General Yamasitanın xəzinəsi
Tarix boyu insanları naməlum yerlədə basdırılmış gizli
xəzinələrin axtarışı
maraqlandırıb və
günümüzdə belə,
məsələ ətrafında
çoxsaylı əfsanələr
dolaşmaqdadır.
Elm və texnikanın kifayət qədər yüksək inkişaf etdiyi bir dövrdə
sirli xəzinələrin
yerini müəyyən
etmək çətin deyil. Lakin bu əfsanələrin doğru olub olmadığını yoxlamaq
və xəzinə axtarışları bəzən
on illərlə vaxt aparır. Bununla belə, xəzinə tarpmaq həvəsində olan çoxsaylı həvəskarlar hər il gizli
xəzinə olduğu
ehtimal edilən yerlərdə kortəbii şəkildə axtarışları
davam etdirirlər. İş orasındadır ki, tarixdə xəzinələrin basdırıldığı
gizli yerlər barədə günümüzə
qədər gəlib çatan çoxsaylı
rəvayətlər var. Bu rəvayətlərin
biri əsasında alman arxeoloq Şliman, Troyanın xəzinəsini tapa bilmişdi.
Bu isə o deməkdir ki, hər bir itirilmiş
xəzinə barəsində
deyilənlərdə müəyyən
qədər həqiqət
var. Bu baxımdan dəfinə
axtarışları üçün
illərlə vaxtını
sərf edən həvəskarları da qınamaq olmur.
Bakuit körfəzindəki
sirli Yamasita dəfinəsi
Günümüzdə, daha doğrusu, yaxın tarixdə diqqəti cəlb edən və illərdir axtarışı davam edən dəfinələrdən
birinin Filippinin Palavan əyalətindəki Bakuit
adasında olduğu ehtimal edilir. 1940-cı ildə Bakuit adasında yapon ordusunun baş qərargahı yerləşmişdi. Orduya
II Dünya müharibəsi
ərəfəsində Cənub-Şərqi
Asiyanı işğal
edən və yerli əhali arasında qəddarlığına
görə “Malay pələngi” və ya “Sinqapur fatehi”
adı ilə tanınan general Tomoyuki Yamasita komandanlıq edirdi. Yamasitanın Cənub-Şərqi Asiyanın Yapon ordusu tərəfindən işğalında böyük
xidmətləri vardı.
Məhz onun hazırladığı
xüsusi hərbi taktika əsasında yapon ordusu keçilməz
cəngəlliklərdə uğurlu hərbi əməliyyatlar həyata
keçirərək, bölgəni
tamamilə işğal
edə bildilər.
Onun yerli əhaliyə münasibətdə olduqca
qəddarcasına davranması
eyni zamanda hərbi əməliyyatlar
zamanı xüsusi sərkərdəlik istedadı
nümayiş etdirməsi
həmin dövrdə
dildən-dilə gəzirdi.
