Mixail Kalaşnikov -
Şöhrətdən tövbəyə aparan yol (1)
ƏZIZ MUSTAFA,
Əslində onda anadangəlmə bir ixtiraçılıq istedadı vardı və bunu hələ II Dünya müharibəsindən əvvəl də bir neçə dəfə nümayiş etdirmişdi.
Lakin yeni
avtomatı kəşf edəndə hələ bilmirdi ki, bununla da adını silah
texnologiyasının məşhur ixtiraçıları sırasına yazdıracaq və insanlara
ölüm gətirəcək soyadı heç vaxt dillərdən düşməyəcək.
Bu silahı kəşf
etdiyi ilk dövrlərdə özünü
dünyanın ən
xoşbəxt
adamı, əsl
sovet vətənpərvəri
hesab edir və bundan
böyük qürur duyurdu. Amma o vaxt hələ bilmirdi ki, bir vaxtlar gələcək
belə bir silahı
kəşf etdiyi
üçün özünü lənətləyəcək və tövbə üçün
Rusiya patriarxına məktub
yazmalı olacaq.
Onun adını tam bilməsələr də, soyadını dünyada
tanımayan yoxdur və hətta Afrikanın cəngəlliklərində yaşayanlar belə bir vaxtlar onun ən böyük kəşfi olan silahını həvəslə alır, onunla silahlanmağa
üstünlük verirdilər. Əslində o, bu silahı kəşf edərkən
qısa müddətdə dünyanın ən məşhur
ixtiraçılarından birinə çevriləcəyini də bilmirdi. Ona işlədiyi hərbi zavod rəhbərliyi tərəfindən yuxarıdan gələn əmri
çatdırmışdılar: Necə olur olsun, kapitalistlərin avtomat silahlarından
üstün olan silah yaradılsın və ordunun bu silahla təchiz edilməsinə başladılsın. Amma tapşırıq necə
yerinə yetirilməli idi, bunu nə hərbi zavodun rəhbərliyi, nə də bu sadə
insan bilmirdi. Amma o, müəyyən təcrübəyə malk idi və
qısa müddətdə ona dünya
şöhrəti gətirəcək avtomatı (AK) ixtira edərək özünü zirvəyə aparacaq yolun əsasını qoydu. Əslində onda anadangəlmə bir ixtiraçılıq istedadı vardı və bunu hələ II Dünya müharibəsindən əvvəl də bir neçə dəfə nümayiş etdirmişdi. Lakin yeni avtomatı kəşf edəndə hələ bilmirdi ki, bununla da
adını silah texnologiyasının məşhur
ixtiraçıları sırasına yazdıracaq və
insanlara ölüm gətirəcək soyadı heç vaxt dillərdən düşməyəcək.
Bu silahı kəşf
etdiyi ilk dövrlərdə özünü
dünyanın ən
xoşbəxt
adamı, əsl
sovet vətənpərvəri
hesab edir və bundan
böyük qürur duyurdu. Çünki
adı ən
yüksək səviyyəli məclislərdə çəkilir,
onu tərifləyir, alqışlayırdılar.
SSRİ-nin ən
yüksək
mükafatlarını almış, milyonların sevimlisinə çevrilmişdi.
Adi hesab etdiyi bu silahın kəşfi nəticəsində Lenin və Stalin mükafatı
laeuratı almış, üç dəfə SSRİ Ali Sovetinin
deputatı seçilmiş, iki
dəfə Sosialist Əməyi Qəhrəmanı, bir dəfə də Rusiya Federasiyası Qəhrəmanı adına layiq
görülmüş, general-leytenant rütbəsinə qədər ucalmış, dissertasiya
müdafiə edərək, texniki elmlər doktoru olmuşdu. O, sağlığında ikən iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına
layiq görülən yeganə məşhur şəxsiyyət idi. Bir sözlə
SSRİ-nin ən məşhur
mükafatlarının sahibi olmuşdu və ona hər
yerdə həsəd aparırdılar. Zarafat
deyildi, bu qədər mükafata və fəxri adlara SSRİ-də barmaqla sayılacaq qədər adam layiq
görülmüşdü və onlardan biri də məhz o idi.
Amma o vaxt hələ bilmirdi ki, bir vaxtlar gələcək belə bir silahı kəşf etdiyi üçün
özünü lənətləyəcək və tövbə üçün Rusiya patriarxına məktub yazmalı olacaq. Ömrünün
son illərində insanlara ölüm
gətirən belə bir silah kəşf etdiyi
üçün vicdan əzabı
çəkməyə başlamış və
çıxış yolunu tövbə
etməkdə görməyə başlamışdı. Amma artıq gec olduğunu da anlayırdı və keçmişi
qaytarmağın mümkün olmadığını bilərək bundan üzülürdü.
