Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

 

 Son illərdə Azərbaycanda vüsət alan geniş abadlıq-quruculuq işləri ölkəmizin hər yerinin dünyanın ən gözəl məkanlarından birinə çevrilməsinə gətirib çıxarıb.

  Təbii ki, bu işdə Heydər Əliyev tərəfindən əsası qoyulan güclü iqtisadiyyata əsaslanan sivil demokratik dövlət quruculuğu mühüm rol oynamaqdadır. 1993-cü ildə xalqın tələbi ilə yenidən ölkəmizi idarə etməyə başlayan Heydər Əliyevin siyasi iqtisadi sahədə həyata keçirdiyi uğurlu islahatlar öz nəticəsini verdi. Bu müstəvidə 1994-cü ilin sentyabr ayının 20-də Heydər Əliyev tərəfindən xarici neft şirkətləri ilə imzalanan tarixiƏsrin müqaviləsianlaşması iqtisadi siyasi baxımdan qüdrətli Azərbaycan dövlətinin meydana çıxmasında önəmli rol oynayaraq respublikamızda geniş abadlıq-quruculuq işlərinin vüsət almasına təkan vermiş oldu.

Heydər Əliyevin uğurlu iqtisadi, siyasi kursunu davam etdirən Prezident İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan proqramların qəbul edilməsi ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işlərinin aparılması qüdrətli sivil dövlət quruculuğunun parlaq nümayişinə çevrilib.

Bu baxımdan ölkəmizin sürətli sosial-iqtisadi inkişafını Bakının ən iri rayonlarından biri hesab edilən Səbail rayonunun timsalında da aydın görmək olar.

Səbail rayonunun sosial-iqtisadi baxımdan sürətli inkişafı rayonda aparılan geniş abadlıq-quruculuq işləri onu nəinki paytaxt Bakımızın Azərbaycanımızın, həm dünyanın ən gözəl yaraşıqlı məkanlarından birinə çevrilməsinə gətirib çıxarıb. Təbii ki, bütün bu işlərdə Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovin böyük xidmətləri var.

 

Səbail - sivil dünyaya açılan qapılarımız

 

 Səbail rayonu tarix boyu Bakının giriş qapısı hesab edilib. Əslində, belə demək mümkünsə, Bakı məhz Səbail rayonundan başlayıb.

 Bakını dünyaya tanıdan da Səbail nefti olub. Yeri gəlmişkən, onu da deyək ki, Bakının giriş qapısı hesab edilən bu ərazidə ötən əsrin 20-ci illərində neft sənayesinin sürətlə inkişaf etməsi nəticəsində yeni rayon yaradıldı. Əvvəlcə, rayon müxtəlif adlar (Bayıl, Bibi-Heybət, Stalin,  26 Bakı Komissarları) altında tanındı. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu ərazi tarixi adı ilə Səbail adlandırıldı. Əslində yüz illər bundan əvvəl, günümüzdə Bakını Səbail rayonu olmadan təsəvvür etmək mümkün deyil.

Belə ki,  dövlət əhəmiyyətli idarəetmə orqanlarının, ali məktəblərin, elm təhsil müəssisələrinin, respublikamızın iqtisadi həyatında önəmli rol oynayan sənaye obyektlərinin əksəriyyəti məhz Səbail rayonunda yerləşir. Necə deyərlər, Azərbaycan Bakımızın döyünən ürəyi hesab edilən Səbail rayonundan idarə olunur obrazlı şəkildə desək, bu rayonu respublikamızın həm sivil dünyaya, həm sivil dünyanın respublikamıza açılan qapıları hesab etmək olar.

 

 Abadlıq quruculuq işləri geniş vüsət alıb

 

Səbail rayonu Bakının giriş qapısı olduğundan burada abadlıq-quruculuq işləri daim diqqət mərkəzində olub. Hələ SSRİ dövründə bu rayon özünün məşhur dənizkənarı bulvarı, parkları, bir-birindən qədim, tarixi abidələri, Şərq Qərb üslubunda inşa edilən memarlıq inciləri müasir yaşayış binaları ilə görənləri özünə heyran qoyub. Təsadüfi deyil ki, qədim, tarixi incilərimiz hesab edilən memarlıq abidələrinin böyük əksəriyyəti, o cümlədən paytaxtımıza özünəməxsus gözəllik verən müasir çoxsaylı yeni binaların da çoxu məhz Səbail rayonu ərazisindədir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkə rəhbərliyinin xüsusi dqqət qayğısı nəticəsində Səbail rayonunda abadlıq-quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Bu çərçivədə Səbail rayonunda aparılan abadlıq-quruculuq işləri burada inşa edilən Qərb Şərq memarlıq üslubunu əks etdirən memarlıq inciləri insanı özünə heyran etməkdədir. Səbailin tarixi İçərişəri ilə əl-ələ verərək göylərə ucalan yeni göydələnlər, əlvan, sayrışan reklam lövhələri, həm klassik, həm müasir üslubda olan modern köşklər, təmiz küçələr insanda qeyri-adi təəssüratlar oyadır.

