Mingəçevir və ŞəkidəAna dilimizi sevək, sevdirək” müsabiqəsinin zona seçimi keçirildi

 ESMIRA HIDAYƏTOVA, FUAD BAYRAMOV, MINGƏÇEVIR, RAMIL ABBASOV ŞƏKI.,

Dil və mədəniyyətfestivalı çərçivəsində Mingəçevir Dövlət Dram Teatrında “Ana dilimizi sevək, sevdirəkmüsabiqəsinin zona final mərhələsi keçirildi.

Yarışda Mingəçevir, Yevlax və Bərdədən olan məktəblilər iştirak etdilər. ÇağÖyrətim İşlətmələri Şirkəti və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Müsabiqənin ötən final mərhələsindən fraqmentlər vəÇağÖyrətim İşlətmələrinin fəaliyyətindən bəhs edən qısa videoçarx nümayiş olundu. Daha sonra müsabiqə şeir və mahnı kateqoriyaları üzrə davam etdi.

 Tədbirdə Mingəçevir Özəl Türk Liseyinin direktoru Mustafa Söyləməz çıxış edərək bildirdi ki, məktəblilər arasında keçirilən belə yarışlar onların dilimizin incəliklərinə yiyələnmələrində önəmli rol oynayır. Mustafa Söyləməz dilimizi sevən və sevdirən müsabiqə iştirakçılarına uğurlar arzuladı.

 Yarışda məktəblilərin ifasında vətənə, anaya aid şeirlər və mahnılar səsləndirildi. Nahayət, Mingəçevir məktəblilərinin əllimlərindən ibarət münsiflər heyətinin qərarı açıqlandı.

Müsabiqədə fərqlənən və qalib gələnlərə diplom və hədiyyələr təqdim olundu. Qeyd edək ki, müsabiqə 7 kateqoriya üzə keçirilir. Zona finalının qalibləri respublika final mərhələsinə qatılacaqlar.

Şəki Azərbaycan-Türk Özəl Liseyində dəAna dilimizi sevək, sevdirək” ümumrespublika müsabiqəsinin mahnı və şeir kateqoriyası üzrə zona seçimləri keçirildi. Seçimlərdə Şəki rayonunun ümumtəhsil məktəbləri üzrə 7-8-9-10-cu sinif şagirdləri iştirak edirdilər. Tədbirdə Şəki şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, müdir müavini Elxan Abdullayev, metod kabinetin sədri Firəngiz İbrahimova və Şəki şəhəri üzrə ümumtəhsil məktəblərinin müdirləri iştirak etdilər. Tədbiri Şəki Azərbaycan-Türk Özəl Liseyinin müdiri Məsut Köstəkci açdı, müsabiqənin əhəmiyyətindən bəhs etdi. Müsabiqənin şeir kateqoriyası üzrə ilk üçlükdə yer alanlar Şəki rayonu üzrə Orta Zəyzid kənd 2 saylı orta məktəbin şagirdi İsfəndiyarzadə Nazpəri, Oxud kənd əsas məktəbin şagirdi Fətəlizadə Aydan və Şəki şəhər 14 saylı orta məktəbin şagirdi Qədirova Səbinə oldu. Yarışın mahnı kateqoriyası üzrə ilk üçlükdə Şəki şəhəri üzrə 11 saylı orta məktəbin şagirdi Əzimova Rəhimə, Şorsu kənd orta məktəbin şagirdi Əkbərov Seymur, 17 saylı orta məktəbin şagirdi Zakirova Aysel qərarlaşdılar. Tədbirin sonunda Şəki şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova çıxış etdi, tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirdi. Sonda xatirə şəkili çəkildi.

Zaman.-2014.-14 yanvar.-S.5.