Məhəmməd Əmin Rəsulzadə: Azadlıq və müstəqillik aşiqi (2)
ƏZIZ MUSTAFA,
1906-cı ilin dekabrından “Hümmət” qəzeti “Təkamül” adı ilə çıxmağa
başladı.
Rəsulzadənin Əlibəy Hüseynzadənin (1864-1941) redaktor olduğu
“Füyuzat”, həmçinin Əhmədbəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan “İrşad”
və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunub. Müəyyən müddət o, “İrşad” qəzetinin müvəqqəti redaktoru da olub.
Ədəbi fəaliyyəti
Həmin dövrdə Rəsulzadə mənsub olduğu xalqın milli
oyanışına nail olmaq üçün
apardığı siyasi mübarizəsini qələmi ilə də davam etdirirdi. Belə ki, o, 1907-ci ildə A. Blyumun “Fəhlə sinfinə
hansı azadlıq lazımdır” (“Xalq nümayəndəliyi haqqında”) kitabını Azərbaycan dilinə təcümə
etdi. Bu kitabda milli və
sinfi mübarizənin
əsas istiqamətləri təhlil
edilmişdi və
maarifləndirici
baxımından olduqca önəm
daşıyırdı. Ədəbi yaradıclıq sahəsində də qələmini sınayan Məhəmməd Əmin milli azadlıq
mübarizəmizi əks ətdirən “Qaranlıqda işıqlar” pyesini yazdı. Bu pyes 1908-ci
ildə tamaşaya
qoyuldu və müəllifinə böyük
şöhrət gətirdi. Belə ki,
pyesdə Rəsulzadə
xalqımızın milli oyanışını, əsarətə qarşı mübarizəsini və milli muxtariyyət ideyasını təbliğ edirdi. Əsərin ana xəttini də rus çariziminə qarşı mübarizə və mütləqiyyətin yıxılması
çağırışları təşkil edirdi.
Rəsulzadənin bu pyesi, o
dövrdə
milli-azadlıq mübarizəsini,
əsarətə, müstəmləkə rejiminə
qarşı mübarizəni
təbliğ edən və siyasi yöndə yazılan ilk əsər idi. Bu əsərdə
qeyd etdiyimiz kimi ilk dəfə milli muxtariyyət ideyası öz əksini tapıb. Bu da əsassız
deyil. Çünki o dövrdə çarizmin müstəmləkə zəncirindən yalnız addım-addım
xilas olmaq olardı. Bu müstəvidə
də müstəqilliyə gedən yolda ilk məqsəd əvvəlcə milli muxtariyyətin əldə edilməsi olacaqdı. Milli muxtariyyət
xalq arasında milli mənəvi dəyərlərin
təbliğinə geniş imkan verərək onları müstəqillik uğrunda yeni
mübarizəyə hazırlamaq
yönündə
atılan ən
önəmli
addımlardan biri olacaqdı. Rəsulzadə bu əsərindən
əlavə “Nagəhan bəla” adlı pyes də yazıb. Həmin dövrdə Rəsulzadə həmçinin Üzeyir Hacıbəyovun (1885-1948) “Türk-rus və rus-türk lüğəti” kitabının nəşrində nail oldu. Rəsulzadə ədəbi
fəaliyyətini sonrakı illərdə də
davam etdirdi.
Stalini iki dəfə ölümdən xilas etdi
Rəsulzadə o vaxt inqilabçılar arasında
“Koba” ləqəbi ilə tanınan İosif Stalinlə da yaxından tanış
idi. Bolşeviklər
Stalini Bakıya göndərərək ona buradakı siyasi mübarizəyə başçılıq etməyi
tapşırmışdılar. Stalin həm də RSDFP
üçün Bakıda maliyyə
mənbələri tapmalı idi. O isə bunun üçün bir
qrupla birlikdə yerli bankları yarmaq və əldə etdiyi pulları Leninə göndərmək yolunu tutmuşdu. Stalin o dövrdə
tez-tez fəhlə
yığıncaqlarında iştirak edərək
alovlu nitqlər
söyləyirdi. Rəsulzadə Stalinlə belə yığıncaqlardan
birində tanış olmuşdu. Onların tanışlığı isə tezliklə möhkəm dostluğa
çevrildi. Həmin
dövrdə Rəsulzadə iki dəfə Stalini ölümdən xilas etmişdi.
