“Bütün
qorxulu xəstəliklərin kökündə qeyri-sağlam qidalanma
dayanır”
ƏZIZ MUSTAFA,
Son illərdə Azərbaycanda
müalicəsi
çətin
olan müxtəlif qorxulu, yoluxucu xəstəliklərin artması müşahidə edilməkdədir və
bu da əhali arasında müəyyən narahatlıqlara
gətirib
çıxarıb. Bəs bu xəstəliklərin
artmasına səbəb nədir? Bizi maraqlandıran bu və
digər
suallara cavab almaq üçün ağciyər
xəstəlikləri üzrə
tanınmış ftiziatr,
tibb elmləri namizədi Aman Mehdiyevə müraciət etdik.
- Aman həkim,
siz uzun illərdir
ağciyər
xəstəlikərinin müalicəsi
ilə
məşğul
olursunuz və bu sahə
üzrə
respublikamızda tanınmış
həkim-ftiziatrlardan
biri sayılırsınız.
Bu müstəvidə də
respublikamızda ağciyər xəstəliklərinin yayılması və onunla mübarizə barədə fikirlərinizi
bilmək
maraqlı olardı.
- Ağciyər
xəstəlikləri dedikdə,
bu, bir az geniş məfhumdur
və
buraya ağciyər bronx aparatının 800-ə qədər xəstəliyi daxildir.
Bu xəstəliklər arasında günümüzdə ən
çox yayılanları,
təbii
ki, ilk növbədə, ağciyər xərçəngi, ağciyər
vərəmi, ağciyər
astması, ağciyər sətəlcəmi-pnevmaniya, ağciyər bronxitləri
və
digərləridir. Amma burada o xəstəliklərin hamısının adını
saymaq, onlara qarşı necə mübarizə
aparıldığından bəhs
etmək
çox vaxt aparardı. Ona görə
də
mən,
ilk növbədə, respublikamızda daha çox yayılan ağciyər
xəstəliklərinin bəziləri, o cümlədən ağciyər
vərəmi və
onunla mübarizə barədə danışmaq istəyirəm. Ağciyər vərəmi mən
deyərdim
ki, insan yaranan gündən onunla yanaşı addımlayan qədim
xəstəliklərdən hesab edilir. Bunu qədim
Misir mumiyalarında tapılan vərəm
çöpləri
də
sübut edir. Vərəm xəstəliyini törədən mikrobakteriya-tuberklozi çox
davamlı mikrob növüdür. Onları yalnız üzərlərinə
düşən
düz günəş şüaları məhv edə
bilir. Bunun üçün günəş
şüası ən azı 20-30 dəqiqə
vərəm çöpünün üzərinə düşməlidir
ki, onu məhv edə
bilsin. Bununla bağlı bir misal çəkmək
istəyirəm: Vərəm çöpləri
hətta
qaynama anından 30 dəqiqə sonra belə
yaşama qabiliyyətlərini qoruyub
saxlaya bilir. Vərəm xəstəliyi özü hava-damcı infeksiyasıdır. Ona
görə
də
bir xəstə
adam il
ərzində azı 10-15 adamı
yoluxdura bilir.
- Hansı adamlar daha çox vərəm xəstəliyinə tutulmaya meyillidirlər?
- Dünyada vərəm
ən çox münaqişələr davam edən
ölkələrdə, qaçqın
və
məcburi
köçkünlər
arasında yayılıb.
Çünki bu qrup insanlar arasında
aclıq, az
yemək,
özünü soyuqdan
qoruya bilməmək
vərəmin inkişaf etməsinə
şərait
yaradır. Buna paralel olaraq, adi həyat tərzi
keçirənlər arasında vərəm
xəstəliyinə daha çox risk qrupuna daxil olan
adamların tutulma ehtimalı yüksəkdir. Bu risk qrupuna əsasən daha çox siqaret çəkənlər, spirtli içkilər
içənlər, şəkərli diabet xəstələri, mədə yarası
olanlar, rütubətli şəraitdə yaşayanlar, tozlu, zərərli iş sahələrində işləyənlər aiddirlər. Amma burada bir məsələyə də
diqqəti
cəlb
etmək
istəyirəm. Normal yeməmək, uzun müddət ac qalmaq
və
özünü soyuqdan
qorumamaq orqanizmin zəifləməsinə
və
nəticədə vərəm xəstəliyinə
gətirib
çıxarır. Yəni vərəm yalnız
hava-damcı vasitəsi ilə
deyil, həm də orqanizmin zəifləməsi nəticəsində də
baş verir. Ona görə
də
hər
bir insan azı ildə bir dəfə rentgendən
keçməli,
özünü yoxlatmalıdır.