Amma iş yalnız Cənub-Şərqi
Asiyanın işğalından
getmirdi, həm də general zəbt edilən ərazilərdə
talançılıqla məşğul
olurdu. Yamasitanın əmri
ilə əsgərlər
buddist məbədlərindəki
qiymətli qızıl-zinət
əşyalarını, Honkonqdakı
bankları, Filippindəki
mağazaları talamış,
o cümlədən Bruney
və Malay hökmdarlarının
xəzinələrini ələ
keçirmişdilər. Dəyəri o vaxtın pulu ilə on milyardlarla dollar hesab edilən bu xəzinə isə məhz Bakuit adasında general Yamasitanın nəzarəti
altında idi. Üstəlik, həmin dövrdə
Yaponiyadan da ordunun ehtiyaclarının ödənilməsi üçün
on milyonlarla dollar dəyəri
olan qızıl və gümüş manatlar - maru-fukular göndərilmişdi. Necə deyərlər
həmin dövrdə
ordu qərargahında
general Tomoyuki Yamasitanın
əlinin altında indiki qiymətlərlə
250-300 milyard dollar dəyərində
böyük həcmdə
qızıl-zinət əşyaları
vardı. II Dünya müharibəsinin
sonuna yaxın general Artur Makarturun başçılıq etdiyi
Amerika ordusu qəfil hücumla Filippinin bir hissəsini nəzarət altına aldı. Amerikalı general Makarturun
komandanlığı altında
ordunun uğurlu hücum əməliyyatlarını
davam etdirməsi isə hər an Bakuit adasındakı
yapon ordusunun mühasirəyə düşməsi
təhlükəsini əmələ
gətirmişdi. Belə bir
vəziyyətdə dəyəri
yüz milyon dollarla ölçülən
xəzinəni saxlamaq
olduqca təhlükəli
idi. Belə ki, istənilən an düşmən hücumları və ya ordu daxilindən
kimlərinsə tamahkarlığa
əl atması nəticəsində xəzinənin
qarət edilməsi təhlükəsi mövcud
idi. Belə bir təhlükədən
özünü sığortalamaq
və qənimətin dövlət
xəzinəsinə təhvil
verilməsini təmin
etmək məqsədi
ilə general Yamasita onun adadakı 172 müxtəlf yerdə gizlədilməsi
qərarına gəldi.
Generalın əmri ilə
adanın müxtəlif
yerlərində əsgərlər
və əsirlər tərəfindən çox
sayda tunellər və xüsusi quyular qazıldı.
Xəzinənin də məhz
həmin tunellərdə
və quyularda gizlədilməsi qərara
alındı. Xəzinənin
Bakuit adasındakı
172 gizli yerdə, o cümlədən qonşu
Luson adasındakı dağlarda, Kalataqan körfəzinin dibində
( Maniladan 112 kilometr cənubda) gizlədilməsi
qərara alındı.
Bəzi məlumatlara görə, təkcə bir quyuda Yamasita 10-12 ton qızıl gizlədib.
Xəzinənin gizlədilməsi əməliyyatına general şəxsən
özü rəhbərlik
edirdi. Xəzinə gizlədiləndən sonra generalın əmri ilə izi itirmək üçün bu əməliyyatda iştirak
edənlərin hamısı
güllələndi.
Boşa çıxan ümidlər
II Dünya müharibəsinin sonuna kimi general xəzinəni hökumətə təhvil verəcəyinə ümid edirdi. Lakin 1945-ci ilin sentyabr ayının 2-də Yaponiyanın müttəfiq qoşunları ( SSRİ, Böyük Britaniya, ABŞ və Fransa) qarşısında təslim olmasından sonra general Filippini tərk edərək təcili şəkildə Yaponiyaya qayıtmaq barədə qərar qəbul etdi. Amma xəzinənin aparılmasının təhlükəli olmasını və onun hər an düşmən əlinə keçə biləcəyini nəzərə alan Yamasita ölkəsinə əliboş qayıtmağın daha düzgün olacağını məqsədəuyğun hesab etdi. O, ara sakitləşəndən sonra xəzinənin dalınca qayıtmağı planlaşdırmışdı. Ancaq generala bir daha geri qayıtmaq nəsib olmadı. Belə ki, Yaponiyanın təslim olmasından sonra Cənub-Şərqi Asiyada yerli əhaliyə, həmçinin əsirlərə qarşı olduqca amansız davranışına və minlərlə insanı heç nədən güllələtdirdiyinə görə təhlükəli cani kimi general ABŞ xüsusi xidmət orqanlarının “qara siyahı”sına salınmışdı Yaponiya təslim olmaq haqqında aktı imzaladığı gün, 1945-ci il sentyabr ayının 2-də Yamasita bir təsadüf nəticəsində ABŞ əsgərləri tərəfindən ələ keçirildi. O, hərbi cani kimi məhkəmə qarşısına çıxarıldı. 1946-cı il fevral ayının 23-də ABŞ Hərbi Məhkəməsi tərəfindən Laquna vilayətində keçirilən fövqəladə iclasda general Yamasita haqqında ölüm hökmü çıxarıldı və o, edam edildi.