Belə ki, Stalinin varlılar
əleyhinə təbliğat
apardığını görən qoçular onu tutaraq neft
quyusuna atmaq istəmişdilər. Bundan xəbər tutan Rəsulzadə dərhal hadisə
yerinə gedərək, Stalini qoçuların əlindən almış, sonra
isə onun polis tərəfindən
həbsinə imkan verməmək üçün Novxanıya
aparmışdı. Rəsulzadənin
atası məşhur
din xadimi Axund Molla Ələkbər Stalini səmimi
qarşılamışdı. Sonra da onu polisin əlindən xilas etmək üçün məscidə apararaq minbərin altında gizlətmişdi. Ara
sakitləşəndən sonra isə
Rəsulzadə və atası Stalinə gizlicə
Bakını tərk
etməkdə yardım
etmişdilər.
Rəsulzadə ikinci dəfə Stalini Lənkəranda ölümdən xilas etmişdi. Belə ki, yoldaşları ilə ticarət gəmisini qarət edən Stalin baş verən atışmada
ayağından yaralanaraq ələ keçmişdi.
Onu Lənkəranda güllələmək
istəyirdilər. Lakin bundan xəbər tutan Rəsulzadə yenə də onun köməyinə gedərək, Stalini labüd ölümdən xilas edə bilmişdi. O
vaxt Stalin Rəzulzadəyə demişdi ki, sən iki dəfə məni ölümdən qurtardın, sənə iki borcum var və onu hökmən geri
qaytaracağam. Stalin, həqiqətən də, sonralar bu sözünə əməl etdi...
İrana və Türkiyəyə mühacirət
Lakin həmin dövrdə Rəsulzadənin çarizmə qarşı apardığı mübarizə xəfiyyələrin diqqətini cəb etmişdi. Onun hər addımını
izləyərək həbs
etmək
üçün bəhanə axtarırdılar.
Ona görə
də həbs edilmək təhlükəsi ilə üzləşdiyindən Rəsulzadə 1908-ci ilin
axırında İrana getməyə məcbur olur. O, burada milli-azadlıq mücadiləsini davam etdirdi. Həmin
dövrdə xalq qəhrəmanı Səttarxanın
başçılığı altında Cənubi Azərbaycanda
şah rejiminə
qarşı azadlıq mübarizəsi
başlamışdı. M.Ə.Rəsulzadə Təbrizdə
xalqımızın milli qəhrəmanı Səttarxanla və onun
silahdaşları ilə
görüşür və
onların azadlıq mübarizəsini
dəstəkləyirdi. Alovlu vətənpərvər həmin dövrdə Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma
xalqının acınacaqlı vəziyyəti ilə yaxından tanış olurdu. Bu səyahət zamanı gördükləri sonralar M.Ə.Rəsulzadənin ədəbi
yaradıcılığında güclü iz
buraxmışdı.
Cənubi Azərbaycanda
siyasi mübarizəni
mütəşəkkil hala salmaq və ona rəhbərliyi təmin
etmək məqsədilə
Rəsulzadə 1910-cu ilin sentyabr
ayında bir qrup İran ziyalısı ilə birlikdə
İran Demokrat Partiyasını yaradır. Rəsulzadə İranda olduğu
müddətdə bir neçə qəzetin baş redaktoru olmuşdu.
“O,
“İrane Nou” və”İrane Ahat” qəzetlərinin baş redaktoru olur. 1909-cu il
avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil “İrane Nou” 2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu
ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da
artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini
bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap
olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur.
Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur”. (
Mənbə
http://az.wikipedia.org/wiki Məhəmməd Əmin Rəsulzadə)
Amma həmin vaxt Rəsulzadənin
İrandakı geniş fəaliyyəti çar hökumətini narahat etməyə başlamışdı. Onlar şahdan Rəsulzadənin İrandan
qovulmasını tələb etdilər. Bunu görən İrandakı
silahdaşları ona müvəqqəti olaraq ölkəni tərk etməyi məsləhət gördülər.
Beləliklə üç il Cənubi Azərbaycanda yaşayandan sonra Rəsulzadə 1911- ci ilin may ayında
İranı tərk edərək İstanbula getməyə məcbur oldu. İstanbulda Rəsulzadə alovlu vətənpərvərlər- Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, Yusifbəy Ağçura oğlu, Ziya
Gökalp və başqaları ilə yaxından tanış
olur. Rəsulzadə İstanbulda bir
müddət
“Türk ocağı” cəmiyyətində
çalışır, eyni zamanda 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk
yurdu” jurnalında məqalələrlə
çıxış edir.
Azərbaycandan uzaqlarda siyasi mübarizəsini də davam etdirən Rəsulzadə 1911-ci ilin oktyabr ayında
keçmiş ideya dostları olan hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik Müsavat
partiyasına” daxil olur və qısa müddətdə onun rəhbərlərindən birinə çevrilir.
