Gözlərini yum ki, gör...”, yaxudKipriklərin  pıçıltısı”nı dinlə...

 

Şeir - sonsuzluğun gözəlliyi, gözəlliyin sonsuzluğudur”.

M. Nuaymə

 

Dünya xalqlarının ədəbiyyatından tərcümələr bu xalqlar arasında salınan mənəvi körpülərdir. Məhz bu səbəbdəndir ki, tərcüməçiləri çox vaxtkörpüsalanlarda adlandırırlar. Müxtəlif xalqların ədəbiyyatının kökündə müxtəlif mədəniyyətlərin dayandığını düşündükcə gözlərimiz önündə dünya mədəniyyətinin çox çeşidli, rəngarəng mənzərəsini açan tərcümə sənətinin qədər böyük əhəmiyyət kəsb etdiyini daha dərindən dərk edirik. Qədim sivilizasiyaların, çox çeşidli mədəniyyətlərin, səmavi dinlərin beşiyi olan əzəmətli Şərq öz əsrarəngiz cazibəsi ilə həmişə diqqət mərkəzində olub. Bu zəngin mədəniyyət ilə tanış olmaq, ondan bəhrələnmək üçün isə, hər şeydən öncə, onunla dil tapa bilmək lazımdır. Əgər sənət dünyasında, incəsənətdə rənglərə, musiqiyə tərcüman olmağa duyğu düşüncələrimizin dili yetərlidirsə, ədəbiyyatda, sözsüz ki, tərcüməçilərsiz söz demək mümkün deyil. Əsrlərdir, Şərq ədəbiyyatına məxsus nadir söz incilərini, söz ustadlarının bədii sənət nümunələrini bizə ana dilimizdə  ən gözəl şəkildə çatdırmaq kimi şərəfli olduqca məsuliyyətli bir vəzifənin öhdəsindən gələnlər məhz tərcüməçilərdir.

 

 Bu günlərdə “Elm təhsilnəşriyyatında gənc şərqşünas, fil.ü.f.doktoru Mahir Həmidovun tərcüməsində livanlı şair Mixail NuayməninKipriklərin pıçıltısı  adlı şeirlər kitabı işıq üzü görüb. Qeyd edək ki, ərəb məhcər ədəbiyyatı onun görkəmli nümayəndələrindən biri olan M. Nuaymənin yaradıcılığı ilə Azərbaycan oxucusunun ilk tanışlığı görkəmli şərqşünas alim Aida İmanquliyevanın adı ilə bağlıdır. Bu gün bu yolda uğurla addımlayan gənc ərəbşünas M. Həmidovun qələmə aldığıMixail Nuaymənin ədəbi-tənqidi görüşləri şeirləriadlı dissertasiya işi, müxtəlif elmi məcmuələrdə dərc olunan məqalələri, beynəlxalq konfranslardakı məruzələri ilə tanışlığım onu, hər şeydən öncə, ərəb məhcər ədəbiyyatında öz sözü olan istedadlı mütəxəssis adlandırmağa əsas verir. Bu gün onun tərcüməsində böyük maraqladinlədiyim” “Kipriklərin pıçıltısı   M. Nuaymənin Azərbaycan oxucusuna təqdim edilən ilk şeirlər kitabıdır. Kitabdakı ilk şeir - “Gözlərini yum ki, gör...” şeiri öz fəlsəfi məna tutumu poetik ifadə tərzi ilə seçilir.

 

Bir gün mübtəla olsan bir əlacsız dərdə sən, Yum gözlərini, yum ki,

Sən o dərdin içində min bir dəva görəsən”.

 

Yaşadığımız dünyanın gözlə görünən zahiri tərəflərindən başqa daha önəmli olanı - gördüklərinin əsl üzünü, pərdə arxasındakı sirləri görməyə səsləyən bu şeir M. NuayməninMirdadın kitabıəsərindəpərdə möhür”lə bağlı düşüncələrini yada salır: “Gözlərinizin önündə bir çox pərdə var. Buna görə, siz hara baxsanız, baxdığınız şey sizə pərdə kimi görünəcək... Əşyaların həqiqi üzünü görmək istəyirsinizsə, əvvəlcə gözün özünün həqiqi üzünü görməyi öyrənin. Buna görə gözlə deyil, gözün içi ilə baxın ki, gözün arxasında olanları görə biləsiz.”

