Yanvardan sonra
RAHIB ALPANLI,
Ölümlü dünya ölümün dadını insana çox erkən yaşlarından
duyurmağa başlayır. İstər yaxın, istərsə də uzaqlardan kiminsə həyatla vidalaşması və sevdiklərini
qəm
dəryasına,
göz yaşlarına
qərq
edib getməsi hər kəsi
yandırıb-yaxır. İnsana ən
çox təsir edən
isə
ölümün yaratdığı
yetimlikdir. Valideynini itirmiş
uşaq nə qədər deyib-gülsə də,
digər
yaxınlarından, dostlarından
nə
qədər məhəbbət görsə də,
bütün varlığından
ətrafa
bir kimsəsizlik, sahibsizlik,
yazıqlıq yağır.
Mən də yetimliyin acısını
dadmışam. Yaşım ayaq üstə dayanmaq üçün kifayət
etsə
də,
bir neçə uşaq atası olsam da, uzun
müddət
yazıqlığın kölgəsindən çıxa bilmirdim.
Valideyn həsrəti bu gün də ciyərimi
yandırır. Nə etmək
olar, həyat öz
qanunları ilə davam edir. Lakin yetimliyin ən çox
acı verəni yaşadığın vətənin yetim qalmasıdır. Allah bu acını heç kəsə
daddırmasın.
1990-cı
il yanvar
ayının 20-də yetmiş
il qardaş dediyimiz bir millətin, xilaskarımız kimi fəxr
etdiyimiz bir odrusu tərəfindən al qanımıza boyandıq.
Haqqımızı dinləməkdənsə
bu boyda xalqı güllə ilə
susdurmaq, tanklar altında əzib yox etmək
istədilər. Eşitmək istəmədikləri səsimizin
başqaları tərəfindən
də
duyulmaması üçün
efirə
aşılmaz sədd çəkilməsi bütün bir xalqın yetimliyini iliyimizəcən daddırırdı bizlərə. O günlərdə itirdiyi ən əziz bir şeyi axtarırmış
kimi əsən küləklər, dərin fikrə
qərq
olmuş dağlar, budaq-budaq sızlayan ağaclar, balasını sel qapdığı üçün sahil boyunca saçlarını
yolaraq aşağı-yuxarı
qaçan ana kimi göylərdə
qərar
tutmayan buludlar, ağlamaqdan nurunu itirmiş gözlər kimi közərən
ulduzlar, sevgilisinin yasını saxlayan nişanlı qız kimi solmuş ay da yetim, yazıq
görünürdü. Bütün ölkə belə
bir səhnəyə bənzəyirdi.
Hər kəs
bir təsəlliyə, bir sığala, bir sarılmaya möhtac idi. Kimsəsiz qalmış gənc insanlar bir-birilərinin gözləri
qabağındaca qocalırdı.
Baş verənləri hələ tam mənası
ilə
anlamayan uşaqlar boy atmaq, böyüklərin belini bükməkdə
olan yetimlik, kimsəsizlik
yükünə
çiyin verməyə tələsirdilər
sanki.
İnsanlar axşamlar evlərinə getmək
istəmirdilər. Hamı bir yerdə
olmaq, bir olmaq istəyirdi.
Qana qərq
olmuş Bakıdan, ölkənin
digər
yerlərindən eşitdikləri
ən
yeni xəbəri,
əllərinə keçən
hər
hansı bir yazılı məlumatı bir yerdə
bölüşür, dərdləşirdilər.
Dərd nə
qədər ağır olsa da, insanların həmrəyliyi heyrətamiz
idi. Lakin şümal ağaclı
meşədə də
əyrilər tapılır. Dəstələrin birinə
yaxınlaşan yaşlı
insanlardan biri Sovet ordusunu lənətləyən
gənclərə qarşı
çıxaraq, insanları
küçələrdən çəkilmədikləri üçün qınadı.
Bu hərəkət gənclərin, o cümlədən mənim
də
qəzəbimə səbəb oldu. Yaşlı adam bir
az da dirəndi və
Azərbaycanın
Moskvasız yaşaya bilməyəcəyini vurğuladı.
