Xalqın suverenliyi - liberal demokratiya

 

Layihəmizin əvvəlki mərhələlərindəVətəndaş cəmiyyətininin ilkin fidanlarıadlı yazımızda ictimai müqavilə haqqında Tomas HobbsunLeviafan ya Materiya, kilsə vətəndaş dövlətinin forma hakimiyyətiəsərini təqdim etmişdik. Həmin əsərdə müəllif dövlətin vətəndaşlar üzərində tam hakimiyyətə malik olduğunu iddia edirdi. Həmin yazıda da qeyd etdiyimiz əsərhakimi-mütləqitəbliğ edir, amma insan huquqlarının bir üst qurum tərəfindən qorunmasına xidmət edən dövlətin yaradılması ideyası baxımından mütərəqqi olduğundən həmin təcrübənin öyrənilməsi gərəkdiyini bildirmişdik.

Bu dəfə isə ictimai müqavilə nəzəriyyəsinin başqa bir istiqamətini təklif edən ingilis filosofu Con Lokkun fikirləri təqdim edəcəyik. Hobbsdan fərqli olaraq, Lokkhakimi-mütləqideyasını qəbul etmir. O liberal demokratiyanın, yəni mütləqiyyətin hakimiyyətini vətəndaşların xeyrinə məhdudlaşdırılması ideyasını irəli sürür onun ilk nəzəri şətrlərini hazırlayır.

Hobbs dövlətin suverenliyini irəli çəkdiyi halda (yəni dövlət bütün hüquqlara sahibdirsə), Lokk vətəndaşların suverenliyini müdafiə edir. Lokka görə, insanların iradəsini qanundan başqa heç məhdudlaşdıra bilməz: “Dövlət insanların həyatının, azadlığının mülkiyyətinin qarantı olmalı, cəmiyyəti xarici təcavüzdən qorumalıdır. Dövlət qanunlara əməl olunmasına nəzarət etməli, insanlar arasında yaranmış mübahisəli hallarda hakim rolunu oynamalıdır”.

İctimai müqavilə haqqında Lokk nəzəriyyəsi təzliklə böyük populyarlıq qazanmış, Amerika Fransa inqilablarının əsas sənədlərində ondan geniş istifadə olunmuşdur.

İndi Lokkun nəzəriyyəsi avtoritar sistemlərdən yaxa qurtarmaq istəyən ölkələrdə əsasqidamənbəyidir. Vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğu baxımından həmin təcrübənin öyrənilməsi vacibdir. Odur ki, biz Con Lokkunİdarəcilik haqqında ikinci traktatəsərini oxucularımızın ixtiyarına verməyi məqsədəuyğun sayırıq.

 

 Mülki cəmiyyət nədir?

 

İnsan tam azad yaşamaq, təbii qanunun bütün hüquq imtiyazlarından qeyri-məhdud dərəcədə bəhrələnmək hüququ ilə birgə doğulur o, fitrətən öz mülkiyyətini, yəni öz həyatını, azadlığını, əmlakını digər insanların qəsd hücumlarından yalnız qorumaq deyil, həm başqaları bu qanunu pozduqda onları mühakimə etmək, onun fikrincə, həmin cinayətin layiq olduğu cəzanı vermək əməlin rəzaləti buna layiq olduqda hətta ölümlə cəzalandırmaq hakimiyyətinə malikdir.

Siyasi cəmiyyətin özünün öz mülkiyyətini qorumaq bu məqsədlə bütün üzvlərini cinayətlərə görə cəzalandırmaq hüququ olmasa o, mövcud olub yaşaya bilməz; belə cəmiyyət yalnız o yerdə ola bilər ki, orada onun üzvlərindən hər biri bu təbii hakimiyyətdən imtina edərək, onu (həmin üzvün bu cəmiyyətin təyin etdiyi qanundan müdafiə ummasına maneçilik törətməyən bütün hallarda) cəmiyyətin ixtiyarına vermiş olsun.

beləliklə, cəmiyyətin hər bir ayrıca üzvünün hər cür şəxsi məhkəməsi istisna olunur cəmiyyətmünsiflər məhkəməsi”nə çevrilərək qərəzsiz hamı üçün eyni qaydalar təyin edir cəmiyyətdən səlahiyyətlər almış insanların köməyilə bu qaydaları həyata keçirir, bu cəmiyyətin hər hansı üzvləri arasında hər hansı hüquqi məsələ barədə yarana biləcək bütün ixtilafları həll edir, eyni zamanda bu cəmiyyətin hər hansı üzvünün cəmiyyətə qarşı  cinayətini qanunun müəyyən etdiyi cəzalarla cəzalandırır.

