Azərbaycan həm də
talışların vətənidir
“Nənələr”
qrupu - Lənkəranın
Separadi kəndindən
olan folklor və rəqs ansamblı
Talışlarla digər Azərbaycan xalqlarının dostluq münasibətləri olduqca
yaxşı səviyyədədir. Bunun əsas
və tarixi səsəbi İslam dini və coğrafi
yaxıxlıqdır. Əsrlər
boyu yaxın ərazilrdə yaşayan bu xalqlar hal-hazırda
bir-biriləriyə yaxın
təmasdadırlar. Tarix boyunca
onların bir-birlərinə
inteqrsaiyası nəticəsində
bu yaxınlıq hər keçən gün daha da
artmışdır. Yuxarıda da
qeyd etdiyimiz kimi burada ən
mühüm cəhətlərdən
biri İslam dini olmuşdur. Çünki İslam dininin
qardaşlıq düşüncəsi
ilə əlaqədar
olaraq dosltuq münasibətləri hər
zaman yaxın olmuşdur. Eyni zamanda adət-ənənlərin,
bayramların birliyi burada mühüm rol oynamqdadır. Talışlarlar, azərbaycanlı türklər və ölkəmizdə yaşayan
bir sıra digər xalqların din mənsubiyyəti əsasən
İslam olduğundan bu gün də
dostluq müsnaibətləri
bu müstəvidə
davam edir. Tarixi dostluq-qardaşlıqla bağlı
olaraq bir nümunə verək.
Belə ki, I Rus-İran müharibəsi (1804-1813) gedişində
Talış xanlığının
müdafiəsi uğrunda
gedən döyüşlərdə
talışlarla azərbaycanlı
türklər çiyin-çiyinə
vuruşmuş, Lənkəran
qalasını qəhəmancasına
müdafiə etmişdilər.
Bu misal onu
açıq-aydın göstərir
ki, qardaşlıq münasibətləri tarixən
mövcud olmuşdur.
“Bu, “azərbaycanlı”
sözü bizi həmişə
birləşdirib”
Mərhum
prezident Heydər Əliyevin 1995-ci ilin fevral ayında Respublikanın ləzgi ictimaiyyətinin nümayəndələri
ilə görüşündə
aşağıdakı fikri
çox təqdirə
layiqdir: “Azərbaycanın
bir xüsusiyyəti də ondan ibarətdir
ki, Azərbaycan ən beynəlmilər Respublikasıdır. Respublikamızın əhalisinin tam əksəriyyəti
azərbaycanlıdır. Azərbaycanlı məfhumu çox
genişdir. Düzdür, azərbaycanın minillik köküknə baxsan, bir qsimi o kökdən,
bir qismi bu kökdən gəlir. Amma onların hamısı
əsrlər boyu azərbaycanlı kimi formalaşıb. Ərazimizdə yaşayan azərbaycanlı
da, ləzgi də, kürd də, talış da, udin də,
kumik də, başqası da hamısı bütünlükdə
azərbaycanlıdır. Bu, “azərbaycanlı” sözü bizi həmişə birləşdirib”.
”Talışlar” adlı iri bir monoqrafiyanın
müəllifi, tarixçi
alim, professor Qəmərşah
Cavadov belə hesab edir ki,
Azərbaycanda yaşayan
etniklərin aparıcı
etnosun dilinə, mənəvi dünyasına,
adət-ənənlərinə yiylənərək bununla
da azərbaycanlı keyfiyyəti təqdirəlayiq
hal sayılmalıdır.
Yəni,
bu gün Azərbaycan tatı, talışı, kürdü
və digər azsaylı etnosların öz məskənlərində
nə qədər etnikdirsə ümumi respublika miqyasında, bir o qədər azərbaycanlıdır”.
Ümumiyyətlə onu demək lazımdır ki, tarix boyunca talışlarla
azərbaycan türkləri
arasında ciddi bir münaqişəyə
rast gəlinmir. Digər azərbaycanlı
müsəlman xalqları
ilə böyük münaqişələrə də
rast gəlinmir.
Hal-hazırda da vəziyyət olduqca müsbətdir. Hətta indiki dönəmlərdə
bu dostluq münasibətləri daha
artır. Çünki qız alıb, qız vermələr sayəsində qohumluq münasibətləri artması
ilə daha da xalqlar yaxınlaşmış
olurlar.
Azərbaycan həm də talışların vətəni
olmuşdur
Tarixçi alim, professor Arif Mustafayev hesab edir ki,
vətən onu sevənlərindir, istər
fərd olsun, istərsə də etnik birlik olsun.
Professor daha sonra qeyd edir
ki, talışlar ölkəmizin ən qədim aborigen etnoslarından biri olmaq etibarı ilə öz talelərini əbədi olaraq Azərbaycana bağlamış, onun əhalisinin etnik özəyini təşkil
edən azərbaycanlılarla
qaynayıb qarışmış,
onun etnososial kütləsinə qovuşmuşlar.
Digər
bir sıra azsaylı xalqlar kimi, Azərbaycan həm də talışların tarixi Vətəni olmuşdur.
Onlar haqlı olaraq, bu diyarı özlərinə doğma
Vətən hesab edir, şad gününə sevinir, qəminə kədərlənib
şərik çıxırlar.
Talışların etnosiyasi tarixi kimi, ictimai və
təsərrüfat məişəti
də Azərbaycanın
aparıcı etnosu olan türkdilli azərbaycanlılarla üzvü
surətdə bağlı
olmuşdur. Əhalisinin tarixən türkdilli
azərbaycanlılarla qatışıq
səciyyə daşımasına
baxmayaraq, talışların
həm etnogenetik, həm də etnosiyasi adlarını uzun müddət mühafizə edə bilmələri tarixşünaslıq
baxımından olduqca
əlamətdar haldır.
Bu bir daha
ərazisindəki azsaylı
birləşmələrə qarşı diskriminasiya hallarına yol verməyi heç vəchlə özünə
rəva bilməyən
Azərbaycan xalqlarının
mənəvi dünyasının
böyüklüyündən, ruhən saflığından,
intəhasız humanist təbiətindən
soraq verir.”
Dədə Qorqud eposu Talış dilinə tərcümə olunur
Bu yaxınlarda Allahverdi
Bayrami tərəfindən
Dədə Qorqud eposu talış dilinə tərcümə
olunmağa başlayıb. Artıq müəyyən
boylar elektron şəkildə oxuculara təqdim olunub. Bu da talış-azərbaycanlı
dostluğunun daha yaxşılaşması, xalqların
yaxınlaşması adına da böyük bir işdir. Zəhmət çəkənlərə bir daha minnətdar
olmalıyıq.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Mərdan Qurbanov
Zaman.-2015.-14 aprel.-S.13.