Sənətinizin
vurğunu olan
musiqiçiləri heyrətləndirin, İlqar
müəllim
Azərbaycan dövləti qarşısında
öz məsuliyyətini
dərk edən, xalqının milli adət-ənənələrinə və vətənpərvərlik
ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən
vətəndaş və
şəxsiyyət yetişdirmək
hər bir peşəkar ixtisasçının
əsas vəzifələrindən
biridir. Milli-mənəvi dəyərləri qoruyan və inkişaf etdirən, yenilikləri qiymətləndirməyi
bacaran, qabiliyyətli mütəxəssis-kadrlar hazırlayan
müəllimlərin adlarını
sadaladıqda İlqar
Əliyevin (Kaman) adını
da xüsusi qeyd etmək vacibdir. Kimdir İlqar Əliyev?
O, 1964-cü ildə Lənkəranda
dünyaya göz açıb, kiçik yaşlarından incəsənətə
meyil göstərib. Dahi sənətkarımız
Habil Əliyevin kamanının sehrinə düşən İlqar Əliyev 1974-cü ildə
Cəfər Cabbarlı
adına Uşaq Musiqi Məktəbinin kamança
sinfində təhsil alıb. Daha sonra Lənkəran Musiqi Texnikumunun Xalq çalğı alətləri şöbəsinə
daxil olub və 1983-cü ildə bu şöbəni müvəffəqiyyətlə bitirərək, Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət
Konservatoriyasına daxil
olub və müvəffəqiyyətlə bitirib. Diplom müdafiəsi zamanı
komissiyanın tərkibində
olan Özbəkistan Dövlət Konservatoriyasının
professorundan Daşkəndə
dəvət alıb.
Xüsusi ifaçılıq
qabiliyyətinə görə
Üzeyir Hacıbəyov
adına Konservatoriyada da qalıb işləmək
təklifi almışdır.
Lənkəran musiqi incəsənətinə
olan hörmətindən
və bağlılığından
doğma rayonuna qayıtmağı qarşısına
məqsəd qoyur.
O, Lənkəran Musiqi
Texnikumunda pedaqoji fəaliyyətə başlayır.
İlqar
müəllim ixtisasını
dərindən bilən
bir sənətkardır.
Onun tələbələri müxtəlif
müsabiqələrdə diplomant,
laureat adlarına layiq görülmüşlər.
Pedaqoji fəaliyyətlə yanaşı,
bu gözəl sənətkar rayon tədbirlərinin
fəal iştirakçısıdır.
İlqar
müəllimin rəhbərlik
etdiyi Humanitar Kollecin tələbələrdən
ibarət xalq çalğı alətləri
orkestri və ansamblı rayonda keçirilən tədbirlərə
xüsusi rəng qatır. Çox hörmətli İlqar müəllimin bu il 50 yaşı
tamam olur. Onun xanımı - mənim yaxın rəfiqəm Samirə xanım deyir ki, əslində
biz ailəmizin başçısının
doğum gününü
ildə üç dəfə qeyd edirik. Səbəbini soruşmadım, çünki, cavabını
bilirdim. Axı Azərbaycan xalq musiqi nümunələrini,
klassik muğamlarımızı
dərindən bilən
və biz tələbələrə
düzgün mənimsədən
bu gözəl insan ürəyindən iki dəfə əməliyyat keçirib...
Kövrək hisslərə toxunmaq istəmirəm. Deyirlər, ərlə-arvadın torpağı bir yerdən götürülüb.
Bu necə də
doğru deyilmişdir.
İlqar müəllim
necə gözəl insani xüsusiyyətlərə,
yüksək mədəniyyətə
malikdirsə, Samirə
xanım da bir o qədər yüksək insani keyfiyyətləri özündə
cəm edən bir Azərbaydan xanımıdır. Lənkəran Dövlət Humanitar Kollecinin Musiqi şöbəsində İlqar
müəllim xalq çalğı alətləri
və xanəndəlik
fənn birləşməsinin
rəhbəri, Samirə
xanım isə bu fənn birləşməsində
kamança ixtisasını
tədris edən savadlı bir müəllimədir. Evdə və
işdə onlar həmişə bir-birilərinə
mənəvi dayaqdırlar.
Bu gözəl insanların
iki övladı var. Samirə müəllimə
qeyd edir ki, qızımın atasının 50 illiyinə
iki hədiyyəsi
var. O, şəhid Vaqif
Əliyev adına Lənkəran şəhər
4 saylı ingilis dili təmayüllü məktəb-liseyini qızıl
medalla bitirib və yüksək balla Tib Universitetinin
“Stomatologiya” fakültəsinə
daxil olub. Ailənin digər övladı Rəsul da atasına
söz verib ki, üzərinə düşən əsas vəzifəni yerinə yetirəcək - əla qiymətlərlə oxuyacaq
və bacısı kimi valideynlərini sevindirəcək. Samirə
xanım qeyd etdi ki, o da
öz ixtisas müəlliminə cansağlığı
arzu edir: “Həmişə bu kiçik və xoşbəxt ailəmizin başında durmağını
arzulayıram. Sənətində ona yeni-yeni
yaradıcılıq uğurları diləyirəm”.
Mən də pedaqoji kollektivin bir üzvü olaraq, İlqar müəllimə
cansağlığı arzulayıram. Lənkəran
Dövlət Humanitar Kollecinin
musiqi şöbəsinin əsas müəllimlərindən
olan, biz gənc müəllimlərə
daim dəstək olan
və fikirlərimizə hörmətlə yanaşan,
kollektivin sevimlisi, çox hörmətli İlqar
müəllim, həmişə ruh
yüksəkliyi ilə yaşayıb yaradın.
Kamanın o ecazkar səsini
öz virtuoz
ifanızla dilləndirin. Yeni tamaşalara musiqilər bəstələyin. Yeni-yeni mahnılar yaradın, sizin
sənətinizin vurğunu olan musiqiçiləri heyrətləndirin.
Lənkəran Dövlət Humanitar Kollektivinin pedaqoji kollektivi adından, Lənkəranın bütün musiqiçiləri adından İlqar Kamanı 50 illik yubileyi münasibətilə təbrik edir, ona şəxsi həyatında və yaradıcılığında uğurlar arzu edirik.
Yaqut Salamqızı,
Lənkəran Dövlət
Humanitar Kollecinin müəllimi
Zaman. - 2014.- 23 sentyabr.- S. 6.