Çünki vərəm xəstəliyi nə
qədər erkən
aşkar edilərsə, onun müalicəsi
də,
bir o qədər
asan olur. Amma bizdə
əksinədir və
mən
deyərdim
ki, biz sağlamlığımızın
qayğısına qalmır,
yalnız iş-işdən keçəndən sonra əl-ayağa
düşürük. Onda da
gec olur.
- Vərəmin
müalicəsi
mümkündürmü?
- Öncə
qeyd edim ki, vərəmdən özünü
sığortalamaq mümkün
deyil. Çünki bu xəstəlik bütün
canlılar arasında
geniş yayılıb,
ona hava, su, qida vasitəsilə də
asanlıqla yoluxmaq təhlükəsi var. Amma vərəm müalicə
olunan xəstəlikdir
və
ondan qorxmaq lazım deyil. Sadəcə olaraq, xalq arasında onun adı ağırdır.
Amma mən
açıq deyim ki, xərcəng, şəkər, qaraciyər
sirrozu, el arasında sarılıq adı ilə
tanınan hepatitin müxtəlif
növləri
ilə
müqayisədə vərəm ən
yüngül və müalicə
olunan xəstəlikdir.
Vərəmə yoluxan hər
100 xəstədən 87-90 nəfəri müalicə olunur. Müalicə olunmayanlar isə əsasən müalicə
müddətində içki içməkdə, siqaret çəkməkdə, narkotik maddələr qəbul
etməkdə davam edənlərdir. Mən
bir faktı da demək
istəyirəm: Hər
il dünyada
3 milyondan yuxarı adam vərəm xəstəliyinə yoluxur və
müalicə
vaxtında və düzgün aparıldıqda
onlar müalicə olunurlar. Mən heç kimin
vərəmlə xəstələnməsini istəmirəm. Ancaq xəstələnibsə
də,
ondan qorxmamasını,
təşvişə düşməməsini məsləhət görür
və
bir daha təkrar
edirəm:
Vərəm müalicə
olunan xəstəlikdir,
ondan qorxmaq lazım deyil. Vərəmə yoluxan, ancaq müalicə olunduqdan
sonra 100 ildən çox yaşayan insanlar var. Ona görə
də
insanların bu xəstəlik barədə məlumatları
nə
qədər çox olsa, ondan özlərini asanlıqla
müdafiə
edə,
yoluxduqdan sonra isə
qısa müddətdə müalicə oluna bilərlər. Bunun üçünsə
əhali
arasında vərəmə
qarşı maarifləndirmə işləri
aparılması vacibdir.
Nəhayət, onu da deyim
ki, respublikamızda vərəmə qarşı
mübarizə
üçün bütün
imkanlar mövcuddur, bu məqsədlə müasir
tibbi avadanlıqlar, müalicə
metodları, sahə üzrə
ixtisaslaşan yüksək səviyyəli həkim-ftiziatrlar
var. Vərəmə qarşı
yüksək
səviyyədə mübarizə aparılması nəticəsində bu xəstəliyə tutulanların sayı ildən-ilə azalmaqdadır.
- Siz ağciyər
xəstəlikləri arasında ağciyər xərçənginin də
adını çəkdiniz. Heç kimə sirr deyil ki, son illərdə xərçəngdən ölənlərin sayında
artım hiss olunmaqdadır.
Sizcə, buna səbəb nədir?
- Mən
demək
istəməzdim ki, respublikamızda xərçəng xəstəliyinin sayı artmaqda və
ya azalmaqdadır. Çünki sözün düzü,
bu sahə üzrə mütəxəssis deyiləm.
Sadəcə olaraq, son illərdə xərçəng xəstəliyindən ölənlərin olması halları var. Konkret olaraq, ağciyər
xərçənginə gəlincə, dediyim kimi, insanın
ciyərləri onun xəstəliyə tutulmaya meyilli ən
həssas
üzvlərindən biridir. Ağciyər xərçəngini törədən əsas
səbəblərdən
biri çirkli hava şəraitidir. Hər gün havaya
yüzlərlə ton zəhərli qaz buraxılır, biz onunla nəfəs almağa məhkumuq. Bu zəhərli qazlar isə
son məqamda
gedib ağciyərə köçür,
orada oturur. Hava nə
qədər çirkli olarsa, ağciyər
xərçənginə tutulma təhlükəsi də
o qədər də
böyük olacaq.