İstanbuldakı siyasi fəaliyyəti Rəsulzadənin daha geniş tanınmasına yol
açır.
Rəsulzadə mühacirətdən vətənə yalnız 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunandan sonra qayıda
bildi.
Rəsulzadə
I Dünya müharibəsi
illərində siyasi fəaliyyətini müəyyən qədər zəiflətsə, də
Osmanlıya yardım çərçivəsində müxtəlif xeyriyyə tədbirlərində fəal iştirak edirdi. Həmin
dövrdə onun
Osmanlıya dəstək çərçivəsində apardığı
təbliğat nəticəsində yüzlərlə soydaşımız qardaş
ölkəyə gedərək döyüşən ordu
sıralarında düşmənlə döyüşə atıldılar.
Onlardan çoxu düşmənlə
döyüşlərdə şəhid oldu.
I Dünya müharibəsində çarzmin ağır məğlubiyyətə uğraması və 1917-ci ilin fevral ayında
baş verən burjua inqilabı imperiyanın hər yerində milli-azadlıq mübarizəsinin başlamasına səbəb oldu. Bu müstəvidə də yenidən
siyasi mübarzənin
qızğın yerinə
atılan Rəsulzadənin və digər vətənpərvərlərin təşəbbüsü ilə 1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının
qurultayı çağırıldı. Qurultayda
Rəsulzadə tərəfindən illər öncə irəli sürülən “Azərbaycan qayəsi” məsələsi
yenidən
ortalığa atıldı.
Qurultayda M.Ə.Rəsulzadə Azərbaycana və digər milli azlıqlara muxtariyyət çərçivəsində Rusiyanın federativ şəkildə təşkil edilməsi barədə məruzə ilə çıxış etdi. Onun, bu təklifi
əsasında,
qurultayda Rusiyanın federativ şəkildə təşkil edilməsi barədə qərar qəbul
edildi. Həmin
ilin mayında maarifpərvər Azərbaycan
varlılarından Şəmsi
Əsədullayevin
Moskva müsəlman
xeyriyyə cəmiyyətinə
bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının
qurultayı açıldı. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin
“Türk-tatarlığı, Türküstan, Qazaxıstan,
Başqırdıstan və
Azərbaycan-Dağıstan
kimi bir neçə
muxtariyyətlərdən ibarət
olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq” barəsində təklifini qəbul
etdi.
Azərbaycanda siyasi mübarizəyə
mütəşəkkil rəhbərlik etmək məqsədi ilə 1917-ci il iyunun ikinci yarısında “Müsəlman demokratik Müsavat
partiyası” ilə “Türk Ədəm Mərkəziyyət partiyası” “Müsavat”
adı altında birləşdilər. 1917-ci il oktayabrın 26-dan 31-nə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci
qurultayında Məmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın
bütün qəzalarında
“Azərbaycana muxtariyyət” şüarı
altında milli hərəkat başlandı.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçildi.
1917-ci il oktayabrın 26-dan 31-nə qədər
500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli
surətdə keçirilən Müsavatın
birinci qurultayında Məmməd Əmin Rəsulzadə Mərkəzi
Komitənin sədri seçildi. Bu qurultaydan sonra Bakıda və
Azərbaycanın
bütün qəzalarında
“Azərbaycana
muxtariyyət”
şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur. 1918-ci
il may ayının 28-də
Azərbaycanın
müstəqillik əldə etməsində önəmli rol oynayaraq, Şərqdəki ilk demokratik
respublikaya rəhbərlik edən Rəsulzadənin dediyi “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarına
çevrildi.
O, bolşevik istilasından sonra xaricə getməyə məcbur
oldu. Amma Rəsulzadə xaricdə də Azərbaycanın
azadlıq mücadiləsini
davam etdirdi. Həmin
dövrdə ulu
öndər
böyük uzaqgörənliklə yazırdı:
“...Şübhəsizdir
ki, bir gün həqiqət parıldayacaq,
azadlıq əsasını,
Birləşmiş
Millətlər prinsipini və insan
haqlarını tutan tərəf qalib gələcəkdir.
Bu qalibiyyət
günəşi,
qızıl istibdad zülmü altında inləyən əziz
vətənimizdə 1918-in 28
Mayısı kimi yenidən
doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar.”
Rəsulzadənin dedikləri düz
çıxdı və
1991-ci ildə Azərbaycan öz müstəqilliyinə yenidən qovuşdu. Məhəmməd
Əmin 1955-ci il martın 6-da gecə saat on birə
on dəqiqə qalmış
haqqın rəhmətinə qovuşub. Ruhun
şad olsun ulu öndər.
Zaman.-2014.-24 yanvar.-S.12.