Milli parkların
ekologiyanın qorunmasında və ekoloji maarifləndirmədə əhəmiyyəti
Prezident
İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən də ekoloji tarazlığın və biomüxtəlifliyin qorunub
saxlanılması və əhalinin maarifləndirilməsi istiqamətində xüsusi önəm daşıyan addımlar atıldı. Bu
çərçivədə Prezident İlham Əliyevin təşəbbüsü ilə və imzaladığı sərəncamlarla ölkəmizdə
milli parkların salınmasında yeni bir dövr
başlandı.
XIX əsrin əvvəllərindən başlayaraq sənayenin inkişafı, həmçinin əhalinin sürətlə artımı insanın təbiətə daha çox müdaxilə etməsinə gətirib çıxardı.
XIX əsrin əvvəllərindən
başlayaraq sənayenin
inkişafı, həmçinin
əhalinin sürətlə artımı insanın təbiətə
daha çox müdaxilə
etməsinə gətirib çıxardı. Bu da, öz növbəsində, meşələrin kütləvi
şəkildə məhv edilməsinə, təbiətdəki
biomüxtəlifliyin
və ekoloji
tarazlığın pozulması ilə
müşayiət
olunmağa başladı. Ekoloji
tarazlığın pozulması isə
təbiətdəki canlıların sayının
sürətlə azalmasına,
onların bir çoxunun adının “Qırmızı
kitab”a düşməsinə yol açdı.
Məsələn, son 40 ildə
Nepal Himalaylarında insanın təbiətə kortəbii
müdaxiləsi nəticəsində meşələrin 50 faizi məhv
edilib. Bu da həmin
ərazilərdə biomüxtəlifliyin
pozulmasına, nadir quş növlərinin
sayının azalmasına və
ya tamamilə məhv olunmasına
aparıb çıxarıb. Belə faktlar minlərlədir. Məhz bu amil də ekoloqları həyəcan təbili
çalmağa məcbur
etdi. Hələ ötən əsrin 70-ci illərində məşhur amerikalı alim-ekoloq Robert Hardinq Uitteker
(1920-1980): “Ekoloji tarazlığın pozulması belə sürətlə davam edəcəyi təqdirdə, gələcəkdə yer üzü ölü məkana çevriləcək”,-
demişdi. Məşhur
ekoloq vəziyyətdən çıxış yolunu
insanlar arasında ekoloji maarifləndirmənin
aparılmasında və
milli parkların sayının daha da artırılmasında,
xüsusi qoruqların salınmasında görürdü.
Təbiətin və bioloji müxtəlifliyin qorunmasının və insanların bu sahədə maarifləndirilməsinin vacibliyi Azərbaycanda da hələ XIX əsrdə diqqət mərkəzində idi. Belə ki, XIX əsrin ikinci yarısında təbiətşünas alim, Azəbaycan mətbuatının banisi Həsən bəy Zərdabi insanın təbiətə necə gəldi müdaxiləsinə qarşı çıxaraq
müdrikcəsinə: “Meşələr torpaq, su tənzimləyicisi, quraqlığa qarşı mübarizə vasitəsidir. Meşələri qorumaq lazımdır. Təbiət həyat mənbəyidir”,-
demişdi.
Ötən əsrin 70-ci illərində, demək olar ki, Uittekerlə eyni vaxtda Azərbaycan təbiətinin, torpağının və suyunun mühafizəsi sahəsində əvəzsiz xidmətləri olan kənd təsərrüfatı elmləri doktoru, professor, akademik Həsən Əliyev (1907-1993) ölkəmizdə ekoloji tarazlığın və biomüxtəlifliyn pozulması ilə bağlı “Həyəcan təbili” əsərini yazmaqla, sözün həqiqi mənasında, ilk həyəcan təbili çaldı. Bununla da akademik ölkəmizdə təbiətin
kəskin deqradasiyaya
uğramasını və
onun qarşısının alınmasına böyük
ehtiyac olduğunu göstərdi.
“Həyəcan təbili” əsəri məşhur
akademikin təbiətin, onun onurğa
sütunu hesab edilən
biomüxtəlifliyin
və ətraf mühitin
qorunması üçün insanlara ağrılı, hərarətli müraciəti,
çağırışı, təbiətin mühafizəsinə qalxan vətəndaş alimin vətənpərvərlik
narahatçılığı idi.
Həsən Əliyevin ən böyük xidmətlərindən biri də insanların ekoloji tərbiyəsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verməsi idi. Bütün
bunlar isə
yuxarıda da qeyd etdiyimiz kimi, ekoloji tarazlığın qorunub
saxlanılması, biomüxtəlifliyin
mühafizə edilməsi və əhalinin ekoloji baxımdan maarifləndirilməsi üçün
ölkəmizdə yeni milli
parkların salınmasını vacib məsələ kimi gündəmə
gətirdi.
