Azərbaycanda milli siyasət müxtəlif etnik qrupdini azlıqların birgə yanaşı yaşaması prinsipləri əsasında müəyyənləşdirilib

 ZAMAN-Azərbaycan”ın əməkdaşı Babək Əsgər Şirvanda fəaliyyət göstərən rus icmasının sədri Lyubov İvanovla tolerantlıq mövzusu ətrafında söhbətləşir

 İnsanlar bir-birinə tolerant hərəkət etdiyi müddətcə müsbət bir mühit təmin edilir və hər kəs xoşbəxt həyata davam edər. Tolerantlıq başqalarını hərəkət mühakimələrindən sərbəst buraxma, öz görüşümüzə əksəriyyətin görüş formasına zidd düşən görüşlərə səbrlə dözmək deməkdir. İnsan başqa fikirlərə, dini inanclara hörmət edəndə pis vərdişlərdən uzaq olar. Bizləri başqa canlılardan fərqli edən ən mühim xüsusiyyət cəmiyyət halında yaşamağımızdır. Birlikdə yaşayan, bir-birinə insanlıqla hərəkət edən, köməkləşən cəmiyyətin fərdləri həmişə xoşbəxt bir dünyanı formalaşdırar. İnsanlar dünyada bir-birinə gözəl davransa dünyamız bir o qədər gözəlləşər. Xoş görü tolorantlıq düşüncə dünyamızı daha da zənginləşdirir. Əlbəttə hər bir insan müxtəlif fikirə sahib ola bilər. Ancaq bu fikirlər tolerantlıq hüdudları içərisində olması insanlari bir-birinə daha yaxın xoşbəxt edər. Tolerantlıqla insan başqaların gözəl tərəfini görməyə çatışmazlıqlarını örtməyə çalışmalıdır. Bu zaman cəmiyyət həyatı insanların yaxşı niyyətli davranışı ilə daha da gözəlləşər. Tolerantlıq anlayışı hər insanın əməl edəcəyi tətbiq edəcəyi bir vasitədir. İnsanlar bir-birinə səmimiyyət göstərdiyi andan etibarən tolerantlıq təmin edilir. Tolerantlıq bir-birimizi başa düşməyimiz, sevməmiz saymağımızdır. İnsanlar bir-birinə xoşgörülü hərəkət etdiyi müddətcə müsbət bir mühit təmin edilir hər kəs xoşbəxt həyata davam edər. Bəzən insanlar tolerantlıq sözünün mənasını bildikləri halda tam əksinə hərəkət etdiklərindən bir-birinə zərər verir, kin-nifrətlə öz həyatlarını davam etdirirlər. Hər insan xoşgörülü olmalıdır. Həm qədimlərdə, həm müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixdə qeyd olunub. Azərbaycanda tarixən heç vaxt milli dini zəmində ayrı-seçkilik qarşıdurma baş verməyib. Qarşılıqlı etimada hörmətə əsaslanan mütərəqqi milli mədəni dini münasibətlər mövcud olub. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. Ulu öndər Heydər ƏliyevinDövlət, ölkə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə sivilizasiyasına öz töhfəsini verirfikirləri Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bələdçilik etməklə yanaşı, bu, onu göstərir ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlara malikdir bu hüquqlar müvafiq qanunlar əsasında qorunur. Tarixi mənbələr Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir. Burada hər dindən, hər irqdən, hər məzhəbdən insanlar bir yerdə xoşgörü sevgi mühitində yaşayır. Azərbaycan müxtəlif etnik dini qrupların ənənəvi dözümlülük harmonik birgəyaşayışı üzərində qurulan həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən dilindən asılı olmayaraq hər kəsin hüquq azadlıqlarının bərabərliyinə təminat verir.

