Dini tolerantlığın demokratik kökləri və dözümlülüyün Azərbaycan nümunəsi (2)

 

“Elm YurduSosial Araşdırmalar İctimai Birliyinin təsisçisi sədri, ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov

 

İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov: “İslam dinini terror zorakılıq dini kimi qələmə vermək istəyən dairələr var onlar bu məkrli düşüncəni əsaslandırmaq üçün bəzi silahlı qruplaşmalardan belə istifadə edirlər. İslam dünyasındakı bu günkü mövcud vəziyyət qlobal güclərin bədnam siyasətlərinin qurbanına çevrilmişdir. Xatırlayırsınızsa, bəzi alimlər politoloqlar 1990-cı illərdə SSRİ-nin dağılmasından soyuq müharibənin başa çatmasından sonra qlobal müstəvidə mübarizənin siyasi ideologiyalar üzərindən deyil, mədəniyyətlər arasında toqquşmalar ilə davam etdiriləcəyini prognozlaşdırırdılar. Bu nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki, bəzilərinin tarixin sonu adlandırdıqları bu dövrdən sonra Qərb sivilizasiyasına meydan oxuyan yeganə qüvvə İslam dini onun yaratdığı İslam mədəniyyəti olacaqdır”.

 

 İlahiyyat üzrə fəlsəfə doktoru, “Elm YurduSosial Araşdırmalar İctimai Birliyinin təsisçisi sədri Elşad Mahmudovla söhbətimizi davam etdiririk.

 

- İslamın tolerant din olduğunu bildirdiniz. Tarixə nəzər saldıqda müsəlmanların timsalında bunu görmək mümkündürmü?

 

- Müsəlmanlar hələ erkən dövrlərdən başlayaraq İslam dininin tolerantlıq sülh prinsipləri ilə müxtəlif rəng, inanc mədəniyyətlərə sahib insanların bir arada yaşadığı sivilizasiyalar, dövlətlər şəhərlər qurmuş, cəmiyyətlər formalaşdırmışlar. İslam tarixində ölkələrindəki sülh tolerant mühitinin elə qeyri-müsəlmanlar tərəfindən təqdirlə qarşılandığı da məlumdur. Qeyd etmək istəyirəm ki, İslam peyğəmbəri Həzrət Muhamməd hələ sağ ikən bəşəriyyətin mənafeyinə olan cəmiyyət formalaşdıra bilmişdir. Mədinədə qurulan İslam dövləti onun prinsipləri buna açıq nümunədir. Təsadüfi deyildir ki, İslam peyğəmbəri həyatda ikən Xeybər yəhudiləri müsəlmanlardan gördükləri ədalət qarşısında: “Hər halda cənnət müsəlmanların əli ilə yer üzündə quruldudeməkdən özlərini saxlaya bilməmişdilər. Raşidi xəlifələr dövründə başlayan bütün dünyanı əhatə edən İslam fəthlərinin ən mühüm müvəffəqiyyət səbəbləri arasında erkən dövr müsəlmanlarının fəth olunmuş ərazilərdə yürütdükləri tolerantlıq siyasəti olmuşdur. Əks təqdirdə bu qədər böyük ərazilərin qısa müddət ərzində fəth olunması bəlkə mümkün olmazdı.

 

Tarixən müsəlmanların hakim olduğu ölkələrdə qeyri-müsəlmanların, xüsusilə İslamın Əhli-Kitab adlandırdığı xristianların yəhudilərin həmişə mövcudluqlarını qoruyub saxlaya bildikləri faktdır. Sonuncu raşidi xəlifə Əli ibn Əbu Talibin xəlifəliyi illərində Bizans imperatoru II Konstantin İslam dövlətində yaşayan xristianların dövlətə üsyan etmələrini istədikdə xristianlar əks dinin mənsublarını - müsəlmanları II Konstantindən üstün tutduqlarını bildirərək, İslam dövlətinə baş qaldırmaqdan imtina etmişdilər. Habelə səlib yürüşləri zamanı xristian din xadimləri dinc xalq müsəlmanların hakimiyyəti altında yaşamağı öz dindaşları olan işğalçıların boyunduruğu altında yaşamaqdan daha yaxşı hesab edirdilər. Bu haqda avropalı tədqiqatçıların əsərlərində geniş məlumat vardır. Ələlxüsus, Yaxın Şərq Şimali Afrika kimi müsəlman kontingentin sıx olduğu bölgələrdə belə bu dini inanca sahib olanların öz inanc, məzhəb cərayanlarını mühafizə etdikləri məlumdur. Orta əsr tədqiqatçılarından biri əsərində 1596-cı ildə Osmanlı dövlətinin tərkibindəki Misirdə yəhudilərin, xristianların müsəlmanların sülh şəraitində bir arada yaşadıqlarını yazırdı. Bu, müsəlmanların dini dözümlülüyə münasibətlərini göstərir. İslam dininin mənsublarının qeyri-müsəlmanlara qarşı təzyiqinə, onlara öz inanclarına müvafiq yaşamalarına imkan vermədiyi kimi hallara tarixdə rast gəlinmir. Maraqlıdır ki, orta əsrlərdə Fransanın hazırkı paytaxtı Paris yalnız xristianların yaşadığı, katolik-protestant qarşıdurmasının ən çox qeydə alındığı şəhər idi. Anoloji hallara köhnə qitənin bir sıra bölgələrində rast gəlinirdi.