Bu çərçivədə də
dövlət tərəfindən
mühafizə edilən xüsusi ərazilərin salınması,
təbiətin və biomüxtəlifliyin qorunub
saxlanılması ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi
bütün dövrlərdə xüsusi diqqət mərkəzində
idi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin hər yerində, o cümlədən Bakı və onun ətrafında minlərlə hektar yaşıllıq zolaqları
salındı və əhalinin ekoloji maarifləndirilməsi yönündə xüsusi tədbirlər həyata keçirildi.
İlk milli parklar
Tarixdə ilk milli park 1872-ci ilin mart
ayında ABŞ-da yaradılmışdır. Yelloustoun
adlanan bu parkın təşkilində məqsəd
bölgədəki qeyzerlər və isti mineral
bulaqların mühafizəsi
və biomüxtəlifliyin qorunub
saxlanılması idi. Bundan sonra dünyanın digər yerlərində də milli parkların
yaradılması prosesinə start verildi. Avropada isə Qraubyuden adlı ilk milli park 1914-cü ildə
İsveçrədə yaradılıb. Daha sonra 1922-ci ildə İtaliyada
Qran-Paradizo, 1963-cü ildə
Fransada Vanauz milli parkları təşkil
edildi.
Milli park anlayışının ilk izahı isə 1933-cü ildə Afrikanın fauna və florasının qorunması
ilə
bağlı Londonda imzalanmış konvensiyada verildi. Konvensiyada qeyd
edilirdi ki, milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin
yerləşdiyi və maarifçilik,
elmi, mədəni məqsədlər
üçün istifadə
olunan elmi tədqiqat
idarələri statusuna malik ərazilərdir. Parklarda həmçinin əhalinin ekoloji maarifləndirilməsi ilə bağlı fəal iş aparılır, bəzən isə təsərrüfat fəaliyyətinə də (ekoloji təhlükəsizliyi şərti ilə) icazə verilir.
Onu da deyək ki,
günümüzdə
dünyada mindən
çox milli park və
70 min xüsusi qorunan təbii
ərazilər var. Təqribi hesablamalara
görə, milli
parklar və
xüsusi qorunan təbii
ərazilər dünyanın quru
ərazisinin 10%-ni təşkil edir.
Azərbaycanda Milli parklar və əhalinin maarifləndirilməsində onların rolu
Azərbaycan Qafqaz və Kiçik Asiya, Qara dəniz və Xəzər
dənizi regionunda qədim mədəniyyətə, Avropada ən zəngin bioloji müxtəlifliyə malik olan ölkələrdən
biri olaraq, fövqəladə əhəmiyyətli təbii irsə malikdir. Respublika ərazisində faunanın 18 min
növü qeydə
alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97, quşların 357,
balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratların 15 minə yaxın növünü əhatə edir. Amma
SSRİ dövründə
təbiətlə qeyri-insani şəkildə
davranılması nəticəsində ölkəmizdə ekoloji vəziyyət pisləşmişdi. Azərbaycan
müstəqilliyini əldə edəndən sonra bu amil ölkəmizin iqtisadi
inkişafı yolunda ciddi əngələ çevrilmişdi. Ona görə
də, dövlət səviyyəsində ekoloji problemlərin həlli, ətraf mühitin
mühafizəsi və əhalinin ekoloji maarifləndirilməsi məqsədi ilə
bir sıra tədbirlər həyata keçirilməyə başlanıldı.
Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədilə Prezident Heydər Əliyevin 2001-ci il, may ayının 23-də imzaladığı sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. 2003-cü ildə
isə Prezident Heydər Əliyev əhali arasında
ekoloji maarifləndirməyə xidmət
edən “Əhalinin
ekoloji təhsili
və maarifləndirilməsi haqqında” fərman imzaladı.
Bu da əhali
arasında ekoloji təbliğatın
ən yüksək səviyyədə həyata
keçirilməsində və biomüxtəlifliyin
qorunmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən də ekoloji tarazlığın və biomüxtəlifliyin qorunub
saxlanılması və əhalinin maarifləndirilməsi istiqamətində xüsusi önəm daşıyan addımlar atıldı. Bu
çərçivədə Prezident İlham Əliyevin təşəbbüsü ilə və imzaladığı sərəncamlarla ölkəmizdə
milli parkların salınmasında yeni bir dövr
başlandı. Prezidentin bu sərəncamlarının həyata keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) böyük işlər həyata keçirdi. Qısa
müddətdə ölkəmizdə Akademik Həsən Əliyev adına Zəngəzur, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci
ildə
Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl ərazilərində milli parklar yaradıldı.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi mühafizə olunan milli parklar təbiətin mühafizəsində, bioloji müxtəlifliyin qorunmasında və əhalinin maarifləndirilməsində əhəmiyyətli rol oynayırlar.