Ona görə də yaxınlarına əzablar içində qovrulduğunu: “Bu dünyada insanlara ölüm gətirən bir silahı ixtira edən ən günahkar insan kimi
Allahın hüzuruna gedəcəyimi düşünəndə məni dəhşət götürür. Mən bağışlanması
mümkün olmayan bir iş görümüşəm”,-demişdi.
Ona görə də, ömrünün son illərini tövbə etməklə keçirir və bununla təsəlli tapmağa
çalışırdı. Bu məşhur insan bu gündə dünyanın ən məşhur avtomat
silahlarından biri olan Kalaşnikov avtomatını ixtira edən Mixail Kalaşnikov
idi.
Altaydan
başlanan yol
Mixail Timofeyeviç
Kalaşnikov 1919-cu il noyabr ayının 19-da
Altay quberniyasının (indiki
Altay Respublikası) Kurya kəndində
çox uşaqlı kəndli ailəsində anadan olmuşdu. Onun
atası ruslaşmış qıpçak türkü-kazak
Timofey Kalaşnık ( alaş-küləş, kuleş-kalaş,
qaloş-kalaş) əslən Xarkov quberniyasının ( indiki Sumsk vilayəti)
Axtır ( Axtar) qəzasının Slavqorod kəndindən idi. O 1912-ci ildə ailəsi ilə birlikdə Altaya
köçmüşdü. Qeyd edək ki, Altayın Rusiya
tərəfindən işğal edilməsindən sonra rus
keşişləri
buradakı yerli türkləri
zorla xaç suyuna salmış, onların ad və soyadlarını dəyişdirirək
ruslaşdırmışdılar. Amma bu
hadisənin
üstündən
150 ilə yaxın
vaxt keçməsinə baxmayaraq, burada
yaşayan əhali
türklərə xas olan adət-ənənələrini, şamanizm ruhunu və genetik sifət quruluşunu saxlaya
bilmişdi. Mixail
ailədə 17-ci uşaq idi və digər qardaş -
bacılarından qeyri-adi heç nəyi
ilə
seçilmirdi. Ailə öz əlinin zəhməti ilə dolanırdı və Mixailin atası olduqca zəmətkeş bir adam
idi. Ona görə
də, qısa
müddətdə təsərrüfatını
genişləndirərək kənddə ən varlı adamlardan birinə çevrilmişdi.
Bu isə
sovet rejimini razı sala bilməzdi.
Onlar kənddə əlinin zəhməti ilə varlanan adamları
bolşevik rejimi üçün real təhlükə mənbəyi
hesab edirdilər.
Ona görə də, 1930-cu ildə Mixailin atasını və onunla birlikdə ailəsini qolçomaq kimi Tomsk vilayətinin Aşağı Moxovaya
(indiki Bakçar rayonunun Parbiq kəndi) qəsəbəsinə sürgün etdilər. Buradakı məktəbdə
oxuduğu illərdə Mixail fizika,
riyaziyyat, coğrafiya və
ədəbiyyatla
maraqlanırdı. Xüsusi ilə,
texnikaya maraq göstərir,
onların işləmə mexanizmini öyrənməyə
çalışırdı.
Qəsəbədə 7-ci sinfi bitirəndən sonra Mixailin ailəsinin icazəsi ilə doğma vətənə qayıtdı. Lakin yaşı az olduğu
üçün burada işə düzələ bilmədi. Ona görə də, yenidən
valideynlərinin
yanına qayıdaraq doğum haqqında yeni sənəd aldı. Bu sənəddə onun yaşı iki il çox göstərilmişdi. Bundan sonra yenidən Kurya kəndinə qayıdan Mixail burada ilk dəfə odlu silahla, “Brauninq”lə (tapança) və onun işləmə prinsipləri yaxından tanış
oldu. 1937-ci ildə isə doğma kəndini tərk edərək Türküstan
Sibir dəmiryolunun Matay stansiyasında (Qazaxıstan) işə düzəldi. Burada o, boş vaxt tapan kimi texniki
emalataxnaya gedir, qatarların işləmə mexanizmini öyrənirdi.
Orduda
ilk kəşfi
1938-ci ildə Mixaili hərbi xidmətə çağıraraq
Qırmızı ordunun Kiyev Xüsusi Hərbi dairəsinə göndərirlər. Burada Mixail tank sürücü-mexaniki peşəsinə yiyələnərək 12-ci tank
diviziyasında xidmət
etməyə başlayır.
