Daha çox turist cəlb etmək üçün otellərin qiymətləri müəyyən qədər aşağı salınmalıdır”

 

Son illərdə Azərbaycanda otel biznesinin inkişaf etməsi ölkə iqtisadiyyatına da öz faydasını verməkdədir. İstər işgüzar, istərsə də rəsmi səfərlər zamanı qonaqlar əsasən otellərə yerləşdirilir. Göstərilən xidmətlərdən razı qalan qonaqlar da ölkədən xoş təəssüratlarla ayrılırlar. Dövlətin bu sahəyə göstərdiyi diqqət danılmazdır. Son illərdə ölkəmizdə tikilən şəbəkə otelləri bunun bariz nümunəsidir. 

 

 Turizm iqtisadiyyatı zəif inkişaf edən ölkələrdə şəbəkə otellərinin rolu böyükdür. Çünki belə otellər xarici turistlər tərəfindən daha çox tanınır. Turistlərin çoxluğu iqtisadiyyatın inkişafına təkan verdiyi kimi, ölkə əhalisinin yaşayış səviyyəsini qaldırmaqda və gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır”, - bunu Turizm İnstitutunun müəllimi Tural Salıfov qəzetimizə verdiyi açıqlamada bildirdi.

 

“İnsanlar hər zaman ucuz otelləri seçirlər”

 

Ölkəmizə turistlərin kütləvi gəlişinin ümummilli liderimizin adı ilə bağlı olduğunu deyən Tural Salıfov 1994-cü ildə “Əsrin müqaviləsi”ndən sonra ölkəyə işgüzar məqsədlə gələn turistlərin sayının artdığını bildirdi: “Azərbaycan artıq dünya dövlətləri tərəfindən tanınır. Ölkə başçısının yürütdüyü siyasət nəticəsində Azərbaycana gələn turistlərin sayı günü-gündən artır. Hazırda işgüzar məqsədlərlə gələn turistlərin sayı çoxluq təşkil edir. Lakin son illərə nəzər salsaq istirahət üçün gələn turistlərin sayında da artımın olduğunu görərik. Gələn qonaqların yerləşdirilməsində otellər mühüm əhəmiyyət kəsb edir. Qiymət baxımından insanlar hər zaman ucuz otelləri seçirlər. Çünki insanlar üçün qiymət və xidmət daha önəmlidir. Daha çox turist cəlb etmək üçün otellərin qiymətləri müəyyən qədər aşağı salınmalıdır. Hazırda ikiüçulduzlu otellər ölkəmizdə üstünlük təşkil etsə də, statistik göstəricilər üçdördulduzlu otellərin daha çox turist qəbul etdiyini göstərir. Ölkədə belə otellərin fəaliyyət göstərməsi çox vacibdir”.

 

Yay aylarında qonaqlar daha çox olurlar

 

Azərbaycana gələn qonaqların daha çox hansı fəsillərdə gəldiyini, , yoxsa istirahət üçün ölkəmizi seçdiklərini öyrənmək məqsədilə kiçik araşdırma apardıq. İlk müsahibimArivaotelinin baş meneceri Azad Əhmədov oldu. Müsahibim 45 otaq ilə fəaliyyət göstərən oteldə daha çox adamlarını qonaq etdiklərini dedi: “Bizə, demək olar ki, istirahət üçün gələn olmur. Müştərilərimiz daha çox adamları olur. İlin yaz payız ayları otelimizin ən dolu olduğu vaxtlardır. Həftəiçi xarici qonaqlarımız üstünlük təşkil edirlər”. Daha çox işgüzar məqsədlə gələn qonaqlar bəzən istirahətə də vaxt ayıra bilirlər. Dəniz kənarında yerləşən “Ramadaotelinin işçisi Gülər Şirinova otelə istirahət məqsədi ilə gələnlərin çoxluq təşkil etdiyini dedi: “Otelimiz dəniz kənarında yerləşdiyindən istirahət üçün gələnlər çoxluq təşkil edir. Lakin işgüzar məqsədlə gələnlərin sayı da az deyil. Onlar görməklə yanaşı, həm də istirahət edirlər. İstirahət üçün yay ayları daha uyğun olsa da, qış fəslində də otelimizə üstünlük verənlər az deyil”.

 

Azərbaycanın hər  gün daha da inkişaf etməsi daha çox xarici dövlətlər tərəfindən tanınması deməkdir. Ölkəmizin bir çox beynəlxalq müsabiqə və festivallara ev sahibliyi etməsi də iqtisadiyyatın bu yöndə inkişafına öz töhfəsini verir. Gələn turistlərin ölkədən məmnun ayrılması isə hamımızın adına müsbət haldır.

 

Xəyalə Sadıqova

Zaman.- 2014.- 6 yanvar.- S. 9.