 

- Müsəlmanların tolerant olmasının kökündə hansı amillər dayanır?

 

- İnsanların bir dinə inanmağa ya həmin dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi İslamın ruhuna ziddir. Çünki bu din inanc üçün sərbəst iradəni şərt qoşur. Əlbəttə müsəlmanlar bir-birilərini Quranda qeyd olunan əxlaqi vəsflərin tətbiqi üçün nəsihət tövsiyə edə bilərlər. Ancaq bu xüsusda hər hansı bir təzyiq göstərilməsindən söhbət belə gedə bilməz. Uca Allah Öz kitabında: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayır edildi”, (əl-Bəqərə, 256) buyurur. Bir başqa ayədə isə belə buyurulur: “Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir). (İnsan, 3) Digər bir ayə mövzu baxımından olduqca nəzərə çarpandır. Yaradan belə buyurub: “Sən onların üzərində hökmdar deyilsən” (Ğaşiyə, 22).

 

Həmçinin, müqəddəs kitabınƏrafsurəsinin 199-cu ayəsində: “Sən bağışlanma yolunu tut, yaxşı işlər görməyi əmr et cahillərdən üz döndər!”, - buyurulur. Bu ayədə ifadə edilən bağışlama İslam dininin əsas qaydalarından biridir. Elə islam tarixinə nəzər saldıqda müsəlmanların Quran əxlaqının bu mühüm xüsusiyyətini ictimai həyatda necə tətbiq etdikləri açıq şəkildə görünür. Müsəlmanlar hakim olduqları hər yerdə yanlışlıqları aradan qaldıraraq, azad, sərbəst tolerant cəmiyyət formalaşdırmışlar. İslam din, dil, milli mədəni mənsubiyyət baxımından bir-birinə zidd olan xalqların bir dam altında sülh əmin-amanlıq şəraitində yaşamalarını təmin etmişdir.

 

Uzun illər boyu müsəlmanların hakimiyyətində qalmasına rəğmən Hindistanda əhalinin əksəriyyəti hindu kimliyindən çıxarılmamışdır. Ancaq ingilis müstəmləkəçiliyi illərində isə orada ingiliscə geniş yayılmışdır. Müqayisə apararaq, İspaniyanı nümunə götürsək, orta əsrlərdə sözügedən coğrafiyada insanların sürətlə xristianlaşdırılmağını, hətta ərazilərin xristian olmayanların əlindən zorla alındığı da görə bilərik. Eyni qeyri-tolerant siyasətin əsrlərdir Afrikda da yürüdüldüyünün şahidi oluruq.

 

İslam sülh əmin-amanlıq dini, müsəlman da sülhə əmin-amanlığı hədəf seçmiş şəxs deməkdir. İsimlərindən biri “Salam” olan Allah sülh əmin-manlıq qaynağıdır. Ona təslim olan müsəlman isə əvvəlcə hüzur rahatlığı, sülhü öz dünyası ilə qovuşdurur, daha sonra ətraf aləmlə münasibətlərini məhz bu prinsipə görə tənzimləyir. Mömin sözünün lüğəvi mənasının etibarlı kəs ifadə etməsi bu kontekstdə nəzərə alınmalıdır.

 

- Müasir dövrdə müsəlmanların adı terror, zorakılıq digər bu kimi xoşagəlməz hadisələrlə paralel çəkilir. Sizcə, bunun səbəbi nədir?

 

- Dünyanın müxtəlif bölgələrində din məzhəb çatışmalarının baş verdiyi bir dövrdə yaşayırıq. Radikal fundamentalist dini cərəyanlar din adından, dindən istifadə edərək zorakılıq, fərqli din məzhəblərə, hətta öz dindaşlarına münasibətdə dözümsüzlük terror nümayiş etdirməkdədir. Məsələnin ən acınacaqlı tərəfi isə bu cinayətlərini İslam adına, bu dinin əmriymişcəsinə yerinə yetirmələridir. Bu iddianı demək olar ki, bütün İslam aləmi rədd edir. Sülh mənasına gələn İslam dini hər hansı bir terror fəaliyyətinə qətiyyən ilham qaynağı deyildir. Axı müsəlman cəmiyyətlərin tarixinə nəzər saldıqda bu cür cinayətlərin işləndiyinə rast gəlmirik. Düşünürəm ki, İslam dinini terror zorakılıq dini kimi qələmə vermək istəyən dairələr var onlar bu məkrli düşüncəni əsaslandırmaq üçün bəzi silahlı qruplaşmalardan belə istifadə edirlər. İslam dünyasındakı bu günkü mövcud vəziyyət qlobal güclərin bədnam siyasətlərinin qurbanına çevrilmişdir. Xatırlayırsınızsa, bəzi alimlər politoloqlar 1990-cı illərdə SSRİ-nin dağılmasından soyuq müharibənin başa çatmasından sonra qlobal müstəvidə mübarizənin siyasi ideologiyalar üzərindən deyil, mədəniyyətlər arasında toqquşmalar ilə davam etdiriləcəyini prognozlaşdırırdılar. Bu nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki, bəzilərinin tarixin sonu adlandırdıqları bu dövrdən sonra Qərb sivilizasiyasına meydan oxuyan yeganə qüvvə İslam dini onun yaratdığı İslam mədəniyyəti olacaqdır.

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Səməd İsgəndəroğlu

Zaman.-2015.-8 aprel.-S.13.