Bizə etibar edilən
əmanət - Altıağac
Milli Parkı
Ərazisinin kiçik
olmasına baxmayaraq, vətənimiz olduqca zəngin
təbii
sərvətlərə
malikdir.
Necə deyərlər, Yaradan bu torpaqlardan
heç nə əsirgəməyib, əksinə zəngin
yer altı və
yer üstü gözəlliklərlə bəzəyərək bizim ixtiyarımıza verib. İqlim qurşaqları
ilə
də
zəngin
olan yurdumuz qalın meşələrlə,
bol sulu
çaylarla, geniş
və
yamyaşıl düzləri ilə,
zəngin
flora və
faunası ilə dillərə dastandır. Bütün bu sadaladığımız
gözəllikləri qoruyaraq gələcək nəsillərə ötürmək üçün respublikamızda
istər
sovet dönəmində, istərsə də
müstəqillik
əldə etdikdən
sonra qoruqlar, yasavulluqlar, həmçinin Milli
Parklar qurulmuşdur.
Bu yerdə
onu da deyək ki, bu gün
qorumağa çalışdığımız
vaxtilə
sahib olduğumuz təbii nemətlərin olduqca az bir
hissəsidir.
Bu baxımdan üzərimizə düşən
vətəndaşlıq borcu da çoxdur...
Haqqında söhbət
açacağımız Altıağac
Milli Parkı da ölkəmizin təbii sərvətlərindən
biridir. Belə ki, Altıağac Milli Parkı Azərbaycan Respublikası
Prezidentinin 365 N-li Sərəncamı ilə
2004-cü il 31 avqust tarixində Xızı
və
Siyəzən rayonlarının inzibati ərazilərində yaradılmışdır. Azərbaycanın şimal-şərqində, Xızı və Siyəzən inzibati rayonlarının ərazisində yerləşir.
Altıağac Milli Parkı
1990-cı ildə
yaradılmış Altıağac
Dövlət
Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət
meşə
fondu torpaqlarının
bazasında yaradılmışdır.
Ərazisi 11 min 35 hektardır.
Məqsəd
əhalinin ekoloji cəhətdən maarifləndirilməsidir
Altıağac Milli Parkı haqqında, eləcə
də
buranın bugünkü
vəziyyəti barəsində parkın rəhbəri
Paşa Məmmədovdan
geniş məlumat aldıq. Paşa Məmmədov qəzetimizə açıqlamasında dedi
ki, əsasnamədə də bildirildiyi kimi, bu Milli Parkın
yaradılmasında əsas məqsəd
Böyük Qafqazın
cənub-şərq yamaclarının təbii landşaftlarının, flora və fauna növlərinin
qorunub saxlanılması,
bərpası,
təbii
komplekslərin
mühafizəsinin
gücləndirilməsi, ekoloji monitorinqin həyata
keçirilməsi,
eləcə də,
tədqiqatlar,
turizm və istirahət (rekreasiya) üçün
şəraitin
yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.
Milli Park olduqca zəngin
floraya malikdir...
Oxucuların nəzərinə onu da çatdıraq
ki, Altıağac Milli Parkının adının mənşəyi məsafə ölçü vahidi olan “ağac” sözündən
götürülmüşdür. Milli Park Şamaxıdan
altı ağac məsafəsində yerləşdiyindən ona və
kəndlərin birinə
Altıağac adı
verilmişdir (bir ağac təqribən
5-6 kilometrə
bərabərdir).
Altıağac Milli Parkının ərazisindən Ataçay və onun bir sıra kiçik
qolları keçir. Ataçay öz
başlanğıcını Dübrar dağının
1870 metr hündürlüyündən götürərək, Xəzər dənizinə tökülür.
Milli Park olduqca
zəngin
floraya malikdir, göz oxşayan, eyni zamanda bir
çox canlıya bağrını açan
bu meşələrdə Qafqaz palıdı, Qafqaz vələsi, Şərq
fısdığı, adi
göyrüş, itiyarpaqlı
ağcaqayın geniş
yayılmışdır. Ərazidə yemişan,
böyürtkən,
əzgil, qaratikan, itburnu kimi kol bitkiləri üstünlük təşkil edir. Torpaq zənginliyi də
parkda özünü
göstərir,
belə
ki, dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə,
qəhvəyi dağ-meşə,
bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır.
Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar, quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl
qartalı, kəklik, qaratoyuq kimi növlərə rast gəlinir.
“Meşələrin kütləvi halda qırılmasının
qarşısı alınıb”
Burada adları Azərbaycanın “Qırmızı
Kitab”ına daxil edilmiş qartalkimilərin
müxtəlif
növləri
diqqəti
daha çox cəlb
edir. Altıağac Milli Parkının
nəzdində Vəhşi
Təbiətin Bərpası
Mərkəzi və
Reabilitasiya Klinikası
fəaliyyət göstərir.
Paşa
Məmmədovun sözlərinə görə,
ərazi Milli Park olduqdan sonra həm
floranın, həm də
faunanın qorunub saxlanmasında kifayət qədər işlər
görülmüşdür: “Əsas tədbirlərdən biri kimi meşələrin
kütləvi
halda qırılmasının
qarşısı alınmışdır.
Əvvəllər əhali qış zamanı evlərin isinməsini məhz
meşələri qırmaqla təmin edə bilirdi. Bu gün bunun qarşısı alınıb. Eyni zamanda
buralarda məskən
salmış, əsasən də
əksəriyyəti nəsli
kəsilməkdə olan heyvanların qeyri-qanuni ov edilməsinin
qarşısı da alınmışdır. Onların da
populiyasiyasında ciddi
artım müşahidə olunur”. Paşa Məmmədovun sözlərinə görə,
parkın 31 əməkdaşından 17-nin işi parkda məhz
mühafizəni
təmin
etməkdir.
Üzərimizə düşən
vəzifə...
Təbii ki, bütün bunlarla yanaşı, gəlin qəbul
edək
ki, əmanətçisi olduğumuz
bu sərvətə kifayət qədər doğma yanaşmırıq. Qanunlar vasitəsilə qorumalı olduğumuz bu aləmin
birinci hamisi məhz
özümüz və ailəmiz
olmalıdır. İstər o ərazilərdə yaşayan
əhali,
istərsə də
istirahət
zamanı oralara üz tutanlar çox yaxşı anlamalıdırlar ki, kəsilən hər
bir ağac təbii
olaraq ciyərlərimizə çəkdiyimiz
daha sonra da damarlarımızdan axan qanın birinci mənbəyidir. Bu ağaclar bir
neçə
günün və ya bir neçə ayın deyil, uzun illərin
məhsuludur.
Bəzən isə
bir ağacın tam böyüyüb qol-budaq açmasına bizim ömrümüz yetməyə bilər. Necə
ki, tariximizdə daha qədim
olan və Allahın
bizə
bəxş
etdiyi bu təbiətin sahibi biz olmadığımız
kimi, onların qatili də
biz olmamalıyıq, bizim
əsas vəzifəmiz yaşaya bilməyimiz üçün
yaradılan bu canlı varlıqları olduğu kimi qoruyaraq, ona ən yaxın əzizimiz kimi baxaraq, gələcək nəsillərə ötürməkdir. Əks halda gələcək nəsillər
bu gün bizim az
da olsa, öz gözlərimizlə
görə
bildiyimiz bütün bu nemətləri yalnız və yalnız
televiziya ekranlarından,
sənədli filmlərdən izləməli olacaqlar.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:
Nicat Xıdırlı
Zaman.-2014.-24 yanvar.-S.13.