Kitabdakı şeirlərlə tanış olduqca həmin şeirlərin, sanki ətrafında gördüyü mənzərələrin, hadisələrin zahiri tərəflərinə gözlərini yuman şairin, onların daxili dünyasını dərk etmək cəhdinin, həqiqət axtarışının təzahürü kimi qələmə alındığının şahidi oluruq. Gözlərini yumaraq pərdə arxasındakı əsl həqiqətləri bəsirət gözü ilə görməyə çalışan, dərin bir təfəkkür içində sükuta dalan şairin bir-birinə qovuşan kiprikləri oxucuya əsrarəngiz bir aləmin hikmətindən soraq verir, gizli sirlər pıçıldayır. Görünür, məhz buna görə M. Nuaymənin şeir kitabınıKipriklərin pıçıltısıadlandırıb. Təsadüfi deyil ki, məşhur ərəb tənqidçisi M. Məndur da ərəb məhcər ədəbiyyatçılarının şeirlərinipıçıltılı şeiradlandırmış, bu şeirləri insanların bir-birlərinin qulağına pıçıldadıqları sirlərə bənzətmişdir. Nuaymənin şeirlərində mühacirət ədəbiyyatına xas olan vətən məhəbbəti, yurd həsrəti, qurbət duyğusu daha dərin bir anlamda qarşımıza çıxır. Bu, əsl yurduna - əbədiyyət aləmindəki vətəninə can atan qərib ruhun həsrətidir. Şairin, “Nurundan sürmə çək gözümə, Allah! Çək ki, görə bilim hər yerdə səni!” - deyə yalvaran  (“Yalvarış”) poetik qəhrəmanı qurtuluş yolunun, nəhayət ki, öz mənliyini, nəfsini dərk etməkdən gəlib-keçdiyini dərk edənədək bir ömürlük yol (“Yol”) keçməli olur.

Kitabın redaktoru AMEA-nın müxbir üzvü, prof. Gövhər Baxşəliyevanın sözləri ilə desək, “tərcüməçinin ən başlıca uğuru şairin ruhunu dərindən duymasındadır”. Məhz elə buna görə, bu tərcümə nümunələrində Nuaymə poeziyasının ruhunu, onun əzəmətini hiss etmək, şeirlərinin musiqisini duymaq mümkündür. Bu şeirləri oxuduqca sanki, canlı təbiət lövhələrini görməklə bərabər, həm təbiətin səsini - küləyin uğultusunu (“Küləyin nəğməsi”), donmuş, buz bağlamış çayın vüqarlı sükutunu (“Donmuş çay”), dənizin şırıltısını (“Ey dəniz!”), bir sözlə, həyatın nəğməsini (“Nəğməkar çay”) eşidirsən. “Dinlədiyin nəğmədir yaşadığın bu ömür,- deyə, insan həyatını, yaşanan ömrü dinlədiyi nəğməyə bənzədən şair söylədiyi sözlərin, qələmə aldıqlarının o nəğmədən anladığı mənalar, hikmətlər olduğunu bildirir.

Tərcümənin dili yetərincə sadə, aydın poetikdir:

 

“O bol xəzinəsindən götürüb sanıq-sandıq

Min bir barını dərdik, özümüzünkü sandıq...” (“Ey yoldaşım”)

 

Gənc tərcüməçinin uğuru tərcümə etdiyi dilin incəliklərinə dərindən bələd olmaqdan əlavə, eyni zamanda həmin dildə danışan xalqın - ərəb xalqının mədəniyyəti, adət-ənənələri, ədəbi dilin həyat çeşməsi olan canlı danışıq dilindən xəbərdar olmasındadır. Mahir bəy dəfələrlə ərəb ölkələrində elmi araşdırmalar aparıb, M. Nuaymənin yaradıcılığının izlərini yalnız şairin yazdığı sətirlər arasında deyil, doğma vətəni Biskintada, inzivaya çəkildiyi Sinnin dağının ətəklərində axtarıb. Şairin şeirlərinin deyil, bu şeirlərdə misra-misra döyünən qəlbinin, çırpınan ruhunun tərcümanına çevrilib.

Kitab nəfis tərtibatı ilə diqqəti cəlb edir. Uğurlu  dizayn işi, gözəl illüstrasiyalar, eləcə tərcüməçinin Livan səfərindən fotoşəkilləri kitabın məzmunu ilə harmoniya təşkil edir. Tərcüməçinin M. Nuaymənin həyat yaradıcılığından bəhs edən yazısı şairin yaxın qohumu Nəcib Nuaymənin tərcümə işi barədə göndərdiyi xeyir-dua məktubu  da   kipriklərin pıçıltısıilə həmahəng səslənir. Kitabdakı illüstrasiyalar şair-rəssam Adil Mirseyidə məxsusdur. Onun kitaba daxil edilmışKamil bir şeirdim mən...” adlı yazısındakı tərcümə barədə fikirlər dəyərlidir: “Bəlkə qeybdən gələn bir səsdi şeir - bu kitabda toplanmış şeirləri oxuyanda Mixail Nuaymənin qeybdən gələn səsini eşidəcəksiniz”.

Məqalələrindən birində M. Nuayməşairi ruh dünyasının tərcümanıkimi dəyərləndirir.Ruh dünyasının tərcümanıolan şairə tərcümanlıq edən bu istedadlı oğlumun təqdim etdiyiKipriklərin pıçıltısıadlı   şeirlər kitabının Nuayməni şeirsevər Azərbaycan oxucusuna daha yaxından tanıdacağına inanaraq, sizi həminpıçıltı”ları dinləməyə səsləyirəm.

 

Şəlalə Ana, şair-publisist AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu

 

Zaman. - 2014.- 27 sentyabr.- S. 7.