Bir sözlə, ETSN yarandığı gündən etibarən onun çoxşaxəli fəaliyyətində ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması
prioritet istiqamətlərdən biri olmuşdur.
Hazırda respublikamızın ərazisində 8 Milli Park, 14 Dövlət Təbiət Qoruğu, 21 Dövlət Təbiət Yasaqlığı var.
Günümüzdə milli parklar ölkə ərazisinin 3,1%-ni təşkil edir. Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi isə ümumi ərazinin 10%-ni təşkil edir.
Son illərdə yeni milli parkların, dövlət təbiət qoruqlarının
yaradılması və
əhalinin ekoloji sahədə maarifləndirilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər daha geniş
vüsət
alıb. Bu çərçivədə, xüsusilə, Abşeron Milli Parkının yaradılması, həmin ərazidə nadir təbiət komplekslərinin və obyektlərinin, xüsusən, pərayaqlı heyvanların yeganə nümayəndəsi olan Xəzər suitinin daha çox
yayıldığı arealda ceyranların, həmçinin su bataqlıq
quşlarının qorunub saxlanılmasına və bərpasına imkan
yaradacaqdır. Bu parkın təşkili eyni zamanda təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, ətraf mühitə diqqət və qayğının
artırılması, yeni ekoloji şüurun
formalaşması,əhalinin
ekoloji maarifləndirilməsi sahəsində aparılan məqsədyönlü tədbirlərin ardıcıl nümunəsidir.
Məsələyə münasibət bildirən Şahdağ Milli Parkının direktoru Arzu Mustafayev əhalinin ekoloji maarifləndirilməsində milli parkların xüsusi əhəmiyyət
daşıdığını söylədi. O, milli parklar vasitəsilə əhali arasında ekoloji maarifləndirmənin uğurla
aparıldığını bildirdi. Arzu Mustafayev: “Əhali arasında
ekoloji maarifləndirmə iki istiqamətdə aparılır. Bunlardan birincisi, müntəzəm olaraq əhali
ilə sıx əlaqələr saxlanılması və onlar arasında
biomüxtəlifliyin
qorunub saxlanılmasının insan həyatı
üçün nə
qədər böyük əhəmiyyət
daşımasının təbliğ
edilməsidir.
İkinci istiqamət isə milli parklarda istər məktəblilər, istər ali məktəb tələbələri, istərsə də yaşlı nəsil arasında biomüxtəlifliyin qorunub
saxlanılması məqsədi ilə elmi-kütləvi tədbirlərin keçirilməsidir. Milli parklarda əhalinin ekoloji maarifləndirilməsinə xidmət edən sənədli filmlərin nümayişi, əhalinin bu məkanların nəzdində yaradılan muzeylərə səfərlərinin təşkili, həmçinin onların canlı təbiətlə birbaşa ünsiyyətə girməsinə imkan verən maarifləndirici tədbirlər qarşıya
çıxan problemlərin şüurlu şəkildə aradan qaldırılmasında
xüsusi rol oynayır”, - dedi.
Milli Ekologiya Proqnozları Mərkəzinin rəhbəri Telman Zeynalov da milli
parkların əhalinin ekoloji baxımdan maarifləndirilməsində önəmli rol
oynadığını bildirdi:
“Milli parkların və qoruqların
sayının hər
il artırılması Azərbaycanda
təbiətin və biomüxtəlifliyin qorunub saxlanılmasında,
əhalinin ekoloji
maarifləndirilməsində dövlət səviyyəsində həyata keçirilən ən
uğurlu tədbirlərdir və bütün bunlar gələcəyimiz
üçün xüsusi önəm
daşıyır”.
Beləliklə, bioloji müxtəlifliyin qorunub saxlanılmasında və əhalinin ekoloji maarifləndirilməsində milli parkların, o cümlədən xüsusi mühafizə olunan ərazilərin rolu əvəzedilməzdir. Məhz milli parkların və xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti və əhalinin maarifləndirilməsi
istiqamətində onlar tərəfindən
həyata
keçirilən tədbirlər nəsli kəsilməkdə olan flora və
fauna növlərinin
qorunub saxlanılmasına imkan yaratmışdır. Bütün bunlar isə
Azərbaycanı
yeni parkların salınması, biomüxtəlifliyin qorunub saxlanılması və əhalinin ekoloji maarifləndirilməsi sahəsində nəinki Cənubi
Qafqazın, həm də dünyanın lider
dövlətlərindən birinə çevirib.
Zaman.-2014.-11-13 yanvar.-S.12-13.