Təsadüfi deyil ki, Bakımızın ürəyi hesab edilən Səbail rayonu burada aparılan abadlıq-quruculuq işləri Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Bunu Prezident İlham ƏliyevinAvrovizionkimi məşhur bir yarışın keçirilməsi üçün Səbail rayonunu seçməsi bu məqsədlə bu gün dünya memarlıq incilərindən biri hesab edilən  Bakı Kristal” zalının bu ərazidə inşa etdirilməsi sübut edir. Səbail rayonu müstəqil respublikamızın fəxri qüruru hesab edilən, müstəqil, güclü qüdrətli dövlət simvolu olanBayraq meydanıilə dünyanın hər yerində yaşayan soydaşlarımız üçün müqəddəs ziyarətgah yerinə çevrilib. Azərbaycanımızın, Odlar yurdunun simvolu olan dünyanın hər yerindən respublikamıza gələn qonaqları yaxşı mənada heyrətləndirənAlov qüllələri”də Səbail rayonundadır. GecələrAlov qüllələridaha əsrarəngiz gözəlliyi möhtəşəmliyi ilə müstəqil Azərbaycanın əzəmətini qüdrətini bütün dünyaya nümayiş etdirir. Səbail rayonunda aparılan geniş abadlıq-quruculuq işlərini son illərdə burada inşa edilən yenə memarlıq baxımından dünya incilərindən hesab edilən Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, paytaxtımıza xüsusi gözəllik verən müasir mehmanxanaların (“Hilton Baku”, “Marriot” (Abşeron)iFoir Seasons”) digər ictimai obyektlərin timsalında da aydın görmək olar. Nəhayət, hər bir bakılının respublikamıza gələn qonaqların sevimli istirahət zonasına çevrilən Dənizkənarı Milli Bulvar burada davam edən abadlıq-quruculuq işləri nəticəsində daha da gözəlləşməkdədir.

 Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları üçün müasir idman qurğularının bəzilərinin  Səbail rayonunda inşa edildiyini nəzərə alanda, onların paytaxtımızın bu gözəl məkanına daha bir gözəllik əsrarənglik gətirəcəyi şübhə doğurmur.

Hazırda Bayıl dairəsində aparılan genişmiqyaslı abadlıq işləri, həmçinin Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi burada yeni istirahət guşələrinin yaradılması işləri sürətlə davam etməkdədir. Bu işlər başa çatandan sonra Səbail rayonu daha da gözəlləşəcək.

 

Səbail rayonu sənaye mərkəzidir

 

 Səbail rayonunun sürətli sosial-iqtisadi inkişafında buradakı çoxsaylı neft sənayesi müəssisələrinin önəmli xidməti var. Bu müstəvidə də hələ ötən yüzillikdə  Səbail rayonu hələ nəinki respublikamızda, həm də beynəlxalq aləmdə dünyanın neft mərkəzlərindən biri kimi məşhurdur. Günümüzdə rayon ərazisində neft-qaz yataqlarının istismarı sahəsində “BP” Beynəlxalq Əməliyyat Şirkəti, “Lukoyl-Azərbaycan” (Rusiya),  Ekson-Mobil (“Exxon-Mobil”, ABŞ),  Şell Eksolaratşin (“Shell-Exroloration”, Hollandiya-Böyük Britaniya), “Statoyl-Azərbaycan” (Norveç), “Total” (Fransa) şirkətləri, enerji sahəsində “Simens” (Almaniya) kimi tanınmış dünya şirkətləri fəaliyyət göstərirlər. Bu da rayonun sosial-iqtisadi inkişafında önəmli rol oynayır.

