Dünyanı heyrətləndirən məşhur
müsəlman alimlər: əl-Biruni (4)
ƏZIZ
MUSTAFA,
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin
dünya elminə verdiyi əvəzsiz töhfələr sonralar istər dəqiq, istər coğrafi, istər astronomik elmlərin inkişafına
yeni bir təkan verərək sivil elmi tərəqqiyə
yol açdı.
Bir sözlə, təqribən
on əsr bundan əvvəl yaşamış
Biruninin elmdə qazandığı nailiyyətlər
bu gün də öz dəyərini saxlamaqda
davam etməkdədir.
Bunu məşhur türk-islam aliminin-Əbu
Reyhan Məhəmməd
ibn Əhməd əl-Biruninin elmin bütün sahələrini
olduqca dəqiq bilməsi və hər elm sahəsində də insanları heyrətə salan elmi
kəşflər etməsi
də göstərir.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin
səyahətləri də
məhz elmin müxtəlif sahələrini
daha dərindən öyrənmək istəməsi,
elmi kəşflərin
əsasını qoymaq,
yeni nə isə tapmaq istəyi ilə bağlı olub. Məşhur
alim müxtəlif bölgələrə uzun
sürən səyahətləri
zamanı İran yaylasını, Xəzər
dənizinin şərq
və cənub sahillərindəki ölkələri, Türküstanın
(Orta Asiya) böyük hissəsini elmi baxımdan tədqiq etmiş və bu tədqiqatları
əsasında yeni elmi nəticələrə
gəlib. O, tədqiqatlarını
öz əsərlərində
olduqca yüksək səviyyədə elmi baxımdan araşdırmış,
ortaya mükəmməl
elmi əsərlər
çıxarmışdı. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin böyük
alim adını daşıması və dünyanı heyrətləndirməkdə
davam etməsi də məhz bu amillə bağlıdır.
Türklər mədəni, elmli
və qədim xalqdır
Qeyd etdiyimiz kimi Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin
həm dünya, həm də türk dünyası qarşısında göstərdiyi
ən böyük xidmətlərindən biri
onun türk xalqlarının yaşadıqları
ərazilər, onların
adət-ənənə və
mərasimləri barədə
ətraflı məlumatlar
əldə etməsi və bunu yazdığı
əsərlərində incəliyinə
kimi təsvir etməsidir. Birunini türk xalqlarının mədəniyyəti, elmi dünya görüşləri,
təhsili, incəsənəti,
mədəniyyəti, adət-ənənələri
barədə yazdıqları,
verdikləri məlumatlar
günümüzdə türklərin
simasında köçəri,
mədəniyyətdən uzaq
millət imicini formalaşdırmağa cəhd
edən bəzi Qərb “alimləri”nə,
türklərin tarixini
saxtalaşdırmağa cəhd
edərək onların
dünya tarixindəki
əvəzsiz xidmətlərinə
kölgə salmaq istəyən psevdo tədqiqatçılara verilən
ən tutarlı cavabdır. O, türklərin olduqca mədəni, insani keyfiyyətlərə malik
olduğunu, saf həyat tərzlərini, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün insanlara rəğbət, məhəbbətlə yanaşdıqlarını,
qonaqpərvərliklərini, verdikləri sözlərə
əməl etdiklərini,
sədaqətli olmalarını
xüsusi qeyd edib. Əbu Reyhan Məhəmməd
ibn Əhməd əl-Biruni yazır ki, türklər mədəni, elmli və qədim xalqdır və mən belə bir xalqın içindən çıxmağımla
fəxr edirəm.
