Məhəmməd Əmin Rəsulzadə: Azadlıq və müstəqillik aşiqi (1)
ƏZİZ MUSTAFA,
Onun adı Azərbaycan tarixinə qızılı hərflərlə yazılaraq
həmişə miyonlarla
millət,
vətənsevər Azərbaycan
tərəfindən hörmətlə xatırlanıb.
O, XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi
tarixində
özünəməxsus şərəfli bir iz buraxmış,
100 ildən
artıq sürən rus işğalına son qoyaraq, Şərqdə
ilk demokratik
respublika olan Azərbaycan
Xalq Cümhuriyyətini qurmuş və 23 ay ərzində ona uğurla rəhbərlik
etmişdi. O, millətini sevirdi, lakin millətçi
deyildi. O, vətənin azadlığı
uğrunda mübarizə aparan bir azadlıq
mücahidi kimi ömrünü bu müqəddəs amala həsr
etmişdi. Harada olmasından,
yaşamasından asılı
olmayaraq, Azərbaycanın müstəqilliyi,
onun yenidən azadlığa
qovuşması uğrunda
mübarizəsini
bir an da
olsa dayandırmırdı.
Bəzən onu tanıyanlar
heyrətə düşürdülər
ki, bu qədər iradə inam, mübarizə və
güc onda haradandır. Əslində o, özünə ilham, güc verən,
onu yeni azadlıq mübarizələrinə
səsləyən mənəvi və fiziki gücü Azərbaycanın
gələcəyinə,
onun azadlığına
qovuşacağına olan
ümidlərindən alırdı. Bu ilham və
güc idi müstəqilliyimizi
əldə etdiyimiz ilk günlərdə ona dedirdən:
“Bir dəfə
ucalan bayraq bir daha enməz”.
Hətta son nəfəsində belə
Azərbaycanın
yenidən
müstəqilliyinə qovuşacağına olan ümidlərini
itirməyərək üç
dəfə “Azərbaycan,
Azərbaycan,
Azərbaycan”,-demiş
və
bu həsrətlə, bu arzu ilə
də
haqq dünyasına qovuşmuşdu. Necə deyərlər, onun Azərbaycan
türklərinin
azadlığı uğrunda
apardığı mübarizə, siyasi uzaqgörənliklə Azərbaycanın
xilas yolunu qardaş Türkiyə ilə
ittifaqda görməsi və
bununla bağlı nəinki Türkiyə, həm
də
türk xalqları arasında əbədiyyətə qədər davam edəcək qardaşlıq körpüsünün
əsaslarını qoyması XX əsr türk dünyasının gələcəyini
müəyyən edən
müqəddəs bir amala, türk
xalqlarının gələcəyinə işıq salan mayaka çevrildi. Bu böyük insan yanvar
ayının 31-də 130 yaşı
tamam olacaq Azərbaycan
xalqının
XX əsrdə yetişdirdiyi məşhur dövlət
xadimlərindən biri olan Məhəmməd
Əmin Rəsulzadə idi.
Uşaqlıq və
gənclik
illəri
Məhəmməd Əmin Rəsulzadənin həyat yolu da özünəməxsus olub desək,
səhv
etmərik. 1881-ci ilin
yanvar ayının
31-də Bakının ən qədim kəndlərindən biri hesab edilən
Novxanıda dindar bir ailədə anadan olan Məhəmməd
Əmin Rəsulzadə uşaqlıq
yaşlarından azadlıqsevər, vətənpərvər
kimi tərbiyə
edilmişdi. Atası dindar olsa da, sivil düşüncə tərzinə malik olan, millətini, xalqını sevən bir şəxs
kimi tanınırdı. Hələ kiçik
yaşlarından o evlərinə gələn atasının dostları arasında Azərbaycanın kafirlərdən ( rus işğalçılarından) necə
xilas olması yolları barədə
gedən
söz- söhbətin şahidi olmuş və eşitdikləri onda böyük izlər
buraxmışdı. O, bu
söhbətlərin hamısını maraqla dinləyir
və
başımıza gətirilən bütün bəlaların kökündə nəyin
dayandığını tapmağa
çalışırdı. Atası balaca Məhəmmədin yalnız
dini deyil, həm
də
sivil təhsil almasını
və
onun açıqgözlü,
müasir bir gənc
kimi yetişməsini arzulayırdı. Bu məqsədlə
də
Məhəmməd Əmini məşhur pedaqoq, yazıçı və vətənpərvər
bir ziyalı olan Sultan Məcid Qənizadənin müdiri
olduğu ikinci “Rus-müsəlman”
məktəbinə qoymuşdu. Bu məktəb o vaxt Bakıda olduqca məşhur
təhsil
ocağı hesab edilirdi. İmkanlı ailələrin əksəriyyəti övladlarını bu məktəbdə oxutmaq istəyirdilər. Qənizadə məktəbdə yeni, Avropa üsulu ilə
dərs
deyirdi və şagirdlərin açıqfikirli,
müstəqil,
sivil üşüncə tərzinə malik olan gənclər, əsl vətənpərvərlər kimi yetişməsinə
çalışırdı. Qənzadənin müdiri olduğu
məktəbdə Məhəmməd
Əmin əsl
vətənpərvər
kimi yetişdi. Hələ bu məktəbdə
oxuduğu illərdə o tez -tez Azərbaycanın
keçmiş tarixi barədə müəllimlərinə suallar verər və onları bəzən
çətin
vəziyyətə salardı.
