Dini tolerantlığın demokratik kökləri və dözümlülüyün
Azərbaycan nümunəsi (3)
“Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin təsisçisi və sədri, ilahiyyat üzrə fəlsəfə
doktoru Elşad Mahmudov
“İslam
dininin təsiri altında ölkəmizdə
tarixən formalaşmış
dini tolerantlıq və dözümlülük
Azərbaycan cəmiyyətini
səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Dini tolerantlığımız milli kimliyimizin ayrılmaz parçasıdır.
Ölkəmizdə ayrı-ayrı etiqad
və inanclara malik etnoslar əmin-amanlıq şəraitində
yaşayır. Azərbaycan dövlətinin
din siyasəti təriqətlərüstü
siyasətdir. Yəni,
dövlət vətəndaşının
hansı dini məzhəbə, təriqətə
mənsub olmasından
asılı olmayaraq onun əqidəsinə və etiqad azadlığına hörmətlə
yanaşır, milli və dini mənsubiyyətindən
asılı olmayaraq hər-bir vətəndaşın
din, vicdan və etiqad azadlığını
hər sahədə təmin edir”.
Əvvəli ötən sayımızda
Cox mübahisələrə səbəb olan bu konsepsiyanın zənnimcə, bəzi nəticələrini bu gün izləyirik. Ola bilər ki, daha öncə ssenarisi yazılan bir tamaşanın bü gün dünyanın müxtəlif
yerlərində səhnəyə
qoyulduğunun şahidi
oluruq. Buradan belə bir nəticəyə
gələ bilərik
ki, dünyada İslamafobiya, yəni İslam təhlükəsi
havasını yaratmaqda
maraqlı olan qüvvələr var. Məqsəd
müsəlmanları başqalarının
inanc və etiqadarına, fikir və düşüncə
azadlıqlarına hörmət
etməməkdə günahlandırmaq
və dözümsüzlük,
zorakılıq kimi mənfi halların İslam dininin ehkamlarından irəli gəldiyini göstərməyə
çalışmaqdır.
Dünyaya tolerantlıq yayan dairələrin İslama münasibətdə dözümsüzlük
nümayiş etdirmələrinin
də şahidi olmuşuq. Xüsusilə, İslam peyğəmbərinin
karikaturalarının hazırlanması
ilə bağlı hadisələr qeyd olunmalıdır. Təəssüf ki, məlum dairələr müsəlmanların
dəyərlərinə hörmət-ehtiram
xüsusunda eyni həssaslığı göstərə
bilməmiş, öz
həyat nəzəriyyələrini
özləri pozmuşlar.
- Azərbaycanda dini tolerantlıq mühitini necə qiymətləndirirsiniz?
- Çox yüksək, məqsədyönlü və
uğurlu. İslam dininin təsiri
altında ölkəmizdə
tarixən formalaşmış
dini tolerantlıq və dözümlülük
Azərbaycan cəmiyyətini
səciyyələndirən gözəl bir ənənəyə çevrilib.
Dini tolerantlığımız milli
kimliyimizin ayrılmaz parçasıdır. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnoslar əmin-amanlıq şəraitində
yaşayır. Dövlətin bu sahəyə diqqəti və qayğısı ən yüksək səviyyədədir.
Azərbaycan dövlətinin din siyasəti təriqətlərüstü
siyasətdir. Yəni, dövlət
vətəndaşının hansı dini məzhəbə, təriqətə
mənsub olmasından
asılı olmayaraq onun əqidəsinə və etiqad azadlığına hörmətlə
yanaşır, milli və dini mənsubiyyətindən
asılı olmayaraq hər-bir vətəndaşın
din, vicdan və etiqad azadlığını
hər sahədə təmin edir. Əlbəttə ki, bununla yanaşı, dövlətin
uğurlu siyasətinə
və Azərbaycan xalqının milli tolerantlıq ənənəsinə
zidd və zərərli olan düşüncələrə qarşı profilaktik tədbirlər görür,
radikallığın qarşısının
alınması üçün
qanun çərçivəsində
mühüm fəaliyyət
planını həyata
keçirir. Qeyd etməliyəm
ki, bugünədək
ölkəmizdə hər
hansı dini təriqətin fəaliyyəti
qadağan edilməyib,
ancaq bu məsələ dövlətin
həmişə prioritet
saydığı məsələlərdən
olub. Azərbaycanda bütün dinlərin
nümayəndələri öz
dini ayinlərini azad şəkildə icra edir, qarşılıqlı
hörmət və anlaşma, sülh şəraitində yaşayır,
bütün dövlət
qurumlarında və qeyri-dövlət sektorunda
bərabərhüquqlu vətəndaş
kimi təmsil olunurlar.
- Bəzən ekstremist və radikal dini cərəyan
üzvlərinin Azərbaycandakı
dini tolerantlığı
təhdid etdiyinin şahidi oluruq. Sizcə, bu istiqamətdə hansı tədbirlər görülür və ya görülməlidir?
- Düşünürəm ki,
demokratik, hüquqi, sivil və eyni
zamanda tolerant bir cəmiyyətdə bu cür ünsürlərlə
ən effektiv mübarizənin yolu maariflənmədən keçir.