Böyük alim türklərin məşhur
elm adamları, elmə,
təhsilə xüsusi
qiymət vermələrini
onların öz ana dillərindən əlavə, ərəb və fars dillərini
öyrənmələrini, onların özlərinə
yad olan bu dillərdə elmi tədqiqatlar apararaq dünya tarixinə çoxlu sayda məşhur alimlər verdiklərini xüsusi vurğulayıb.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni türklərin arasından
çıxan məşhur
elm xadimlərinin ərəb
və fars
dillərində ölməz
elmi tədqiqat əsərləri yaratmasını
həmin dövrdə
adıçəkilən hər
iki dilin bütün islam dünyasında elm, mədəniyyət
dili kimi işlədilməsi ilə
izah edir. O, eyni zamanda qeyd
edir ki, türklər ana dillərində də parlaq əsərlər yaradıblar və bu əsərlər daha çox sadə türklər arasında geniş yayılaraq müəllifinə
böyük şöhrət
gətirib. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni türklərin
zəngin folklora mənsub olduqlarını,
onlar arasında qopuz, dombur kimi
musiqi alətlərinin
geniş yayılmasını,
şadlıqlarda özlərinə
xas olan adət ənənələrdən
istifadə etməsindən
sevə-sevə bəhs
edir. Məşhur alim yazır ki, mən çox
ölkələri gəzdim,
müxtəlif dillərdə
danışan və fərqli həyat tərzi sürən çoxlu sayda insanlar arasında oldum, onları elmi baxımdan tədqiq etdim, həyatlarını, yaşayışlarını,
elmi, dünyaya ətrafa baxış səviyyələrini dərindən
öyrəndim, ancaq heç yerdə türklər qədər
genişürəkli, mərd,
qəhrəman və elmli, elmə böyük məhəbbət
bəsləyən xalq
görmədim.
Coğrafiyaşünas alim
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin dünya elmi qarşısında digər ən böyük xidmətlərindən
biri də onun özündən əvvəlki coğrafiyaşünaslardan
irəli gedərək,
Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz
vasitəsilə birləşdiyini bəyan etməsi oldu.
Orta Asiyanın
topoqrafiyasına dair əsərində Amu-Dərya
çayının bir
neçə dəfə
öz yatağını
dəyişməsi barədəki
tədqiqatları xüsusilə
maraqlıdır. Məşhur türk-islam aliminin Azərbaycan
da daxil olmaqla, türk dünyası qarşısındakı
xidmətlərindən biri
də
Azərbaycanın o zaman məlum olan Bakı, Dərbənd, Bərdə,
Beyləqan, Bəzz, Təbriz, Ərdəbil kimi qədim və böyük şəhərlərinin enlik
və uzunluq dairələrini günümüzdəki
qədər dəqiq təsvir etməsidir. Bununla da o
orta əsrlər
Azərbaycan türklərinin
yaşadıqları coğrafi
ərazilər və onların adət-ənənələrinin
qədim türk xalqlarının ayrılmaz
bir hissəsi olduğunu göstərib.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin Azərbaycan
coğrafiyasına aid elmi
tədqiqatları həm
də günümüzdə
bu ərazilərdə
türklərin yaşamadıqlarını
deyən psevdo tarixçi tədqiqatçılara
verilən tutarlı cavab, onların üzlərinə vurulan sərt şillədir.
Biruninin məşhur coğrafiyaşünaş alim olduğunu onun digər coğrafi tədqiqatları da sübut edir. Məsələn, məşhur türk islam alimi
994-cü ildə Amu-Dərya çayının qərb sahili ilə Kot şəhəri arasında yerləşən, Buşkanz şəhərinin ekliptik səthinin ekvatora nisbətən əyilmə ölçüsünü günümüzdə belə məşhur tədqiqatçıları heyrətə salan dəqiqliklə təyin etməsi olub.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni coğrafiyaşünaslıq sahəsində 995-ci ildə daha bir cəsarətli elmi tədqiqat apardı. O bu elmi coğrafi tədqiqatı əsasında Yer kürəsinin modelini hazırladı. Bu, müxtəlif şəhərlərin, kəndlərin və coğrafi obyektlərin yerini dəqiq təyin etmək üçün diametri təqribən 5 metrə yaxın olan qlobus idi. Beləliklə, məşhur türk islam alimi dünya coğrafiya elmi sahəsində qlobusu hazırlayan alim kimi adını elm tarixinə qızıl hərflərlə yazdırdı.
