“Azərbaycan
dünya turizm
bazarında öz yerini
tutmaqdadır”
“Bu yay müstəqillik dövründə
ilk dəfə ölkə
rəhbərinin şəxsi
təşəbbüsü nəticəsində Azərbaycanda
“Ölkəmizi tanıyaq”
adlı layihə gerçəkləşdi. Bu layihə çərçivəsində
3000-ə yaxın yuxarı
sinif şagirdi müxtəlif rayonları
gəzərək, maraqlı
yerləri ziyarət etdi”.
Hər il sentyabrın 27-si planetimizin hər yerində Dünya Turizm Günü qeyd edilir. Dünən bu
münasibətlə Bakıda
dövlət və hökumət rəsmilərinin,
turizm sənayesində
fəaliyyət göstərən
özəl sektorun nümayəndələrinin, həmçinin
ölkəmizdə akkreditə
olunmuş diplomatların
iştirakı ilə
konfrans keçirildi.
Bildirildi ki, 1979-cu ildə BMT-nin Dünya Turizm Təşkilatının
Baş Assambleyası tərəfindən 27 sentyabr
- Dünya Turizm Günü kimi təsis olunub. Bayramın məqsədi
turizmin təbliği,
onun dünya iqtisadiyyatının inkişafına
təsiri barədə
maarifləndirmə, müxtəlif
ölkələr arasında
əlaqələrin inkişaf
etdirilməsidir. 1980-ci
ildən başlayaraq,
bu bayram Dünya Turizm Təşkilatına üzv
ölkələr tərəfindən
mütəmadi qeyd olunur. Bu il
Dünya Turizm Günü “Turizm və yerli icmaların
inkişafı” devizi ilə Meksikanın Qvadalaxara şəhərində
qeyd olunacaqdır. Azərbaycanda da hər il
olduğu kimi, Dünya Turizm Günü münasibətilə
paytaxt Bakıda və bölgələrdə
müxtəlif tədbirlər
keçirilir.
“Şahdağ” Qış-Yay Turizm Kompleksini 60 min turist ziyarət edib
Konfransda çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev
son illər ölkəmizdə
turizm sahəsində görülmüş işlərdən,
əldə olunmuş
uğurlardan söz açdı. Ə. Qarayevin sözlərinə görə,
son vaxtlar turizm dünyada iqtisadiyyatın gəlir gətirən sahələrindən birinə
çevrilib: “Turizm sahəsinin ölkə iqtisadiyyatının əsas
inkişaf dayaqlarından
birinə çevrilməsinin
təmin edilməsi məqsədilə Prezident
İlham Əliyevin müvafiq sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına
dair Dövlət Proqramı”nın icrası
uğurla davam etdirilməkdədir”.
Nazirin sözlərinə görə,
ölkəmizin turizm potensialının dünyada
təşviqi məqsədilə
2014-cü ilin 9 ayı
ərzində yerli turizm şirkətləri və mehmanxanalar 10 beynəlxalq turizm sərgisində iştirak
ediblər.
Tədbirdə bildirildi
ki, Azərbaycanda ən mükəmməl layihələrdən biri olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin reallaşdırılması
respublikamızda dağ-xizək
idmanının inkişafı
üçün hərtərəfli
imkanlar açıb. Bu ilin yanvar-mart
ayları ərzində
60 mindən çox yerli və xarici
turist kompleksi ziyarət edib.
Ötən il martın 15-dən isə ölkəmizdə
elektron viza sisteminin tətbiqinə başlanılıb. Artıq
sistemə qoşulmuş
45 aparıcı turizm
şirkəti tərəfindən
cari ilin yanvar-avqust ayları ərzində 11 min 933 nəfər
üçün elektron
viza rəsmiləşdirilib”.
“Bu il qiymətlərin artımı da qeydə alınmadı”
Ə. Qarayev dedi ki, əvvəlcədən
görülən tədbirlər
nəticəsində bu
il yay
mövsümündə heç
bir turizm müəssisəsində hər
hansı fövqəladə
və ya narahatlıq törədən
hadisənin baş vermədiyini vurğuladı:
“Bu il qiymətlərin
artımı da qeydə alınmadı, hətta bu günlərdə
Azərbaycanın müxtəlif
bölgələrində artıq
iki və üçulduzlu otellərin
fəaliyyətinə uyğun
olaraq, qiymət və xidmət tarazlığı müşahidə
olundu. Əminik ki, bu proses
davam edəcək. Biz işimizi bununla
məhdudlaşdırmaq istəmirik.
