Azərbaycandakı tolerantlıq multikulturalizm beynəlxalq aləmdə rəğbətlə qarşılanır (1)

 

Azərbaycanın dünyaya nümunə olan tolerant ölkə olması beynəlxalq aləmdə həmişə yüksək səviyyədə məmnunluqla qarşılanmaqdadır.

 

Bu müstəvidə dünyanın aparıcı mətbu orqanları dəfələrlə ölkəmizdəki tolerantlıq multikulturalizm barədə xoş sözlər yazıblar. Bu da əsassız deyil. Çünki ölkəmizdə tolerantlıq burada yaşayan bütün insanaların ruhunda, qanındadır desək səhv etmərik. Azərbaycanda tolerantlıq multikulturalizmin yüksək səviyyədə olmasının beynəlxalq aləmdə rəğbətlə qarşılanması bununla Qərb mətbuatında ölkəmizdəki tolerantlığın dünyaya nümunə

 

göstərilməsi barədə çoxsaylı məqalələrin yazılması Azərbaycan Respublikasinin Dini Qurumlarla İs üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən ölkəmizin beynəlxalq imicinin artmasının sübutu kimi dəyərləndirilib. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Mübariz Qurbanlı mətbuata verdiyi açıqlmasında deyib ki, bu gün Azərbaycan vətəndaşıDini etiqad azadlığı haqqındaqanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir, ölkədə konfessiyalar arasında hər hansı qarşıdurma müşahidə olunmur. “Azərbaycan dünyada tolerantlıq nümunəsidir”, - deyən komitə sədri ötən il Avropa Şurasının nümayəndə heyətinin Qubaya səfəri zamanı onların orada gördüklərinə heyran olduqlarını xatırladıb.

 

Mübariz Qurbanlı qonaqların Qırmızı Qəsəbədə məscid sinaqoqun yanaşı fəaliyyət göstərməsini, axundun ravvinlə bir yerdə çay içməsini, həm müsəlman, həm yəhudi icmasının nümayəndələrinin bir yerdə olmasını görəndə çox təəccübləndiklərini onların belə halı dünyanın heç bir yerində müşahidə etmədiklərindən məmnunluqla danışdıqlarını xüsusi vurğulayıb. Komitə sədri bunu Azərbaycanda tolerantlığın ən böyük nümunələrindən biri kimi dəyərləndirib.

 

Dini Qurumlarla İs üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məsələ ilə bağlı: “Tolerantlıq deyəndə bəzən bunu yalnız dinə aid edirlər, əslində isə bütün sahələrə aid edilə bilər. Tolerantlıq gender, sosial təbəqələr arasında, bütövlükdə insanların bir-birinə münasibətində var. Tolerantlıq sözünün mənası dözümlülük, başqasının fikirlərinə hörmətlə yanaşmaq deməkdir. Dini tolerantlıq dedikdə, biz heç İslam dininin prinsiplərindən, mövqeyindən hansısa formada geri çəkilməyi nəzərdə tutmuruq. Söhbət bütövlükdə İslam dəyərlərini, İslama mənsubiyyətimizi mühafizə etməklə qarşı tərəflərlə dialoq mühitində yaşamağımızdan gedir. Ona görə Azərbaycanda dini baxımdan sabitlik var”, - deyib.

 

 

 

Qərb mətbuatı Azərbaycandakı tolerantlığı təqdir edir

 

Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması yuxarıda qeyd etdiyimizi kimi Qərb mətbuatında maraqla rəğbətlə qarşılnmasına yol açıb. Buna misal kimi Amerikada çıxan “The Hill” qəzetində gedən məqaləni göstərmək olar. “The Hill” qəzetininin 22 yanvar 2015-ci il sayında ölkəmizdəki tolerantlıq multikulturalizmə həsr edilənAzərbaycan tolerantlıq multikulturalizm ölkəsidirsərlövhəli məqalədə Qərb oxucusuna Azərbaycan dünyanın sivil tolerant ölkəsi kimi tanıdılır. Məqalənin müəllifi beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut yazır ki, Azərbaycanda dini tolerantlıq barədə çox danışırlar. Amma ABŞ-ın dünya ölkələrində dini etiqad azadlığı üzrə komissiyası isə, məlum olmayan səbəblərə görə, Azərbaycanda Qazaxıstanda dini etiqadla bağlı vəziyyətdən narahatdır.

 

Arye Qut yazır ki, bu komissiyanın analitikləri israr edirlər ki, dövlətlər radikal dini ekstremistlər radikal ideologiyalar üçün maneələr yaratmamalıdırlar. Bunun heç bir əsası olmadığını dönə-dönə vurğulayan Arye Qut qeyd edir ki, ABŞ-ın dini etiqad azadlığı üzrə komissiyasının məntiqinə görə, Avropa liderlərinin yaxın vaxtlardakı çıxışları, o cümlədən Britaniyanın Baş naziri Devid Kemeronun evdəki çıxışı, yaxud Fransa Belçika polislərinin hərəkətləri həmin komissiya tərəfindən pislənilməlidir. Bu da öz növbəsində, həm Amerikanın müxtəlif orqanları arasında koordinasiya olmamasını, həm beynəlxalq münasibətlərin ən mühüm məsələlərinə dair strateji mövqeyin olmamasını nümayiş etdirir.