Belə ki,  bu ilin ilk yarısında rayonun fəaliyyət göstərən sənaye müəssisələrində ötən ilin analoji dövrü ilə  müqayisədə 1,3 faiz çox - 11 milyard 534,5 milyon manat həcmində məhsul istehsalına nail olunub. Rayonun sosial-iqtisadi inkişafında nəqliyyat və rabitə müəssisələrinin  böyük xidmətləri olub. Belə ki, bu ilin ilk 6 ayı ərzində nəqliyyat müəssisələri tərəfindən 256,2 milyon manatlıq (1,7 faiz çox), rabitə müəssisələri tərəfindən 132,1 milyon manatlıq (1,4 faiz çox) xidmətlər göstərilib. Bu ilin ilk 6 ayı ərzində həmçinin  rayonda əsas kapitala investisiya qoyuluşu 2 milyard 512,5 milyon manat (ötən illin analoji dövrü ilə müqayisədə 35,5 faiz çox), tikinti-quraşdırma işlərinə isə yönəldilmiş investisiyanın həcmi 1 milyard 114,6 milyon manat (73,2 faiz çox) olub.

Bütün bunlar isə əhalinin maddi rifahının artmasında önəmli rol oynamaqdadır.

 

 İşsizlik aradan qaldırılır, sosial problemlər həll edilir

 

Səbail rayonunun sürətli iqtisadi inkişafı rayon ərazisində yeni yerlərinin açılması ilə müşahidə olunmaqdadır. Bu da rayonda işsizlik probleminin həll edilməsində önəmli rol oynamaqdadır. Bu baxımdan son illərdə  rayonda yaşayan əhalinin işlə təmin olunması ilə bağlı müəyyən tədbirlər həyata keçirilib, yüzlərlə adam yeni işlə təmin olunub. Bu baxımdan bu ilin ilk 6 ayı ərzində Səbail rayonu ərazisində 1190 yeni yeri açılıb. Bu amilin isə həm rayonun sosial inkişafında, həm də işlə təmin olunan əhalinin maddi vəziyyətlərinin  yaxşılaşdırılmasında öz töhfəsini verəcəyi şübhə doğurmur.

Səbail Rayon Məşğulluq Mərkəzi tərəfindən ilin ilk 6 ayı ərzində 485 nəfər iş axtaran vətəndaş daimi işlə təmin olunub,

Səbail Rayonunda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunmasıdır. Bu çərçivədə də bu ilin ilk 6ayı ərzində Səbail Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edən 386 ailə ünvanlı sosial yardımla təmin olunuborta hesabla hər bir ailə 122 manat sosial yardım alacaq.

Səbail rayonunun sosial-iqtisadi inkişafından danışarkən rayon rəhbərliyi tərəfindən təhsil, səhiyyə və idman sahəsinin də xüsusi diqqət mərkəzində saxlanıldığını da unutmaq olmaz. Təhsilə göstərilən bu qayğının nəticəsində hər il tam orta məktəbi bitirən yüzlərlə gənc respublikamızın və xarici ölkələrin müxtəlif ali məktəblərinə daxil olur. Qeyd edək ki, rayonda 5 ali, 18 orta və 18 məktəbəqədər təhsil müəssisəsi var.  Son illərdə rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti, o cümlədən 1 peşə, 11 orta, 2 uşaq musiqi məktəbi, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 8 uşaq bağçası əsaslı təmir olunub.

1 yeni orta məktəb və 1 yeni uşaq bağçası inşa edilib, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi sökülərək yenidən tikilmişdir.

Eyni sözləri səhiyyə sahəsi haqqında da demək olar. Əhalinin sağlamlığının xüsusi diqqət mərkəzində saxlanılması  onlara yüksək səviyyəli tibbi xidmətlər göstərilməsi isə, öz növbəsində, Səbail rayonunu respublikamızın ən qabaqcıl səhiyyə oçaqlarından birinə çevirib.

Səbail rayonunda yaxın gələcəkdə də uğurlu sosial iqtisadi inkişaf davam etdiriləcək. Bu müstəvidə də rayonda Bakı bulvarının Bibiheybətə qədər uzadılması,  yeni idman, səhiyyə-sağlamlıq, istirahət komplekslərinin, müasir, bir-birindən daha gözəl yaşayış binalarının inşa edilməsi və 20-ci sahədə geniş abadlıq-quruculuq işləri aparılması nəzərdə tutulub.

 Bütün bunların isə Səbail rayonunun daha da gözəlləşməsinə və sosial-iqtisadi baxımdan daha da inkişaf etməsinə yeni bir təkan verəcəyi şübhə doğurmur.

 

Zaman. - 2014.-  26 sentyabr.- S. 7.