Oktyabrın 1-də Dünya Turizm
Təşkilatı İcraiyyə
Komitəsinin Səmərqənddə
keçiriləcək iclasında
Azərbaycanın mövqeyinin
gücləndirilməsi məqsədilə
müvafiq qərarların
qəbul edilməsi üçün işlər
aparılır. Azərbaycanın daha geniş şəkildə bu layihələrdə iştirakını
təmin etməliyik.
Azərbaycanda turizm şirkətlərinin
və otellərin sayı artmaqdadır.
Artıq
35 min yataq yeri olan potensialımız mövcuddur. Son illərdə dövlətimizin
başçısının tapşırığına əsasən,
Azərbaycanda bütün
lisenziyalaşdırma prosesi
internet vasitəsilə həyata
keçirilir. Bu da turizm sənayesinin
inkişafına və
sərbəst fəaliyyətinə
imkan verir”.
“3000-ə yaxın
yuxarı sinif şagirdi müxtəlif rayonları gəzib”
Əbülfəs Qarayevin
dediyinə görə,
dünya turizm bazarında Azərbaycan öz yerini tutmaqdadır: “Prezident İlham Əliyevin turizmə göstərdiyi
gündəlik qayğı
nəticəsində indi
Azərbaycanda klasterlərin
(rasional bölgü və davamlı inkişaf) formalaşdırılması
bizim üçün olduqca
vacibdir. Bu, artıq
Qəbələdə, Şahdağda,
Qubada formalaşdırılıb.
Biz indi Şəmkir-Göygöl
bölgələrində də
bu yanaşmanın formalaşdırılmasına böyük
maraq göstəririk.
Düşünürəm ki, ondan sonra Cənub bölgəsində də
bu işlərə başlanılacaq. Bu, düzgün istiqamətdir”.
Nazir Prezident İlham Əliyevin tapşırığı ilə
reallaşdırılan “Ölkəmizi
tanıyaq” adlı layihədən də danışıb: “Cari ilin mühüm bir hadisəsi həm də ondan ibarətdir ki, bu yay
mövsümündə müstəqillik
dövründə ilk dəfə
ölkə rəhbərinin
şəxsi təşəbbüsü
nəticəsində Azərbaycanda
“Ölkəmizi tanıyaq”
adlı layihə gerçəkləşdi. Bu layihə çərçivəsində
3000-ə yaxın yuxarı
sinif şagirdi müxtəlif rayonları
gəzərək, maraqlı
yerləri ziyarət edib. Şübhəsiz, bu aksiya gənclərin vətənpərvər
ruhda tərbiyə olunmasında, dünyagörüşünün
formalaşmasında böyük
rol oynayacaq”.
“Azərbaycanda
530 otel fəaliyyət göstərir”
Ə.Qarayev deyib ki, Azərbaycanda keçiriləcək I Avropa
Olimpiya Oyunları, Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, dünyəvi forumlar və digər mötəbər
tədbirlər ölkəmizi
turizm xəritəsində
özünəməxsus yerin
sahibi kimi təqdim edir.
Nazir qeyd edib ki, turizm
sahəsinin inkişafı
üçün “Azərbaycan
Hava Yolları” QSC ilə (AZAL) çox ciddi iş aparılır.
AZAL-ın yeni istiqamətlərdə aviareyslər
açması, turizm istiqamətlərinin müəyyənləşdirilməsi
yönündə ciddi
işlər gedir: “Biz
gözləyirik ki, bu ilin sonunadək
bir-iki yeni istiqamət üzrə reyslər açılacaq”.
Ə.Qarayev vurğulayıb ki, bu gün Azərbaycanda
530 otel fəaliyyət
göstərir.
Nazir bəzi problemlərdən də danışıb: “Qətiyyətli
addımlar ataraq, lisenziyaların dayandırılması
haqqında hüquq-mühafizə
orqanlarına da öz müraciətlərimizi
etmişik. Çünki bəzi yerlərdə
bizim tövsiyələrimiz
yerinə yetirilmir.
Biz sözsüz ki, turistlərin, orada asudə vaxtını keçirən
insanların hüquqlarını
müdafiə etməliyik”.
Ə. Qarayev bir daha qeyd
edib ki, bu il qiymətlərin artımı
olmayıb: “Bu da bizi sevindirir. Əminik ki, bu proses davam
edəcək”.
Tədbirdə bu sahədə fərqlənənlərə Mədəniyyət
və Turizm Nazirliyinin “Fəxri turizm işçisi” döş nişanı, həmçinin Bakı Turizm İnformasiya Mərkəzinin fəxri diplomları təqdim edildi.
Nicat İntiqam
Zaman. - 2014.-
27 sentyabr.- S. 5.