Ömrü boyunca sürücü işləmiş yaşlı adam
bizim qorxu altında yaşamalı olduğumuzun vacibliyini, Moskvasız bizdə dərəbəylik olacağını
sübut etməyə çalışdı.
Azərbaycanın,
keçmiş Sovet İttifaqının hər yerində
olduğunu, hər yerini gəzib-dolaşdığını
israr edən yaşlı
adam bizim
onu sonra başa düşəcəyimizi izah
etməyə çaılşsa da, gənclərin hisslərinin
coşduğunu görüb,
öz tay-tuşlarının
yanına getdi. Bu yaxınlarda dünyasını
dəyişən həmin
adam, yəqin ki, Azərbaycanın
qazandığı uğurlardan,
müstəqilliyin
bəxş
etdiyi rahatlıqlardan bəhrələndikcə
səhv
etdiyini də düşünməmiş olmayıb. Allah rəhmət eləsin! Onun dediklərində bir həqiqəti öz təcrübələrim əsasında sizlərlə bölüşmək
istərdim.
Ürəkləri sıxan qaranlıq
gecədən sonra aydın, göz-könül oxşayan
gündüzü yaradan
Allahın köməyi ilə
1990-cı ilin yanvarında
qanımızla imzalanmış
azadlığımız öz
şirin bəhrəsini verməkdədir. Qanlı Yanvardan
kifayət
qədər nəticə çıxara bildik, desəm,
səhv
etmiş olaram. Yanvarda gördüyümüz birlik,
bərabərlik bu gün o dərəcəyə enib ki, sanki
biz, bu müsibətləri yaşamamışıq.
Orta məktəbdə
oxuyarkən
dərsliklərimizdə C. Cabbarlının belə bir fikri vurğlanırdı
ki, cəmiyyətdə inqilab asan və rahat işdir, şüurlarda inqilab isə
çətin
və
uzun bir prosesdir.
Bu il
büdcəmiz
Ermənistan
büdcəsindən yeddi dəfə çoxdur. Bu, adamın
ürəyini
qürur hissi ilə
doldurur. Ölkəmizin iqtisadi, siyasi
qüdrəti
ilbəil
artmaqdadır. Bir ovuc erməni
“Hayes!” kəlməsi ətrafında
birləşib,
saxtakarılğı ilə dünyaya meydan oxuyur. Güc bizdə,
qüvvət
bizdə,
heyif ki, birliyimiz, bir-birimizə vəfa
və
sədaqətimiz bu güc-qüvvətlə ayaqlaşa
bilmir. Yaşadığım
bir-iki epizodla fikirlərimə aydınlıq gətirmək istərdim:
Apteklərdən dərman
alırsan, ya vaxtı keçmiş, ya da tamamilə başqa məqsədli
olur. Ərzaq alırsan, mənşəyi,
istehsal olunma tarixi, saxlama müddəti
ya yazılmır, ya da elə yazılır ki, oxumaq olmur. Bir dükandan
mal aılrsan, bir neçə
addım aralıda həmin
malın xeyli ucuz olduğunu görəndə başından tüstü
çıxır.
Tanıdığım adamlardan birini
qanıqara gördüm.
Səbəbini soruşduqda dedi: - Qırx ildən yuxarıdır
ki, atamın mənə vəsiyyət etdiyi köhnə bir evi əlimdən almaq üçün çalışırlar.
2012-ci ildə
Sumqayıt Apelyasiya Məhkəməsi də qətnamə çıxarıb, mənim haqqımı təsdiq edib. İki ildən
sonra yenə həmin məhkəməyə
müraciət
edib, məsələyə yenidən baxılmasını istəyirlər. Mən də
çaşıb qalmışam,
bilmirəm
nə
edim, kimə inanım.
İşimi-gücümü atıb, bir
müddət
də
bununla məşğul olam
gərək.