Texnikaya olan həvəsi onu istifadə etdiyi silahı bir
daha nəzərdən keçirməyə
məcbur edir və bu əsasda da “TT”
tapançasına atma effektini yaxşılaşdıran dəyişikliklər edir. Eyni
zamanda o, tankdan atılan atəşləri hesablayan hesablama və motor ehtiyatlarını qeydə alan
cihazları hazırlayır. Bu cihazların
istehsalı məqsədəuyğun hesab edilir. Gənc ixtiraçı
tankçı barədə məlumatı eşidən Kiyev Xüsusi Hərbi Dairəsinin komandanı ordu generalı Gerogi Jukov Mixaili yanına
çağıraraq onunla şəxsən tanış
olur və biliyini təkmilləşdirmək üçün onu Kiyev Texniki Tank Məktəbinə oxumağa göndərir. O, özünün bu kəşflərini burada uğurla
sınaqdan çıxarır. Mixailin yeni silahının
istehsalı isə Voroşilov adına Leninqrad hərbi zavoduna
tapşırılır. Bundan sonra onu yenidən xidmət etdiyi hərbi hissəyə göndərirlər. Almaniya SSRİ-yə
hücum edərkən kiçik serjant
rütbəsi ilə tank komandiri kimi
Bryanskda xidmət
edirdi. 1941-ci ilin avqust ayında Mixail
almanlarla döyüşdə
ağır yaralanır və
onu müalicə
üçün hərbi
hospitala göndərirlər. Hərbi
hospitalda müalicə
olunduğu vaxt yeni avtomat silah yaratmaq fikrinə düşür və bu məqsədlə
də yeni silahın
layihəsini
hazırlayır. Müalicə olunduqdan sonra hərbi xidmətə uzun müddət yararlı ola
bilməyəcəyini nəzərə alaraq ona 6 aylıq məzuniyyət verirlər. Mataya- keçmiş
iş yerinə qayıdan Mixail dəmiryolu emalatxanasındakı dostlarının
yardımı ilə pistolet (tapança)-pulemyot hazırlayır və onu sınaqdan
çıxarır. Onun bu ixtirası ilə yaxından maraqlanaraq
bəzi
çatışmazlıqlarını aradan qaldırırlar.
Sonra isə
Alma-Atada “PP- “Kalaşnikov” adı altında ilk nümunələrinin istehsalını təşkil edirlər. Yeni silah Baş Artilleriya İdarəsi tərəfindən bəyənilsə
də, onun kütləvi istehsalı məqsədəuyğun
hesab edilmir. Buna səbəb kimi onun
istehsalının çox vaxt aparması və daha mürəkkəb sistemə malik olması ilə izah edilir.
Halbuki pistolet( tapança)-pulemyot yüksək atəş qabiliyyətinə malik idi.
Şöhrət gətirən kəşf
İlk kəşfinin tam şəkildə bəyənilməməsinə
baxmayaraq, Mixail Kalaşnikov ruhdan düşmür və
axtarışlarını davam etdirirdi. 1942-ci ildə Kalaşnikovu
Atıcı silahların hazırlanması üzrə Elmi-Tədqiqat Mərkəzinə
işləməyə göndərirlər. 1944-cü ildə Mixail Kalaşnikov
avtomatik atəş
açma sisteminə
malik olan Karabin hazırlayır. Amma onun bu kəşfinə də soyuq yanaşılır. Ona
görə də, Kalaşnikov
bütün qüvvəsini
yeni avtomat silahın hazırlanmasına yönəldir. Onun
hazırladığı avtomatın layihəsi və
onun əsasında
hazırlanan ilk nümunələr yeni avtomat
silahın hazırlanması üzrə
keçirilən
müsabiqədə birinci yeri tutur.
Avtomatın dərhal
kütləvi şəkildə istehsalı barədə qərar
qəbul edilir. Bu məqsədlə
Mixail Kalaşnikovu Baş
Artilleriya marşalı N. N. Voronovun əmri
ilə İjevsk
motozavoduna ezam edirlər.
O, burada yeni silahın istehsalında yaxından iştirak edir.
1949-cu ilin may ayının 20-də
1500 ədəd “AK” (Avtomat
Kalaşnikov- Kalaşnikov avtomatı) istehsal edilir. Yeni avtomat
uğurla sınaqdan çıxarılır və Stalinin birbaşa əmri ilə onun kütləvi istehsalına
başlanır. Yeni silahın kəşfi
Kalaşnikova böyük şöhrət
gətirir. O, Stalin
mükafatına layiq görülərək qızıl Ulduz
ordeni ilə təltif edilir.
Əzız Mustafa
Zaman.-2014.-31yanvar.-S.7.