Yamasitanın xəzinəsinin izi ilə
Generalın ölümündən sonra Bakuit adasında gizlədilmiş yapon xəzinəsi barədə şayiələr sürətlə bütün dünyaya yayıldı. Xəzinənin dəqiq yeri generalın ətrafındakı çox az sayda adama məlum idi. Onlar isə xəzinənin yerini axtaranlar tərəfindən həbs ediləcəklərindən və ya tutularaq müxtəlif cəzalara məruz qalacaqlarından ehtiyat edərək, güzlənməyə və başqa adlar altında yaşamağa məcbur olmuşdular. Belə bir vəziyyətdə isə Yamasitanın gizlədilmiş xəzinəsi ətrafında dolanan çoxsaylı şayiələr hətta dünyanın ən uzaq ölkələrinə belə gedib çatmışdı. Bunu nəzərə alaraq, ABŞ, Böyük Britaniya, Fransa, SSRİ və Çin kəşfiyyatı da Yamasitanın xəzinəsinin axtarışına başlamışdılar. Bu məqsədlə Yaponiya təslim olarkən ələ keçirilən arxivlər diqqətlə araşdırılır, generalın yanında xidmət edən zabitlərin adları dəqiqləşdirilərək, onların izinə düşmək üçün müxtəlif cəhdlərə baş vurulurdu. Amma general asılandan sonra onunla birgə xidmət edən zabitlərin də çoxu izsiz-tozsuz yoxa çıxmışdı. Onların bir hissəsi müharibənin sonuna yaxın gedən döyüşlərdə həlak olmuşdu. Digər hissəsi isə yuxarıda qeyd etdiyimiz kimi, qorxudan ölkənin müxtəlif yerlərində gizlənərək başqa adlar altında yaşamağa üstünlük vermişdilər. Ona görə də Amerika, İngiltərə, Fransa, SSRİ və Çin kəşfiyyatları Yamasitanın xəzinəsinin yerini bilən adamların izinə düşə bilmədilər.
Mikio Matsunobe düzmü
danışırdı?
Yamasitanın xəzinəsinin
axtarışı ilə bağlı qızğın iş getdiyi bir vaxtda guya
onun yerini bilən bəzi
adamlar da peyda olmağa
başladı. Onlardan biri
vaxtilə Yamasitanın komandanlıq etdiyi
ordunun informasiya
şöbəsində xidmət edən Mikio
Matsunobe idi. Bununla bağlı Matsunobe:
“Müharibənin sonlarına yaxın, 1944-cü ildə vəziyyət
dəyişdi və biz anladıq ki, qarət etdiyimiz yüz milyonlarla dollar dəyərində qızıl zinət əşyalarını
Yaponiyaya apara bilməyəcəyik.
Həmin dövrdə bizə ordunun
ehtiyacları üçün Yaponiyadan da
qırıcı təyyarələrlə böyük
həcmdə qızıl və gümüş
manatlıqlar - maru-fuku göndərmişdilər.
Bizim əlimizin
altında həmçinin Manilanı işğal
edən zaman oradan qənimət
kimi ələ keçirdiyimiz
10 yük maşını gümüş
manatlıqlar vardı. Biz geri
çəkilərkən milyardlarla dollar dəyərində olan
xəzinəni özümüzlə apara
bilmək imkanından məhrum olmuşduq.
Ona görə də xəzinəni ada
və ətrafında gizlətməyi qərara aldıq. Bu işlə intendant xidməti
məşğul olurdu. Mənə xəzinə
gizlədilən yerlərin bəziləri məlum idi”.
Matsunobenin
sözlərinə görə, müharibə başa
çatandan bir
neçə il sonra
gizlicə Filippinə qayıdaraq xəzinənin yerini tapmağa cəhd edib. Ancaq ona
məlum olan yerlərdə xəzinə yox idi. Matsunobe:
“Çox ehtimal ki, Amerika əsgərləri
mina axtaranlar vasitəsilə
onları taparaq ələ keçiriblər”,-deyir.
Əziz
Mustafa
Zaman. - 2014.-
27 sentyabr.- S. 9.