Sadıq Rəhimovun
100 illik yubileyi qeyd olunub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli dövlət
xadimi Sadıq Rəhimovun 100 illik yubiley mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə
teatrın foyesində
Sadıq Rəhimovun həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış
olublar.
Dövlət və hökumət rəsmilərinin,
Milli Məclisin deputatlarının iştirak
etdikləri yubiley mərasimi Sadıq Rəhimovun həyat və fəaliyyətindən
bəhs edən “Şərəfli ömür”
sənədli filminin nümayişi ilə başlanıb. Tədbir çərçivəsində
həmçinin eyniadlı
kitabın təqdimatı
olub.
Mərasimdə çıxış
edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, uzun illər
dövlət idarəçiliyi
sahəsində müxtəlif
məsul vəzifələrdə
çalışmış, Azərbaycan hökumətinə
rəhbərlik etdiyi dövr ərzində respublikanın ictimai-siyasi
həyatına, sosial-iqtisadi
inkişafına mühüm
töhfələr vermiş
Sadıq Rəhimovun işgüzarlığı və
təşəbbüskarlığı onu tutduğu vəzifələrdə pillə-pillə
yüksəldib: “O, 1954-1958-ci illərdə Azərbaycan
SSR Nazirlər Sovetinin
sədri olub. Müxtəlif vaxtlarda toxuculuq sənayesi naziri, Gəncə Şəhər İcraiyyə
Komitəsinin sədri,
kommunal təsərrüfat
və mülki tikinti naziri, çoxişlənən sənaye
malları naziri, Sənayedə Təhlükəsiz
İş Aparılması
Üzərində Nəzarət
və Dağ-Mədən
Nəzarəti Dövlət
Komitəsinin sədri,
Bakı Baş Tikinti İdarəsinin rəisi və yüngül sənaye naziri vəzifələrində
çalışıb. Azərbaycanda tikinti və sənaye sahələrinin
inkişafına özünəməxsus
töhfələr verib”.
Tədbirdə Sadıq Rəhimov ilə birgə çalışmış insanlar,
onun yaxınları xatirələrini bölüşüblər. Nəbibə
Həsənova, Kamil Akimov, Sadıq Murtuzayev tanınmış
dövlət xadiminin xidmətlərindən, insani
keyfiyyətindən söz
açıblar.
Sadıq Rəhimovun nəvəsi, gənclər və idman naziri Azad Rəhimov babasının
100 illik yubileyinin dövlət səviyyəsində
qeyd edilməsinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə Sadıq Rəhimovun həyatının müxtəlif
anlarını əks
etdirən fotoslaydlar nümayiş olunub. Yubiley mərasimi
bədii hissə ilə davam edib.
Zaman. - 2014.- 27 sentyabr.- S. 2.