Neft, kimyəvi tullantılar və çirkab suları Xəzərin balıq təsərrüfatına milyardlarla dollar ziyan vurur ALLAHVERDI CƏFƏROV,
Xəzər dənizi özünün
zəngin
neft-qaz yataqları ilə
məşhur
olsada, onu dünyaya tanıdan başqa sərvətləri də
var.
Xəzərin bioresursları
karbohidrogen ehtiyatları
qədər dəyərlidir. Aparılan tədqiqatlar göstərir
ki, Xəzərin
fauna ehtiyatları özündə 2 minə
yaxın növ və
qrupları birləşdirir.
Təsdiq olunub ki, Xəzər dənizində 325 növ parazit, 415 növ onurğalı və
mindədən çox onurğasız heyvan növü yaşayır. Eyni zamanda
Xəzərdə 101 balıq
növü mövcuddur.
Bunlardan nərə,
uzunburun, ağ
qızılbalıq, qızıl
balıq, siyənək, kilkə, çəki,
dabanbalığı, şamayı,
kütüm, xəşəm və
digərləri qiymətli
balıq növləri hesab olunur. Xüsusilə də,
nərə balığı və ondan çıxarılan qara kürü Xəzərin adını bütün dünyaya tanıdıb.
Məlumat üçün bildirək
ki, hazırda dünyada mövcud olan nərə balığının 90%-i
Xəzər dənizinin
payına düşür.
Eyni zamanda bu balıqdan
çıxarılan və qiymətli
qida məhsulu hesab
olunan qara kürünün əsas istehsalçıları da
Xəzər hövuzəsi
ölkələri hesab olunur. Dünyada qara kürüistehsalının
95%-i bu ölkələrin payına düşür.
Qeyd edək ki, hazırda dünya bazarlarında qara
kürünün 1 kiloqramını
1 200-1 500 manatdan ucuz almaq mümkün deyil.
Xəzərdən ovlanan nərə balığının 8,4%-i ölkəmizin
payına düşür
Xəzər dənizinin bioresurslarından istifadə hövzə
ölkələrinin birgə
müəyyən etdiyi kvotaya uyğun həyata keçirilir. 1992-ci ildə
4 Xəzəryanı ölkə
(Azərbaycan,
Rusiya, Qazaxıstan və
Türkmənistan)
tərəfindən təsis
edilən
və
2002-ci ildə
İranın da qoşulduğu birgə komissiya qurulub. Komissiyanın əsas
məqsədi Xəzər dənizinin
bioresurslarından davamlı
və
səmərəli istifadə etmək,
balıq ehtiyatlarının
artırılması və mühafizəsi
sahəsində xüsusi tədbirlər
hazırlayıb həyata keçirməkdən ibarətdir.
Xəzəryanı ölkələrin Su Bioresursları Komissiyasının
İranda keçirilən sonuncu iclasında Xəzər dənizində nərə cinsli balıqların ovlanması və ixrac ediləcək qara kürünün kvotaları müəyyənləşib.
Bu kvotaya görə, Azərbaycan
Xəzərdən il ərzində 84 ton nərə balığı ovlaya və 6,36 ton qara kürünü xaricə ixrac edə
bilər.
Bundan başqa İrana 403,3 ton ovlaya, 38,7
ton ixrac, Qazaxıstan
171,5 ton ovlaya, 13,7 ton ixrac,
Rusiya isə 268 ton ovlaya,
22,8 ton ixrac edə bilər.
Azərbaycandan
sonra ən az
kvota Türkmənistana verilib. Türkmənistan 62,2 ton nərə ovlaya və 5,6 ton qara kürünü xaricə ixrac edə
bilər.
Bundan əvvəlki kvotada isə
Azərbaycan
üçün 90 (6,6), Qazaxıstan
üçün 182,5 (13,2), İran üçün
440 (42,2), Rusiya üçün
286,5 (24,2), Türkmənistan
üçün 62 (5,1) ton kvota müəyyən edilib. Məlumat üçün onu da bildirək ki, Xəzəryanı ölkələr dənizə ildə
təxminən 90-100 milyon körpə balıq
atır. Lakin mütəxəssislərin
rəyinə görə,
normal bioşəraitin
yaradılması üçün
bu rəqəm ildə
150 milyona çatdırılmalıdır.
Hər il milyonlarla balıq körpəsi
süni və təbii yolla artırılaraq su hövzələrinə buraxılır
Son illər
Xəzərdə ekoloji tarazılığın pozulması
və
qanunsuz ovlamalar səbəbindən nərə balıqlarının sayı
sürətlə azalmaqdadır. Ötən əsrin
70-ci illərində orta hesabla Xəzərdə
hər
il 27 min ton nərə balığı
ovlanırdısa, son illər bu rəqəm 1,2 min tona qədər azalıb. Xəzəryanı ölkələrdən Rusiya, Azərbaycan
və
Qazaxıstan nərə balığının
ovlanmasına ciddi nəzarət həyata
keçirirlər.
