir Dövlət Dram TeatrınınƏr arvadmusiqili komediyasına müraciəti kollektivin yeni janrda ugurlu startından xəbər verir. Tamaşanın Şəki sənətsevərləri qarşısında ilk nümayişi bunu təsdiqlədi. Təsadüfi deyil ki, kollektivə tamaşadan sonra Mədəniyyət Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin xüsusi diplomları təqdim edildi. Biz kollektivə yeni-yeni ugurlar arzusu ilə bu möhtəşəm teatr bayramından zəngin təəssüratla ayrıldıq.

 

 

Esmira Hidayətova,

 

Yusif Ələkbərov

 

Zaman. - 2014.- 23 sentyabr.- S. 6.