Burada isə xüsusilə ilahiyyatçı alimlərin,
ideolojik, mədəni,
psixoloji, fəlsəfi
və sosyoloji prizmadan bu məsələlər
sahəsində çalışan
mütəxəssislərin fəallığına xüsusi
ehtiyac vardır.
Təbii
ki, radikallığın
qarşısının alınmasında
əsas amil maarifləndirmə işinin
aparılmasıdır. İlk növbədə İslam
cəmiyyətə doğru-düzgün
çatdırılmalıdır. İnsanlara bu ali dinin
mahiyyətini izah etməklə onları radikallığa meyldən
uzaqlaşdırmaq mümkündür.
Bu məqsədlə ölkəmizin hər bir guşəsində həyatımızın sferalarında
təlim-tədris prossesi
gücləndirilməli, elmi-praktiki
konfranslar təşkil
edilməli, dini maarifləndirmə işi
daha da effektiv
hala gətirilməli,
cəmiyyətin hər
təbəqəsinə lazımi
dini biliklər çatdırılmalıdır. Xüsusilə qeyd etmək
istəyirəm ki, bu məsələ ilə əlaqəli Azərbaycan dövləti
çox mühüm işlər görüb və görməkdə davam edir. Yüksək
səviyyədə görülən
işlər bütün
dünya dövlətlərinə
və xalqlarına böyük nümunədir.
Bu nümunəvi abı-havanın yaranmasında
dövlət və əlaqəli qurumların
kompleks tədbirlər
həyata keçirməsinin
də müstəsna rolu vardır. Dövlət başçımızın
bu sahəyə ayırdığı diqqət
və qayğı, Azərbaycan Respubilkası
Prezidenti Administrasiyasının,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin
fəaliyyətləri, bu
sahə ilə əlaqəli olan ali təhsil ocaqları və QHT-lərin töhfələri,
həmçinin ölkəmizin
hüquq mühafizə
orqanlarının aldığı
tədbirlər hər
cür təqdirə və tərifəlayiqdir.
Adını qeyd etdiyim qurumların dəstəyi
və təşəbbüsü
ilə, xüsusilə
də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə hal-hazırda da ölkəmizin müxtəlif şəhər
və rayonlarında bu sahə ilə
bağlı anoloji tədbirlərin keçirildiyi
məlumdur. Konfransların
məqsədi milli-mənəvi
dəyərlərin, ölkədəki
tolerantlıq mühitinin
qorunub-saxlanılması, dini
maarifçilik işinin
düzgün metodlarla
təşkili, gücləndirilməsi
mahiyyəti daşısa
da, burada geniş olaraq radikal dini qrupların
və qeyri-ənənəvi
təriqətlərin zərərli
təbliğatının qarşısınının
alınmasına, onlarla
effektiv mübarizə
aparmağın metodlarının
öyrədilməsinə də
yer ayrılır. Bu tədbirləri çox faydalı görürəm və mən şəxsən özüm keçdiyimiz illərdə bu və analoji tədbirlərdə dəfələrlə
iştirak etmiş, müxtəlif səpkili məruzələrələ fikir
və düşüncələrimi
bildirmişəm.
- Qeyri-hökümət
təşkilatları bu
sahədəki fəaliyyətləri,
həyata keçirdikləri
tədbirlər də
ölkəmizdə tolerantlığın
möhkəmlənməsinə bir növ köməkdir.
Bu baxımdan təsisçisi və sədri olduğunuz “Elm Yurdu” Sosial Araşdırmalar
İctimai Birliyinin fəaliyyəti barədə
nə deyə bilərsiniz?
- Azərbaycan Respublikası
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının
qrant layihəsi çərçivəsində 2014-cü ildə ilk mərhələdə
İsmayıllı, Qəbələ,
Oğuz, Şəki, Qax və Balakən
rayonlarında “Tolerantlıq”
Əxlaqi Davranış
və Mədəniyyət
məsələsi kimi”
mövzusunda dini radikallıqla mübarizə
mövzusuna həsr olunmuş elmi-praktiki konfranslar keçirmişik. Təşkilatımızın Azərbaycan dövlətinin
və xalqının tolarantlıq ənənəsinə
kiçik töhfəsi
kimi qiymətləndirilən
bu cür cəmiyyətə olduqca faydalı konfransların yaxın aylarda digər rayonlarda da keçirməyi nəzərdə tutur.
Qeyd etmək istərdim ki, çari ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının qrant
layihəsi çərçivəsində
“Azərbaycanda multi mədəni,
pluralistik vətəndaş
cəmiyyətinin perspektivləri”
mövzusunda elmi-praktik
konfranslar keçirəcəyik.
Bütün bu görülən
işlərin öz nəticəsini verəcəyini,
cəmiyyətdə radikallığa
meyl edən ünsürlərin daha da zəifləyəcəyini
və zərərsizləşdiriləcəyini,
həyatımızın hər
zaman tolerant, sülh və əminamanlıq içində davam edəcəyini düşünürəm.
- Elşad müəllim, maraqlı söhbət üçün təşəkkür
edirik.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Səməd İsgəndəroğlu
Zaman.-2015.-9 aprel.-S.13.