Bunun nəticəsində siyasi cəmiyyətdə kimin bir yerdə olub-olmadığını asanca müəyyən etmək olur. Bir yumruq halında birləşənlər, öz ümumi qanunları, müraciət edə biləcəkləri aralarındakı mübahisələri həll etmək cinayətkarları cəzalandırmaq hakimiyyətinə malik məhkəmə iddiaları olanlar mülki cəmiyyətdə yaşayırlar; belə bir məhkəmələri olmayanlar isə hələ təbii vəziyyətdə yaşayırlar, elə bir vəziyyətdə ki, hər kəs başqa birisi olmadığından özü həm hakimdir, həm cəllad, bu isə, artıq dediyim kimi, büsbütün təbii vəziyyətdir.

Beləliklə, dövlət bu cəmiyyətin üzvlərinin törətdiyi müxtəlif pozuntulara görə hansı cəzanın verilə biləcəyini onların cəzaya layiq olduqlarını təyin etmək ixtiyarını qazanmış olur (bu, qanunverici hakimiyyət deməkdir), o, habelə onun üzvlərindən hər hansına bu cəmiyyətin üzvü olmayanlardan hər hansının vurduğu zərərə görə cəzalandırmaq ixtiyarına malikdir (bu, hərb sülh məsələlərini həll etmək hakimiyyətidir) bütün bunlar cəmiyyətin bütün üzvlərinin mülkiyyətini mümkün qədər qoruyub saxlamaq üçündür.

Lakin mülki cəmiyyətə daxil deməli, hansısa dövlətin üzvü olmuş hər bir şəxs bununla təbii qanuna qarşı törədilən cinayətləri şəxsən cəzalandırmaqdan öz şəxsi ədalət mühakiməsini həyata keçirməkdən imtina etmiş olsa da, hər halda, bununla o özünün qanunverici hakimiyyətə təhvil verdiyi cinayətlərə görə mühakimə hüququ ilə birgə dövlətə dövlət hökmlərinin icrası üçün onun gücündən buna ehtiyacı olduğu bütün hallarda istifadə hüququnu verib; axı bu hökmlər həm onun öz hökmləridir, belə ki, bu hökmləri onun özü, yaxud onun nümayəndələri çıxarır.

Biz burada ilkin olaraq mülki cəmiyyətin qanunverici icraedici hakimiyyətinin iki əsası ilə rastlaşmış oluruq, bu hakimiyyət daimi qanunlar əsasında dövlət daxilində törədilən cinayətlərin hansı ölçüdə cəzalandırılacağını təyin etməli, habelə dövlətin bayırından vurulmuş zərərin hansı ölçüdə ödənilməsi barədə hər dəfə mövcud işin halları əsasında qərar qəbul etməli hər iki halda tələb olunduğu zaman cəmiyyətin bütün üzvlərinin gücündən istifadə etməlidir.     

Deməli, hər hansı saydakı insan topluluğu üzvlərinin hər biri ona təbii qanunla verilmiş icraedici hakimiyyətdən imtina etməklə onu cəmiyyətə verməklə könüllü birliklər yaratdığı halda yalnız bu halda siyasi, yaxud mülki cəmiyyət mövcud olur. bu o zaman baş verir ki, təbii vəziyyətdə yaşayan hər hansı saydakı insan cəmiyyətə daxil olur ki, ali hökumətin hakimiyyəti altında vahid xalq, siyasi vücud təşkil etsin, yaxud bu o zaman baş verir ki, hər hansı insan onlara qoşulur artıq mövcud olan dövlətə daxil olur. Bununla o, cəmiyyəti, yaxud onun qanunverici hakimiyyətini (fərqi yoxdur) təşkil edir ki, onun üçün cəmiyyətin rifahının tələb etdiyi qanunları yaratsın; o, bu qanunların yerinə yetirilməsinə öz şəxsi qanunlarına kömək edirmiş kimi kömək göstərməlidir. bu, insanları təbii vəziyyətdən dövlətə köçürür, belə ki, yerdə bütün mübahisələri həll etmək dövlətin hər hansı bir üzvünə vurula biləcək hər hansı zərəri ödəmək hakimiyyəti olan hakim peyda olur; bu hakim qanunverici hakimiyyət, yaxud onun təyin etdiyi vəzifəli şəxsdir. Əgər hər hansı bir saydakı insan, hətta bir-birləriylə bağlı olsalar da, onların müraciət edə biləcəkləri qərarlar qəbul edən bu cür hakimiyyətləri yoxdursa, deməli, bu halda onlar hələ təbii vəziyyətdə qalmaqdadırlar.

 

Qeyd: “İdarəcilik haqqında ikinci traktatəsərinin tərcüməsi Hikmət HacızadəninDemokratiya: gediləsi uzun yolantologiyasından götürülmüşdür.

 

Ardı növbəti sayımızda...

 

Elvin Əliyev 

 

Zaman. - 2014.- 23 sentyabr.- S. 13.