Qanunun ədalətinə güvənən, bütün
fəaliyyəti ilə
onu təbliğ edən və
“Evimdə
bu məsələ ilə bağlı bir sandıq sənəd
var”, - deyən bir ziyalının halı qanun keşikçiəlrinin ürəyini
sızlatmırmı görəsən?
Bu və buna bənzər hadisələrlə üzləşdikcə 20 Yanvarda mübahisə etdiyimiz o yaşlı adama haqq qazandırmalı
olursan, ancaq bir az başqa bucaqdan. Bizlər
Moskva ilə qardaş
olanda da adi davranış qaydaları bir yana qalsın,
ali qanunları da məharətlə əyə bilirdik.
“Kakazskiy narod, vsyo nabarot”, yaxud: - Menya zavut Mirza, Mne
rabotat nelzya, Pust rabotayet İvan, İ vıpolnyayet
plan, - məşhur
məsəli çoxumuzun yadındadır.
Belə olmasaydı, sadə bir mülki məsələ Sovet dövründən
bu günəcən
həllini
tapmamış qalmazdı. Deməli, qorxu lazım
imiş, ancaq Moskva qorxusu deyil, insanın ürəyində gərək Allah xofu olsun. Ən qorxulu adam Allahdan qorxmayan adamdır. Belə
adamlar üçün
haqq, ədalət nitqin ədviyyatı, şəhid
qanı isə qırmızı sudan başqa bir şey deyil.
Burada şairimiz Ramiz Qusarçaylının bu
halətlə həmahəng olan bir şeiri
düşdü yadıma:..
Gör necə
yeyinmişik,
Zirvə-zirvə enmişik.
O qədər sevinmişik,
İndi qəm
qorxur bizdən.
Nə göydə
nur qoymuşuq,
Nə yerdə
gor qoymuşuq,
Cənnəti kor qoymuşuq,
Cəhənnəm qorxur bizdən.
Bu yaxınlarda oxuduğum bir yazıda çox maraqlı bir fakta rast gəldim: - Osmanlının 600 il ərzində mövcud olmasının əsas səbəblərindən biri də məhz haqqı və ədaləti müdafiə etməsi, millətin, dövlətin maraqlarını şəxsi maraqlarından üstün tutması idi. (Əziz Mustafa, “Zaman” s.4, 11 yanvar, 2014) Bir şeyi daha aydın başa düşdüm ki, 20 yanvarlar, xocalılar, qarakəndlər və daha neçə faciələrimiz yalnız müəyyən tarixi hadisələr kimi qalıb bir çox insanlarımızın yadında.
Nə qədər ki, dərdlərimizi, müsibətlərimizi yastıq kimi başımızın altına qoyub, şirin-şirin uyuyacağıq, “yanvar” ilə “yenə var” arasında əzilməkdə davam edəcəyik. Hər birimiz bu torpaqda yaşayan hər bir insanı öz qanımızdan, canımızdan hesab və hiss etməyincə sevgimiz, sədaqətimiz ağac qurdu kimi içimizi yeyən kinə, nifrətə dönəcək. 20 Yanvar və bütün digər faciələri canı, qanı ilə yaşayan bir insan kimi o faciələrdən lazımi nəticə çıxara bilmədiyimizdən xəcalət çəkirəm.
Sözardı olaraq daha bir məqama toxunmaq istərdim. Bir
neçə günüdür ki, toy mövsümü
başlanıb. Mövsüm nə ilə əlamətdar
olsa yaxşıdır, - bir
neçə nəfərin bıçaqlanması ilə. İnsanların
sevincinə şərik olmaqdansa,
onların sevincini kədərə çevirən, gülən çöhrələrini qana boyayan gənclər hansı ailədə, hansı məktəbdə oxuyub,
hansı torpaqda boya-başa
çatıblar görəsən?...
Allah qanlı keçmişimizi öz şəxsi mənfəətinə qurban verməyə cəsarət edən insanlarımıza insaf versin, gələcək nəsillərin yaddaşını da Niaqara şəlaləsi kimi donmaqdan qorusun! Amin!
Zaman.-2014.-17 yanvar.-S.14.