Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı bu gün başa
çatır
Artıq 3 gündür Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı öz işinə başlayıb.
Konfrans
2013-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçilmiş
Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESCO-nun təşkilatçılığı
ilə
keçirilir. Bu gün başa çatacaq konfransda Azərbaycanı
mədəniyyət və
turizm naziri Əbülfəs
Qarayevin rəhbərlik
etdiyi nümayəndə heyəti təmsil
edir. Mədəniyyət
və
Turizm Nazirliyinin mətbuat
xidmətindən verilən
məlumata
görə,
VIII konfransın açılış
mərasimində Əbülfəs Qarayev VII konfransın prezidenti kimi çıxış edərək, İSESCO-nun son iki il müddətindəki fəaliyyətini yüksək
qiymətləndirib. Konfrans çərçivəsində “Mədəni hüquqların sülh və
dialoqda rolu” sessiyasında isə Ə.Qarayev ölkəmizin nümayəndə heyətinin rəhbəri kimi çıxış edərək son iki ildə
Azərbaycan-İSESCO
əməkdaşlığının inkişafından,
həyata
keçirilən
birgə
layihələr və
perspektivlərdən bəhs
etmiş, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təbrikini konfrans iştirakçılarına çatdırıb.
Səfər çərçivəsində nazir Ə.Qarayev İSESCO-nun baş direktoru Əbdüləziz
Othman Altvaijri və Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və
informasiya naziri Əbdüləziz bin Mohieddin Khoja ilə
görüşlər
keçirib. Əbülfəs Qarayev, həmçinin
Səudiyyə Ərəbistanı Kral ailəsinin üzvü, Mədinənin
əmiri Feysəl
bin Salman Əl Saud ilə də görüşüb və Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin salamlarını
ona çatdırıb.
Zaman.-2014.-23
yanvar.-S.7.