 

 Dünyada  tanınmış və nüfuzlu ekspertlərdən olan Aryen Qut daha sonra yazır ki, həmin komissiyanın mövqeyinə rəğmən, dünyada ən tolerant cəmiyyətlərdən olan Azərbaycan və Qazaxıstan ən tolerant ölkələrin siyahısında ilk yerlərdədirlər. Məqalədə daha sonra deyilir: “2014-cü ildə Azərbaycan rəhbərliyi ölkənin etnikdini tolerantlığa təminat verən dövlət kimi rolunu möhkəmləndirən iki təsisat yaradıb. Bu təsisatlardan birincisi millətlərarası multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri vəzifəsidir. Həmin vəzifəni görkəmli Azərbaycan alimi, akademik Kamal Abdullayev tutur. İkinci qərar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması oldu. Həmin mərkəzin fəaliyyətinin əsas istiqaməti mədəniyyətlərarası dialoqunhumanitar məsələlərin inkişaf etdirilməsidir”.

 

Arye Qut məqaləsində həmçinin Qərb oxucusunda ölkəmizədəki tolerantlıq və multikulturalizm haqqında geniş və ətraflı təsəvvür yaratmaq üçün onlara Azərbaycan əhalisinin dini tərkibi barədə məlumat verir. O qeyd edir ki, respublika əhalisinin əksəriyyətini şiələr təşkil etməsinə baxmayaraq, Azərbaycan həm də müxtəlif dinlərin, müxtəlif etnik qrupların nümayəndələri üçün vətəndir: “Milli azlıqlara hörmət və tolerantlıq ən qədim zamanlardan, böyük İpək Yolu dövründən günümüzə qədər bu ölkənin inkişafının əsasını təşkil edib. Respublika dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan hökumətində yüksək vəzifələr tutan milli azlıqların nümayəndələrinin və qadınların sayı xeyli artıb”.

 

 

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib

 

A.Qut onu da qeyd edir ki, Sovet İttifaqı dağılan dövrdə baş verən hadisələr Azərbaycanda dinimilli tolerantlıq ənənələri üçün ən ciddi sınaq oldu. Müəllif bununla bağlı xatırladır ki, həmin dövrdə Azərbaycan ərazisinin 20 faizini işğal edən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək Azərbaycanda bir milyon məcburi köçkün problemi yaratdılar. Arye Qut dinc əhalinin qətlə yetirilməsinə və doğma yurdlarından qovulmasına baxmayaraq, dinc yanaşı yaşamaq prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti olaraq qaldığunı və bunun azərbaycanlıların qanında olduğuna da diqqəti cəlb edir. O yazır ki, hətta Dağlıq Qarabağda müharibə başlayandan 20 il sonra da Azərbaycan cəmiyyəti dinietnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam edir.

 

Yeri gəlmişkən onu da xatırladaq ki, Arye Qut Azərbaycanda doğulub böyüyüb başa çatıb və bu baxımdan ölkəmizdəki tolerantlıqdan həmişə məmnun qalıb. Ölkəmizə olan məhəbbəti Arye Qutu həmişə hər yerdə o cümlədən hazırda yaşadığı İsraildə də açıq şəkildə nümayi etdirməkdədir. Məqalədə də Arye Qutun ölkəmizə olan sevgi və məhəbbəti xüsusi hiss olunmaqdadır.

 

Müəllif məqaləsində həmçinin Azərbaycanda müsəlmanların və yəhudilərin nümunəvi birgə yaşayışından xüsusi sevgi ilə bəhs edir. O qeyd edir ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasını dəstəkləyir. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. A.Qut yazır ki, regionda ilk yəhudi muzeyinin inşası da planlaşdırılır.

 

 

 

“Qırmızı Qəsəbə tolerantlıq

 

nümunəsidir”

 

The Hill” qəzetində gedən yazıda Azərbaycanın Quba rayonunda yerləşən və İsrail hüdudlarından kənarda yeganə yəhudi məskəni hesab edilən Qırmızı Qəsəbədən də geniş bəhs edilib.  Müəllif yazır ki, bu qəsəbə Azərbaycanın fəxridir. Müəllif 1918-1919-cu ildə Qubada müsəlmanlarla yəhudiləri bağlayan bir amilə faciəli hadisələrə də toxunub. Arye Qut xatırladır ki, o vaxt erməni millətçi “Daşnaksütyun” partiyasının üzvləri minlərlə dinc yəhudiyə və azərbaycanlıya divan tutmuşdu.

 

Davamı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Əziz Mustafa 

Zaman.-2015.-16 aprel.-S.13.