Ona görə
də,
dəfələrlə
müəllimləri hər
şeyi bilmək istəyən Məhəmməd Əminin aramsız suallarından
bezərək, ondan
Qənizadəyə şikayət etmişdilər.
Qənizadə onu yanına dəvət edəndə nə
üçün çağrıldığını
bilməyən Məhəmməd ona da keçmişimiz barədə suallar vermiş və
bununla məşhur pedaqoqu
çaş-baş salmışdı.
O balaca Məhəmmədin başını nəvazişlə sığallayaraq: “Hər şeyin vaxtı var, oğlum məndən soruşduqlarının cavabını
böyüyəndə özün də biləcəksən”,- demişdi.
Məhəmməd Əmin bu
məktəbdə sonralar özünün dediyi kimi ilk həyat,
vətən dərsini
almış və bununla gələcəyinə
atılan möhtəşəm bir körpünün əsası
qoyulmuşdu.
Texniki məktəbdə siyasi cəhətdən yetkinləşdi
Bu məktəbdə oxuduğu
illərdə o rus dilinə
də
dərindən yiyələnə bildi və
bu, onun dünyagörüşünün daha dolğun formalaşmasında müəyyən rol oynadı. Qeyd edək
ki, ötən əsrin 80-90-cı
illərində Rusiyada siyasi canlanma hiss olnurdu və
ölkədə inqilabi hərəkat get-gedə
güclənməkdə idi.
Təbii ki, bu işdə
də
gənclər fəal
rol oynayırdılar.
Rusiyada güclənən iniqlabi hərəkat imperiyanın əsas neft xəzinəsi hesab edilən
Bakıya da təsir
etməkdə və
gənclər arasında milli azadlıq ideyalarının
yayılmasına gətirib çxarmışdı. Bu baxımdan rusca artıq oxumağı bacaran Rəsulzadə Bakıya gəlib çatan
az saylı rus qəzetlər ilə
də
bəzən tanış ola bilirdi.
Qənizadənin məktəbində oxuduğu illərdə
Azərbaycanın
nə
üçün belə ağır vəziyyətə düşdüyü barədəki suallarına
cavab tapa bilməyən Məhəmməd Əmin buranı bitirərək texniki məktəbə daxil olanda daha da
püxtələşmişdi. Texniki məktəbdə oxuduğu
illərdə Rəsulzadənin siyasi dünyagörüşündə əsl inqilab baş verdi desək, səhv
etmərik.
O, burada oxuduğu illərdə Rusiyada gedən siyasi proseslərlə müəyyən qədər tanış
ola bildi. Bu da, onun milli dünyagörüşünün
formalaşmasında önəmli rol oynadı. Artıq o, xalqının geridə qalmasının səbəblərindən birini tapmışdı.
Əsarət altında
olması Azərbaycanı milli inkişafdan geri salaraq xəstə bir insana çevirmişdi. Bakıda
çıxarılan neftdən əldə edilən
gəlirlərin sadə
azərbaycanlıların
problemlərinin
həllinə, onların təhsil almasına,
mədəni inkişafına sərf edilməməsi Məhəmməd Əmində çarizmə qarşı nifrət oyatmışdı. Həmin dövrdə
Rusiyada gənclər,
xüsusən,
tələbələr
arasında çarizmə qarşı mübarizənin güclənməsi Bakıda da əks-səda verməkdə idi.
İlk siyasi qurum
Texniki məktəbdə oxuduğu illərdə Rəsulzadə xalqını əsarətdən xilas edə, onun
mədəni inkişafına
yardım edə biləcək siyasi bir qurumun
yaradılmasına ehtiyac duyulduğunu
hiss etməyə
başlamışdı. Ona görə də texniki məktəbdə
oxuduğu illərdə 17 yaşında
ikən həyatını
xalqının azadlığı uğrunda
siyasi mübarizəyə həsr etmək
qərarına gəldi. Bu
məqsədlə də 1902-ci ildə
gizli şəkildə “ Müsəlman Gənclik Təşkilatı”nı
quraraq ona rəhbərlik etməyə başladı. Yeni qurum Azərbaycanın
Rusiya tərəfindən
işğalından sonra yaradılan ilk siyasi təşkilatlardan biri idi. Təşkilatın əsas məqsədi gənclər arasında milli, mədəni dəyərlərin
təbliği və bunun
əsasında
onları çarizmə,
əsarətə qarşı mübarizəyə hazırlamaq idi.