Xüsusilə, iri şəhərlərdə hava çirkliliyi insanlarda ağciyər xərçənginin geniş yayılması üçün münbit
bir şəraitin yaranmasına
gətirib
çıxarıb. Bu
elə
bir bəladır ki,
bizim heç birimiz bu təhlükədən özümüzü
qorumağa qadir deyilik. Çünki istəsən də,
istəməsən də bu çirkli hava ilə
nəfəs almağa məcbursan. Bu qorxulu bəladan
çıxış yolu,
ilk növbədə, havanın çirklənməsinə
səbəb olan
amillərin
aradan qaldırılması
və
havaya buraxılan zəhərli qazların miqdarının
minimuma endirilməsidir.
- Xərçəng
xəstəliyinin yayılmasına digər səbəblər də varmı?
- Ağciyər xəstəlikləri öz sahəm olduğu üçün xərçəng üzrə mütəxəssis olmasam da, ağciyər xərçəngini əmələ gətirən bəzi səbəblərə toxundum. Əlbəttə ki, xərçəng xəstəliyi yalnız ağciyərdə deyil, mədədə, bağırsaqlarda və digər daxili üzvlərimizdə də olur. Digər üzvlərimizin bu qorxulu bəlaya tutulmasının fərqli səbəbləri var. Mən onlar arasında, ilk növbədə, düzgün qidalanmamağımızı göstərmək istəyirəm. Ümumiyyətlə, son illərdə xərçəng də daxil olmaqla əhali arasında yayılan müxtəlif xəstəliklərin əsasında məhz düzgün qidalanmamağımız, daha çox nəyi və necə yediyimizi bilməməyimiz dayanır. Biz ağına-bozuna baxmadan mədəmizi nə ilə gəldi doldurur, yediklərimizin tərkibinə, onun necə hazırlandığına fikir vermir və bununla da özümüzü ən qorxulu, gözlənilməz xəstəliklərə tutulmaq təhlükəsi altında qoyuruq. Axı heç kəsə sirr deyil ki, hazır məhsulun uzunmüddətli saxlanılması üçün onun tərkibinə xərçəng və digər xəstəliklərə səbəb ola biləcək kimyəvi maddələr qatılır. Hansı birimiz içdiyimiz çayın, işlətdiyimiz müxtəlif yağların tərkibi ilə, onun harada, hansı şəraitdə və necə hazırlanması ilə maraqlanmışıq? - Heç birimiz. Bir də görürsən ki, insanlarımız küçədə hazırlanan pirojkiləri, dönərləri ayaq üstə ləzzətlə yeyirlər. Amma pirojki hazırlanarkən yağ hər dəfə dəyişdirilməlidir. Ancaq dəyişdirilmir. Nəticədə eyni yağla bir tavada saysız-hesabsız sayda pirojki hazırlanır. Yağdan təkrar istifadə olunması isə onun tərkibində xərçəng xəstəliyini törədən kanserogen maddələrin miqdarının artmasına gətirib çıxarır. Eyni sözləri müxtəlif təyinatlı sərinləşdirici içkilər haqqında da demək olar. Bu sərinləşdirici içkilər də müxtəlif növ xəstəliklər mənbəyidir. Bazara gedəndə isə yerli almalara deyil, xaricdən gətirilən kartofa, almaya və digər kənd təsərrüfatı məhsullarını almağa üstünlük veririk. Heç birimiz fikirləşmirik ki, bu meyvələri saxlamaq üçün onun tərkibinə xərcəng və digər xəstəliklərə səbəb olan maddələr vurulur. Sonra da başlayırıq deməyə ki, bizdə niyə xəstəliklər artır. Əgər sən özün-özünü qorumursansa, özünün düşmənisənsə, həkim buna neyləyə bilər. Deyə bilərsiniz ki, belə etsək, onda gərək heç nə yeməyək. Bu məntiqlə məsələyə yanaşanda gərək xəstələnəndə də həkimə getməyəsən. Əgər qorxulu, sağalmaz xəstəliklərə tutulmaq, mənşəyi bilinməyən, müalicəsi mümkün olmayan xəstəliklərə mübtəla olmaq, gecə-gündüz xəstəxnaların, həkimlərin qapılarında qalmaq istəmirsinizsə, onda ilk növbədə yediyiniz qidalara fikir verməlisiniz. Əks halda, xərçəng də daxil olmaqla, ən qorxulu xəstəliklərə tutulmaq bəlasından, belə demək mümkünsə, ucuz ölüm təhlükəsindən xilas ola bilməyəcəksiniz.
Zaman.-2014.-28 yanvar.-S.7.