 

 Çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü yüksək səviyyədə göstərir

 

Bu torpağı özünə əbədi məskən seçən xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşıb, bəziləri isə yerli xalqlarla qaynayıb qarışıblar. Bu gün haqlı olaraq bu torpaqda yaşayanlar Azərbaycanı özlərinə doğma əbədi vətən hesab edirlər. Bu xalqların nümayəndələrinin Azərbaycanı öz doğma vətənləri kimi qəbul etmələrində dövlətin rolu əvəzsizdir. Ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup dini azlıqların birgə yanaşı yaşaması dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac problemlərinə maraq göstərir. Olkə rəhbəri müntəzəm olaraq ölkənin xristian yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Beləliklə, tarixən Azərbaycanda formalaşmış tolerantlıq dözümlülük cəmiyyətimizi səciyələndirən gözəl bir ənənəyə çevrilmişdir. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü yüksək səviyyədə göstərir. Çoxmillətli çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə dövlət-din münasibətlərinin milli-mənəvi hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

 Azərbaycanda yaşayan ruslar üçün hər cür şərait yaradılıb

Azərbaycanda yaşayan ən qədim xalqlardan biri ruslardı. Ruslar hazırda Bakı, Sumqayıt, Şirvan, Mingəçevir rayonlarında yaşayırlar. Şirvanda fəaliyyət göstərən rus icmasının sədri Lyubov İvanovla görüşərək bu mövzu ətrafında söhbətləşdik. Lyubov İvanovna bizimlə söhbətində tolenrantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şəraitin yaradıldığını, azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial mədəni həyatında fəal iştirak etdiyini, dərin köklərə bağlı Azərbaycan-Rusiya dostluğunun bu gün uğurla davam etdirildiyini bildirdi: “Azərbaycanda tolerantlığın yüksək səviyyədədir milli azlıqlara öz milli-mədəni dəyərlərini qorumaq üçün hər cür şəraitin yaradılıb. Rus dilində təhsil ocaqlarının, mədəniyyət evlərinin, mətbuat orqanlarının, televiziya verilişlərinin olması bu sahədə görülən işlərin genişlənməsi dövlət tərəfindən dəstəklənir. Şirvan şəhərində yaşayan rus icması üzvlərinin hər cür qayğı ilə əhatə olunub. Onlara göstərilən diqqət qayğıya görə icra hakimiyyətinə minnətdarlığımı bildirirəm. Şirvanda 300 nəfərdən çox rus var. Assosiasiyanın xətti ilə Respublikanın məktəblərində böyük görülür. Olimpiadalar, rus dili Rusiya tarixinə dair müsabiqələr keçirilir. Rus İcması yanında rus Mədəniyyət Mərkəzi tərəfindən məqsədyönlü aparılır. Hər il paska bayramı ilə bağı tədbir keçiririk. Şirvan icra hakimiyyəti bizə yaxından kömək edir, hədiyələr verir. Demək olar ki, bütün tədbirlərə dəvət olunuruq. Şirvanda ahıllar, xəstələr zəruri dərman vasitələri, tibbi avadanlıq əlil arabaları ilə təmin olunurlar. Biz Azərbaycan mədəniyyətini, adət-ənənəsini mənimsəmişik. Mən yaslara, toya da gedirəm. Deyilir kimi doğulmaq deyil, harda doğulmusan önəmlidir. Biz burda doğulmuşuq buranın mədəniyyətini götürmüşük. Mənim 4 övladım var. Övladlarimin hamısı ali təhsillidir. 2 qızım azərbaycanlıya gəlin gedib. Ruslar yaxşı yaxayırlar, qonşular da münasibətləri yaxşıdır. Mən rus olsam da Azərbaycanın bütün ənənələrini bilirəm. Xeyir-şər işlərində iştirk edirəm. Mən özüm, hətta nəvələrim təmiz azərbaycanca danışırıq. Biz demək olar ki, azərbaycanlaşmışıq.

Babək Əsgər, Şirvan

Zaman. -2015. – 4 aprel. - S. 13.