Məşhur türk islam alimi Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materialları və yerli insanlarla sıx əlaqəsi, onları daim müşahidə etməsi əsasında da Hindistana həsr olunmuş və günümüzdə bu ölkənin tarixini öyrənmək baxımından olduqca qiymətli olan əsər ortaya çıxarıb. “Nihayətü’l-Eməkin” və ya qısa şəkildə desək “Hindistan” adlandırılan bu əsərdə Biruni, ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu Kopernikdən 500 il əvvəl bəyan edib. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni bu elmi iddiasını ortya qoyarkən məşhur hind astronomu Brahmaquptanın “Yer hərəkətdə, göylər isə sükunətdədir” fikrini elmi cəhətdən əsaslandırmış və bunun doğru ola bilməsini şübhə altına alan bütün fikirləri alt-üst etmişdilər.
Dəqiq elmlərdə uğurları
Əl-Biruninin fizika elmi qarşısında da xidmətləri olub. O, cismlərin sıxlığını təyin edən cihaz düzəldərək, “Xüsusi çəki” kitabında ixtirası haqqında geniş məlumat verib. Məşhur türk islam alimi bundan əlavə, mayelərin də xüsusi çəkisini müəyyən etmək məqsədi ilə xüsusi cihaz ixtira edib. O bu cihazın vasitəsilə müəyyən edib ki, suyun sıxlığı ilə onun xüsusi çəkisi arasında qarşılıqlı asılılıq var və bu uca Yaradanın yerləri və göyləri nə qədər təkmil yaratdığını, göylərdə və yerlərdə olan bütün cismlərin riyazi dəqiqlik əsasında mövcud olduğunu, onların arasında qarşılıqlı əlaqələrin, cazibə qüvvəsinin varlığını xüsusi vurğulayıb. Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni yazır ki, göy cismləri arasında qarşılıqlı əlaqə olmasaydı, bəşəriyyət çoxdan məhv olar, kainat fəlakətə sürüklənərdi.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin məşhur riyaziyyatçı alim olmasını onun şahmat taxtasına görə buğdanın sayını tapması da təsdiq edir. Astronomiya sahəsində isə alim rəsədxana qurur, səma cisimlərini müşahidə edən cihazlar ixtira edir. Buna paralel olaraq məşhur türk-islam alimi metalların və dəmirlərin xassələrini öyrənərək onların rəngini, iyini, yumşaqlığını müəyyən edir. O, mineralların sıxlığını tapır.
Böyük alim ömrünün sonuna yaxın yazdığı “Kitabü’l-Camahir fi Marifeti’l-Cevahir” kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat verib.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni sağlığında ikən 153 elmi tədqiqat əsəri yazıb. Alimin bu əsərlərindən 115-i dəqiq elmlər haqqındadır.
Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruninin elmə, elm öyrənməyə böyük əhəmiyyət verməsini, onun ölümqabağı dedikləri də təsdiq edir. Deyilənə görə, 77 yaşlı qoca elm fədaisi Haqqın rəhmətinə qovuşmazdan əvvəl fəqih dostu Əbul-Həsən Əli ibn İsadan “hesab ciddat fasid” barədə soruşmuşdu. Dostu isə buna ehtiyac olmadığını deyəndə, alim bu məsələni bilib ölməyinin özünə rahatlıq gətirəcəyini söyləmişdi. Dostu onun xahişinə əməl etməyə məcbur oldu və bundan bir neçə dəqiqə sonra dünya elminin ən böyük simalarından biri olan məşhur türk islam alimi Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni Haqqın rəhmətinə qovuşdu. Amma Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni elmi kəşfləri ilə türk-islam dünyasının və bəşəriyyətin qəlbində yaşamaqda davam edir və əbədiyyətə qədər də davam edəcək.
Son
Əziz Mustafa
Zaman.-2015.-8 aprel.-S.9.