Azərbaycandakı tolerantlıq və multikulturalizm beynəlxalq aləmdə rəğbətlə qarşılanır (2)

 

Əvvəli ötən sayımızda

 

İsrail dövləti Azərbaycanda yəhudilərə belə münasibətdə respublika rəhbərliyinin rolunu yüksək qiymətləndirir. İki ölkə arasında dərin hörmət əməkdaşlıq ənənələri, nümunəvi münasibətlər olmasaydı, yəhudilərə bu cür münasibət olmazdı. İndi bu əməkdaşlıq genişlənərək ticari münasibətləri əhatə edir. Neft alğı-satqısından başlamış yüksək texnologiyalar innovasiyalara qədər geniş əhatəli ticarət dövriyyəsinin həcmi təqribən 3,5 milyard dollara bərabərdir.

 

Arye Qut sonda yazır ki, Azərbaycanda yəhudilərin azadlığına tolerantlığına göstərilən qayğı sayəsində Prezident İlham Əliyev İsrail cəmiyyətində haqlı olaraq dərin hörmət qazanıb.

 

Tolerantlıq azərbaycanlıların qan yaddaşındadır

 

Tarixboyu dünyanın ən tolerant ölkəsi kimi tanınan Azərbaycan həmişə dünya xalqlarına nümunə göstərilib. Bu baxımdan Azərbaycanın tarixin bütün dövrlərində dini-etnik, milli mədəni dəyərlərə, həmçinin müxtəlif dinlərin, millətlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olması təsadüfi bir hadisə deyil. Belə ki, bu ənənənin kökləri eramızadan əvvəllərə gedib çıxır. Azərbaycan ilk dəfə dünyaya tolerantlıq nümunəsini eramızdan əvvəl VI-V əsrlərdə göstərdi. Belə ki, Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586-cı il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünlərinə Azərbaycan torpağı öz qucağını açdı onlara sığınacaq verdi.

 

Sonrakı yüziiliklərdə işğallara məruz qalmasına, ayrı-ayrı xalqların mədəniyyətlərinin təsiri altına düşməsinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini-mənəvi dəyərlərin daşıyıcısı olaraq qaldı. Buna paralel olaraq Azərbaycan eyni zamanda, birgə yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşması inkişafına mühüm töhfələr verməkdə davam etdi.

 

Bu baxımdan məsələyə münasibət bildirən Azərbaycanın dünyaya tolerant ölkə kimi nümunə olduğunu xüsusi vurğulayan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov: “Azərbaycan dini milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Tolerantlıq Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələdir. Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş vətəndaşlığı olmayan insanlar yaşayır” - deyib.

 

Millət vəkili deyir ki, dini tolerantlıq, dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtləndirən biridir. Tolerantlıq milli dövlətlər üçün ən zəngin xəzinə dəyərlərdən biridir.

 

 

 

Azərbaycanda yüksək tolerantlıq ənənələri formalaşıb

 

Azərbaycanın dünyaya tolerant ölkə kimi nümunə olduğunu Bordo Müsəlman Məscidinin başçısı Fransanın cənub-qərb bölgəsinin müftisi Tareq Ubrunun dedikləri sübut edir.

 

Bir neçə il bundan əvvəl, daha dəqiq desək 2013-cü ilin dekabr ayında Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Fransanın müxtəlif  dini icmalarının ictimai təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə birgə Azərbaycanda səfərdə olan FransanınFəxri Legion” ordeni mükafatçısı Tareq Ubru: “Mən həmkarlarım bir daha əmin olduq ki, Azərbaycan islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla, dünyəvi çoxkonfessiyalı dövlətdir. Ölkənizdə dini konfesiyalar arasında qarşılıqlı hörmət etimada əsaslanan mehriban dostluq əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycanda yüksək tolerantlıq ənənələri formalaşıb bu model digər ölkələr üçün örnək ola bilər. Fikrimcə, bu sahədə ölkənizin zəngin təcrübəsinin öyrənilməsi olduqca vacibdir   Azərbaycanın səsinin Avropaya çatdırılmasında, Fransa ilə münasibətlərin daha da dərinləşməsi üçün əlimizdən gələni etməyə hazırıq. Azərbaycandakı yüksək tolerantlıq ənənələri digər ölkələr üçün örnək ola bilər”,-deyib.