Eyni zamanda bu ölkələr balıqartırma
müəssisələrinin işini
də
genişləndirirlər. Ekologiya və
Təbii
Sərvətlər Nazirliyində verilən
məlumatda
bildirilir ki, hazırda Azərbaycan ərazisində 12 balıqartırma müəssisəsi fəaliyyət göstərir.
Nazirlikdən
verilən
məlumatda
qeyd olunur ki, 2012-ci ildə bu müəssisələr tərəfindən
365,76 milyon ədəd balıq körpəsi
süni və təbii yolla artırılaraq su hövzələrinə buraxılıb ki, bunlardan 3,443 milyon ədədini nərəkimilər təşkil
edib. Eyni zamanda onu da qeyd edək ki, keçmiş sovetlər
birliyində
nərə cinsli balıqların süni artırılması
üzrə
ilk zavod ölkəmizdə - Neftçala rayonu ərazisində tikilib istifadəyə
verilib. Məlumat üçün onu da qeyd
edək
ki, digər balıq
növləri
ilə
müqayisədə son illər
su hövzələrinə
buraxılan nərə balıqlarının
sayı nəzərə çarpacaq dərəcədə aşağı
düşüb. Müqayisə üçün bildirək ki, 2005-ci ildə su hövzələrinə 113 min qızıl balıq və
16,9 milyon nərə balığı körpəsi buraxıldığı halda
2012-ci ildə
bu göstəricilər müvafiq olaraq 185,7 min və
3,44 milyona bərabər olub.
Eyni zamanda qeyd etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən 2012-ci il ərzində 18 hüquqi
və
84 nəfər fiziki şəxsə
balıq ehtiyatlarından
istifadə
etmək
üçün icazə verilib. Bu müddətdə sənaye ovu üçün 2,4 ton
nərə, 851,4 ton kilkə,
208,4 ton siyənək və
673,7 ton axçalı balıq
növlərinin
ovlanmasına kvotalar ayrılıb. Bundan başqa nərə balıqartırma
zavodlarının törədici balıqlarla təmin edilməsi məqsədilə 10 ton, elmi-tədqiqat
məqsədləri üçün
2 ton nərə cinsli balıq növlərinin
ovlanmasına icazə verilib.
Son 8 ildə balıq ovu 9,9 dəfə azalıb
Digər balıq
növlərinə gəldikdə isə
qeyd etmək lazımdır
ki, 2012-ci ildə kvota üzrə 910 min ton balıq
tutulub. Dövlət Statistika Komitəsinin açıqladığı
sonuncu hesabatında göstərir
ki, tutulan balığın 372 tonu kilkə,
126 tonu siyənək, 64 tonu çapaq, 80 tonu kütüm, 125 tonu kefal, 14 tonu çəki,
13 tonu şamayı və
digər
balıqların payına
düşüb. Son 8 il ərzində kvota üzrə
bəzi
balıq növlərinin ovulanması azalıb, bəzi
növlər
üzrə
isə
artıb. Belə ki, 2005-ci ildə 2012-ci illə müqayisədə ümumilikdə
9,9 dəfə çox balıq ovlanıb. Bu illər ərzində ən
çox azalma kilkə
balığında müşahidə olunub. 2005-ci ildə kvota üzrə 8,6 min ton
kilkə
balığı ovlandığı
halda 2012-ci ildə bundan 23 dəfə
daha az kilkə tutulub. Bundan başqa çəki, durna balığı da daha az ovlanıb. Ən çox artım isə kefal balığında müşahidə
olunub. Son 8 ildə kefal balığının
ovlanması 8,3 dəfə artıb.
Hər
il dənizə 12 milyard kubmetr çirkab suları axıdılır
Onu da qeyd edək ki,
Xəzər dənizinin
karbohidrogen ehtiyatları
onun bioresursları üçün ciddi təhlükə təşkil
edir. Belə ki, karbohidrogen
ehtiyatlarının hasilatı
və
emalı zamanı zərərli kimyəvi
maddələr tullantı şəkilində dənizə axıdılır. Bu da öz növbəsində Xəzər dənizinin
flora və
faunasına mənfi təsir
edir. Neft və
digər
kimyəvi
tullatılarla bərabər hövzə
dövlətləri tərəfindən hər
il dənizə 12 milyard kubmetr çirkab suları axıdılır. Araşdırmalar
göstərir
ki, neft, kimyəvi
tullatılar və çirkab suları Xəzərdə nərə balığı
təsərrüfatına
il ərzində 6 milyard, kürü
biznesinə
isə
10 milyard dollar ziyan vurur. Xəzərin çirklənməsi nəticəsində yalnız nərə
balıqlarının sayı
azalmır, eyni zamanda digər qiymətli balıqlar da məhv
olur.
Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya
Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyəsi əsasında
səhifəni
hazırladı: Allahverdi Cəfərov
Zaman.-2014.-23 yanvar.-S.13.