Həqiqətən də,
qısa müddətdə bu
təşkilat tələbələr və gənclər
arasında böyük maarifləndirmə işləri apararaq
onların siyasi mübarizələrə
hazırlanmasında önəmli
rol oynadı. Olduqca gizli şəkildə fəaliyyət
göstərən “Müsəlman Gənclik
Təşkilatı”
tələbələrin
arasında geniş şöhrət
tapmışdı. Rəsulzadə bacarıqla bu qurumu idarə edir,
gənclər arasında siyasi təbliğatı
uğurla həyata
keçirirdi. Çar
xəfiyyələri haradansa gizli qurumun fəaliyyətindən xəbər tutmuşdular,
lakin onun kim tərəfindən idarə edildiyini
müəyyən edə bilmirdilər. Bir sözlə “Müsəlman Gənclik Təşkilatı” Məhəmməd
Əmin Rəsulzadənin təşkilatçılıq
bacarığının üzə
çıxarılmasında önəml
rol oynadı. Bu təşkilat həm də Məhəmməd Əminin siyasi baxımdan daha da yetkinləşməsi baxımından əsl həyat
məktəbi rolunu
oynadı. Amma Rəsulzadə çarizmə qarşı
mübarizədə öz
ətrafına daha çox insanları cəlb etmək istəyirdi. Ona görə
də, təşkilatın fəaliyyətini genişləndirmək qərarına gələrək,
“Müsəlman Gənclik Təşkilatı” əsasında “Müsəlman demokratik
“Müsavat” cəmiyyəti” ni
qurdu. Gizli şəkildə fəaliyyət
göstərən bu
qurum tezliklə
ətrafına
yüzlərlə adam
toplaya və
aydan-aya fəaliyyətini genişləndirməyə başladı. Təşkilat nəinki
Azərbaycanda, həmçinin İranda da fəaliyyətini genişləndirməyə başlamışdı. Bu məqsədlə də
“Müsəlman demokratik “Müsavat”
cəmiyyəti” adı ilə gizli
fəaliyyət göstərən təşkilatın
bir qolu da İranda qurulmuşdu. Bir sözlə milli
zəmində çarizmə qarşı siyasi mübarizənin
əsası Azərbaycanda ilk dəfə Rəsulzadə
tərəfindən qoyuldu.
Təsadüfi deyil ki, Rəsulzadənin rəhbərlik etdiyi təşkilat iki il ərzində
Azərbaycandakı əksər milli vətənpərvər qüvvələri öz ərafında toplaya və
onları azadlıq uğrunda mübarizəyə istiqamətləndirə bildi.
Qurum Rusiyadakı inqilab
yönlü siyasi təşkilatlarla, o cümlədən Rusiya
Sosial Demokrat Fəhlər Partiyası (RSDFP) ilə sıx əlaqələr qurmuşdu. Nəticədə 1904-cü ilin
axırlarında RSDFP-nin Bakı komitəsi tərəfindən
“Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında “Müsəlman sosial-demokrat
“Hümmət” təşkilatı”
yaradıldı. Bu təşkilatın fəaliyyəti
daha geniş və hərtərəfli idi.
1905-ci ildə Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa
inqilabçılar da “Müsəlman sosial-demokrat
“Hümmət” təşkilatı”na üzv oldular. Siyasi mübarizəni daha
da genişləndirmək və əhali arasında çarizmə qarşı təbliğatı
gücləndirmək məqsədilə
1904-1905-ci illər təşkilatın
“Hümmət”
adlı qəzeti də nəşr edilib (cəmi 6 nömrə). Qəzetin əsas naşirlərindən biri
Rəsulzadə idi.
1906-cı ildə
“Hümmət” qəzeti çarizmin
təzyiqlərinə tab
gətirməyərək
fəaliyyətini
dayandırmağa məcbur
oldu. Onun əsasında isə “Təkamül” qəzeti nəşr edilməyə başladı.
Həmin dövrdə Rusiyanın iri şəhərlərində
siyasi mübarizələrinə görə təqib olunanların bir
hissəsi həbs və sürgünlərdən xilas olmaq üçün
Bakıya axışırdı. Bu da tezliklə
Bakının çarizmə
qarşı qızğın siyasi
mübarizələr meydanına
çevrilməsinə gətirib
çıxardı.
Qeyd edək ki, gizli siyasi fəaliyyəti ilə paralel
olaraq Rəsulzadə həmin dövrdə
Bakıda nəşr
olunan müxtəlif
qəzetlərdə, o cümlədən “Şərqi
Rus” qəzetində ədəbi
məqalələrlə
də
çıxış edirdi.
Zaman.-2014.-23 yanvar.-S.12.