 

Onun bu dediklərinin arxasında isə şübhəsiz ki, ölkəmizdə dövlət səviyyəsində tolerantlığa yüksək qiymət verilməsi dayanır. Məhz dövlətin qayğısı nəticəsində hazırda ölkəmizin timsalında, multikulturalizmin təntənəsi nümunəsi müşahidə edilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bu məsələyə toxunaraq qeyd edib ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar: “Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Çox şadam ki, müstəqillik dövründə , birinci iki ili istisna etmək şərti ilə, bu gözəl ənənələr yaşayır. Müstəqilliyimizin ilk illərində o vaxtkı iqtidar bütün sahələrdə, o cümlədən, milli münasibətlər sahəsində çox böyük səhvlər buraxmışdır, deyə bilərəm ki, cinayətlər törətmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra bütün məsələlər öz həllini tapdı Azərbaycana xas olan dostluq, həmrəylik, qarşılıqlı dəstək meyilləri yenə gücləndi”.

 

 

 

Fiorello Provera: “Azərbaycandakı tolerantlıq mühiti dünyəvilik modeli dünyaya örnəkdir

 

Azərbaycanın dünyaya tolerant ölkə olmasını Azadlıq Demokratiya uğrunda Avropa Mərkəzi Siyasi Fondunun prezidenti Fiorello Proveranın dedikləri bir daha təsdiq etməkdədir.  Azərbaycanın tolerant ölkə olması ilə bağlı Romada keçirilən konfransdakı çıxışında Fiorello Provera Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühitinin dünyəvilik modelinin dünya ölkələrinə örnək ola biləcəyini diqqətə çatdırıb. O: “Azərbaycandakı tolerantlıq mühiti dünyəvilik modeli dünyaya örnəkdir”,-deyib.

 

Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdəki tolerantlığın beynəlxalq müstəvidə  təbliğində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Qurumun dəstəyi ilə Roma katakombalarının bərpası, Kapitolini MuzeyininFilosoflar zalı”nda aparılan təmir işləri İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirilən digər tədbirlər bu qurumun fəaliyyətinin sadəcə kiçik bir hissəsidir. Konfransda qeyd olunub ki, bu tədbir Azərbaycanın milli dini tolerantlıq, multikulturalizm təcrübəsini İtaliya ictimaiyyəti ilə bölüşmək baxımından əhəmiyyətlidir.

 

Azərbaycanda dini tolerantlığın yüksək, dünyaya nümunə səviyyəsşndə olduğunu İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzillottanın dedikləri sübut edir. O deyib ki, tolerantlıq multikulturalizm Avropa regionu üçün vacib mövzudur: “Dünyanın müxtəlif bölgələrində münaqişələrin, dini toqquşmaların cərəyan etdiyi bir dövrdə millətlərarası dialoqun qorunması bizi uğura apara bilər. Müsəlman cəmiyyəti ilə digər dinlərin icmaları arasında birgəyaşayış, sülh şəraitində mövcudluq olduqca önəmlidir. Azərbaycan bu istiqamətdə model ölkədir”.

 

İtaliya Senatının üzvü, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sergio Divina Azərbaycana səfəri zamanı ölkəmizdə tolerantlığın dünyay nümunə olmasının bir daha şahidi olduğunu söyləyib. Sergio Divina: “Bakıya səfərim çərçivəsində Azərbaycandakı dini tolerantlıq mühitini araşdırmaq imkanı əldə etdim. Bu ölkədə müxtəlif dinlərin nümayəndələrinə böyük hörmətlə yanaşıldığının şahidi oldum. Azərbaycanda yüksək tolerantlıq mühitinin formalaşmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulamaq lazımdır”,-deyib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə 2012-ci dekabrında keçirdikləriDövlət din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda ölkəmizdə tolerantlıq mühitinin dünyaya örnək olduğu vurğulanıb. Forumun yekunu olaraq qəbul edilənBakı Platforması”nda dini tolerantlığın əhəmiyyəti ekstremizmin zərərli olması o cümlədən dünyada tolerantlığın müdafiəsi istiqamətində dövlət nümayəndələri, din xadimləri alimlərdən ibarət əməkdaşlıq şəbəkəsinin yaradılması məsələsi vurğulanıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Əziz Mustafa 

 

Zaman.-2015.-17 arpel.-S.13.